“İl boyu əmək haqqı və pensiyalar artırıla bilər” - deputat
Tarix: 24-01-2017, 07:52 | Çap et
Azərbaycan prezidenti yanvarın 21-də minimum əmək haqqının 116 manata qaldırılması və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə sərəncam imzalayıb. Prezidentin dünən imzaladığı sərəncamlarla bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indeksləşdiriləcək və minimum aylıq əmək haqqı 116 manat olacaq.
Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12,4 faiz artımla indeksləşdirilməsi həyata keçiriləcək.
Çünki rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapazonunda indeksləşdiriləcək.
Ekspertlər bunun ölkədə gedən bahalaşma fonunda çox az bir artım olduğunu qeyd edirlər. İqtisadçı ekspert bu artımı xarici dövlətlərlə müqayisə edərək deyir ki, hətta artımdan sonra Azərbaycanda 1 aylıq minimum əmək haqqının dəyəri ABŞ-da orta hesabla 4 saatlıq, Böyük Britaniyada isə 3 saatlıq minimum əmək haqqı səviyyəsinə çatıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu artım yetərli deyil. Deputat ilin ortasında da əmək haqqı və pensiyaların artırıla biləcəyini ehtimal edir: “Mən iqtisadçıların bu fikirləri ilə razıyam, artım cüzidir. Ancaq indiki imkan budur. Əmək haqqı və pensiyalar artırılanda büdcəyə baxılır. Büdcədə olan vəsaitlərə uyğun olaraq artım nəzərdə tutulur. Bildiyiniz kimi, vəsaitlər də azlıq təşkil edir. Büdcə çətinliklə formalaşıb. Ona görə də artım az olub. Məndə olan məlumata görə, il boyu imkan daxilində bu məsələlərə baxılacaq. Ola bilər ki, ilin ortasında büdcəyə yenidən baxılsın, əmək haqqı və pensiyalar artırılsın. Cənab prezident də dedi ki, maaşlar azaldılmayacaq, əksinə, artırılacaq. Məndə olan məlumata görə, il boyu bu məsələlərə baxılacaq”.
İqtisadçı ekspert Vüqar Bayramov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu artım qanunvericiliyə əsasən həyata keçirilib: “Məbləğin kiçik və ya böyük olmasından asılı olmayaraq əmək haqqı və pensiyalarda qiymət artımları müsbət qiymətləndirilməlidir. O baxımdan hökumətin bu addımı olduqca vacibdir. Burada pensiyaların sığorta hissəsinin indeksasiyasından söhbət gedir. Buna görə də qanunvericiliyə əsasən əvvəlki ilin inflyasiya səviyyəsinə görə indeksasiya olunur. O baxımdan, burada fərqli faizin seçilməsi qanuna əsasən mümkün deyil. 2016-cı ildə inflyasiya səviyyəsi necə olubsa həmin rəqəm indeksasiya olunur. Burada məqsəd odur ki, pensiyaların sığorta hissəsi inflyasiya səbəbindən azalmasın, sığorta hissəsini qorumaq mümkün olsun. İnflyasiya səviyyəsi yüksək olan illərdə indeksasiyanın tətbiq edilməsi olduqca vacibdir”.
Ekspertin fikrincə, sığorta hissəsinin indeksasiyası ilə yanaşı 2017-ci ildə pensiya məbləğinin artırılmasına ehtiyac var: “Bizim müstəqil qiymətləndirmələrimiz də göstərir ki, mövcud maliyyə resursları çərçivəsində pensiyaların bütövlükdə məbləğinin əlavə 15 faiz artırılması mümkündür. Güman edirəm ki, Maliyyə Nazirliyi də pensiyaların 15 faiz artırılması üçün maliyyə mənbələrinin təmin olunmasını həyata keçirməyə çalışmalıdır”.
V.Bayramov diqqətə çatdırdı ki, minimum əmək haqqının artırılması məbləği də olduqca vacibdir: “Çünki bu həm də digər ödənişlər üçün də vacib kriteriyadır. Belə ki, hər hansı əməyin qarşılığında ödəniləcək minimum səviyyə müəyyənləşdirilir və özəl sektorda belə bu məbləğdən aşağı əmək haqqının ödənilməsi mümkün deyil. O baxımdan, minimum əmək haqqı məbləği olduqca vacibdir. Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə görə, minimum əmək haqqının mərhələli şəkildə orta aylıq əmək haqqının 60 faizinə çatdırılması lazımdır. Hökumət gələn ildən etibarən bu istiqamətdə də müəyyən işlər görməlidir. Minimum əmək haqqını artıran zaman bunun həm hökumətin, həm də iş adamlarının öhdəliklərinə necə təsir etdiyinin də müəyyənləşdirilməsi lazımdır. Manatın mövcud məzənnəsi çərçivəsində 2017-2018-ci illərdə minimum əmək haqqı məbləğinin 150 manata çatdırılmasına ehtiyac var. Biz bunu mərhələli şəkildə həyata keçirməyi təklif edirik. Çünki bu zaman digər öhdəliklərin də optimallaşdırılmasına şərait yaranar. Hökumət bu addımı atmalıdır ki, həm əmək haqlarına təsir göstərsin, həm də özəl sektorun öhdəliklərində çətinlik yaranmasın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
|