Prezidentli müxalifətin siyasi "piştaxta"sı .....                     Moskva və Kiyevdən danışıqlar mesajı: “Birbaşa mümkün deyil” .....                     "Təəssüf ki, insanlar neqativ tipli xəbərlərə daha çox meyl göstərir..." .....                     “Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı” .....                     Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver .....                     “Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” .....                     Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir .....                     Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür .....                     Suraxanıda yaşayış binalarının elektrik təminatına .....                     Bu rayonda köçkünlərin evləri təmir olunacaq .....                     COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                 

Keçmiş baş prokurordan Surət Hüseynova sərt ittihamlar
Tarix: 4-08-2017, 08:18 | Çap et
Keçmiş baş prokurordan Surət Hüseynova sərt ittihamlar
Son günlərdə ölkə gündəmini zəbt edən mövzulardan biri də sabiq baş nazir Surət Hüseynovun ölkə.az-a müsahibəsidir. Müsahibədə qiyamçı polkovnikin xüsusən də torpaqlarımızın işğalında birbaşa AXC-Müsavat hökumətini ittiham etməsi, eləcə də özünü Qarabağ savaşının qəhrəmanı kimi təqdim etməsi aranı qatıb. Məsələ ilə bağlı mövqelər isə birmənalı deyil.

AXC-Müsavat hakimiyyəti dövründə baş prokuror postunu tutmuş İxtiyar Şirin “Yeni Müsavat”a açıqlamasında S.Hüseynovun ittihamlarına sərt reaksiya verərək, onu etdiyi əməllərə görə ifşa etdi: “Onun müharibə dövründə muzdlu döyüşçülər gətirib-gətirmədiyi barədə məndə baş prokuror işlədiyim zamanlarda heç bir məlumat yox idi. Surət Hüseynovun hərbi hissələrindəki döyüşçülərin əksəriyyəti həbsxanalardan qanunsuz olaraq buraxılan və ona verilən cinayətkarlardan ibarət idi. Bizdə o zamanlar məlumat var idi ki, həmin şəxslərə hər gün narkotik maddə verilib, məhz bu maddənin təsiri altında onları Surət Hüseynovun yanında saxlayıblar. O vaxt bizdə təhlükəsizlik nazirinin verdiyi məlumata görə, Rusiya ilə Surət Hüseynovun ciddi əlaqələri olub. Bu əlaqələr o zaman Gəncədəki rus diviziyasının rəhbəri olan Şerbak vasitəsilə həyata keçirilib. Hətta bir dəfə mənə Türkiyədə Azərbaycanla əlaqəsi olan türk vətəndaşı dedi ki, Şerbakın kürəkəni Surət Hüseynov necə qiyam qaldırdı, Şerbakın ona olan yardımlarını siz görmürdünüz? Mən çox təəccüblənirəm ki, Surət Hüseynov doğrudan da rus komandirinin kürəkəni olub. O şəxsdən dəqiqləşdirmək üçün soruşdum, israrla dedi ki, onun kürəkəni olub. Amma yenə dəqiq deyə bilmirəm, bu, olub ya yox. Əgər olubsa, bu, bizə məsələlərə yenidən qiymət verməyə əsas verir. Bu hadisələrdə Rusiyanın əlinin olması birmənalıdır. Azərbaycanda Surət Hüseynov vasitəsilə dövlət çevrilişinin həyata keçirilməsində Rusiyanın oynadığı rol şübhəsizdir. Surət Hüseynovun o dövrlə bağlı dediklərini heç dəyərləndirmək belə istəmirəm. Onun haqqında daha dolğun məlumat almaq istəyirsinizsə, gedib Ağdam, Füzuli məcburi köçkünlərindən soruşmaq lazımdır ki, rayonların ermənilərin tərəfindən işğalında Surət Hüseynovun rəhbərlik etdiyi qanunsuz hərbi birləşmələrin rolu nədən ibarət olub. Onlar sizə bunları olduğu kimi söyləyəcəklər. Kəndləri necə boşaltdırıblar, camaatı necə qaçırıblar, necə talan ediblər, bundan sonra ermənilərin həmin yerlərə necə gəldikləri barədə həmin rayonların sakinlərinin çox ciddi bilgiləri var. Onların dedikləri həmin hadisələrin şahidi olmayanların dediklərindən qat-qat fərqli olacaq. Azərbaycan torpaqlarının işğalında Surət Hüseynovun necə böyük rolunun olduğu barədə faktlar hər kəsə məlum olacaq. Surət Hüseynov indi boş-boş danışır, amma məgər özü demədi ki, o torpaqları ermənilərə peşkəş vermişik, sonra qayıdıb alacağıq? Bu fikirləri başqa şəxs söyləməyib ki. Yenidən bu hadisələr barədə başqa fikir yaratmaq cəhdlərinin səbəblərinin nə olduğunu bilmirəm. Amma ən azından tarixi dəyişmək, faktları gizlətmək istəyirlərsə, bu mümkün deyil. Çünki hər şey ortadadır. Bunu hər kəs də bilir. Azərbaycan torpaqlarının işğalının səbəbkarlarının kimliyi də xalqa və dövlətə çox yaxşı məlumdur”.

Sabiq baş prokuror S.Hüseynovun məhkəmə qərarı ilə vətən xaini elan olunduğuna da toxundu: “O, vətənə xəyanətdə ittiham olunub. Bu, məhkəmənin qərarı idi, AXC rəhbərliyinin dedikləri deyildi. Bu davranışları hesab edirəm ki, dayandırmalı idi. Bunlar onun özünə də lazımsızdır. Çünki danışdıqca etdikləri bir daha gündəmə gəlir. Bunu isə yəqin ki o istəmir. O deyir ki, guya azad etdiyi və digər işğal olunan əraziləri AXC hökuməti satıb. Amma bunları kimlərin etdiyini xalq yaxşı bilir. Surət Hüseynovun bu hədələrini, böhtanlarını, söyüşlərini onun hələ də etdiklərindən nəticə çıxarmaması ilə izah edirəm. O gördüyü işlərdən və başına gələnlərdən doğru nəticə çıxarmayıb. Öz etdiyi əməlləri digərlərinin üzərinə yıxmaq istəyir. O, Türkiyədən danışmır ki. Gəlsin bura. Gəlsin, gedək Ağdam məcburi köçkünlərinin yanında Surət Hüseynov danışsın. Mən də, AXC hökumətinin rəhbərləri də gedəcək. O insanlara cavab versin. Bu torpaqlar necə getdi? Əgər Surət Hüseynov bunları edə bilsə, onun alnından öpəcəm. Bizim dövrümüzdə o, vəzifədən çıxarılıb, sonra da rəhmətlik Heydər Əliyev onu baş nazir təyin etdi. Sonra dövlət çevrilişinə cəhdlə ömürlük həbs olundu. Sonralar da əfv olundu. Bu faktlar ortadadır. O gəlsin ölkəyə, gedək işğal olunan rayonların sakinlərinin yaşadıqları yerlərə. Hamımız etdiklərimizə görə cavab verək. Əgər bunu edəcəksə, mən onun günahsız olduğu barədə fikirlərini müdafiə edəcəyəm. Görün hansı məsuliyyəti üzərimə götürürəm. Onun necə döyüşdüyünü yaxşı bilirlər. Kimin günahı varsa, xalq orada çıxıb deyəcək. Əgər mənim və təmsilçisi olduğum hakimiyyətin burada günahı varsa, bunu xalqdan eşitməyə hazırıq. Qorxumuz yoxdur. Onu məsuliyyətdən azad edib buraxdılar, indi də ağzına gələni danışır. Hesab edir ki, danışdıqları ilə xalqımızın başını aldadıb, gəlib prezident olacaq. Prezident olmaq istəmir, buyursun gəlsin”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentli müxalifətin siyasi "piştaxta"sı - İNCƏLƏMƏ
Bu gün, 01:38
Moskva və Kiyevdən danışıqlar mesajı: “Birbaşa mümkün deyil” - GƏLİŞMƏ
Bu gün, 01:29
"Təəssüf ki, insanlar neqativ tipli xəbərlərə daha çox meyl göstərir..." - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:27
“Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı”
Bu gün, 01:24
Bahalıqla saxtakarlıq çiyin-çiyinə: gəl də, qiymət ver - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:19
“Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” - deputat
Bu gün, 01:16
Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir - NƏ ETMƏLİ?
Bu gün, 01:14
Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür - 101 il əvvəl...
Bu gün, 01:09
Suraxanıda yaşayış binalarının elektrik təminatına - 8 MİLYON AYRILDI
Bu gün, 00:05
Bu rayonda köçkünlərin evləri təmir olunacaq - 600 MİNLİK TENDER
Bu gün, 00:02
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Dünən, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Dünən, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Dünən, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Dünən, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Dünən, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Dünən, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Dünən, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Dünən, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Dünən, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Dünən, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Dünən, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Dünən, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Dünən, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Dünən, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Dünən, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Dünən, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Dünən, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Dünən, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Dünən, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Dünən, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Dünən, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Dünən, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Dünən, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Dünən, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Dünən, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Dünən, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Dünən, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Dünən, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Dünən, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Dünən, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Dünən, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Dünən, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Dünən, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Dünən, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Dünən, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru