Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                 

“Türkiyənin düşmənlərinin sayı çoxalıb” - deputat
Tarix: 20-02-2016, 10:56 | Çap et
“Türkiyənin düşmənlərinin sayı çoxalıb”
Türkiyənin paytaxt şəhəri Ankarada fevralın 17-də törədilən terror aktı nəticəsində 28 həlak olub, 61 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin törətdiyini açıqlayıb. ABŞ-ın Dövlət Departamenti isə belə bir ərəfədə bəyanat yayaraq PYD-ni müttəfiqi adlandırıb. Departamentin rəsmi nümayəndəsi Con Kirbi qeyd edib ki, PYD İŞİD-lə mübarizədə ciddi rol oynayıb. Onun sözlərinə görə, NATO tərəfindən bu qruplaşmanın bütün əməliyyatı havadan dəstəklənir və gələcəkdə də PYD-yə hərbi yardımların davam edəcəyi gözləniləndir. Türkiyədəki terror hadisəsi, bu aktın arxasında dayanan siyasi maraqlar, açqın miqrantlar arasında terrorçuların olması, onlara qarşı mübarizə və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin deputatı, politoloq Elman Nəsirov cavablandırır.

- Elman müəllim, Ankarada törədilən və çoxsaylı insan itkisi ilə müşayiət olunan terror aktının arxasında nə dayanır, terrorçuların məqsədi nədir?
- Paytaxt Ankarada törədilən terror aktının arxasında dayanan əsas amil Türkiyənin regionda son dərəcə ciddi fiqura çevrilməsidir. Baş nazir Əhməd Davudoğlu hələ xarici işlər naziri olarkən bildirmişdi ki, 20 il bundan öncə Türkiyə Yaxın Şərq regionunda baş verən hadisələrə müdaxilə etməz, bunu öz işi hesab etməzdi. Türkiyə ancaq öz problemləri ilə məşğul olurdu. Lakin bu gün Türkiyə regionda elə bir güclü oyunçuya çevrilib ki, ətrafında baş verən hadisələrə biganə qala bilməz və bilmir. Bu istiqamətdə Türkiyənin dövlət, milli maraqları nəzərə alınır və müvafiq addımlar atılır. Bu fikirlərlə Davudoğlu demək istəyirdi ki, beynəlxalq aləm Türkiyənin addımlarını, onun motivlərini başa düşsün. Nəzərə alaq ki, Ankarada terror aktını PKK-nın Suriya qanadının törətdiyi məlumdur. Belə şəraitdə, hadisənin motivlərini Türkiyənin Suriya siyasətində daha çox tapmaq mümkündür. Türkiyə Suriyada baş verən hadisələrə çox böyük həssaslıqla yanaşır və rəsmi Ankaranın bu mövqeyi başadüşüləndir. Suriyada müharibə başlayandan 4,5 milyona yaxın insan qaçqın, 7 milyondan artıq adam isə məcburi köçkün vəziyyətinə düşüb. Ümumilikdə götürsək, 11 milyona yaxın suriyalı öz evindən, vətənindən didərgin düşüb, bir çox ölkələrə səpələnib. Bu isə 22 milyonluq Suriya əhalisinin 50 faizi deməkdir. 4,5 milyona yaxın suriyalı qaçqının 1,2 milyonu Livana, 2 milyonu Türkiyəyə sığınıb. Bu da Türkiyə üçün çox ciddi problemə çevrilib. Böyük sayda suriyalı qaçqının Türkiyəyə sığınması bu dövlətin təhlükəsizliyi üçün təhdiddir. Çünki həmin qaçqınların içərisində terrorçu qruplaşmaların üzvlərinin də olması mümkündür. Onlar qaçqın kimi Türkiyə ərazisində daxil olur, sonradan terror aktlarında iştirakçıya çevrilirlər. Bununla yanaşı, indiki dönəmdə Türkiyənin düşmənlərinin sayı kifayət qədər çoxalıb. Bu düşmənlər sırasında PKK, İŞİD, Suriyadakı Bəşər Əsəd rejimi də var. Heç kimə sirr deyil ki, rəsmi Ankara Bəşər Əsəd rejiminin legitimliyini tanımır. Belə olan halda, həmin qüvvələr Türkiyəyə qarşı çıxış edir, bu dövləti hədəf seçirlər. Bir qədər əvvəl qeyd etdiyim kimi, Türkiyənin regionda çox güclü dövlətə çevrilməsi, Yaxın Şərqin fövqəldövləti statusuna iddia etməsi, milli maraqlara söykənən, olduqca fəal və çevik, müstəqil siyasət həyata keçirməsi terrorçu qruplaşmaların Türkiyəyə qarşı fəallığını artırır. Burada PKK-nın Suriyadakı qanadının özü də bir alətdir. Daha böyük qüvvələr həmin terrorçu qruplaşmalardan Türkiyə əleyhinə istifadə edə bilərlər.

- Hadisədən sonra Prezident R.T.Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin YPG qruplaşmasının törətdiyini açıqladı. ABŞ Dövlət Departamenti isə bəyan etdi ki, PYD onun müttəfiqidir. Amerikanın Türkiyəyə, həmçinin terrorçu təşkilata qarşı belə münasibəti necə izah etmək olar?
- XXI əsrin vəbası sayılan beynəlxalq terrorizmə qarşı mübarizə imkanları hazırda ona görə məhdudlaşır ki, ortada “yaxşı” və “pis” terrorçu bölgüsü var. Misal üçün, “Əl-Qaida”, İŞİD pis, radikal terror təşkilatı kimi tanınır, qəbul edilir. Amma ASALA, Daşnaksutyun kimi terror təşkilatlarına belə münasibət göstərilmir. Hətta terror təşkilatı olan Daşnaksutyun siyasi partiya kimi Ermənistan parlamentində təmsil olunur. Amerikanın özündə də terrorizmə münasibətdə ikili yanaşmalar nəticə etibarilə terrorçuların mənafeyinə xidmət edir. Necə olur ki, PKK ABŞ-da terror təşkilatı kimi tanınır, amma onun Suriyada Bəşər Əsədə qarşı müxalifətdə olan bir qanadı terrorçu kimi qəbul edilmir? Deməli, terrorizmə yanaşmada da siyasi maraqlar ön plana keçir. Əgər sabah PKK-nın Suriya qanadı Bəşər Əsədə loyallıq göstərərsə, heç şübhəsiz ABŞ onu da terror təşkilatı kimi qəbul edəcək. Bu cür siyasi yanaşmalar, ikili standartlar beynəlxalq terrorizmə qarşı mübarizə imkanlarını məhdudlaşdırır. Bu da nəticə etibarilə ABŞ-Türkiyə münasibətlərində “soyuqluğun” yaranmasına səbəb olur. Prezident Ərdoğan açıq şəkildə Amerikaya bildirdi ki, ya biz müttəfiqinizi müdafiə edin, ya da terrorçu təşkilatı. Bununla ABŞ-ı seçim qarşısında qoydu. ABŞ Dövlət Departamenti isə buna cavab olaraq bildirdi ki, rəsmi Vaşinqton “yaxşı” qüvvələri silahlandırıb, ancaq bəzi təsadüfi hallar nəticəsində o silahlar “pis” qüvvələrin də əlinə keçib. Halbuki, departament rəsmisinin bəyanatında yer alan “yaxşı” və “pis” qüvvənin hər ikisi terror təşkilatıdır. Belə yanaşma qətiyyən qəbul edilməzdir. Nə qədər ki, “yaxşı” və “pis” terrorçu bölgüsü var, nə qədər ki, hər zaman və hər yerdə prinsipi ilə beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparılmır, bu bəlaya qalib gəlmək imkanları xeyli məhdudlaşır. Ankarada baş verən son terror aktı bu məntiqi bir daha təsdiq edir. Xatırlayırsınızsa, Parisdə baş verən terror hadisəsindən sonra Fransanın paytaxtında dünya ölkələrinin dövlət və hökumət başçıları, digər rəsmiləri beynəlxalq terrorizmə qarşı yürüş təşkil etdilər, xristian həmrəyliyi göstərdilər. Lakin Türkiyənin paytaxtında törədilən terror aktından sonra belə bir həmrəyliyi, yürüşü biz müşahidə etmədik. Bu faktın özü də ikili standartların bariz nümunəsidir.

- Siz bayaq qeyd etdiniz ki, böyük sayda suriyalı qaçqının Türkiyəyə sığınması bu dövlətin təhlükəsizliyi üçün təhdiddir. Bəs nə etməli? Bəlkə bəzi Avropa ölkələri kimi Türkiyə də sərhədi bağlasın, qaçqın miqrantları qəbul etməsin? Yaxud, Ankara terrorunu törədənin suriyalı qaçqın olduğu nəzərə alınıb, Çeçenistan prezidenti Ramzan Kadırovun etdiyi kimi terror iştirakçısı olan istənilən şəxsin bütün ailə üzvləri ölkədən deportasiya olunsun?
- Ümumiyyətlə, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verilməlidir. Avropa İttifaqı belə bir mövqe bildirib ki, Türkiyə Avropaya miqrant-qaçqın axınının alınmasında ciddi səddir. Bunun üçün təxminən 3 milyard avro həcmində vəsaitin ayrılması qərarına gəlinib. Halbuki, həmin vəsait hələ də lazımi ünvanına çatmayıb. Miqrantları qəbul etmək bir məsələdir, onların tərkibində terrorçuların da ölkəyə soxulması ikinci məsələdir. Suriyadan Türkiyəyə sığınan insan özünü mülki əhali kimi təqdim edir, sərhədi keçir, sonra isə ölkə daxilində terror niyyətlərini reallaşdırır. Ona görə də təhlükəsizlik baxımından belə məsələlərdə Türkiyəyə dəstək verilməsi, hətta terrorçu olmasına şübhələr olduğu, dəqiqləşdirmələr aparıldığı halda şəxsin həbsi, ailəsinin deportasiyası da vacibdir. Təsəvvür edin, hansısa terrorçu tutulub saxlanılırsa, zərərsizləşdirilirsə, onun ailə üzvləri, qohum-əqrəbası potensial terrorçuya çevrilə bilərlər. Kim zəmanət verə bilər ki, həmin terrorçunun ailə üzvləri, o cümlədən həyat yoldaşı, yaxud da digər qohumları buna görə hüquq-mühafizə orqanlarından qisas almayacaq, haradasa terror aktı törədib bu həbsə etiraz etməyəcək? Ona görə də Suriyadan Türkiyəyə miqrant və ya qaçqın kimi daxil olan, lakin terrorizmi özünə fəaliyyət seçən insanların üzə çıxarılması, həmçinin onlara bağlı insanlar, ailə üzvləri ilə əlaqədar da müəyyən addımlar atılmalıdır. Çünki arxayın olmaq qeyri-mümkündür. Heç kim deyə bilməz ki, terrorçu həbs olunandan sonra onun ailə üzvləri, qohumları dinc yerində oturacaq, baş verənlərlə barışacaqlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru