Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

İşçiləri Kəmaləddin Heydərova qarşı... - İLGİNC FAKTLAR
Tarix: 9-09-2022, 09:42 | Çap et
İşçiləri Kəmaləddin Heydərova qarşı...
Əgər bu Nazirliyin tabeli qurumunun birində yaşanan intim olayları bir cür biabırçılıqdırsa, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində şablom xarakterli cavab məktublarının hazırlanması isə, tamam başqa bir biabırçılıqdır

Artıq xeyli müddətdir ki, Şamaxı rayonunun Muğanlı kəndində mərhum Rəcəbov Yadigar Ağadadaş oğlugilin ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemin varlığı, bu gün də ölkə gündəmini zəbt edən mövzulardan birinə çevrilib. O halda sual oluna bilər ki, görəsən yaşanan problemin kökündə hansı səbəblər durur ki, problem 2014-cü bugünə kimi öz həllini tapmayıb? Bu yöndə apardığımız araşdırmalardan, FHN-nə ünvanladığımız məktublara verilən rəsmi cavablardan aydın olur ki, indiyə kimi Rəcəbovlar ailəsinin getgələ salınmasında, problemin ədalətli həllini tapmamasında əsas səbəb, məhz FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Şamaxı Rayon İcra Hakimiyyəti Aparatı əməkdaşlarının qurduqları işbirliyinin varlığıdır.
Qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində bu kənddə yaşayan 62 ailənin yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yararsız vəziyyətə düşür. Hadisədən dərhal sonra Muğanlı kəndinin ərazisinə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi, adları çəkilən qurum əməkdaşlarının keçirdikləri birgə baxış zamanı müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və bununla bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər bir ailə üzvünün sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur.

Qeyd edək ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə bağlı tərtib olunmuş siyahıda Yadigar Rəcəbovgilin ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Bunları həmin illərdə Muğanlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşımış şəxs də, məhz əməkdaşımızla etdiyi söhbət zamanı şifahi formada təsdiq edir.
Onu da bildirək ki, inşa olunacaq yeni fərdi yaşayış evləri ilə bağlı layihə-smeta sənədləri hazırlandıqdan sonra, Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yaşayış evlərinin inşaasına başlanılır və büdcə vəsaitiləri hesabına tikilən evlər 2014-cü ildən başlayaraq zərərçəkən ailələrə paylanılır. Tərtib olunmuş siyahıda Yadigar Rəcəbovgilin 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, son anda Şamaxı RİH bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə verirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir və bu cür ədalətsiz yanaşma ilə bağlı aidiyyatı dövlət qurumlarını da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş başqa bir ailə, üç gündən sonra Şamaxı RİH Aparatı əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8 il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə, Rəcəbovlar ailəsinə verilməli olan evdən çıxarılmış həmin ailə, son 4-5 gün ərzində hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir.

Bütün bunlardan əlavə, Yadigar Rəcəbovun sonuncu dəfə yazmış olduğu ərizəsinə 23 iyun 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş Ş-06-1147 saylı məktubla cavab verilir və məktubda qeyd olunur ki, “Evlər paylanana qədər sizə məxsus fərdi yaşayış evinizlə bağlı FHN-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirmişlər və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanmışdır”. Zərərçəkən şəxsgilə bu cür gülünc, bu cür ucuz və əsassız cavabın verilməsinə baxmayaraq, ailə üzvlərinin bildirdiklərinə görə sürüşmə baş verən vaxtlarda FHN-i, Baş Nazirin müavinləri və digər rəsmi şəxslər Muğanlı kəndində olurlar, yerində araşdırma işləri aparırlar və şəxsən Rəcəbovgilin həyətində iclas da keçirirlər. Həmin vaxt bu ailəyə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması da müəyyən olunur.
Faktdır ki, Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında yeni inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylansa da, həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev almaq nəsib olmur. Çünki, istər bu şəxsin özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. O halda ortaya belə bir sual çıxır ki, axı Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir? Hansı səbəbdən həmin vaxtlarda Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evləri ilə bağlı akt tərtib olunur, amma bu şəxsin evinə 03 mart 2014-cü il tarixdə vizual baxış keçirilir və akt da tərtib olunur. Hətta, tərtib olunmuş aktda Rəcəbovgilin ailə üzvülərinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması da qeyd olunur. Bundan əlavə, ortaya başqa bir sual da çıxır ki, Rəcəbovgilin ailə üzvülərinə məxsus fərdi yaşayış evinə vizual baxış keçirib akt tərtib etmək hansı səbəbdən 2014-cü ilə saxlanılır? Sözsüz ki, bütün bunların hər biri ortaya müxtəlif sualların çıxmasına da səbəb olur.
Qeyd edək ki, Rəcəbovlar ailəsindən deryaz.az-ın redaksiyasına daxil olan şikayət ərizəsi əsasında, 25 iyul 2022-ci il tarixdə bəzi problemlərin varlığına aydınlıq gətirilməsi məqsədilə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri cənab Cəbrayıl Xanlarova məktubla müraciət etdik. Düzdür, uzun müddətli çəkçevirdən, dəfələrlə telefon danışıqlarından sonra adı çəkilən bu dövlət qurumundan rəsmi qaydada cavab əldə edə bilməsək də, son anda hazırlanmış şablom xarakterli cavab məktubunun surətini əldə edə bildik. Təəssüf və təəccüb doğuran hal odur ki, deryaz.az-ın redaksiyasından ünvanladığımız № 529 saylı məktubda konkret bir neçə məsələlər barədə suallar yazıb lazımi cavab əldə etmək xahişimizi qarşı tərəfə çatdırsaq da, bu Agentliyin rəis müavini cənab Elxan Əsədovun imzası ilə təsdiq olunmuş 18 avqust 2022-ci il tarixli № 37/36-05763 nömrəli cavab məktubunda təkrar söz yığnağından ibarət cavab yazılmışdır. Bu da onu sübut etməyə əsas verir ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bəzi rəsmi şəxsləri, məhz bu cür addımları ilə Kəmaləddin Heydərova “badalaq gəlib”, cənab Nazirin işgüzar fəaliyyətinə kölgə salmaqla məşğul olurlar. Digər tərəfdən, bu dövlət qurumuna ünvanladığımız məktuba başdansovdu, qeyri-ciddi cavabın hazırlanması da onu sübut edir ki, qeyd olunan problemin ədalətli qaydada həllini tapmamasında, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində çalışan bəzi şəxslərin hansısa maraqları var. Əgər bu belə olmasaydı, o halda ünvanladığımız məktuba doğru-dürüst cavab verilərdi.

Deməli, belə bir halların, bu kimi yanaşmaların varlığıdır ki, son vaxtlar FHN-də baş verən iyrəncliklər geniş ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilmişdir. Əgər bu Nazirliyin tabeli qurumunun birində yaşanan intim olayları bir cür biabırçılıqdırsa, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız məktuba şablom xarakterli cavabın hazırlanması isə, tamam başqa bir biabırçılıqdır. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Azərbaycan Respublikasının fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov, həm bu kimi halların varlığına, həm də ünvanına göndərdiyimiz məktubda qeyd etdiklərimizə lazımınca diqqət yetirib, qısa zaman kəsiyində müvafiq qərarını verəcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


P. S. Hörmətli oxucular! Biz bu mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində qol qoyulan bir çox maxinasiyalar barədə məlumatları, məhz hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru