"Qərbin başı özünün problemlərinə qarışıb" - Sərdar Cəlaloğlu
Tarix: 10-01-2017, 09:02 | Çap et
Bir neçə il öncəyədək Azərbaycan siyasətinə mühüm ciddi təsiri olan Qərb faktoru son zamanlar demək olar ki, aradan qalxmış, təsirini itirmiş kimi görünür. Müxalifət partiyaları, cəmiyyət 1990-cı illərin sonlarından başlayaraq, 2000-ci illərin axırınadək Qərbdən gələn hər bir bəyanata, açıqlamaya, səfərlərə həssaslıqla yanaşırdı. Demokratiyaya dəstək məsələsində Qərbə böyük ümidlər var idi. Əsasən də ABŞ-dan Azərbaycanda demokratiya ilə bağlı verilən ən adi bir bəyanata Azərbaycanın demokratik qüvvələri ümid işığı olaraq yanaşırdı.
Amerikada keçirilən prezident seçkiləri də böyük həvəslə izlənirdi. Okeanın o tayında fövqəldövlətdə hansı siyasi qüvvənin hakimiyyətə gələcəyi, kimin prezident seçiləcəyinə Azərbaycan müxalifəti o dərəcədə həssaslıqla yanaşırdı ki, sanki Azərbaycanın taleyi həll edilirdi. Bu diqqət ondan qaynaqlanırdı ki, müxalifət, nəhayət, ABŞ-ın, Qərbin Azərbaycanda demokratik proseslərə real ciddi dəstək verəcəyini gözləyirdi, buna ümid edirdi. Son illərdə müxalifətin okeanın o tayına ümidləri sanki yox olub. Belə təəssürat var ki, müxalifətdə və cəmiyyətdə artıq Qərb faktoruna inam, maraq qalmayıb.
Bu mövzuda söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bir vaxtlar Qərb özü Azərbaycan cəmiyyəti, xüsusən müxalifəti ilə ciddi şəkildə maraqlanırdı, buna adekvat olaraq da cəmiyyət, müxalifət Qərblə maraqlanırdı. Son illərdə isə bu yoxdur: “İkincisi, son illərdə Qərbin başı özünün problemlərinə qarışıb. Avropa Birliyindən Böyük Britaniya çıxdı, Avropada ciddi siyasi, iqtisadi, mənəvi böhran var. Bunlar özü də artıq Qərbin əvvəlki funksiyasını-dünyada demokratiyanın avanqardı olmaq funksiyasını daşımasına imkan vermir. Yəni Qərb artıq demokratik dəyərlərə ikinci dərəcəli məsələ kimi baxır. Əvvəllər ABŞ ikinci dərəcəli məsələ kimi baxırdı, indi Avropa da ikinci dərəcəli məsələ kimi baxır.
ABŞ, Qərb Türkiyəyə nə dərəcədə üz çevirirsə, bir o qədər də Azərbaycan cəmiyyəti Qərbə, ABŞ-a üz çevirir. Türkiyə ilə Azərbaycan bir millət - iki dövlətdir. Dövlətimizin birinə, millətimizin bir hissəsinə Qərb düşmənçilik edirsə, digər bir hissəsi kimi biz buna seyrçi qala, Qərbə maraq göstərə, inam bəsləyə bilmərik.
Qərb heç Azərbaycan iqtidarına da əvvəlki kimi maraq göstərmir, Azərbaycan iqtidarı da Qərb faktoruna əvvəlki kimi maraq göstərmir. 2011-ci ildə Qərbin Azərbaycandakı maraqları neft amilinə görə pik həddəydi. Neft hasilatı azalmağa başlayandan sonra Qərb Azərbaycan iqtidarı ilə az maraqlanmağa başladı. Sonra İranla Qərbin münasibətləri normallaşdı və geopolitik olaraq da Azərbaycanın əhəmiyyəti azaldı. Qərbin diqqəti azaldıqca, hakimiyyətin də Qərb amilinə əhəmiyyət verməsi azaldı.
Son zamanlar Rusiyanın Suriyada üstünlük əldə etməsi həm də Qafqazda üstünlük əldə etməsinə dolayısı yolla gətirib çıxarır. Bu amil də Qərb faktorunu bölgədə azaldıb. Yəni Qərb faktorunun Azərbaycan siyasətində öləziməsinin bir çox səbəbləri var".
ADP sədri vurğuladı ki, Qərb və ABŞ-ın bundan əvvəlki illərdə əldə etdiyi geopolitik üstünlüklər demək olar ki, əldən verilib. Ona görə də müxalifət başa düşür ki, boşuna ümid etməyə dəyməz, Qərb, beynəlxalq birlik qeyd olunan həmin ciddi problemlər, təhlükələr aradan qalxana qədər heç bir ölkədə demokratiyaya açıq və səmimi şəkildə dəstək verməyəcək, vermək imkanında deyil: “Məsələnin ikinci tərəfinə gəldikdə, bizim uzun illər apardığımız siyasət yalnız Qərbin mövqeyi ilə, ümidlərimizi yalnız Qərbə bağlamaqla bağlı deyildi. Bir tərəfdən, ölkədə müxalifət güclü idi, xalq xeyli dərəcədə təşkilatlanmışdı, digər tərəfdən, Qərbin özü də demokratiyaya bu və ya başqa şəkildə dəstək verməyə cəhd edirdi. Bu faktorların hamısı bir yerdə olanda belə təəssürat yaranırdı ki, müxalifətin yeganə ümid yeri Qərbdir. Bizim Qərbin bəyanatlarına, addımlarına illər öncə olduğu kimi, ciddi reaksiya verməməyimiz əlimizi Qərbdən üzməklə bağlı deyil. Səbəb odur ki, artıq müxalifət kifayət qədər zəif düşüb, elə Qərbin də dolayısı ilə iştirakı ilə müxalifət ölkədə sıxışdırılıb siyasi səhnədən az qala çıxarılıb”.
S.Cəlaloğlu dedi ki, müxalifət qüvvələr nisbətini ölçüb-biçir, geopolitik vəziyyətə, beynəlxalq konyukturaya baxır: “Görürük ki, boşuna ümidlənməyə dəyməz, Qərb hətta istəsə belə Azərbaycanda demokratiya qurulsun, indiki şərtlər daxilində ölkədə demokratikləşmə həyata keçirmək mümkün deyil. Əgər Azərbaycan müxalifəti əvvəlki gücünə qayıtmasa, itirdiyi mövqeləri yenidən bərpa eləməsə, indiki şərtlər altında Qərb də, hətta İlham Əliyev də istəsə, Azərbaycanda demokratiya olmayacaq. Demokratiyanı qurmaq üçün subyekt olmalıdır. Subyekt sıradan çıxarılıbsa, proses radikal dini müxalifətlə aparılacaq? Ən qəribəsi budur ki, Qərb demokratik müxalifətin güclənməsi üçün hələ heç bir ciddi addım atmır. Nəticədə Qərb faktoru Azərbaycan siyasətində aradan qalxır”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
|