Səfər Mehdiyevlə "Karqo Şamil"i nə bağlayır? - Yoxsa onu görməzdən gəlməzdi...
Tarix: 2-06-2020, 11:56 | Çap et
Hələ vəzifəyə yeni təyin olunduğu dpnəmlərdə Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev KİV təmsilçilərilə görüşü zamanı əminliklə deyirdi ki, monopoliyanın tam aradan qaldırıldığına dair fikirləri araşdırmaq artıq siz jurnalistlərin işidir.
Sitat: "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm!”.
Doğrudur, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olunandan sonra Azərbaycanda gömrük sahəsində də bəzi irəliləyişlər gözə çarpmaqdadır. Ancaq köhnə dövrə əsası qoyulmuş monopoliya və inhisarçılıq halları hələ də davam edir. Bunu sübut edən minlərlə faktlar mövcuddur. Əgər Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev həmin faktları ciddi araşdırsa, bəlkə o özü də bizimlə razılaşar. Gömrük orqanları ilə təmasda olan bir çox iş adamları da iddia edirlər ki, indi bu sahədə müəyyən yumşalmalar olsa da, ancaq bir sıra malların ölkəyə gətirilməsində hələ də inhisarçılıq halları qalır. Şübhəsiz ki, bütün bu məsələlər araşdırma mövzusudur.
DİA.AZ bildirir ki, araşdırma zamanı adı ilk qarşımıza çıxan şəxs "Karqo Şamil" adlı həm müəllim, həm də ticarətlə məşğul olduğu deyilən Heydərov Şamil Hilal oğlu oldu. Xaricdən, xüsusilə də Çindən Azərbaycana mal gətirmək istəyən sahibkarların "Karqo Şamil"ə mütləq işi düşür.
Sahibkarların iddialarına görə, hər gün Çindən və digər ölkələrdən Şamil Heydərovun adına 10-20 TIR yük gəlir. Başqa yüklərdən fərqli olaraq, onun sifariş verdiyi mallar Azərbaycanın gömrük keçid məntəqələrindən yubanmadan keçə bilir. Həmin yüklər əsasən "Xəzri-2018" MMC (Direktoru Cəfərov Mirsamir Mircəfər oğlu, təsisçisi Vəliyev Vəzir Xudab oğlu), "Mirstar" MMC (Təsisçisi və direktoru Əliyev Mirzə Musa oğlu), "Odlar Yurdu-2018" MMC (Direktor Heydərov Kənan Rəhim oğlu, təsisçisi Heydərov Şamil Hilal oğlu), "Teyyub-2007" MMC (Təsisçisi və direktoru Əkbərov Xəyyam Teyyub oğlu), "Texnologi" MMC (Direktoru Həsənov Hüseyn Cəmşid oğlu, təsisçisi Heydərov Kamal Şamil oğlu) kimi şirkətlər tərəfindən Şamil Heydərovun sifarişilə gətirilir. Özü də bu MMC-lərin adları nədənsə 3-4 aydan bir dəyişdirilir.
Yuxarıda adları qeyd olunan şirkətlər arasında Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər də var. Bunlar "Odlar Yurdu-2018" MMC və "Texnologi" MMC-dir.
İndi hörmətli Səfər Mehdiyev, ortaya çıxan bu qədər faktların adı monopoliya və inhisarçılıq deyil, bəs nədir?!
Məlumat üçün bildirək ki, Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasında müəllim olan Şamil Heydərovun Bakının Binəqədi şossesi, məşhur "Zəngəzur" restoranı yaxınlığında da "Technoline-k" MMC adlı şüşə və plasmas istehsalı zavodu mövcuddur. Həmçinin, həmin ərazidə hektarlarla torpaq sahəsi var.
Tikinti-inşaat sahəsində də biznes fəaliyyəti göstərən "Karqo Şamil" "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı tikdirdiyi binaları ilə də tanınır.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu kiçik araşdırma zamanı ortaya çıxan faktlardır. Bu sahədə araşdırmalarımız davam edir və mütəmadi olaraq onları oxuculara təqdim edəcəyik.
dia-az.life olaraq iddia olunanlarla baölı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...*** DİA.AZ bildirir ki, Şamil Heydərovun vəkili Yusifov Ceyhun Salman oğlu bu yazılanlara aşğıdakı formada reaksiya verib: "Nəzərinizə çatdırıram ki, Heydərov Şamil Hilal oğlu Respublikamızın büdcəsinə ən çox vergi ödəyən sahibkarlardan biridir. Ölkəmizdə fəaliyyət göstərdiyi 20 il ərzində yüzlərlə vətəndaşımızı daimi işlə təmin etmiş və ölkənin iri sahibkarlarından biri olmuşdur. Şamil Heydərov fəaliyyət göstərdiyi dövrdən etibarən hər zaman ölkəmizin iqtisadiyyatının inkişafı üçün çalışmışdır. Heydərov Şamil Hilal oğlu hər zaman Respublikamızın Gömrük Qanunvericiliyi ilə yanaşı digər qanunvericilik normalarının da tələblərinə hər zaman əməl etmiş, həmçinin heç bir vaxt monopoliya fəaliyyəti ilə də məşğul olmamışdır. Qanun hamı üçün necə bərabərdirsə, Şamil Heydərov üçün də həmin dərəcədə bərabərdir və qanunun tələblərinə əməl etmək bizim vəzifəmizdir. Çox təəssüf ki, bu tip yazıların dərc olunmasında olan yeganə məqsəd və məram nümunəvi iş adamı olan Şamil Heydərovun fəaliyyətinə kölgə salmağa çalışmaqdır. Bizim qanuni fəaliyyətimizə qarşı bu formada yazıların dərc olunmasına davam edildiyi təqdirdə biz hüquqi müstəvidə və məhkəmə qaydasında şərəf və ləyaqətin müdafiəsini tələb edəcəyik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
|