Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver .....                     “Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” .....                     Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir .....                     Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür .....                     Suraxanıda yaşayış binalarının elektrik təminatına .....                     Bu rayonda köçkünlərin evləri təmir olunacaq .....                     COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                 

Müxalifətin yüksək dövlət vəzifələrinə yolu açılır
Tarix: 23-06-2017, 08:53 | Çap et
Müxalifətin yüksək dövlət vəzifələrinə yolu açılır
Dövlət orqanlarında aparat rəhbərləri, şöbə müdirləri kimi vəzifələrə qəbul test üsulu ilə olacaq. Qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Qərar ali kateqoriyalı dövlət orqanları olan Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə istisna olmaqla, digər qurumlara şamil olunacaq.

Test üsulundan keçən namizədlər müsahibə mərhələsinə qatılacaqlar və uğur qazanacaqları təqdirdə müvafiq yerlərlə təmin olunacaqlar. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Trend”ə müsahibəsində yaranan suallara, aparılan müzakirələrə aydınlıq gətirib. Qanunla heç kimin “gizlənpaç” oynaya bilməyəcəyini qeyd edən M.Abbaszadə bildirib ki, qanunda nə yazılıbsa, o da icra olunmalıdır. DİM rəhbəri vəzifələrin gizlədilməsinin də çətin olduğunu qeyd edib: “Biz artıq Dövlət Reyestri vasitəsilə dövlət orqanlarında olan vakant vəzifələri müəyyən edə bilirik, lakin həmin vəzifələrin tutulması ilə bağlı dövlət orqanının rəhbəri qərar verməlidir”.

M.Abbaszadə elan olunmuş yüksək vəzifələrə təyinatın DİM xətti ilə bəzi hallarda aparılmayacağı ilə bağlı maraqlı məqama da toxunub: "Mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifələrə qəbulun müsabiqə ilə keçirilməsi, həmin vəzifələr üzrə təyinatın müsabiqə əsasında aparılması nəzərdə tutulub. Lakin dövlət orqanlarının rəhbərləri işin dayanmaması üçün kimisə müəyyən vaxt ərzində (əsasən 3 ay müddətinə) müqavilə ilə işə cəlb edə bilər. Amma bu şərtlə ki, həmin vəzifələrin tutulması üçün müsabiqə və ya ümumi (daxili) müsahibə elan edilməsi barədə qərar qəbul etsin və vəzifələr üzrə elan verilməsi üçün mərkəzə təqdim etsin. Həmin insanlar yenə də imtahandan keçməlidirlər ki, dövlət qulluğuna işə qəbul olunsunlar. Ola bilər ki, hansısa rəhbər üçün işçisini belə müqavilə ilə işlətmək rahatdır. Amma işçi uzunmüddətli müqavilə ilə işlədikdə, dövlət qulluğunda olmayanda çox şeyi itirir. Bu halda o, dövlət qulluqçusu statusuna malik olmur, dövlət qulluqçularına verilən bütün imtiyazlardan istifadə edə - ipoteka, sosial evlər ala bilməyəcək, təqaüdə dövlət qulluqçusu kimi çıxa bilməyəcək. Onların bu stajı dövlət qulluğu stajı sayılmayacaq. Ona görə də hər bir şəxs özü maraqlı olmalıdır ki, dövlət qulluğuna qəbul üçün müsabiqədə iştirak etsin". Bəs bu, müxalifətçilər və ya onların övladları üçün işə qəbulla bağlı şans verirmi?

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev müsahibə mərhələsinin əleyhinədir: “Savadlı insanların iş başına gəlmələri üçün əlçatanlığı daha yaxşı təmin edəcək. Müxalifət düşərgəsindən iş başına keçməməklə bağlı elədir ki, əvvəla, istənilən ölkədə hakimiyyətə gələn komanda öz kadrlarını vəzifələrə yerləşdirir. Amma hesab edirəm ki, ölkədə kifayət qədər müxalifətçi yüksək vəzifələrdə təmin olunur. Yaxşı kadrlara bu gün Azərbaycanda tələbat var. Artıq siyasi fəaliyyətinə deyil, potensialına görə insanlara qiymət verilir. Test üsulu ilə insanların iş başına gəlmələri çox mütərəqqi bir haldır. Bu üsuldan insanlar yararlanmaq üçün daha yaxşı oxuyacaq. Həm orta, həm də ali məktəblərdə tamam fərqli yanaşmalar olacaq. Eyni zamanda xeyli sayda gənclərin kənarda qalmalarına son veriləcək. Etiraf etməliyik ki, Türkiyə və başqa yerlərdə oxuyub gəlmiş şəxslər var ki, iş başında deyillər. Amma heç bir bacarığı olmayan, lakin iş başında qalan xeyli sayda məmurlar var. Mənə elə gəlir ki, test üsulundan sonra müsahibənin aradan qaldırılması daha yaxşı olardı. Əgər müsahibə mərhələsində indidən şübhələr varsa, onu aradan götürməklə ən azından bu şübhələrə son qoyular. Müsahibənin özü də ədalətli olacaq. Amma obyektivliyə kölgələr düşməsin deyə indidən müsahibəni ləğv etmək daha yaxşı olar. Açıq meydan olmalı, insanlar özlərini təsdiq etməlidirlər. Testlə birmənalı şəkildə proseslərin aparılması daha məntiqlidir”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn indiyə qədər bu tipli qəbul imtahanlarının müxtəlif dövlət idarələrində aparıldığını bildirdi: “İndi bu istiqamətdə əlavə işlər görülürsə, hər halda, bunun müsbət nəticələrini gözləmək lazımdır. Amma müsahibə mərhələsi faktiki test mərhələsini heçə endirir. Bir çox hallarda test imtahanından keçən və yüksək nəticə alanlar müsahibə mərhələsində kənarda qalırlar. Bu barədə indiyə qədər xeyli məlumatlar üzə çıxıb. Həlledici məqamın müsahibə olması test məsələsinin əhəmiyyətini aşağı salır. Müsahibə mərhələsində bəzi dəyişikliklər etmək lazımdır ki, ədalət gözlənilsin. Prinsip etibarı ilə testin olması kadrların işlə təmin olunmalarındakı nöqsanları bir qədər aşağı salır. Gənclərə biliklərini artırmaq üçün stimul verir. Bu baxımdan pozitiv əhəmiyyəti var. Bəzi vəzifələr var ki, siyasi fəaliyyətlə orada məşğul olmaq qadağan olunur. Bəzi hallarda müsahibə mərhələsi korrupsiyaya yol açır. Bu mərhələnin məntiqli olub-olmaması ilə bağlı müəyyən müzakirələr aparmaq olar. Burada əsas bəla korrupsiya ilə bağlıdır. Testdən keçir, sonrakı mərhələdə korrupsiya halları, kimlərinsə himayə olunması məsələləri üzə çıxır. Bu mərhələdə siyasi amillər, hətta ayrı-ayrı yüksək rütbəli məmurların bir-biriləri ilə münasibətləri də mühüm rol oynayır. Xatırlayıram ki, hakimliyə keçirilən imtahanda ən yüksək nəticə göstərən şəxs kənarda qalmışdı. İndiyə qədər əsasən hüquq sahəsində yüksək nəticələr qazanan çoxsaylı şəxslər var ki, müsahibə mərhələsində qarşıları kəsilib. Burada insanın siyasi baxışlarına münasibət də müəyyən qədər rol oynayır. Bu baxımdan, məsələni müxalifətçilərin vəzifələrə gedən yollarının açılması kimi qoymaq düzgün deyil. Xaricdə, xüsusilə tanınmış universitetlərdə təhsil almış şəxslərin kənarda qalması kimi ciddi problem də yaşayırıq. O insanlar bura gəlib imkanlarını Azərbaycanın inkişafına sərf etmək əvəzinə, xaricdə qalmağa məcbur olurlar. Onlar bizim üçün böyük itkidir. Bir sıra hallar da var ki, insanlar müsahibə mərhələsindən nə üçün keçməmələri ilə bağlı şikayət verməkdən belə məhrum olunurlar. İnsanların siyasi baxışlarına görə özlərinin və yaxınlarının hüquqlarının pozulması halları da var. Bunlar da yolverilməzdir”.

Hüquqşünas Əsabəli Mustafayev dövlət qulluğuna savadlı və hazırlıqlı insanların qəbulunun çox vacib olduğunu söylədi: “Praktikamızda görürük ki, müsahibə mərhələsində seçim başqa cür aparılır. Artıq bilik, peşə hazırlığı bəzən burada əsas rol oynamır. Hökumətin arzu etmədiyi şəxsləri kənarda saxlamaq üçün müxtəlif yollardan istifadə edilir. Burada təkcə söhbət müxalifətdən getmir. Bu mərhələdə tapşırıqların böyük rol oynadığını tez-tez eşidirik. Birinci mərhələdən keçənlər növbətidə daha çox tapşırıqla keçirlər. Qanun normal ola bilər. Bizdə də qanunların çoxu normaldır, sadəcə, tərkiblərində müəyyən problemlər var. Həmin problemlər o cümlədən bura aiddir ki, müsahibə mərhələsində subyektiv amillər mühüm rol oynayır. Burada hər şey hökumətin yanaşmasından asılıdır. Artıq bunlar bizim üçün qeyri-adi deyil. Çünki bir çox strukturlarda bu məsələni görürük. İmtahan olmayan yerlərdə, özəl yerlərdə işə qəbulda hökumətlə, yaxud hansısa məmurla konflikti olan şəxslərə problem yaradılması halları çox geniş yayılıb. Bu da hökumətin siyasətindən doğur. Əgər hökumət siyasətini dəyişsə, o qanunların tərkibində heç bir problem olmaz. İndi isə bu məsələlərdə ciddi problemlər var”.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:19
“Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” - deputat
Bu gün, 01:16
Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir - NƏ ETMƏLİ?
Bu gün, 01:14
Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür - 101 il əvvəl...
Bu gün, 01:09
Suraxanıda yaşayış binalarının elektrik təminatına - 8 MİLYON AYRILDI
Bu gün, 00:05
Bu rayonda köçkünlərin evləri təmir olunacaq - 600 MİNLİK TENDER
Bu gün, 00:02
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Dünən, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Dünən, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Dünən, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Dünən, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Dünən, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Dünən, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Dünən, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Dünən, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Dünən, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Dünən, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Dünən, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Dünən, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Dünən, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Dünən, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Dünən, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Dünən, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Dünən, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Dünən, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Dünən, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Dünən, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Dünən, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Dünən, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Dünən, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Dünən, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Dünən, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Dünən, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Dünən, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Dünən, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Dünən, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Dünən, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Dünən, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Dünən, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Dünən, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Dünən, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Dünən, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Dünən, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Dünən, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Dünən, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Dünən, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru