Fəaliyyəti dayandırılan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak etməsi ilə bağlı qərarını açıqlayıb.
Sabiq sədr Qaynarinfo-ya açıqlamasında bələdiyyə seçkilərində iştirak etməyin tərəfdarı olduğunu bildirib.
"Seçkilərdə iştirak edənləri dəstəkləyirəm və onlara təbliğat və təşviqat dönəmində hər cür hüquqi-siyasi dəstək verməyə hazıram", deyə siyasətçi bildirib.
Əvəz Temirxan qeyd edib ki, əgər seçkilərdə iştirakla bağlı qərar versə, o zaman öz doğma kəndindən - Bərdə rayonunun Soğanverdilər kəndindən namizədliyini irəli sürəcək.