İqtidar halqasının ƏN ZƏİF BƏNDİ... - Onun da vaxtı çatacaq...
Tarix: 6-12-2021, 10:27 | Çap et
4 ildir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən Sahil Babayevin rəsmi tərcümeyi-halında qeyd edilir: İngilis, rus və türk dillərini əla, fransız dilini isə yaxşı səviyyədə bilir. Vallah bu adam politoloqdursa ( çox dil bilən ), göndərin getsin mütərcimlik, tərcüməçilik eləsin. Yoxsa, bu adamın ingilis, yaxud firəng dilini bilməsinin sadəcə Azərbaycan insanlarına nə faydası var ? Təsəvvür edirsiniz, özünü həm də hüquq professoru hesab edən bu şəxs 2000-ci ildə qəbul olunmuş və 2008-ci ildə qüvvədən düşmüş qərara ƏSASLANARAQ kimlərinsə pensiya və təqaüdlərini azaldır. Bu adama başa salan yoxdur ki, sənin əsaslandığın QƏRAR 2008-ci ildə QÜVVƏDƏN DÜŞÜB. Bu adam hələ də QÜVVƏYƏ MİNMƏKLƏ, DÜŞMƏYİ ayırd edə bilmir. Bütün bunlar cəhənnəmə, bu adam 4 ildir nazirdir, indi ayılıb ki, ölkədə vətəndaşlar 10-12 saat işləyir, insanların əmək hüququ pozulur və s. Bu adam guya Avropa dillərini bilir, amma bilmir ki, Avropa 100 il əvvəl 8 saatlıq iş rejiminə keçib. Bu gün Avropada 8 saatlıq deyil, 6 saatlıq, həftədə 5 günlük deyil, 4 günlük iş rejimi müzakirə olunur, ay Sahil Babayev. Sən yatmısan fil qulağında... Heç olmasa sənin nazir təyin edən, sənə etimad göstərən cənab Prezidentin dediklərinə qulaq as, əməl et də. Dövlətimizin başçısı deyir: "Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz." Başa düşdünmü, cənab Sahil Babayev ? Prezidentimiz deyir ki, ixtisar edilən hər bir iş yeri bütöv ailəni çörəksiz qoyur. Sən isə 4 ildir nazirsən, 10 minlərlə insanı çörəksiz qoymusan, təqaüdünü kəsmisən, pensiyasını azaltmısan, yüz minlərlə insanı dövlətimizdən narazı salmısan... Axı, sənin vəzifən Əhalinin müdafiəsini qurmaqdır, sən kimə qulluq edirsən, kimləri müdafiə edirsən..? Ümumiyyətlə, sənin məqsədin nədir ? Sən 4 ildir nazirsən, indi deyirsən ki, iş yerlərində monitorinq keçirmək sitəyirik. İndi ayılmısan ? Bəs 4 ildir nə ilə məşğul idin ? Biz başa düşürük ki, sabiq nazir, hazırda həbsdə olan Səlim Müslümovun dövründə təqaüd, pensiya məsələsi al-ver, biznes məsələsi olub. Bu problemi də normal qaydada həll etmək, yoluna qoymaq olardı. Səninki bilirsən nədir ? Dədəm mənə kor deyib... İnsanlar sənin əlindən qan ağlayır, adamlar dərman pulu tapa bilmir, sən də fəxrlə deyirsən ki, son 1 ildə minlərlə pensiyanı büdcəyə qaytarmışam. Büdcə xalq üçündür, millətin rifahı üçündür. Sən öz yerini isti eləmək üçün 10 minlərlə imkansız insanın yerinə soyuq su calamısan, adam... Adamlar aldıqları cüzi pensiya ilə işıq, qaz, su pulu verirdi. Sən o imkanı da insanların əlindən almısan. Cənab Sahil Babayev, bütün ölkə sənin əməllərindən danışır. Cənab Sahil Babayev, eşitdik ki, karonaya yoluxmusan, Allah şəfa versin. Amma sosial şəbəkədə bunu eşidənlərin sənin ünvanına dediklərini oxusaydın, bir gün də o vəzifədə oturmazdın. Cənab Babayev, nəzərinə çatdırım ki, 100 il əvvəl, Azərbaycanda , 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. Bunu bilirdinmi ? Bilsəydin belə etməzdin. Gündə Bakıda tikilən göydələndən bir fəhlə yıxılıb ölür, onun hüquqlarını niyə qorumursan ? Sən həmin tikinti şirkətinin sahibinə söz deyə bilərsənmi ? Cənab Sahil Babayev, sənin işin büdcə doldurmaq deyil e, imkansız əhalinin müdafiəsini qurmaqdır. Əgər büdcə doldurmaq istəyirsənsə, sənə yolunu göstərək. Tabeçiliyində Dövlət Sosial Müdafiə Fondu var. Həmin qurum tikinti şirkətlərindən hər ay nə qədər pul yığır ? O pulların neçə faizi DSMF-yə köçürülür ? Sənin tabeçiliyində Dövlət Əmək Müfəttişliyi var. 4 ildir nə işlə məşğuldur ? Bu sualalr sənə gec-tez veriləcək. Hazır ol, Sahil Babayev. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|