“Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı” .....                     Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver .....                     “Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” .....                     Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir .....                     Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür .....                     Suraxanıda yaşayış binalarının elektrik təminatına .....                     Bu rayonda köçkünlərin evləri təmir olunacaq .....                     COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                 

“Siqaret çəkə-çəkə dənizdə çimmək istəyən axmaq məhz bizim brendimiz sayıla bilər” - deputat
Tarix: 5-06-2017, 08:21 | Çap et
“Siqaret çəkə-çəkə dənizdə çimmək istəyən axmaq məhz bizim brendimiz sayıla bilər”
Deputat, Böyük Quruluş Partiyasının (BQB) başqanı Fazil Mustafa təkcə parlament müzakirələrindəki aktivliyi ilə deyil, bir sıra hallarda sosial şəbəkələrdəki aktual məsələlərə operativ və orijinal yanaşmaları ilə də diqqət çəkir. Onun bəzi fərqli baxışları bəzən böyük qalmaqallara da səbəb olur, amma deputat öz mövqeyinin müdafiəsi üçün sonadək mübarizəsini davam etdirir, “atəş mövqeləri”nə “nöqtəli zərbələr” endirir.

Bu mənada orijinal fikirləri ilə seçilən Fazil Mustafa müsahibələri oxucu auditoriyası qazanan siyasət adamlarındandır. Qəzetimizə növbəti müsahibəsində ondan gündəmin aktual mövzularına münasibət soruşduq.

- Fazil bəy, Prezident Administrasiyasında struktur dəyişikliklərinin həyata keçirilməsi barədə prezident sərəncamını necə qiymətləndirirsiniz? Sizcə, bu qərar hansı zərurətdən irəli gəldi?

- Bu məzmunda sərəncamın verilməsi mənim üçün də bir qədər təəccüblü oldu və açığı, daha çox gözlədiyim ilk öncə hökumətin tərkibində paralel strukturların bir-birinə birləşdirilməsi və daha çevik qərarlar qəbul edən hökumət modelinə keçilməsi idi. Görünür, ölkə prezidenti ilk olaraq dəyişiklikləri öz adminstrasiyasından başlamaqla hökumətlə bağlı struktur dəyişiklikləri aparmaq üçün ciddi zəmin hazırladı. Dəyişikliklər barədə hansısa kadrın vurulması, hansıların da səlahiyyətləndirilməsi kimi şərhlər vermək çox bəsit bir izah olaraq görünməkdədir. Hələlik hansısa vəzifəyə təyin olunmayan şəxslər vəzifəyə təyin olunanlar qədər bu hakimiyyətə sadiq və peşəkar kadrlardır.

Burada əsas məqsəd prezidentin cəmiyyətlə daha sıx əlaqəsinin qurulması üçün sahələr üzrə köməkçi modelinin şaxələnməsinə üstünlük verməsi idi. Bununla yanaşı, həmin köməkçilərin şöbə müdirləri olaraq adminstrasiyanın içində saxlanması dövlət idarəetməsində bürokratik mexanizmlərin pozulmamasına da diqqətlə yanaşıldığını göstərir. Burada əsas yenilik gənclər və idman siyasətinin prezident üçün prioritet məsələ olaraq önə çəkilməsidir. Digər yenilik isə birinci vitse-prezidentin fəaliyyətinin effektivliyini təmin edən müvafiq aparatın formalaşdırılması qeyd oluna bilər.

- Bəzi ekspertlər son qərarları instutisional islahatların tərkib hissəsi, Azərbaycanda yeni bir mərhələnin başlanğıcı hesab edir, eyni zamanda bu addımları 2018-ci il prezident seçkilərinə hazırlığın tərkib hissəsi sayanlar da var. Siz hansı versiyaya üstünlük verirsiniz?

- Son qərarların gələn il keçiriləcək prezident seçkiləri üçün ön hazırlıq tədbirləri kimi xarakterizə olunması ehtimalına mən də üstünlük verirəm. İqtidarın növbəti prezident seçkilərinə çox ciddi yanaşması və bu istiqamətdə lazımi addımlar atması təəccüblü görünməməlidir. Əslində institusional islahatların başlanğıc tarixini biz ötən ilin sentyabrında keçirilən referendumla əlaqələndirsək daha doğru yanaşma olardı. O zaman xeyli radikal və gözlənilməz struktur dəyişikliyi barədə qərarlar qəbul olundu və referendumdan sonra yaxın tarixlərdə bu dəyişikliklərin baş verməsi üçün zəmin yarandı. Azərbaycanda yeni mərhələnin başlanğıcı isə heç şübhəsiz, Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması hadisəsidir və bununla həm yeni idarəetmə institutu gündəmə girdi, həm də yeni siyasi obrazın siyasi mühitimizə fərqli çalar gətirməsi faktı baş verdi. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi Mehriban xanım onsuz da ictimai-siyasi proseslərin içində aktiv rol alırdı, lakin birinci vitse-prezident olaraq daha ciddi siyasi məsuliyyətin daşıyıcısına çevrildi. Bizim kimi yarı-Şərq, yarı-Avropa modelli cəmiyyətlərdə bir xanımın istər dövlət işlərində, istərsə də beynəlxalq səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsində bu qədər ciddi təşkilatçılıq məsuliyyətini öz üzərinə götürüb uğurla yekunlaşdırması həqiqətən böyük cəsarət tələb edir, bu baxımdan da Mehriban xanımın birinci vitse-prezident kimi dövlətin ikinci ən məsul mövqeyinə təyin olunması ölkə prezidentinin gerçəkləşdirəcəyi institusional islahatlarının intensivliyinə əhəmiyyətli təsir göstərə bilər.

- Fazil bəy, ötən müsahibələrinizin birində Xəzər dənizinin hasarlanması ilə bağlı danışarkən “yaxşı ki, Xəzərin suyu şordur, inanın ki, bəzi səlahiyyətli şəxslər içə-içə onun suyunu da qurudardılar” demişdiniz. Sanki sizin dedikləriniz əks effekt verdi və Milli Məclisə daxil olan “Turizm haqqında” Qanuna edilən dəyişikliklər sanki Xəzərin tamamilə “boğulmasına” hesablanmışdı. Ancaq sizin və bəzi həmkarlarınızın etirazından sonra spiker də boşluqların olduğunu deyib sənədi yenidən işlənmək üçün geri qaytardı. Necə bilirsiniz, boşluqlarla “zəngin” qanun layihələrinin parlamentə yol tapmasında şəxsi maraqlar rol oynayır, yoxsa sadəcə diqqətsizlik öz işini görür?

- Əlbəttə, Xəzərə münasibətdə bir sıra insanların bu qədər görməmiş davranmasının izahını verməkdə çətinlik çəkirəm. İnsanın ödənişsiz şəkildə bu dənizdə yuyunmasının, qumunda dincəlməsinin qarşısını almağın görəsən başqa hansı adını tapmaq olar? Bu dəniz Allahın bir nemətidir, suyunu çirkləndirmək olmaz, qumunu daşıyıb sahilini çılpaq qoymaq olmaz, ona gedən yolları hasarlamaq olmaz. Bu sözlər əslində ibtidai sinfə gedən uşağa deyiləsi sözlərdir, ancaq onların yerinə yaşlı, diplomlu adamlara bunu xatırlatmağa məcbur oluruq. Kimin əlində az-çox səlahiyyət varsa, ilk olaraq Xəzəri insanlardan gizlətməyə üstünlük verir. Ona görə də bu məsələ bundan sonra da aktuallığını qoruyacaq və nəhayət ki, ən böyük sərvətimiz olan bu dənizə qarşı qəddar münasibəti dəyişmənin zəruriliyini hamı anlayacaqdır. Sizin nəzərdə tutduğunuz Torpaq Məcəlləsindəki dəyişikliklər idi və həqiqətən də burada qəbul olunması nəzərdə tutulan dəyişikliklər bilavasitə vətəndaşların maraqlarına uyğun gəlmirdi. Dənizin hasarlanmasına qarşı birmənalı şəkildə qanunvericilik münasibət bildirməlidir və bu məsələyə birdəfəlik son qoyulmalıdır. Əslində bu kimi qanunlarda daha çox söz oynatmağa rast gəlirsən ki, burada məqsəd dənizi qəsb edənlərin korporativ maraqlarını qorumaqdan ibarətdir. Bizdə “Turizm haqqında” Qanunda ictimai çimərliklərin yaradılması barədə müddəalar mövcuddur, ancaq burada anlaşılmayan bir mülkiyyət forması var. Bu çimərliklər hökmən bələdiyyə mülkiyyətinə aid olmalıdır və özəl mülkiyyətlə bələdiyyə mülkiyyəti arasında çimərliklər məsələsi çözülməlidir. Özəl çimərliklərə maksimum qiymətlər müəyyənləşdirilməlidir ki, aztəminatlı vətəndaşlar üçün onlar da əlçatan olsun. Qanunların bəzən geri qaytarılması faktı isə əslində məhkəmələrdəki bəraət hökmünə aid duruma bənzəyir, bizdə qanunun qaytarılmasına təəccüblə yanaşırlar, necə ki, məhkəmənin bəraət hökmünə. Halbuki, bunların hər ikisi adi prosedurlardır və mümkün səhvlərdən sığortalanmaq üçün praktikada tez-tez təkrar olunmalıdır. Hətta bəzən qəbul olunan qanunun bəzi maddələrində mövcud Konstitusiyaya uyğun gəlməyən məqamlar olduğu barədə iradlar dilə gətiriləndə belə, çoxluq buna laqeyd yanaşır və düşüncəyə bir şey hakim kəsilir ki, prezidentin adından gəlibsə bu müzakirəsiz qəbul olunmalıdır. Prezident isə bu qanun layihəsini Milli Məclisə göndərir ki, məhz müzakirə olunsun, cilalansın, təkmilləşdirilsin. Bir neçə qanun olub ki, bizdə qəbul olunub, prezident isə imzalamayaraq yenidən müzakirə olunmaq üçün geri qaytarıb. Halbuki, unutmaq olmaz ki, prezidentin adından bu qanunları insanlar hazırlayır, nələrsə diqqətdən qaça bilər, məhz Milli Məclis daha geniş müzakirə imkanına sahib olduğuna görə qanunu daha dəqiq şəkildə cilalamalıdır. Ona görə də qeyd etdiyiniz dəyişiklikləri ehtiva edən qanun layihəsinin müzakirədən çıxarılması barədə Milli Məclisin sədrinin təklifi təqdir olunmalıdır.

- Bu Ramazan ayında gündəmin müzakirə mövzuları həm də spirtli içkilərlə bağlıdır. Telekanallarda arağın reklamı və “Hacı pivəsi” müzakirələri haqda nə deyə bilərsiniz? Burada ilk öncə televiziyaların insanların inanc dəyərlərinə sayğılı yanaşması vacib şərtdir.

- Normal maarifləndirici proqramlara imkan tanınmadığı halda, Ramazan ayında spirtli içkilərin reklamını təqdim etmək, cəmiyyətə qarşı hörmətsizlikdən başqa bir şey deyil. Hərdən bu qədər cəhalətin, nadanlığın, xurafatın yayğın olduğu bir mühitdə bizim maarifləndirici proqramlardan imtina etməyimizin mənasını anlamaqda çətinlik çəkirəm. İnzibati yolla radikalizmə qarşı mübarizəni önə çəkməklə bu problemin daha dərin qatlara çökməsinə əslində daha əlverişli imkan tanınır. Ramazan ayında doğru İslam anlayışının müxtəlif verilişlərlə cəmiyyətə təlqin olunması əvəzinə, araq içmənin faydasını çatdırmağa üstünlük verirlərsə, bunun mənfi nəticələrini az keçməmiş hiss edəcəklər. Ancaq etiraf edək ki, bəzi kanallarda dini mövzuda gedən verilişlər insanlara spirtli içkilər qədər, uyuşdurucu qədər mənfi təsir göstərir, odur ki, bizim görmək istədiyimiz sağlam düşüncəli elm adamlarına efir məkanında dini maarifçilik istiqamətində təbliğat imkanlarının yaradılmasıdır.

- Bilirik ki, siz də oruc tutursunuz. Oruc tutanlara məsləhətiniz nədir?

- Əgər insan oruc tutmağa qərar veribsə və bunu göstəriş üçün etmirsə, onun hansısa məsləhətə ehtiyacı yoxdur. Mənim də həddim deyil ki, kiməsə məsləhət verim. Sadəcə, onu istərdim ki, dünyəvi dövlətdə yaşadığımızı kimsə unutmasın, oruc tutmayanlara qarşı inanclılar normal yanaşmağı bacarmalıdırlar, eyni zamanda cəmiyyətdə ibadətlə məşğul olmayan insanların da oruclu insanlara qarşı anlayışlı davranması cəmiyyətiçi tolerantlığın gücləndirilməsi baxımından faydalı olardı.

- Növbəti əfv fərmanının imzalanacağı deyilir. Eyni zamanda bir sıra həbslərin həyata keçirilməsi şəraitində bəzi beynəlxalq təşkilatlar yenə də ölkəmizə qarşı təzyiq mövqeyindən çıxış etməkdədirlər. Siz bu durumla bağlı nə deyə bilərsiniz?

- Əfv fərmanının tez-tez imzalanması müsbət bir addımdır və bir çox ailələrin sevinc anları yaşamasına səbəb olur. Bir sıra həbslərın baş verməsinin də səbəblərinə baxmaq lazımdır. Ordu içində başqa ölkələrin maraqlarına xidmət edənlərin bir qisminin ifşa olunaraq həbs olunması birmənalı olaraq cəmiyyətdə təqdirlə qarşılandı. Hansı təzyiq olursa olsun, bu təzyiqə görə ordumuzun, müdafiə qabiliyyətimizin çökməsinə gözmü yummalıyıq? Digər həbslərə gəldikdə isə, istər siyasi fəaliyyətlə məşğul olan, istər də media quruluşlarında çalışan şəxslərlə bağlı əməllərində hansısa hüquq pozuntuları aşkar edilirsə, mümkün qədər azadlıqdan məhrum etmə cəzasının olmamasını istərdim. Yenidən siyasi və ya vicdan məhbusu adları bəhanəsilə ölkəmizə qarşı neqativ addımların atılmasına rəvac verməməmiz daha doğru davranış olardı. Bir məsələyə də diqqət yetirməliyik ki, ölkə prezidenti azadlıqdan məhrum etmə əvəzinə alternativ cəzalara üstünlük verilməsi barədə sərəncam imzalasa da, hələ də məhkəmələr köhnə praktikaya üstünlük verməkdədirlər, əllərinə kim düşdü, həbsə göndərməkdən başqa seçim tanımırlar. Bu da vətəndaşlarda ciddi rahatsızlıq doğurur.

- Fazil bəy, dərslərin sentyabrın 1-i başlayıb mayın 31-də tamamlanması barədə vacib bir məsələni gündəmə gətirmisiniz. Təhsil Nazirliyi isə qrafikə dəyişikliyi hələ ki, mümkün saymır. Necə bilirsiniz, bu dəfə dərslər sentyabrın 1-də başlayacaqmı?

- İnanın ki, Azərbaycanda hansısa sahədə bu cür absurd bir qərarın qəbul olunduğunu söyləmək mümkün deyil. Hələ bir il öncə qış vaxtı-yay vaxtı oyunu vardı, yaxşı ki, bunun da yanlışlığını görüb bir ucuna 500 km, digər ucuna 400 km məsafə olan bir ölkədə qış-yay təzadının məntiqsizliyindən yaxamızı qurtardılar. İndi biz deyirik ki, dərsləri sentyabrın 1-də başlayın ki, təhsil prosesi natamam qalmasın, il ərzində bir sıra mənasız tətillərin içindən 38 tədris saatını düzüb qoşun, iyunun istisində uşaqları kondisionersiz şəraitdə dərs keçməyə, valideynləri də əlavə 15 günlük məsrəfə düçar etməyin. Cavab olaraq dərslərin başlama vaxtını sentyabrın 1-nə çəkmək barədə qərar almaq yerinə, iyunun ilk 15 gününü əlavə dərs müddəti kimi təyin edirlər. Mən Təhsil Nazirliyi tərəfindən görülən xeyli müsbət işləri hər zaman dəstəkləyirəm, ancaq bu məsələdə inadkarlıq həqiqətən vətəndaşlar arasında haqlı narazılıq yaradır və dərslərin vaxtı məsələsində bütün təhsil subyektlərinin rəyi nəzərə alınmalıdır.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı”
Bu gün, 01:24
Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:19
“Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” - deputat
Bu gün, 01:16
Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir - NƏ ETMƏLİ?
Bu gün, 01:14
Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür - 101 il əvvəl...
Bu gün, 01:09
Suraxanıda yaşayış binalarının elektrik təminatına - 8 MİLYON AYRILDI
Bu gün, 00:05
Bu rayonda köçkünlərin evləri təmir olunacaq - 600 MİNLİK TENDER
Bu gün, 00:02
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Dünən, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Dünən, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Dünən, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Dünən, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Dünən, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Dünən, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Dünən, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Dünən, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Dünən, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Dünən, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Dünən, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Dünən, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Dünən, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Dünən, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Dünən, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Dünən, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Dünən, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Dünən, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Dünən, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Dünən, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Dünən, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Dünən, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Dünən, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Dünən, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Dünən, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Dünən, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Dünən, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Dünən, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Dünən, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Dünən, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Dünən, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Dünən, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Dünən, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Dünən, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Dünən, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Dünən, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Dünən, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Dünən, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru