Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib .....                     20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... .....                     Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub .....                     Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. .....                     Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? .....                     İrəvana da müharibəyə başlamaq təklif edilib .....                     Şəhid atası vəfat etdi .....                     Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... .....                     UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... .....                     GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... .....                     Vitse-spikerin qəbuluna düşə bilmədilər... .....                     İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... .....                     Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... .....                     Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb .....                     Müharibənin taleyini həll edəcək elit əsgərlər: .....                     Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: .....                     Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib .....                     Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı .....                     “Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” .....                     Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? .....                     Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir .....                     MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                 

'Sən, Milli Məclis sədri deyil, uzağı ''JEK'' müdiri olmalı idin…' – deputatdan Rəsul Quliyevə sərt cavab
Tarix: 6-09-2016, 12:41 | Çap et
'Sən, Milli Məclis sədri deyil, uzağı ''JEK'' müdiri olmalı idin…'
Rəsul Quliyev son vaxtlar şou əhlini xatırladır. Adam üçün PR-ın qara, ağ fərqi qalmayıb. Ən axırıncı yolla da reklamdan çəkinmir. Hər halda belə olmasaydı, ölkə başçısının Bakı Dərin Özüllər zavodunda söylədiyi nitqdəki abstrakt hədəf subyektajında özünü görməz, yuyulmamış çömçə qiyafəsinə girməz, təcili “Meydan.Tv”-yə müsahibə verməz, Cevara obrazı ilə maskalanmazdı…

***
Yadıma 2005-in payızı düşdü. Rəsul Quliyev Bakıya doğru yol almışdı. Guya. Emissarlarına xəbər yollamış, insanları hava limanında qarşıdurmaya səsləmiş, yağmasa da babatca guruldamışdı. Amma niyəsə son anda bu “möhtəşəm” qayıdışdan imtina elədi. Daha doğrusu, sözü hərəkətə dövr etməyə cəsarəti çatmadı. Bakı üzərindən fırlanıb Simferopola istiqamət götürdü. Orda da “Interpol”un əlinə keçincə, təyyarənin bir küncünə sığınıb “Segah” üstündə sentimental açıqlamalar verməyə başladı. Adam elə yazıq, elə məzlum surət almışdı ki, tanımasan, dağınıq telini tumarlayardın...

Sonra anası, qardaşı rəhmətə getdi. Düşündük, bu dəfə gələr. Çünki, siyasi arenada bənzər presidentlərə zaman-zaman şahidlik etmişik. Məsələn, hətta şəxsinə münasibətin birmənalı olmadığı Mütəllibov belə ölüm ayağında olan övladının vəsiyyətindən xəbər tutan kimi dərhal bilet alıb Bakıya dönməyə qərar vermişdi. İqtidar da yazılmayan qanunları nəzərə alıb, öz jestini elədi. Ona toxunulmadı. İnsanlıq faktoru siyasəti üstələdi. Hərçənd Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələrkən ona zamanında həmin jest edilməmiş, Ulu Öndər elə hava limanındaca sui-qəsdə məruz qalmışdı...

Müxtəsər, bəzən hamıdan öndə olmaq üçün hamıdan fərqli şeylər eləməlisən! Vacibatdır bu...
***
Quliyevin uzun illərdən bəri yaşadığı komplekslər isə deyəsən yenə baş qaldırıb. Və daha residiv formada. Yoxsa heç lüzum yox ikən, daha dəqiqi - müəllimə “ayın neçəsidir?” sualı verilməzkən tutaq: “Mən o vaxt “Əsrin Müqaviləsi” ilə bağlı Heydər Əliyevə öz iradlarımı bildirdim. Dedim, ayıbdır, belə müqavilə şərtləri olmaz” – tipli sərsəm açıqlamaları niyə ard-arda sıralayaydı ki?

Heydər Əliyev həyatda yoxdur. Təbii, şahid də yoxdur. Amma məntiq qanunauyğunluğu deyilən bir şey var axı. Rəsul Quliyev və... Heydər Əliyevə cavab qaytarmaq. Üstəlik, bu etirafları 20 il sonraya ertələmək...

P.S “İki şəxsiyyətlik” sindromu deyilən zadın bu olması gərək.

(Rəsul Quliyevin müsahibəsindən) Sitat -1: “Şahdəniz-2” yatağı ilə bağlı müzakirələr davam edərkən üzümü Heydər Əliyevə tutub dedim ki, “Cənab Prezident, daha bu şouda iştirak etmək istəmirəm. Mən getdim”. Mən gedəndən 1 saat sonra isə iclas bitdi”.

Rəsul Quliyev anlamır ki, həmin iclasın videosu və yazılı stenoqramı ən azından arxivlərdə qalır. Sabah ortalığa çıxsa, əlində olan yeganə meydandan - “skype” dəliyindən də məhrum olacaq. Ən azından biabırçılıq səbəbi ilə. Məhz həmin toplantıda iştirak edən, şəxsən tanıdığım 2 nəfərin isə dediyi budur: “Rəsul Quliyev sona qədər iclasda oturub, təsdiqləyici baş yelləmələrindən savayı da heç nə ilə yadda qalmayıb, axırda isə Heydər Əliyevə yarımşaquli vəziyyətdə minnətdarlıq edərək otağı dal-dala tərk edib”

Sitat-2: “İlham Əliyevi müşavirədə görmədim. Bəlkə də mən oturan sırada olub, amma mən dəqiq görməmişəm”.

Bu yerdə Rəsul Quliyev gözünün içinə qədər yalan danışır və üzərindən yarım dəqiqə keçməmiş növbəti suala cavabında özünü “yandırır”.

Sitat-3: “Xoşbəxt Yusifzadənin çıxış etdiyi zaman İlham Əliyevə tez-tez baxmasından anladım ki, məcburən danışır” (Bu cümlə dünən təxminən gecə 2.40 radələrində “Meydan Tv” və “Azadlıq. Info”-nun saytından çıxarılıb).

Bəs deyirdin, İlham Əliyev müşavirədə yox idi? Nə tez yadına düşdü? Qocalıq sklerozu buramı qədər irəlilədi?

Sitat-4: “Bu iqtidarın bütün fəaliyyəti korrupsiya ilə hakimiyyəti qorumağa yönəlib”.
Evin tikilsin, adam! Axtarış saytlarında necə ki “Maral” yazanda Nadir çıxır, eləcə də “korrupsiya”, “rüşvət” yazanda sən çıxırsan. Barı abır elə, bu mövzuya toxunma. Oğurluğun nəzəriyyəsini yazan - sən, xirtdəyinə qədər rüşvətə bulaşan - sən, korrupsiya cinayətindən dolayı dabanına birkərəmlik tüpürüb ölkədən qaçan - sən, 21 ildir heç yerdə işləməyə-işləməyə lüks otellərdən vurub dəbdəbəli villalardan, SPA salonlardan boylanan - sən, talamaq, yağmalamaq üzrə Ginnesin rekordlar kitabına adını qızıl hərflərlə yazdıran - sən...
Borclu çıxan biz?!

***
Qəhrəman olmaq istəyi hamının haqqıdır. Etiraz eləmirəm. Amma qəhrəmanlıq haqqında çox düşünənlərin qəhrəman olmağa zamanı qalmır. Bu da ayrı bir həqiqət.

Sən, Milli Məclis sədri deyil, uzağı “JEK” müdiri olmalı adam idin. Ən azından ağlınla işin arasındakı kontrast pozulmasın deyə. Sadəcə yerin səhv düşmüşdü. Yenə çox şükür, axırda öz qəlibinə girdin, rahatladın. Yaradan böyükdür.

Tanrı və təbiət bəzi insanların üzünə elə doğuşdan “rişxənd damğası” vurur. Sən o tiplərə çox yaxınsan, Rəsul Quliyev! Həm də bütün parametrlərinlə: şivənlə, səsinlə, yerişinlə, duruşunla, üzündən dürr eləyib tökülən “intellektinlə”...

20 il Amerikada yaşayıb ingilis dilini öyrənməmək, hələ də tərcüməçi ilə gəzmək üçün adamdan hansı “fitri istedad” tələb olunursa, həmin “istedadın” yüz qatı qədər tələb də bir vaxt - hesabına vəzifə sahibi olduğun, karyera qurduğun, başına and içdiyin, yanında quyruq buladığın, az qala aldığın nəfəs barədə belə məruzə elədiyin insanların üzünə ağ olmaq üçündür. Sən bu “keyfiyyətlərin” “full paket”inə sahibsən, Rəsul Quliyev!

Arzu və reallıq çox fərqlidir. Eynən nağıl və gerçəklik kimi. Ayrıca, Vaşinqton və Masazırdan bəyanat verməyin, canlı və distansion siyasət yürütməyin də ciddi ayrıcalıqları var. Odur ki, malı-mala qatma. Siyasi psixozunu saytlara etaplama. Yuxun qaçan kimi irəliləyən fantaziyalarını camaata həqiqət formasında sırıma. Lütfən...

Bir “KVN” zarafatına tab gətirməyən, sarayın dəhlizindəcə Şən və Hazırcavablar Klubunun üzvlərinə hədə yağdıran, nəhayətində isə Heydər Əliyevin bir baxışı ilə “farağat” qalıb sözünü geri qaytaran, dili topuq çalan Rəsul Quliyev hər yerdə: qəbulda da, iclasda da, dəhlizdə də, hətta güman ki, evində dörd divarla baş-başa qaldığında da bənzər səksəkəni yaşayıb. Ki, birdən hansısa səhv, ya qələt ucbatından qulağına tərs şapalaq endirilər. Növbəti dəfə yeri, həddi bildirilər!

İndi hamam güzgüsü qabağında kişilənməyə nə var ki?

Elşən Musayev. Milli Məclisin deputatı









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib
Bu gün, 09:18
20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... - Başçı da bilir...
Bu gün, 09:17
Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub - FOTO
Bu gün, 09:09
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. - Daha biri vuruldu!..
Bu gün, 09:03
Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? – Ekstrasens açıqladı
Bu gün, 09:02
İrəvana da müharibəyə başlamaq təklif edilib - Ananyan
Bu gün, 09:00
Şəhid atası vəfat etdi
Bu gün, 08:58
Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:51
UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... - BİZ DEMİRİK...
Bu gün, 08:43
GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... - YOXSA...
Bu gün, 08:32
Vitse-spikerin qəbuluna düşə bilmədilər... - "Mənim şikayətim elə, icra hakimiyyətinin özündən idi..."
Bu gün, 08:30
İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... - Rüstəmovun HESABATI...
Bu gün, 08:25
Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... - NARAZILIQ VAR...
Bu gün, 08:21
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb - SİYAHI
Bu gün, 08:12
Müharibənin taleyini həll edəcək elit əsgərlər: - Kremlin son ümidi
Bu gün, 06:43
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru