“Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir… - Bakıda ÖZBAŞINALIQ
Tarix: 28-10-2022, 09:35 | Çap et
““Bizim Ev” MTK Yasamalda sakinlərə işgəncə verir..” başlıqlı ötən yazımızda şirkətin apardığı tikinti prosesində heç bir təhlükəsizlik qaydalarına əməl olunmadığı haqda bəhs etmişdik. Ümumiyyətlə, tikinti bumu deyilən məsələ demək olar ki, neçə illərdir ki, cəmiyyətdə, mediada, hətta hakimiyyətin ən üst qatlarında ciddi müzakirə olunur. Amma etiraf etməliyik ki, ortada ciddi nəticə yoxdur. Necə deyərlər, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır. Biz bir media qurumu olaraq tikinti biznesinin əleyhinə deyilik. Amma onu qeyd etməyə məcburuq ki, bu qanunsuz tikintilərin çoxunun arxasında məmurlar dayanıır. Adamdan soruşarlar ki, görəsən məmur maaşı ilə bu boyda binalar necə tikilir..? Əlbəttə, heç kimə sirr deyil ki, rüşvət və korrupsiya yolu ilə qazanılmış milyonlar tikinti bumunun əsasını təşkil edir. Deməli, tikinti bumunun arxasında rüşvətxor və korrupsionerlər dayanır. Biz media olaraq “Bizim Ev” MTK-nın arxasında hansı məmurun dayandığını araşdırmaq fikrində deyilik. Bizi maraqlandıran odur ki, bu MTK vətəndaşlara niyə bu qədər işgəncə verir..? Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək ki, sivil ölkələrin çoxunda SƏS-KÜY-lə bağlı ayrıca qanunlar var. Çünki SƏS-KÜY insanlarda bir çox xəstəliklərin səbəbidir. Bizdə isə MTK-lar gecə-gündüz, ilin bütün fəslində yaratdığı səs-küylə sakinlərin əsəblərini korlayır, onlara dəhşətli stress yaşadır, nevroz həddinə çatdırır. Yazıq vətəndaşlar haralara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy mənbəyi deyil, həm də… Birincisi, tikinti bumu kifayət qədər yaşıllıqları məhv edir. İkincisi, tikilən binalar, obyektlər tikinti normalarına cavab vermir. Təkcə bir faktı yada salaq. Bir neçə il əvvəl Binəqədidə tikinti materialı səbəbindən 16 mərtəbəli bina bütünlüklə yandı, 16 nəfər öldü, 60 nəfər yaralandı. Nəticədə binanın təsisçisi, sahibi 8 il həbs cəzası aldı, amma 3 ildən sonra azadlığa çıxdı, hətta müsadirə olunan əmlakını qaytara bildi. Həmin şəxs lap 100 il həbsdə olsaydı nəsə dəyişəcəkdimi, günahsız ölənlərdən bircəsi diriləcəkdimi..? Əlbəttə, yox. Sözümüzün canı odur ki, heç bir tikinti, ekoloji, təhlükəsizlik normalarına cavab verməyən binalar gələcəkdə ciddi fəsada çevrililəcəklər. Biz hələ bu binaların arasındakı məsafələrin heç bir normaya uyğun gəlmədiyini və digər neqativ halları təkrarlamaq istəmirik. Bütün yazılanlara, deyilənlərə, ictimai müzakirələrə, hətta dövlət başçısının dəfələrlə bu problemi sərt şəkildə tənqid etməsinə baxmayaraq, tikinti mafiyası öz əməllərindən bircə addım da geri çəkilmir. Haqqında bəhs etdiyimiz “Bizim Ev” MTK barəsində Yasamal rayon sakinlərindən daha bir şikayət redaksiyamıza daxil olub. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur. Bir daha qeyd etmək istəyirik ki, biz kiminsə tikinti aparmasının əleyhinə deyilik. Amma… Əmması odur ki, kimlərsə bina tikib milyonlar qazanacaq, sakinlər niyə işgəncə çəkməlidir. Ətrafa yayılan daş, çınqıl həyətdə oynayan uşaqların iraq olsun ölümünə səbəb olsa, buna kim cavab verəcəkdir..? Ətrafdakı yaşıllıqları məhv edəndə niyə bir dövlət qurumunun səsi çıxmadı..? Ümumiyyətlə, Yasamal rayonu yaşıllıqların məhv edilməsinə görə birinci yerdə gedir. Bütün bunlar azmış kimi tikintinin aparıldığı ərazi “Məhsul” idman stadionunun bir hissəsi, daha dəqiq desək, soyunub-geyinmə sahəsidir. Birincisi, dövlət başçısı idmanın inkişafını prioritet elan edib, bu məmurlar isə idman stadionunun ərazisini satırlar. Düzdür, sonradan stadionu satanlar həbs olunsalar da, ərazini alıb bina tikənlər öz işlərini tələm-tələsik, hətta küləkli havalarda da davam etdirirlər. Sanki bunları qovan var, sanki harasa tələsirlər. Və bütün bu baş verənlərin fonunda nə Fövqəladə Hallar Nazirliyinin, nə Yasamal icra hakimiyyətinin, nə də digər səlahiyyətli qurumun səsi çıxmır. Müvafiq qurumların tədbir görməsi üçün MTK-nın Tikinti obyektinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məghəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024 P.S. Bu bina tikən İmişlili Mürşüd kimdirsə o heç kimi saymır, amma beton, taxta qırıqları, daş, qaya, kubik parçaları həyətə töküldükcə camaat bir ağızdan ağır söyüşlər söyür. Buyurun, qəbul edin deyirlər. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
23-11-2024, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
23-11-2024, 13:50 |
|
|
|
|