"Ölkə başçısı güclü komandaya dayanan siyasi xəttə ölkəni irəliyə aparmaq qərarındadır" - deputat
Tarix: 20-12-2016, 08:33 | Çap et
Azərbaycanda iqtisadi gərginliyi yaradan hansısa sirli və gizli əllərin fəaliyyətdə olduğu, ölkə başçısının apardığı islahatları sabotaj etmək istəyinə düşənlərin mövcudluğu barədə mediada müxtəlif xəbərlər, siyasilərin, iqtisadçıların dilindən açıqlamalar yayılmaqdadır. Qeyd edilir ki, prezidentin imzaladığı anti-böhran tədbirləri barədə tapşırıqları, yol xəritələri, struktur islahatları bir çox məmurları qorxuya.
Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir. Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib.
Bildirilir ki, bir sıra məmurlar qəsdən sosial vəziyyəti ağırlaşdırır və xalqla prezidenti üz-üzə qoymağa cəhd edir. Bu şəbəkənin məqsədi prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır. Çünki düşünürlər ki, prezidentin başlatdığı islahatlar nəhayət onların vəzifələrini itirməsi, imkanlardan məhrum olmasını şərtləndirə bilər. Ona görə də bu aqibəti yaşamamaqları üçün əllərində olan müxtəlif rıçaqlarından islahatlara mane olmağa, çalışrılar, sabotaj yolunu tuturlar. Ölkə başçısının islahatlar planına əngəl ola biləcək, sabotaj yolu ilə islahatların qarşısında dayan biləcək qüvvənin olub-olmadığı barədə sualımıza cavabında deputat Zahid Oruc bildirdi ki, kimlərsə sabotaj fikrinə düşə bilərlər, islahatların qarşısını ala biləcək güc ölkədə yoxdur.
Zahid Oruc qeyd etdi ki, idarəetmənin xarakteri, hakimiyyətdə təmsil olunanların tələblərindən biri müxtəlif mənafeləri hər hansı siyasi kursu müdafiə eləyərkən həm də bunun özünün gələcəkdə proseslərdə nə yarada biləcəyini hesablamaqdır: “Məsələyə bu prizmadan baxanda hər kəs qeyd edilən mənafe uğrunda savaşların nə dərəcədə dərin getdiyini görməkdədir. Bu, bütün dünyada belədir və başadüşüləndir. Bu, artıq son yüz ildə Avropada tez-tez dəyişən hakimiyyətlər fonunda fərqli vəziyyət yarada bilər. Amma postsovet məkanında hələ ki, belə deyil. Faktiki olaraq yalnız Azərbaycana xas olan məsələ deyil ki, iqtisadi sferada islahatlar, məsələn, lisenziyaların verilməsindəki sadələşdirmələri zamanı avtomatik olaraq insan amili ortadan qalxan kimi o saat həmin sferada müəyyən qüvvələr öz nəsiblərini alacaqdılar və bu da onlarda müəyyən narazılıqlarını bildirmiş olacaqdılar. Yaxud da tutaq ki, nəqliyyat sferasında islahatlardan sonra bir çox prosedurlar ASAN Xidmət tərəfindən həyata keçirilir. İslahatların xalq naminə aparılmasından danışanda deyirəm ki, ASAN Xidmət çoxları üçün görkdür.
2016-cı ildə cənab prezident islahatları böyük miqyasda aparılacağını elan etdi. Bəlkə də iki nazirliyin birinin dağıdılıb tamamilə ayrı struktura çevrilməsi, digərinin isə səlahiyyətindəki bəlli qara mexanizmlərin sındırılması istiqamətində getdiyindən mümkündür ki, müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər və ya ehtimal edirlər. Ona görə də öz mənafelərini qorumaq yollarını düşünə bilərlər".
Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, əgər nazirlikdə hər hansı konkret vəzifəli şəxslər eyni zamanda biznes fəaliyyəti aparacaqlarsa, burada maraq toqquşması avtomatikdir: “Bunu da biz kəşf eləməmişik, dünyada keçilmiş yoldur. Belə olan təqdirdə yaxşı olar ki, həmin şəxslər vəzifələrindən gedirlər və biznes fəaliyyətləri ilə məşğul olurlar. Ölkə başçısının iradəsinə gəldikdə, heç şübhəsiz ki, burada ən önəmli məsələ odur ki, prezidentin ən böyük komandası xalqdır. Prezident burjuaziyanın müəyyən qədər ölkə mənafeləri üçün çalışmalarını təmin edə bilir, eyni zamanda sadə xalqı da öz ətrafında cəmləşdirir. Nə hökumət strukturları, nə də parlament bu etimadı daşımır. Bunu hər kəs bilməlidir. Belə olan təqdirdə islahatların qarşısında dayana biləcək hər hansı bir qüvvə ya şəxs yoxdur. Müəyyən bir müqavimət, sabotaj elementləri müxtəlif qiymət siyasətində və nələrdəsə özünü göstərə bilər. Ancaq bu, islahatların qarşısını almaq gücündə ola bilməz. Dövlət başçısı addım-addım sadəcə cəzalandırma ilə, həbsə atmaqla deyil, bəzən islah etməklə, müsbət nümunələrlə və ya bir nazirliyin səlahiyyətlərini başqa bir quruma verməklə, yaxud da o səlahiyyətləri ümumiyyətlə ləğv eləməklə islahatları həyata keçirməkdə, bu proseslərə doğru getməkdədir.
Neftin qiymətinin aşağı düşməsi yaxşı siyasi komandaların da qiymətini müəyyən mənada realist olaraq ortalığa çıxarır və ölkə başçısı güclü komandaya dayanan siyasi xəttə ölkəni irəliyə aparmaq qərarındadır. 2016-cı islahatların böyük hissəsi gedib və 2017-ci ildə də gözləntilərimiz ondan ibarətdir ki, bu proses daha da uğurla davam edəcək. Bu proses kadr islahatlarını da, siyasi islahatları da, struktur islahatlarını da əhatə edəcək". \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
|