“Nədən çəkinirsən, Əli Kərimli?”
Tarix: 12-03-2016, 11:04 | Çap et
“Əli Kərimli hələ ki müraciətimizə rəsmi şəkildə cavab verməyib. Amma onun ətrafında olanlar guya təklifimizə ironiya ilə yanaşdıqlarını nümayiş etdirmək istəyirlər. Mən anlamıram, əgər partiya sədrinə məktub göndərilibsə, ona niyə başqası münasibət bildirməlidir ki? Gənclər təşkilatı nümayəndəsi və ya qərargahda çalışan adi işçi müraciəti cavablandırmaq səlahiyyətini kimdən alıb? Onda belə çıxır ki, AXCP-də nizamsızlıq hökm sürür və partiya sədrinin səlahiyyətləri mənimsənilib”. Bu sözləri “Kaspi”yə açıqlamasında müxalifətin “Antiböhran Koalisiyası”na üzv Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP-nin qurumun müraciətinə qeyri-ciddi yanaşması ilə bağlı fikirlərini bölüşərkən dedi və sözügedən partiyanın müxalifətdaxili inteqrasiyadan yayınması ilə bağlı mümkün hesab etdiyi səbəbləri açıqladı. Qeyd etdi ki, AXCP-yə göndərdikləri məktuba Ə.Kərimlidən başqa kiminsə cavab vermək hüququ yoxdur: “Hətta onun birinci müavini də bəyanat versə, biz onu məktubumuza cavab kimi dəyərləndirməyəcəyik. Əgər müraciət Əli Kərimliyə göndərilibsə, nəyə görə başqası məsələyə müdaxilə edir? İndiyə qədər Azərbaycan Demokrat Partiyasının rəhbərliyinə ünvanlanan məktuba rəhbərdən başqa heç kim cavab verməyib. Partiya adından danışmaq səlahiyyəti yalnız partiya sədrinə aiddir. Əgər Əli Kərimli başqalarına onun adından danışmaq səlahiyyəti verməyibsə, deməli, bütün deyilənlər boş və əsassızdır. Görünən odur ki, o partiyada sədr ağzını açmamış, məsələyə münasibət bildirməmiş, kim istəsə danışa bilər. Deməli, Əli Kərimli sədr kimi işinin öhdəsindən gələ bilmir. Ona görə də müraciətimizə başqaları münasibət bildirir. Ay insan, sən nə bilirsən, bəlkə sonra Əli Kərimli başqa cür qərar verəcək? Nəzərə çatdırım ki, AXCP-dəki bu cür münasibətlər sistemi onlar üçün xarakterikdir və partiyanın dağılmasının əsas səbəblərindən biri olub. Bu gün AXCP sıralarını tərk etmiş adamların əksəriyyəti əvvəllər bu cür davranışlar sərgiləyiblər. Bəlkə də üzvlər belə fikirlər səsləndirəndə Əli Kərimliyə xoş gəlir. Amma o, bir az keçmişi yadına salsın və partiya təcrübəsini xatırlasın”.
S.Cəlaloğlu bildirdi ki, Ə.Kərimli müraciətə cavab verməsə, bu, debatdan imtina kimi qəbul ediləcək: “Belə başa düşəcəyik ki, onun camaat içinə çıxmağa üzü yoxdur. Biz normal təklif irəli sürmüşük. Deyirik ki, bir zala yığışaq və məsələləri üzbəüz müzakirə edək. Partiyalararası münasibətlərin müzakirəyə ehtiyacı var. AXCP sədri ilə gənclərin və ya digər partiya üzvlərinin virtual aləmdə, əsasən də Feysbukda “lotuluq” etməsi haqda da danışmaq istəyirik. Qoy “feyk” profillə deyil, debata gələrək canlı-canlı, üzbəüz şəkildə fikirlərini bildirsinlər və dediklərini əsaslandırsınlar. Əgər bizim səhvimiz varsa, birbaşa özümüzə desinlər və nəyi düz etmədiyimizi izah etsinlər. Həmçinin özlərinin də nəyi düz etdiklərini hamıya elan etsinlər. Yəni hər bir tərəfin fikri xalqın iştirakı ilə səsləndirilsin, müzakirə edilsin. Nədən çəkinirsən, Əli Kərimli? Nədən qaçırsan? Əgər sən haqlısansa, insanlar səni dəstəkləyəcək. Biz onu yalnız öz üzvlərimizdən ibarət olan debata çağırmırıq ki. Tədbir açıq olacaq və xeyli sayda ürəyi istəyən vətəndaş iştirak edəcək. AXCP fəallarını və üzvlərini də ora qatılmağa dəvət etmişik. Həm onların mətbuat orqanı, həm də digərləri gəlib tədbiri işıqlandıra bilər. Hamının gözü qarşısında təşkil olunan debatda heç kim cığallıq edə bilməyəcək və bütün deyilən sözlərin arxasında kimin dayandığı hər kəsə məlum olacaq. Bizim məqsədimiz budur”.
Partiya sədri hesab edir ki, AXCP debata qatılarsa, çox maraqlı söhbətlər olacaq və müxalifətdaxili münasibətlərə xeyli aydınlıq gətiriləcək: “Əgər razı olmasalar, deməli, gizlənirlər, açıq müzakirədən qaçırlar. Əgər sənin mövqeyin düzdürsə, bunu gəlib böyük toplantıda, hamının içində səsləndirməkdən niyə çəkinirsən? Bildiyiniz kimi, Müsavat və Yeni Azərbaycan Partiyasına da müraciət göndərmişik. YAP təklifimizə demokratik münasibət göstərdi. Hətta biz məktub göndərməmişdən öncə debata hazır olduğunu açıqladı. İndi onlardan rəsmi cavab gözləyirik. Amma AXCP demokratik ola bilmədi və gənclər vasitəsilə ironik münasibət sərgilədi. Burada ironiya etməli nə var ki? İntellektual debata çağırılmağına o adam lağ edər ki, öz-özünə “mən hara, intellektual debat hara” sualını verib. Səni dəvət edən tərəf də lağlağı obyekti deyil. Orada vaxtilə Əli Kərimliyə rəhbərlik edən şəxslər təmsil olunur. Onlar nə intellektual səviyyələrinə görə, nə də vətənə, dövlətə bağlılığına görə Əli Kərimlidən aşağı adamlardır ki, durub bizə ironik cavab versinlər. Sən Pənah Hüseynin yanında işləyən adam olmusan. İndi partiya sədri olmaqla Allahın yanına qalxmamısan ki. Əsassız lağlağı, ironiya edən adamlar özləri gülünc durumda olanlardır. Biz onu debata dəvət etməklə istəyirik ki, digər müxalifət partiyalarında nəyi bəyənmədiyini gəlib hamının içində söyləsin. Özünü hamıdan ağıllı sayır. Gəl bunu əsaslandır. Kimi niyə satqın hesab etdiyini gəl debatda söylə və dediklərinin arxasında dur. Orada hamının bərabər sayda tərəfdarı olacaq”.
Həmsöhbətimiz məqsədlərinin indiyə qədər problem kimi görünən məsələlərə aydınlıq gətirmək olduğunu bildirdi. Dedi ki, problemlərin əmələ gəlməsinin səbəblərindən biri konfliktlərin birgə müzakirə olunmamasıdır: “Partiyalararası deyişmələr siyasət deyil. İnsanların siyasi səviyyəsini yüksəltmək lazımdır. Partiyalar hamısı bir-birindən küsüb. Ortada ancaq qeybət və narazılıqlar var. Bu, siyasət deyil. Təəssüf ki, insanların siyasi səviyyəsi getdikcə daha da aşağı düşür. AXCP müxalifətdaxili inteqrasiyadan niyə yayınır? Debatda bu suala cavab tapmaq istəyirik. Qoy gəlib öz səbəblərini səsləndirsinlər. Üzümüzə desinlər ki, sizin ağlınız çatmır və ya siz xəyanətkarsınız. Düşündüklərini bildirsinlər və cavablarını alsınlar. “Mən hamıdan yaxşıyam, qalan hamı pisdir” deməklə adam yaxşı olmur. Biz müxalifətdaxili münasibətləri müzakirə etmək istəyirik. Burada çəkinəsi nə var ki? Hamının gözü önündə debat təşkil olunsun və hər kəs partiya sədrlərinin həm mövqeyini, həm də nə cür davrandıqlarını görsün. Bildiyiniz kimi, bu günlərdə Müsavat Partiyası sədri Arif Hacılı ilə görüşdüm. Çünki o, mənimlə əlaqə saxladı və müraciətdə onun üçün qaranlıq qalan məqamların olduğunu bildirdi. Ona görə də üzbəüz görüşüb danışmağımızı istədi. Mən də etiraz etmədim. Əgər AXCP sədri də öncədən görüşüb nəyəsə aydınlıq gətirilməsini istəsə, onunla da görüşə bilərəm. Və yaxud da YAP tədbirin mahiyyəti ilə bağlı hər hansı bir sual ünvanlayarsa, biz onlara hər şeyi izah etməyə hazırıq. Kimsə bu cür tələblə çıxış etməyibsə, biz heç kimlə zorla görüşə bilmərik. Baş tutacaq debatın canlı yayımını da təşkil etmək istəyirik. Tədbirə internet televiziyaları ilə yanaşı, digər media qurumlarının da nümayəndələri gələ bilər. Zalda xeyli sayda vətəndaşın iştirak etməsini istərdik. Onlar tədbirə qatılmaqla istənilən partiya sədrinə açıq suallarını verə bilərlər. Artıq neçə ildir ki, bu cür debatlar təşkil olunmur. Partiyalararası münasibətlərlə bağlı bir çox suallar var. Onlara da aydınlıq gətirməyə çalışacağıq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
|