“Azərbaycanda aldığım 1900 manatı xaricdə təklif olunan 19 min dollardan üstün tuturam...” - deputat
Tarix: 18-03-2016, 10:23 | Çap et
DİA.AZ Milli Məclisin deputat Yevda Abramova ilə müsahibəni təqdim edir:
- Yevda müəllim, parlamentdəki çıxışınızda Qubanın bir kəndindən bəhs etdiniz. Bəlkə əvvəlcə bu məsələyə aydınlıq gətirəsiniz.
- Həmin kənd 6 ildir salınıb. Gözəl kənddir, yaxşı evlər tikilib. Burada əhalinin sayı 2 mindən çoxdur. 5 il bundan qabaq Qubanın həmin bu Güləzi kəndi ilə bağlı bizim Nazirlər Kabinetindən xahişimiz olmuşdu. O kəndi Dərbənd yolunun üstündə tikiblər. Sadəcə olaraq bu kəndin, onun sakinlərinin heç bir sənədi yoxdur. Uşaqlar doğulur, ünvan lazım olur, adamlar çarəsiz qalır. Bu kəndin sənədi olmalıdır ki, onunla bağlı hansısa məsələ qaldırım, ya insanların təhlükəsizliyi təmin olunsun. Ancaq hələ bu kəndin adı da təsdiq olunmayıb. Camaatın suallarına cavab verə bilmirəm, yerimdə donub qalıram. Ona görə də iclasda dedim ki, məgər bu kənd hökumətin xəbəri olmadan tikilib? Bu kəndin 187 evi var. Dağ Güləzini 5-6 il əvvəl başqa əraziyə köçürdük, o kənd tamam sürüşmüşdü. Ancaq Güləzi kəndi havadan asılı vəziyyətdə qalıb. İcra başçısı da deyir ki, Yevda müəllim, mən 2-3 dəfə müraciət etmişəm, cavab yoxdur. Ona görə də mən dedim ki, hökumətin hesabatında məsələni qaldıraram, görüm hökuməti hərəkətə gətirə bilirəmmi? Mən dünya ölkələrinin prezidentləri qabağında aciz qalmıram, amma seçici qarşısında aciz qalıram ki, mən neyləməliyəm? Danışırsan, acıqları gəlir, danışmırsan, səni “lal”ların siyahısına yazırlar. İndi neyləyək, çaşıb qalmışıq.
- Hökumətin hesabat günü digər məsələlərlə bağlı da sərt tənqidləriniz oldu. Çıxışınıza reaksiya varmı?
- Yəqin ki, reaksiya olacaq. Artur müəllim həmişə qeydlərini aparır. Keçən il də mən doğum evi, sinaqoq barədə həyəcan təbili çaldım, ondan sonra Kərəm Həsənov onları xalqa qaytardı. Digər fikirlərimə də reaksiya olduğu qənaətindəyəm. Artıq ATV-dən Qonaqkəndə çəkilişə gediblər, rayondan mənə zəng edib dedilər. Yəqin araşdıracaqlar ki, mən düz demişəm, ya yox. Tanrıverdi Mustafayev deyib ki, Yevda müəllim düz demir. Allaha and olsun, bu gün Qubadan 10 nəfər zəng edib ki, “halal olsun, Yevda müəllim!” Adam var, 900-1200 manat işıq pulu borcu yazıblar. Tanrıverdi müəllim gəlsin Qubaya, mən onunla üzləşim. Əgər mən düz demirəmsə, mandatımı təhvil verirəm, yox əgər özü düz demirsə, vəzifəsindən istefa versin. Qüdrət Həsənquliyev dedi ki, gəl səni bir “maç” eləyim, mənə də 600 manat borc gəlib. Mən xalqın dərdini zala gətirmişəm, özümün şəxsi fikrim deyil.
- Tanrıverdi Mustafayev deyib ki, borc şəxsin adına yox, həmin ünvana yazılır və əsassız olması mümkünsüzdür...
- 787 manatlıq borc mənim ünvanıma gəlib. Sumqayıt deyir ki, yalandır. Mən getdim Sumqayıtda işimi bitirdim, sıfırda oturdum. Mənim işıq pulu borcum yoxdur axı. Mən Bakıda da işıq yandırıram, həmişə dövlət mənə borclu olur, artıqlamasıyla ödəyirəm. Niyə mənə borc yazıblar? Yüzlərlə insana borc qəbzi göndəriblər.
- Belə başa düşdüm ki, sizin Qubada eviniz olsa, da orda yaşayış yoxdur, eləmi?
- Bəli, mən yaşamıram. Ata evidir, sökülüb-dağılır. Ayda-ildə bir dəfə iclaslara, seçicilərlə gedəndə Bakıya çatdıra bilməsəm, gedib qıfılı açıram, ata evimdə yatıram. Tək adamam da.
- Bəlkə kimlərsə sizin evə gələn elektrik xəttindən gizli xətlə istifadə edir...
- Qətiyyən. Sumqayıt da deyir ki, yalandır, sizin sayğacda borcunuz yoxdur, gedin istirahət edin, rahat nəfəs alın. Yüzlərlə adam gedib, deyiblər ki, 900 manat borcun var, 100 manat ver, əl çəkək. 100-150 manat alıb borcu silirlər. Belə olmaz axı... Tanrıverdi Mustafayevin bundan xəbəri yoxdur. Gəlsin Qubaya. Mən bu saat icra başçısının müavini ilə danışdım. Dedim, Yusif müəllim, siz özünüz məktubla Baba Rzayevə müraciət etmisiniz. Deyin ki, məgər deputat yalançıdır? İkinci tərəfdən də, mən yalan danışan adam deyiləm. Mən Allahın yanında günaha bata bilmərəm. Özü də ciddi bir yerdə, parlamentdə yalan danışmaram. Mənim Baba Rzayevlə, ya “Azərenerji” ilə qəsdi-qərəzliyimmi var?
- Bəs, necə olub kütləvi şəkildə əsassız şəkildə borc yazılıb?
- Oliqarxların pullarıdır, kommersiya ilə məşğul olan şəxslərin borclarıdır. Milyonlarla manatlıq borcu insanlar arasında paylayıblar, kütləvi narazılıq yaradıblar.
- Yəni oliqarxlar elektrik enerjisindən istifadə ediblər, pulunu kasıbların adına yazdırıblar?
- Bəli, bəli. Halal olsun. Siz məgər bizdən az bilirsiniz? Bunlar Qubadakı oliqarxların pullarıdır. Çörək zavodlarının, qapı düzəldən müəssisələrin, “svarka” aparatları işlədənlərin borclarıdır. Sadəcə camaata ona görə paylayıblar ki, günlərin birində günəş doğacaq, cənab prezident əfv verəcək və bu pullar silinəcək.
- Bu məsələ ilə bağlı seçicilər adından prezidentə müraciət edəcəksinizmi?
- Mən hökumətə dedim. Nəticə olmasa, Bakı ilə məsləhətləşib cənab prezidentə müraciət edəcəyəm. Mən Aleksandr Matrosov deyirəm ki, bədənimi qurğuşunun qabağına qoyum. Mən seçicilərimin müraciətini çatdırıram. Mənim oğlum-qızım burda yaşamır ki, kiməsə yaltaqlanım. Bundan sonra da pensiyaya gedəcəyəm. Növbəti dəfə xalq məni seçər, sağ olsun, seçməz gedərəm balalarımın yanına, əməlli-başlı istirahətimi edərəm. Sadəcə, hər kəs bilsin ki, mən bu xalqın, bu dövlətin, cənab prezidentin vurğunuyam. Azərbaycan xalqı gözəl yaşamağa layiqdir. Mənim başqa təmənnam yoxdur, maaşla yaşayan adamam. Məni o qədər xarici ölkəyə dəvət ediblər ki... Amma mən Azərbaycanda aldığım 1900 manatı xaricdə təklif olunan 19 min dollardan üstün tuturam... Mən hər dəfə danışmıram, hətta hər dəfə danışanlara replika atıram ki, qoy başqaları danışsın.
- YAP-dan reaksiya gəldi, həmkarınız Siyavuş Novruzov dediklərinizə fərqli reaksiya verdi. Sizin üçün bu reaksiya gözlənilən oldu?
- Mən Siyavuş Novruzovdan həmişə həqiqəti müdafiə edəcəyini gözləyirəm. Lazım gələndə işləməyən məmurları Siyavuş müəllim özü də tənqid edir. Tənəffüsdə Əli Əhmədov da dedi ki, Yevda müəllim çıxışınız xoşuma gəldi.
- Amma Siyavuş Novruzov sizinlə razılaşmayıb...
- Demokratik cəmiyyətdir, kim razılaşmır, razılaşmasın. Mən heç kəsdən incimirəm.
- Hökumət üzvlərindən sizə sərt təpki, ya qınaq oldumu?
- İnanın Allaha, mənə təşəkkürdən başqa heç nə deyilmədi. Mən sözümü demişəm də. Parlament bəs, nə üçündür? Parlament danışılan yerdir. Mən orda təkcə düyməni basmaq üçün oturmamışam axı.
- Siz məmurların xalqı dövlətdən və prezidentdən narazı saldığını dediniz...
- Bəli, narazı salırlar. Bir gündə dollar bu qədər qalxdı. Küçələrə çıxan adamlardan soruşdum ki, siz hökumətdən nə istəyirsiniz? Dedilər Yevda müəllim, bir gündə unu 21 manatdan 27 manata qaldırıblar. Yaxşı ki, cənab prezident işə qarışdı, unun qiymətini düşürdü. “AST Telman”ın obyektlərinin bağlanmasından sonra 10 min adam Qubaya qayıdıb, mən özüm araşdırma aparmışam. 10 min nəfər də devalvasiyadan sonra Bakıdan kəndlərə axışıb. Mən əvvəlki hesabatlarda da demişdim ki, neftin qiyməti düşəcək, insanlar Rusiyadan qayıdacaq. Çünki mən Rusiya Federasiya Şurasında olanda sədr müavini ilə görüşəndə də dedilər ki, vəziyyətlə əlaqədar çoxlu insanlar, taciklər, azərbaycanlılar Rusiyadan gedəcəklər. Mən də qayıdandan sonra demişdim ki, iş yerləri açmaq lazımdır, yoxsa bunlar potensial narazılar olacaq. İndi bunlar narazı insanlardır da. Hamı öz evinə bir tikə çörək aparmaq istəyir. Kişi həyat yoldaşının, oğul atanın yanında xəcalətli qalmaq istəmir. Bu geri dönmələr olacaq, hökumət əvvəldən bu vəziyyətə hazır olmalı idi. Qeyri-neft sektoruna 2-3 il qabaq daha çox fikir verməliydik.
“Mən orda təkcə düyməni basmaq üçün oturmamışam axı”
- Qubadan danışırsınız, şimal bölgəsidir, bir az da həssas bölgədir. Yəqin ki, sizin narahatlığınız həm də bununla bağlıdır, eləmi?
- Təbii ki. Tamamilə doğru deyirsiniz, həssas yerdir. İnsanlar nə iləsə məşğul olmalı, biri qutab, peraşki bişirib satmalı, o biri evinin pəncərəsini çıxarıb ordan nəsə satmalı, başqası da nəsə bir iş görməli, evinə çörək qazanmalıdır. İş yeri yoxdur da... Kondisioner zavodunda 2 min adam işləyirdi, bu gün yoxdur, kombinat yoxdur. Səhiyyə və təhsil obyektlərindən başqa bir obyekt qalmayıb. 100 adamın işləyə biləcəyi bir sex yoxdur. Yaxşıdır ki, Qubada ağsaqqalı eşidirlər. Şükürlər olsun ki, deputat Vahid Əhmədov da gözəl insan, gözəl ağsaqqaldır, camaat onu da hər zaman eşidir. Başçımız da insanların qarşısına çıxdı, görüşdü. Biz hər zaman narazı olan insanlarla görüşüb onları başa salmışıq ki, bu çətinliklər dünyada olan çətinliklərdir, ötüb keçəcək. Xalq prezidenti sevir, ondan razıdır, siyasətini müdafiə edir. Hakimiyyətin də, deputatların işini görən böyük islahatçı olan prezidentimizdir. Rusiyada nazirlər, komitə rəhbərləri vaxtaşırı televiziyaya çıxır, xalqın, rublun taleyi barədə danışır, sualları cavablandırır. Ancaq bizdə heç kim demir ki, kənd təsərrüfatı ilə bağlı 1-2 il ərzində Qubada nə olacaq. Mən deyirəm ki, Qubada iqtisadi məsələlərlə bağlı müşavirələr keçirilsin, biz də təkliflər verək. Biz başqa heç nə istəmirik. Mən seçicilərimin sözünü dedim ki, ürəyimdə qalmasın.(musavat.com)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
|