TÜRKİYƏDƏ AZƏRBAYCANLI İŞ ADAMINA SUİ-QƏSD
Tarix: 10-05-2012, 13:14 |
Çap et
TƏSADÜF ÖLÜMDƏN XİLAS ETDİ
Türkiyənin Alanya şəhərində otel adminstratoru işləmək istəyən şəxs azərbaycanlı iş adamı Xudaverdi Məmmədbəyliyə pnevmatik silahdan atəş açıb.
Soydaşımız təsadüf nəticəsində ölümdən xilas ola bilib. Ətrafdakı hay-küyü görən silahlı adam hadisə yerindən avtomobillə qaçıb.
Türkiyəli jurnalisti Fərid Kəskin Modern.az saytına deyib ki, hadisə Alanyanın Cümhuriyət Məhəlləsi Milli Suverenlik Stadionun qarşısında olub.
Alanyada tanınmış otel sahiblərindən olan Xudaverdi Məmmədbəyli 07 MA 962 nömrəli avtomobillə seyrə çıxdığı zaman Zəfər adlı şəxs telefonla zəng edib, işlə bağlı onunla görüşmək istədiyini bildirir. Maşınını park edən Məmmədbəyli zəng edən şəxsi gözləyərkən Zəfər nömrəsi bilinməyən avtomobildən onun üstünə pnevamtik silahdan atəş açır.
Türkiyə polisi atəç açan şəxsin axtarışına başlayıb.
P.S. Xudaverdi Məmmədbəyli Sumqayıtda doğulub. Azərbaycanlı jurnalistlərin Qarabağla bağlı Türkiyədə keçirdikləri bir neçə tədbirə dəstək verib.