“Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı” .....                     Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver .....                     “Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” .....                     Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir .....                     Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür .....                     Suraxanıda yaşayış binalarının elektrik təminatına .....                     Bu rayonda köçkünlərin evləri təmir olunacaq .....                     COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                 

“Danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir” - deputat
Tarix: 20-06-2017, 10:00 | Çap et
“Danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir”
İyun ayının 15-dən etibarən cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla müxtəlif təxribatlara əl atıblar. Nəticədə Azərbaycan Ordusu bir şəhid verib. Təbii olaraq, cavab tədbirləri görülüb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilib, 6 erməni hərbi qulluqçusu məhv edilib. Müdafiə Nazirliyi bu barədə bəyanat yayaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir və növbəti belə təxribatın qarşısı alınarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, çoxsaylı yaralıları var. Müdafiə Nazirliyi xəbərdar edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama yayaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkəmizə planlaşdırılan səfəri ərəfəsində Ermənistan tərəfinin növbəti dəfə təxribatlara əl atmasına münasibət bildirib. Qeyd olunub ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır. Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın ölkəmizə qarşı təcavüzü fonunda ərazilərimizin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, politoloq Elman Nəsirov deyib ki, cəbhə xəttində təxribatların törədilməsi Ermənistan tərəfinin yeni taktikası deyil. Onun sözlərinə görə, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Ermənistanın əsas niyyəti bundan ibarətdir ki, status-kvo qorunub saxlansın, heç bir halda o dəyişməsin, münaqişənin həlli üçün aparılan danışıqlar prosesinə hər vasitə ilə maneə yaradılsın. Çünki danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir. Əks halda heç bir irəliləyişə nail olmaq mümkün deyil. Ona görə də Ermənistan tərəfi ciddi-cəhdlə həmsədrlərin regiona səfəri ərəfəsində təxribatlara əl atır. Elə etmək istəyir ki, fundamental məsələlər, yəni, status-kvonun dəyişdirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bu kimi digər məsələlər deyil, məhz atəşkəsin qorunub saxlanması əsas müzakirə mövzusuna çevrilsin. Ermənistan xarici işlər naziri Nalbəndyan iyunun 20-də həmsədrlərlə görüşü zamanı hətta onları da ittiham edib ki, nə üçün münaqişə ilə bağlı ünvansız bəyanatlar verirsiniz. Guya həmsədrlər münaqişə ilə əlaqədar ünvansız bəyanatlar verirlər və erməni tərəfinin arzusuna uyğun olaraq onlar öz bəyanatlarında Azərbaycanı ittiham etməlidirlər. Burada məşhur bir el məsəlinmi xatırlamamaq olmur: Adımı sənə qoyum, səni yana-yana qoyum. Ermənistan silahlı birləşmələri iriçaplı silahlardan, minaatanlardan və artilleriyadan istifadə etməklə nəinki cəbhə xəttindəki mövqelərimizi, eləcə də dinc əhalinin yaşadığı məntəqələri atəşə tutur. Bu vəziyyət ötən ilin aprel hadisələrindən əvvəlki durumu xatırladır. O zaman Azərbaycan Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə qarşı düşmənin altı yaraqlısı məhv edilib. Məhz bu məqamda Prezident İlham Əliyevin məşhur ifadəsini xatırlamamaq olmur. Ermənistan əsgəri ölmək istəmirsə Ağdama, işğal altında olan digər ərazilərimizə gəlməsin. Bir daha əvvəlki fikrimə qayıdaraq qeyd etmək istəyirəm ki, Ermənistan tərəfinin təxribatları danışıqlar prosesinə maneə yaratmağa hesablanıb. Çünki, həmsədrlərin regiona səfərindən sonra xarici işlər nazirləri, ardınca da prezidentlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırılır. Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi, Nalbandyanın məsuliyyətsiz bəyanatlar verməsi bu görüşlərin baş tutmamasının qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin müzakirəsindən yan keçmək məqsədi daşıyır. Fikrimcə, regiona səfərlərini başa vuran həmsədrlər verəcəkləri bəyanatda bu amilləri mütləq nəzərə almalıdırlar”.

Politoloq Fikrət Sadıxovda qəzetimizə açıqlamasında deyib ki, Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində təxribatlar törədir. Onun fikrincə, Ermənistanın xarici siyasətində Azərbaycana qarşı belə davranış əsas yerlərdən birini tutur: "Belə təxribatlar həmsədrlərin regiona, o cümlədən Azərbaycana səfəri ərəfəsində daha intensiv xarakter alır, cəbhə xəttində vəziyyət gərginləşdirilir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri bütün bu təxribatların qarşısını qətiyyətlə alır, düşmənə ağır zərbə vurulur. Bunun ardınca da erməni tərəfi yaşanan hadisələrə görə Azərbaycanı günahkar göstərməyə çalışır. Bu baxımdan, həmsədrlərin regiona səfəri öncəsi Ermənistanın yeni təxribatlar törətməsi gözlənilən idi. Ancaq gülünc doğuran daha bir məqam Ermənistan xarici işlər nazirinin bu yaxınlarda verdiyi bəyanatdır. Onun dediyinə görə, guya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələr Ermənistanı deyil, Azərbaycanı işğala son qoymağa səsləyir, sülhə çağırır. Ermənistan rəsmisinin bu münasibəti aydınlaşmış mövqedir. Yəni, Ermənistan heç bir reallıqla hesablaşmır, işğalçılıq siyasətini davam etdirir, beynəlxalq hüquqa və prinsiplərə əməl etmir. Bu mövqe danışıqlar prosesində hər hansı irəliləyişin olmasının qarşısını almağa da hesablanıb. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar və artıq üzləşirlər. Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı”
Bu gün, 01:24
Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:19
“Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” - deputat
Bu gün, 01:16
Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir - NƏ ETMƏLİ?
Bu gün, 01:14
Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür - 101 il əvvəl...
Bu gün, 01:09
Suraxanıda yaşayış binalarının elektrik təminatına - 8 MİLYON AYRILDI
Bu gün, 00:05
Bu rayonda köçkünlərin evləri təmir olunacaq - 600 MİNLİK TENDER
Bu gün, 00:02
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Dünən, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Dünən, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Dünən, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Dünən, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Dünən, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Dünən, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Dünən, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Dünən, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Dünən, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Dünən, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Dünən, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Dünən, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Dünən, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Dünən, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Dünən, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Dünən, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Dünən, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Dünən, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Dünən, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Dünən, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Dünən, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Dünən, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Dünən, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Dünən, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Dünən, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Dünən, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Dünən, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Dünən, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Dünən, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Dünən, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Dünən, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Dünən, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Dünən, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Dünən, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Dünən, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Dünən, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Dünən, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Dünən, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru