“Onun fikirlərində həqiqətlər var” - Reaksiyalar
Tarix: 29-06-2018, 08:58 | Çap et
AŞ PA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun qeyri-hökumət təşkilatları barədə səsləndirdiyi bəzi fikirlər geniş müzakirələrə səbəb olub. Deputat bildirib ki, bəzi qeyri-hökumət təşkilatları müəyyən şəxslərin əlində oyuncağa çevrilib. Sitat: “Biz fərqindəyik ki, hətta QHT-lər bəzən o qədər aktivdirlər ki, insanlar onlara hökumətin özündən çox inanır.
Bəzi QHT-lər, xüsusilə də xaricdən maliyyələşənlər, hökuməti və ölkədəki mentaliteti dəyişmək istəyirlər. Onlar bəzi şəxslərin əlində oyuncağa çevrilib. Bunu Macarıstanda, Azərbaycanda görmək olar. Unutmamalıdırlar ki, xalq onlara inanır və onlar insanlar qarşısında məsuliyyət daşıyırlar. Bu problem Avropanın özündə də var. Böyük Britaniyada, Almaniyada da bunu görmək mümkündür”.
Dilarə Əliyeva adına qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Azərbaycanda xaricdən maliyyələşən QHT-lərin qalmadığını söylədi: “Xaricdən gələn qrantların qarşısı alınandan sonra QHT-lər maliyyələşə bilmirlər. Faktiki mövcud vəziyyət belədir. Hər kəsə məlumdur ki, son illərdə bizlər xidməti müqavilə ilə hissə-hissə qrantlar alırıq. Hesab edirəm ki, QHT-ləri bu günə qoymaq düzgün deyil. Çünki QHT-lər Azərbaycanın bütün bölgələrində işləyirdilər. Hökumətin qanunlarının hər birini xalqa çatdırırdılar. Bunun müqabilində QHT-ləri bu vəziyyətə salmaq doğru deyildi. QHT nə Amerikanın, nə də digər dairələrin təsiri altına düşməməlidir. Bəzən olur ki, hökumətin qərarlarından ucqar yerlərdə yaşayanların xəbəri olmur. Onu biz həmin yerlərə çatdırırıq. Hazırda mövcud olub, Azərbaycan əleyhinə fəaliyyət göstərən QHT-lərin olduğunu düşünmürəm. Çox güman ki, Səməd Seyidov Azərbaycandan gedib xaricdə fəaliyyət göstərən QHT-ləri nəzərdə tutub. Ölkə daxilində QHT-ləri çox sıxanda, onların düz danışmaqlarının qarşısı alınanda bu sahə inkişaf etməyəcək və nəticədə də xaricdəki qeyri-hökumət təşkilatları önə keçəcək. Nələrisə dəyişmək lazımdır. Əks halda, bu şəkildə davam edə bilməz. İstənilən halda xaricdən Azərbaycan əleyhinə fəaliyyət göstərməyin heç bir adı yoxdur. Ölkəmizdə tənqid səsləndirən, nəyin düzgün olub-olmadığını dilə gətirən QHT-lər az deyil. Bunun da olması normaldır. Amma xaricdən maliyyələşən QHT yoxdur”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bunları dedi: “Səməd Seyidovun nə dediyini ən yaxşı onun özü bilir. Amma onun fikirlərində həqiqətlər var ki, xaricdən qeyri-leqal yollarla maliyyələşən qurumlar var. Onlar daha çox Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmağa üstünlük verirlər. Əslində siyasi fəaliyyətlə siyasi partiyalar məşğul olmalıdır. Siyasi partiyalar və vətəndaş cəmiyyətinin fərqli missiyaları var. Bəzi QHT-lər və onların nümayəndələri Azərbaycanda var ki, məqsədləri hökuməti tənqid etmək deyil, hakimiyyəti dəyişməkdir. Hətta bəzi hallarda ölkəyə elə bir dəyərlər gətirmək istəyirlər ki, həmin dəyərlərin Azərbaycanda kökü ola bilməz. Bu dəyərlər bütövlükdə Azərbaycan xalqının baxışlarına ziddir. Amma xaricdən müəyyən qrantlar alan QHT-lərin hamısını ittiham etmək olmaz. Çünki elə qurumlar var ki, səmərəli şəkildə fəaliyyət göstərir, islahatlara dəstək xarakterli layihələr həyata keçirir, müsbət xarakterli proqramlar hazırlayırlar. Elə də QHT-lər var ki, ölkə kənarında olan mərkəzlərin sifarişlərini həyata keçirir, ölkədə daxili gərginliyin baş verməsinə cəhdlər edirlər.
Eyni zamanda çoxsaylı hüquq müdafiəçiləri ölkəmizdə var ki, insanların hüquqlarının qorunması istiqamətində müsbət işlər görürlər. Lakin elə də hüquq müdafiəçiləri var ki, insan hüquq və azadlıqları adı altında gizlənərək, yalançı siyahılar hazırlayıb, bu yolla qrantlar əldə etməyə çalışırlar. Konkret sifarişlər icra edənlər də var. Milli maraqlara zidd fəaliyyət göstərirlər. Amma QHT-lərin tam əksəriyyəti hazırda dövlət və millət maraqlarından çıxış edir, bu şəkildə fəaliyyət aparır, bütün sahələrdə islahatların dərinləşməsinə öz töhfələrini verirlər. Hazırda QHT-lər və hökumət arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Ona görə QHT-ləri bölmək lazımdır, Azərbaycan dəyərlərinə zidd fəaliyyət göstərənlər və dövlət dəyərlərini öndə tutanlar. Təəssüflər olsun ki, Azərbaycan torpaqlarını işğal edən ermənilərin QHT-ləri ilə də əməkdaşlıq edən təşkilatlar var, onların maliyyə vəsaitlərindən istifadə etmək üçün bu yola belə gedirlər. Dünyanın hər yerində bu cür hallar olub, gələcəkdə də olacaq. Vətəndaş cəmiyyətində müəyyən çətinliklər var ki, bu da müzakirə edilir və artıq bu istiqamətdə müəyyən irəliləyişlər var”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|