"Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur"
Tarix: 23-12-2016, 08:41 | Çap et
Bir müddət əvvəl Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri bir araya gələrək iki ölkə arasında “sülh naminə platforma” yaratdıqlarını bəyan etdilər. Daha sonra Ermənistandan Azərbaycana “qonaqlar” gəldi. Bu zamana qədər müharibə tərəfdarı kimi görünən rəsmi Bakının da hazırda sülh təşəbbüsünə isti yanaşdığı sezilir. Bəs, görəsən, münaqişənin sülh yoluyla həlli nə qədər realdır? Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. Partiya sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik:
-İlyas müəllim, Qarabağ münaqişəsi başladığı ilk dövrlərdə Siz Azərbaycan SSRİ-nin Prokuroru idiniz. Qarabağ erməniləri bu hadisələrdə nə qədər aktiv idilər? Ümumiyyətlə, problemin həllini necə görürsünüz?
-Fransanın əfsanəvi generalı, sonradan Prezidenti olmuş Şarl de Qollun gözəl bir sözü var: “əgər Siz hər hansı problemi həll edə bilmirsinizsə, heç olmasa, onu gündəmdə saxlayın”… Dağlıq Qarabağ probleminin həlli də, ilk növbədə, problemin mahiyyətinin aydınlaşdırılmasını tələb edir. Necə ki, həkimlər də bir xəstəni müalicə etməmişdən əvvəl onun xəstəliyini müəyyənləşdirirlər, yəni xəstəliyə diaqnoz qoyurlar, bu yanaşmanı siyasi hadisələrə də şamil etmək olar. İndi, gəlin, aydınlaşdıraq: Dağlıq Qarabağda nə baş verib? Doğrudanmı, orada məskunlaşan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmirdilər? Başqa sözlə desək, bu, milli azadlıq hərəkatı idi, yoxsa, orada beynəlxalq hüquqla pişlənilən separatçı-terrorçu hərəkat baş vermişdi? O zaman mən Azərbaycan SSRİ-nin Prokuroru kimi Dağlıq Qarabağda tez-tez olur, təkcə prokurorluq işçiləri ilə deyil, sadə vətəndaşlarla da ünsiyyət qururdum. Əhalinin mütləq əksəriyyətinin həyatlarından razı olduqlarının həm Dağlıq Qarabağda, həm ətraf rayonlarda yaşayan azərbaycanlılarla münasibətlərinin normal olduğunu görürdüm. Bu mənim şəxsi qənaətimdir. Razılaşmayanlar da ola bilər. İndi görək, böyük müəllimimiz və tərbiyəçimiz Cənab Tarix nə deyir? 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı oldu. Qurultayın gündəliyində ancaq bir məsələ var idi – Ermənistanın ərazisini genişləndirmək və bu işə haradan başlamalı? Türkiyə güclü dövlət olduğundan onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan-Dağlıq Qarabağdan, ya da qərbdən, Gürcüstandan – Cavaxetiyadan başlamalı idilər. Qurultayda bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Bu barədə Moskvaya məktub göndərdilər və oranı əmin etdilər ki, bu, Rusiyanın da maraqlarına uyğundur. Yeri gəlmişkən, SSRİ-nin şəksiz rəhbərliyi olan Sov. İKP MK-da 49 erməni işləyirdi, amma bir nəfər azərbaycanlı vardı və onun da anası erməni idi. MK-nın Baş katibi M. S. Qarboçovun ən yaxın adamı olan köməkçisi də Dağlıq Qarabağdan çıxmış, Bakıda böyümüş Georgi Şahnazarov idi. Bu qərarın həyata keçirilməsinin nəticələri göz qabağındadır – Dağlıq Qarabağ və ətrafında olan 7 rayon millətçi-şovinistlərin idarə etdikləri Ermənistan tərəfindən işğal olundu. Dağlıq Qarabağda Daşnak partiyasının separatçı-terrorçu siyasətini həyata keçirən sarkisyanlar onların sözünə baxmayan Xocalı aeroportunun qadın rəhbərinin evini partlatdılar, onun özünü, ərini və iki uşağını öldürdülər. Məqsədləri terror vasitəsilə əhalini qorxu altında saxlamaq idi. Xatırlayıram ki, 1990-çı ilin fevralında 1989-cu ilin yekunlarını ətraf rayonların prokurorlarının iştirakı ilə Stepanakertdə Vilayət prokurorluğunun kollegiyasında müzakirə etdik. Prokurorluğun bəzi rəhbər işçiləri kollegiya iclasında iştirak etmirdilər. Bunun səbəbini soruşanda mənə onların məktublarını verdilər. Yazırdılar ki, biz kollegiya iclasına gəlsək, axşam evimiz partladılacaq. İndi söz sizindir-gələkmi? Mən Xocalı aeroportunun rəhbərinin taleyini yada salaraq, təhlükənin real olduğunu hiss etdim və göstəriş verdim ki, iclasa gəlməsinlər. Bir sözlə, Dağlıq Qarabağ erməni terrorçu-separatçıları tərəfindən zəbt edildi. Mən hələ, Moskvada işlədiyim zamanlarda Dağlıq Qarabağ Vilayət Prokurorluğunun işçilərindən zəng edirdilər ki, onları tək qoymayaq, terrorçu separatçıların əlindən qurtaraq. Artıq xeyli vaxt keçib. Dağlıq Qarabağda baş verənlərin xaricdən daşnaqlar tərəfindən təşkil olunan terrorçu-separatçı hərəkat olması heç kimdə şübhə doğurmur. Belə hərəkat nəticəsində isə heç bir dövlət qurula bilməz.Bu, beynəlxalq hüquqa zidd olardı…
-Bəs, bu problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?
-Mən uzun illərdir deyirəm və indi də təkrar edirəm: ATƏT bu məsələni həll edə bilməz, çünki onun qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır. Bu qərarlar tövsiyə xarakterlidir, ermənilər isə belə tövsiyələri qəbul etmək istəmirlər. Onu da qeyd etməliyəm ki, ATƏT-in qərarları konsensusla qəbul edilir, yəni bir nəfərin razılığı olmasa, qərar meydana çıxmır. Arada istədilər ki, konsensus məsələsini səs çoxluğu ilə əvəz etsinlər. Ermənistan və onu müdafiə edənlər buna imkan vermədilər. Hərdən təkliflər səsləndirilir ki, format dəyişdirilsin, Türkiyə də Minsk qrupunun üzvü olsun, guya Ermənistan buna etiraz edir. Türkiyə, bizi istəyən Pakistan, yaxud İran da Minsk qrupuna daxil olsalar belə, heç nə dəyişməyəcək. Səbəb bayaq qeyd etdiyim kimi, ATƏT-in qərarlarının məcburi xarakter daşımamasıdır. Nə qədər ki, ATƏT-in Minks qrupu bu məsələ ilə məşğul olur, problem həll olunmayacaq. Odur ki, məsələ BMT TŞ-nın gündəliyinə qaytarılmalıdır. Ondan tələb olunmalıdır ki, əvvəllər qəbul etdiyi 4 qətnaməni icra etsin. Nə üçün Liviya ilə bağlı qərar qəbul etdilər və həyata keçirdilər, təkcə M. Qəddafini deyil, habelə Liviya dövlətini məhv etdilər? Yox, əgər BMT TŞ da bu problemi həll etməsə, onda bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı azad etməliyik. Dağlıq Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur, 10 milyon əhali eyni mövqedədir. Bunun qarşısında isə heç kim dayana bilməz. Aprel döyüşləri və bu döyüşlərin vətəndaşlarımızda yaratdığı əhval-ruhiyyə bunun əyani sübutudur. Problemin “həllinin” ATƏT-in Minsk qrupuna həvalə edilməsi ancaq və ancaq Ermənistanın maraqlarına qulluq edir.
-İlyas müəllim, ATƏT-in Minsk qrupunun həmsədrləri də, prinsipcə, siz deyəni etiraf edirlər. Ötən illərdə həmsədrlərdən biri bildirdi ki, biz nə edə bilərik? Vəzifəmiz təkliflər hazırlayıb tərəflərə təqdim etməkdən ibarətdir. Problemin həlli üçün gərək tərəflər ümumi razılığa gələ, Prezidentlər öz aralarında qarşılıqlı güzəştə söykənən müzakirələr aparalar…
-Əvvəla, Azərbaycan özünün imkanı çatdığı qədər güzəştli variantlar təqdim edib. Ermənistan bununla razılaşmır. Daha hansı güzəştdən söhbət gedə bilər? İkincisi, Ermənistan rəhbəriylə dil tapılacağı ehtimalına da inanmıram. Çünki bu adam söz sahibi deyil. Bir tərəfdən Rusiyanın, digər tərəfdən dünyadakı erməni lobbisinin təsiri altındadır. Bir müqəvva ilə danışıqlar aparmağın nə faydası var? O istəsə belə, təsiri altında olduğu qüvvələrin iradəsindən kənar heç nə edə bilməz…
-Amma bu yaxınlarda Ermənistan lideri Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi…
-Bu da erməni fırıldaqlarından biridir. Düzdür, siz demişkən, Azərbaycanın ərazi bütövlüyünü etiraf etdi, amma ardınca da beynəlxalq hüquqdakı millətlərin öz müqəddəratını təyin etmək prinsipindən dəm vurdu. Beləliklə də, Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, Xocalı qətliamına bəraət qazandırmağa çalışdı. Guya Dağlıq Qarabağda ermənilərdən fərqli bir xalq var. Buna da əvvəllər “Qarabağ xalqı” deyirdilər, indisə “Artsax”. Bu yalana inanmaq istəyənlər də var. Halbuki, Dağlıq Qarabağda erməniəsilli Azərbaycan vətəndaşları yaşayırlar. Onlara isə beynəlxalq hüququn göstərilən prinsipi şamil oluna bilməz. Ermənilər öz müqəddaratını təyin edib Ermənistan respublikasını yaradıblar. Hardasa birgə yaşayan ermənilər varsa, onlara bu hüquq verilə bilməz. Əks halda, dünyada yüzlərlə erməni dövləti yarana bilər ki, bu nonsesdir. Qoy, ermənilər kompakt yaşadıqları Krasnodarda, Stavropolda, Rostov vilayətində, Koliforniya statında erməni dövləti yaratsınlar, görüm, yarada bilirlərmi?
-Yeri gəlmişkən, S. Sarkisyan tez-tez Dağlıq Qarabağda referendum keçirilməsini də tələb edir…
Görünür, Sarkisyana və onu dəstəkləyənlərə Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin III hissəsini xatırlatmaq lazımdır. Orada deyilir: “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”. Bu maddədən də göründüyü kimi, Dağlıq Qarabağda heç bir referendum keçirilə bilməz. Söhbətimizin sonunda böyük hümanist Erazmo Roterdamskinin “Axmaqlığın tərifi” adlı əsərini xatırlatmaq yerinə düşərdi. Əsərin leytmotivi odur ki, dünyada hər şey axmaqlığın şıltaqlığına qulluq edir. İndi biz də eyni vəziyyətlə qarşı-qarşıyayıq. Sanki, dünyadakı super güclər hər şeyi erməni şıltaqlığına qulluq etmək üçün formalaşdırmağa çalışırlar. Əslində isə hər şey ədalətə qulluq etməlidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
|