Əli İnsanovun həbs müddəti uzadılacaq, yoxsa... - İDDİA
Tarix: 9-01-2017, 07:48 | Çap et
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı müəmmalar tükənmək bilmir. Keçən ilin oktyabrında 11 illik cəzası başa çatdıqdan sonra 3 maddə üzrə yeni cinayət təqibinə məruz qalan sabiq nazir barəsində seçilən həbs qətimkan tədbirinin müddəti yanvarın 11-də bitir.
Amma hələ də onun məhkəməsinin başlayıb-başlamayacağı məlum deyil. İnsanovun istintaqından da bir xəbər yoxdur. Adətən indiyə qədər bu tipli işlərdə həbs qətimkan tədbirinin müddətinin bitməsinə ən azı bir həftə qalmış nəzərdə tutulan müddətin ya uzadıldığının, ya da istintaqın bitib işin məhkəməyə göndərildiyinin şahidi olmuşuq. Amma sabiq nazirlə bağlı hələ də bunların heç biri yoxdur.
Hüquqşünaslar deyir ki, əgər iş məhkəməyə göndərilməyibsə, indiki halda onun həbs müddətinin artırılacağı ehtimalı böyükdür.
Amma o da maraqlıdır ki, həbs qətimkan tədbirinin müddətinin uzadılmasında da gözləməyə mövqeyi hiss olunur. Bu da bəzi iddiaların meydana çıxmasına səbəb olub. Belə ki, İnsanovu azad etmək üçün hakimiyyətin onun qarşısında bəzi şərtlər irəli sürdüyü deyilir. Hələ azadlığa çıxmasına aylar qalmış bu şərtlərdən imtina edən sabiq nazir üçün bunların şans olaraq qüvvədə qaldığı bildirilir. Hakimiyyətin onu azad etmək fikrində olduğu, lakin sabiq dövlət məmurunun israrının buna əngəl yaratdığı söylənilir.
İnsanovun yaxın çevrəsindən müsavat.com-a verilən məlumatda da yayılan iddialar dolayısı yolla təsdiq olundu. Hətta sabiq nazirlə anlaşmaq üçün ölkə iqtidarının vazkeçilməz iki şərtinin olduğu bildirildi. Bunlardan biri azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaması barədədir; digəri ölkəni tərk etməsi ilə bağlıdır. Hələ 2013-cü ildə İnsanova onunla bərabər həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birlikdə bu şərtlərin irəli sürüldüyü, qəbul edəcəkləri təqdirdə hər ikisinin eyni vaxtda azad olunacağı vədinin verildiyi də qeyd olunurdu. O zaman Fərhad Əliyevin bu şərtləri qəbul etdiyi və azadlığa buraxıldığı, lakin sabiq səhiyyə nazirinin qətiyyətlə bundan imtina etdiyinə görə hazırda da dəmir qapılar arxasında olduğu iddia edilir.
Bu fikirlərdə müəyyən qədər həqiqət payı var. Çünki 2013-cü ildə azadlığa çıxdıqdan sonra Fərhad Əliyev dərhal ölkəni tərk etdi və o, hazırda Almaniyadadır. Azadlıqda olduğu müddət ərzində isə sabiq iqtisadi inkişaf nazirinin bir dəfə də olsun siyasətdə göründüyünün şahidi olmamışıq. İnsanovun heç vəchlə ölkəni tərk etmək fikrində olmadığı, azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaq fikrində qəti olduğu deyilir.
Sabiq nazirin yaxın çevrəsi qətiyyətlə onun şərtləri qəbul etməyəcəyini də bildirdilər. Hətta bunun üçün həbsxanadan məlumat göndərdiyini də qeyd etdilər. Verilən məlumatda o da deyildi ki, 11 ildən çox məhbəs həyatı yaşayan İnsanov belə şərtləri qəbul etməsini özü üçün “sınmaq” kimi qəbul edir.
Bütün bu amillərə görə onun həbs müddətinin uzadılması barədə məhkəmənin tələsmədiyi göz önündədir. Əgər sabiq nazir şərtləri qəbul edərsə, həbs müddətinin başa çatdığı günlərdə məhkəmə qərarı ilə onun “ev dustaqlığı”na buraxılacağı barədə xəbərlər yayılan iddialar sırasındadır. Əks halda həftənin ilk günləri onun həbs müddətinin uzadılacağı qaçılmazdır. Ə.İnsanovun vəkili Toğrul Babayev “Yeni Müsavat”a açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxs barəsində hansı qərarın veriləcəyi ilə bağlı istintaqdan ona hələ də heç bir məlumatın verilmədiyini bildirdi. Vəkil məlumat verilən kimi bu barədə ictimaiyyəti məlumatlandıracağını da söylədi.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 3 - 234.1 (narkotik) və 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşya saxlama) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.\\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
|