Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                 

Merkelin səfəri öncəsi xaricdəki anti-Azərbaycan qüvvələr hərəkətə keçdi
Tarix: 18-08-2018, 10:35 | Çap et
Merkelin səfəri öncəsi xaricdəki anti-Azərbaycan qüvvələr hərəkətə keçdi
Avqustun 25-də Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycana gələcək. Xanım kanslerin səfəri ölkə müxalifətinin ciddi narahatlığına səbəb olub. Bunu sosial şəbəkələrdə paylaşılan statuslarda görmək mümkündür. Merkelin ünvanına sərt tənqidi fikirlər yer almaqdadır.

Bu səfərin son bir ildə Almaniyada formalaşan “söyüş müxalifəti”nin sonunu gətirə biləcəyi barədə mövqelər səslənməkdədir. Merkelin Azərbaycan prezidenti səviyyəsində keçirəcəyi görüşlərdə Almaniyada mövcud olan və günü-gündən fəallaşan bu müxalifətin müzakirə mövzusu olacağı istisna edilmir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Merkelin səfəri Almaniyanın Cənubi Qafqaz ölkələrinə ciddi şəkildə maraq göstərdiyini sübut edir: “Belə səfərlər bir qayda olaraq heç zaman təsadüfi xarakter daşımır. Bu səfərlərin arxasında siyasi, iqtisadi, dövlətlərin maraqlarına xidmət edən planlar durur. Güman edirəm ki, Merkelin səfəri də bu baxımdan istisnalıq təşkil etmir. O, Azərbaycana səfərində necə deyərlər, müzakirə edilə biləcək dolu çamadanla gəlir. Almaniya ilə ölkəmiz arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir. Çoxsaylı alman şirkətləri Azərbaycanda fəaliyyətlərini qurublar. Rəsmi Bakı da Almaniya ilə iqtisadi, ticari münasibətlərin ən yüksək səviyyədə qurulmasında maraqlıdır. Deyərdim ki, Almaniya Avropanın ən inkişaf etmiş ölkəsidir. Bunu xüsusi olaraq qeyd edirəm. Yüksək texnologiyası var. Azərbaycanın da bu cür texnologiyalara söykənərək, yüksək səviyyədə texnologiyalara malik olması hədəfi var. Bütün bunlar hesab edirəm ki, Merkelin səfəri zamanı ciddi müzakirə mövzularından biri olacaq. ”Söyüş müxalifəti" məsələsi də heç bir halda diqqətdən yayınmalı deyil. Biri var ki, hansısa səbəbdən xaricə gedəsən, orada etik qaydalara əməl edərək, normaları, prinsipləri pozmadan, qırmızı xətti keçmədən, təhqirlərə, iftiralara, böhtanlara yol vermədən Azərbaycanda gedən proseslərə öz tənqidi fikirlərini bildirəsən, tənqidi münasibətində də əslində ölkənə xidmət missiyasını yerinə yetirəsən, buna heç bir halda pis baxmaram. Amma siyasi mühacir adı altında gedərək orada öz həyatlarını yüksək səviyyədə qurmaq üçün ayrı-ayrı anti-Azərbaycan qüvvələrinin qucağına sığınıb, ondan maliyyə alaraq ölkənə qarşı düşmənçilik mövqeyi nümayiş etdirmək bağışlanılmazdır. Bunun bir adı var, vətənə, dövlətə xəyanət. Məlum olduğu kimi, Almaniyada “söyüş müxalifəti” deyilən bir qrup var. Onlar Almaniyanın imkanlarından istifadə edərək, bu gün internetin imkanlarından yararlanaraq Azərbaycana qarşı sözün həqiqi mənasında ermənidən betər düşmənçilik mövqelərini ortalığa qoymaqdadırlar.

Eyni zamanda, onlar müəyyən mövzuları ortalığa gətirməklə, söyüşlərlə həm də insanları sosial şəbəkələrə daşıyaraq şər-böhtan, təhqir platformasını yaradırlar. Bunun özü xüsusilə yolverilməzdir, ciddi təhlükədir. Mənə elə gəlir ki, bu məsələ səfər zamanı mütləq müzakirə edilməlidir. Bunun hansı şəkildə müzakirə ediləcəyini deyə bilmərəm. Cənab prezidentin adından danışmaq səlahiyyətinə malik deyiləm. Amma düşünürəm ki, Azərbaycanın, dövlətimizin maraqları, eləcə də, cənab prezidentin konstitusiya ilə qorunan şərəf və ləyaqəti hökmən təmin olunmalıdır. Buna ölkə qanunları tamamilə əsas verir. “Söyüş müxalifəti”nin təmsilçiləri olan bu tərbiyəsiz insanların internet vasitəsilə danışıqları belə hiddət doğurur. Videolar, görüntülər yayırlar, həmin görüntülərdə bütün şərəfsizliklərə əl atırlar. Bu baxımdan hesab edirəm ki, Merkel səviyyəsində bu məsələ qaldırılmalıdır. O da Almaniyanın qanunları çərçivəsində bununla bağlı konkret addımlar atmalıdır. Belə bir müqayisə aparaq. Bu cür müxalifət Azərbaycanda Almaniyanın kansleri, çox hörmətli Angela Merkel əleyhinə fəaliyyət aparsaydı, O bundan narahat olardı ya yox? Düşünürəm ki, hökmən narahat olardı. Bu məsələ dövlətlər səviyyəsində mütləq müzakirə edilməli, buna son qoyulmalıdır".

Deputat “söyüş müxalifəti” ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid etdi: “Xarici İşlər Nazirliyinin bununla bağlı göstərmiş olduğu fəaliyyət məni qətiyyən qane etmir. Düşünürəm ki, bir çox vətəndaşları da qane etmir. Bununla bağlı nazir öz addımlarını atmalıdır. Demirəm ki, bunu hansısa formada açıq edə bilər. Diplomatik kanallarla Almaniya və başqa ölkələrin rəsmilərinə çatdırıla bilər ki, Azərbaycanın atributları tənqid olunur, ölkəmizə böhtanlar atılır. Əslində dünyanın bütün liderləri tənqid oluna bilər. Prezidentimizə də bu və ya digər məsələlərdə onun siyasətinə müxalif olaraq tənqidi münasibət ola bilər. Amma hər şey çərçivədə olmalıdır. Bu münasibət etik normaları aşmalı deyil. Avropa ölkələrinə gedərək özlərini siyasi mühacir adı altında təqdim edib bu cür tərbiyəsiz hərəkət edənlərin müxalifətlə heç bir əlaqəsi yoxdur. Onlara müxalifət deməyə də heç bir əsas yoxdur. ”Söyüş müxalifəti"ndən başqa bir şey deyillər. Açığını deyim ki, onları artıq izləmirəm. Çünki onların söyləmiş olduğu fikirlər o qədər ikrah hissi oyadır ki, bu, daxilimdə olduqca mənfi emosiyalar yaradır. İnsan da bu emosiyaları yaşamaq istəmir. Əslində onlar bu fəaliyyətlə Azərbaycan xalqına qarşı mənəvi terror həyata keçirirlər. Xalqımız söyüşkən deyil, yüksək intellektə, mədəniyyətə sahibdir. Bu cür insanlar xalqımızın dəyərlərindən kənarda olaraq almış olduqları mədəniyyətə uyğun şəkildə belə hərəkətlərə yol verirlər. Qətiyyən şübhə etmirəm ki, onlar ermənilərdən pul alırlar. Ermənilərin qucağında oturub, onların maliyyəsi ilə qidalanan insanlardır. Belə şəxslərə qarşı bütün səviyyələrdə qanunlar çərçivəsində mübarizə aparılmalıdır. Bunun ən böyük funksiyası da Azərbaycan Xarici İşlər Nazirliyinin üzərinə düşür".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru