“Xocalı blokadada olanda İran prezidenti Rəfsəncanidən kömək istədim” - Ayaz Mütəllibov
Tarix: 26-02-2016, 09:36 | Çap et
Qarşıdan Xocalı soyqırımının 24 illiyi gəlir. Azərbaycan xalqının yaddaşında silinməz bir iz buraxan o dəhşətli gecədə neçə-neçə ailənin ocağı söndü, neçə-neçə arzular şaxtalı havada dondu və bir daha açılmadı.
Bununla yanaşı, həmin genosidlə əlaqədar tam açılmayan siyasi motivli düyünlər də az deyil.
Xocalı faciəsi ilə bağlı bəzi qaranlıq məqamlara işıq salmaq üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova müraciət etdik.
Ayaz Mütəllibov Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Modern.az saytına müsahibə verib. Onunla 1992-ci ilin fevralın 25-dən 26-na keçən keçə baş vermiş dəhşətli, hətta müharibə qanunlarına belə, sığmayan vəhşiliklər barədə apardığımız söhbəti təqdim edirik.
- Ayaz müəllim, Xocalıda yaşanmış ağlasığmaz insanlıq qətliamının üstündən 24 il keçir. İlk sualımız belə olacaq: Həmin gecə Azərbaycanın siyasi rəhbərliyində hansı müzakirələr aparılırdı?
- Fevral ayının 25-də, gecə saatlarında milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və daxili işlər naziri Tofiq Kərimov həmin o dəhşətli faciənin yaşanacağı ərəfədə mənim kabinetimə gəldilər. Emosional şəkildə dedilər ki, Dağlıq Qarabağda nə isə baş verir. Bildirdilər ki, ermənilər azərbaycanlıları qırırlar. Onlar mənə məruzə etdilər, amma qeyd etdilər ki, tam dolğun informasiyaya malik deyillər. Mən baş verənlər haqqında dəqiqləşdirmə aparmağı tapşırdım. Nazirlər bildirdilər ki, dəqiqləşdirmə aparıb, ölənlər barədə ətraflı məlumat əldə edib yenidən məruzə edəcəklər. Bir saatdan sonra yenə gəldilər (fikrə dalır...). Dedilər... Dedilər ki, Xocalıda dəhşətli hadisə baş verib. Bu xəbərə dözmək mümkün deyildi. Elə bildim ki, kimsə başımdan vurdu...
- Ancaq o zaman rəsmi şəkildə bəyan edilmişdi ki, Xocalıda cəmi 2 nəfər həlak olub....
- Telefonun dəstəyini götürdüm, Dağlıq Qarabağ vilayətinin İcraiyyə Komitəsinin sədri Mkrtıçyana zəng etdim. Ona dedim ki, ermənilər Xocalıda azərbaycanlılara qarşı qırğın törədiblər. Dedim ki, heç Hitler də bu cür hərəkətlərə imza atmayıb. O isə cavabında bildirdi: “Siz nə danışırsınız?! Xocalı sakinləri çoxdan ordan çıxıblar. Xocalı sakinləri şəhərdən çıxıb. Yalnız bir qismi burda qalıb, onları da ərzaqla təmin edirik. Halbuki, özümüz heç azuqə ilə yetərincə təmin olunmamışıq”.
Sual verdim ki, Dağlıq Qarabağın daxili işlər nazirliyinin əməkdaşı İsaqulov ordadırmı? Tələb etdim ki, təcili məlumatlar öyrənsinlər. Çünki biz ya yayılan məlumatları təkzib etməli idik, ya da elan etməli idik ki, dəhşətli hadisə törədilib.
Yəni dediyim odur ki, fevralın 25-dən 26-na keçən gecə nə mənim, nə də iki nazirin Xocalıda baş verənlər barədə tam təsəvvürü olub. İllər keçəndən sonra mən bir yerdə oxudum ki, Müdafiə Nazirliyinin baş qərargahının keçmiş rəisi Şahin Musayev bu faciə barədə açıqlama verərkən belə deyib: “İlk dəfə mənə Xocalıda neçə nəfərin həlak olması ilə bağlı sual veriləndə, mən 2 nəfər demişəm. Amma bunu prezident Ayaz Mütəllibovu pis vəziyyətə qoymamaq üçün belə etmişdim...”.
Ondan bəri elə deyirlər ki, ölənlərin sayı qəsdən gizlədilib. Mən isə başa sala bilmirəm ki, baş verənlərdən xəbərim olmayıb. Niyə gizlətməli idim ki?! Bu cür qətliamı gizlətmək olar?! Mütəllibov kim idi ki, bunu gizlədə?!
- Mərhum telereportyor Çingiz Mustafayevin Xocalıdan çəkdiyi kadrlar Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük çəkiyə malikdir. Səhv etmirəmsə, onu Xocalıya siz göndərmisiniz.
- Çingiz Mustafayevi ora mən göndərdim. Mənə Ağdamdan zəng etdi və dedi ki, Xocalıya getmək lazımdır. Çingiz Mustafayev dedi ki, onlara vertolyot lazımdır. Bizdə də Bakıda hərbi hissənin helikopterindən başqası yox idi. Zəng etdim, ora vertolyot göndərdilər. Çingiz Mustafayevə dedim ki, hər şeyi çəksin. Belə də oldu.
- Yəqin ki, siz həmin gecəni səhərə qədər kabinetdə qaldınız...
- Bəli. Səhərə qədər kabinetdə o tərəfə, bu tərəfə gəzə-gəzə qaldım.
- Siz 366-cı motoatcı alayın da bu hadisədə iştirakını biləndən sonra Rusiya rəhbərliyi ilə əlaqə saxladınızmı?
- Xeyr. Mən əlaqə saxlaya bilmədim. Əlaqə üçün rəsmi əsas lazım idi. Mən bunu Boris Yeltsinə deməli idim. Amma kimə zəng etsəydim, deyəcəkdi ki, xəbərləri yoxdur.
- Bir prezident kimi xalqa görə məsuliyyət daşıdığınızdan soyqırımı xəbərini eşitmək hər halda sizin daxilinizdə təlatüm yaratmamış olmazdı.
- (Yenə fikrə dalır, gözünü naməlum nöqtəyə zilləyir). Mən özümü heç cür ələ ala bilmirdim. Dəhşətə gəlmişdim, bunu təsəvvür etmək belə, çətindir...
- Xocalı uzun müddət blokadada qaldı. Xocalıda qətliam törədilməzdən qabaq sakinlərin dəhliz vasitəsi ilə oradan çıxarılması üçün ermənilərlə danışıqlar aparılmışdımı?
- Xeyr, Azərbaycan rəhbərliyi belə bir danışığa getməmişdi.
- Ancaq təhlükənin olacağı barədə hər halda sizə siqnallar çatırdı. Düzmü düşünürəm?
- Müxtəlif mənbələrdən, məsələn Nazirlər Kabinetindən belə məlumatlar mənə çatdırılırdı. Bir prezident kimi mən də dərhal bu informasiyaları təhlil edib, müxtəlif göstərişlər verirdim. Bizim Təhlükəsizlik Şurasının iclasında mən göstərişlər verirdim. Bunların çoxu məxfi idi, protokola alınmırdı. Ancaq ermənilər bütün işləri əvvəlcədən hazırlamışdılar. Biz isə qəfil yaxalandıq.
- Sizin Azərbaycana rəhbərliyiniz dövründə Daşaltı əməliyyatı da keçirildi və uğursuzluqla nəticələndi. Sizcə həqiqətənmi, xəyanət səbəbindən bu əməliyyat baş tutmadı?
- Satqınlıq olmuşdu. Mən bu əməliyyatı dəstəkləməmişəm. Əməliyyatın aparılmasını müdafiə naziri Tacəddin Mehdiyev öz üzərinə götürmüşdü. Mən ona inanırdım. AXC qüvvələri Valeh Bərşadlı kimi, Tacəddin Mehdiyevi də tez-tez ittiham edirdi. Tacəddin Mehdiyev də hirslənib qüvvələri Daşaltı əməliyyatına cəlb etdi. Amma bu əməliyyatın olacağı barədə hansısa xəyanətkarlar qarşı tərəfə məlumat vermişdilər.
- Ölkəyə rəhbərlik etdiyiniz zamanlarda mərkəzi hakimiyyətə tabe olan silahlı qüvvələrlə yanaşı, könüllü batalyonlar da fəaliyyət göstərirdi. Maraqlıdır, niyə görə, bu qüvvələr bir araya gəlməkdə çətinlik çəkirdi?
- İqtidar-müxalifət qarşıdurması da bu hadisələrin baş verməsində rol oynadı. Belə düşüncə var idi ki, nə qədər pis qüvvələr hakimiyyətə gəlsələr də, hazırkından yaxşı olacaq. Yerli batalyonların əksəriyyətinə Azərbaycan Xalq Cəbhəsinin üzvləri nəzarət edirdilər. Bunları bir araya yığıb cəmləşdirmək mümkün deyildi.
- Belə bir sual vermək zərurətini hiss edirəm. Xocalı mühasirədə olan vaxtlarda Azərbaycan İran və Türkiyədən yardım istəmişdimi?
- Mən fevral ayının ortalarında İranda İslam ölkələrinin iqtisadi müşavirəsində iştirak edirdim. Mənə Bakıdan zəng etdilər ki, Xocalını atəşə tutublar. Müşavirədə fasilə zamanı İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin kabinetində oldum. Xarici işlər naziri Əli Əkbər Vilayəti də orda idi. Mən dedim: “Ağayi Rəfsəncani, bizdə vəziyyət gərgindir. Mənə zəng edib dedilər ki, Xocalı şəhəri atəşə tutulub. Kömək üçün nə edə bilərsiniz?”. Rəfsəncani açıq şəkildə mənə dedi ki, biz Azərbaycandakı qüvvələrdən İrana göndərək, onlara təlim keçsinlər. Rəfsəncani dedi ki, rəsmi şəkildə hər hansı yardım edə bilməzlər. Mən isə xahiş etdim ki, siyasi yolla müdaxilə etmək mümkündürsə, bunu yerinə yetirin.
Konkret olaraq bir şey demədilər. Mən dedim ki, xarici işlər naziri Vilayəti həm bizimlə, həm də Ermənistanla görüşlər keçirsin, yəni vasitəçi olsun. Vilayəti qeyd dəftərini çıxardı, bildirdi ki, yalnız cümə günü onun üçün münasibdir. Lakin bu, olmadı. Rəfsəncaninin təklifini isə biz reallaşdıra bilmədik. Çünki vaxt çox məhdud idi.
Türkiyəyə gəlincə, sizə deyim ki, bu barədə onlara heç bir müraciət etməmişdik.
- Siz Xocalı hadisələri baş verəndə Azərbaycanın prezidenti idiniz. Nə qədər desək də, məncə məsuliyyət bölgüsündə sizə də pay düşür. Sözsüz ki, yəqin siz belə bir hadisənin olmasını istəməzdiniz, amma dövlət başçısının məsuliyyəti də böyükdür. O məsuliyyəti bu gün etiraf edirsinizmi?
- Prezidentin öz borcu, vəzifəsi var. Onunla bir komandada olan adamların da öz məsuliyyəti var. Mən Xocalıya görə mənəvi məsuliyyət daşıyıram. Qırğının olduğunu eşidəndə vicdan əzabı çəkdim. Amma bu faciə üzərindən siyasi oyun açmağı qəbul edə bilmirdim. Xoşagəlməyən odur ki, martın 5-6-da, naməlum bir vəziyyətdə Ayaz Mütəllibovun istefasını ortaya atdılar. Bununla biz nə udduq?! Əksinə uduzduq. Ermənilər isə bundan kozır kimi istifadə etdilər. İllər keçəndən sonra bizimkilər başa düşdü ki, Xocalı faciəsinə görə prezidentə toxunmaq lazım deyildi.
- Üstündən 24 il keçməsinə baxmayaraq, Xocalıda yaşanan dəhşət, insanların ah-naləsi, fəryadı bu günün özündə də ürəyimizi sızladır, sanki qulaqlarımızda səslənir. O kadrlara baxanda heç kövrəlirsinizmi?
-Əlbəttə ki! Mən Xocalıda çəkilən o kadrlara göz yaşı axıtmadan baxa bilmirəm. (Kövrəlir). Hətta Xocalıdan söhbət düşəndə çox böyük həyəcan keçirirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
|