KXCP-də qurultayqabağı gərginlik pik həddə
Tarix: 11-09-2018, 08:45 | Çap et
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxilində gərginlik müşahidə olunur. Partiyanın qurultayı ətrafında narazılıq getdikcə güclənir. Son olaraq, KXCP Ali Məclisinin sessiyasının çağırılması, orada yaşananlar və yetərsay olmadığı üçün sessiyanın baş tutmaması gərginliyi daha da artırıb.
Bununla bağlı partiya sədrliyinə namizəd, hüquq müdafiəçisi Oqtay Gülalıyevin facebook səhifəsində paylaşdığı status vəziyyəti bir qədər də gərginləşdirib.
O.Gülalıyevin statusunu təqdim edirik: “KXCP Ali Məclisinin növbəti sessiyası ”keçirildi". “Keçirildi” sözünü ona görə dırnaq içində yazıram ki, bu dəfə də yetərsay olmadığına görə sessiya baş tutmadı. 7-ci aydır ki, partiyanın Ali Məclisinin sessiyası keçirilmir. İnsanlar iclasa gəlmirlər və ya gələ bilmirlər. Bu barədə başqa bir mövzuda yazarıq. Keçək əsas mətləbə...
Mənimlə bağlı məsələ gündəlikdə olduğuna görə (17 fevral 2018-ci il tarixdə iştirakım olmadan nizamnaməyə zidd olaraq sədrin təklifi ilə KXCP Ali Məclisinin üzvlüyündən çıxarılmışam- red.) iclasda iştirak etmək üçün qərargaha gəlmişdim. Məclis başlamamışdan öncə bir neçə partiya üzvü mənə və digər dostlara hücum çəkərək bizi ittiham etməyə başladılar. Mən əvvəlcə bu ittihamlara əhəmiyyət vermək istəmədim. Məclis başlayan kimi təhqirə məruz qalanlardan biri MNTK üzvü Sərxan Carçı çıxış edərək bəzi partiya üzvlərinin qeyri-etik hərəkətləri barədə ölçü götürülməsinin vacibliyini bildirdi. Ali Məclisin sessiyasında yetərsayın alınmamasına partiya rəhbərliyinin aydınlıq gətirməsini istədi. Məsələyə dərhal emosional reaksiya verən KXCP sədri Mirmahmud Mirəlioğlu təhqir edənlərə sözünü demək əvəzinə MNTK üzvünü yalan danışmaqda ittiham etməyə başladı. Aydın oldu ki, mənim və digər insanların üstünə yeriyən, bizi ittiham və təhqir edənlərin arxasında birbaşa sədr özü dayanır. Mirmahmud Mirəlioğlu daha sonra üzünü mənə tutaraq partiya ilə bağlı məsələnin sosial şəbəkədə müzakirə olunmasının namus məsələsi olduğunu (!?) bildirərək Ali Məclis üzvü olmadığıma görə məclisi tərk etməyimi xahiş etdi. Mən sədrin xahişinin nizamnaməyə zidd olduğunu, məclisin qapalı olmadığını, mənimlə bağlı məsələnin gündəlikdə olduğunu bildirdim. Məclisdə yetərsay olmadığı, vəziyyətin gərginləşməməsi üçün zalı tərk etdi...
Mən partiyada bu vəziyyəti gördükcə dəhşətə gəlməklə yanaşı xalqımızın nə qədər müdrik və uzaqgörən olduğunun bir daha fərqində oldum. Bilirsinizmi niyə? Deməli xalqımız haqlı olaraq belə “müxalifətçilər”in, “liderlər”in arxasınca getməyib, onların çağırışına səs verməyib, onları hakimiyyətə gətirməyib. Yoxsa bilirsinizmi nə baş verərdi? Böyük bir faciə. Əlbəttə, bu fikirləri yazmaq mənim üçün çox ağırdır. Amma ölkənin 1 nömrəli təşkilatının, vaxtilə Elçibəyin rəhbərlik etdiyi milli-demokratik təşkilatın bu vəziyyətə salınmasını görmək çox ağır və dəhşətlidir. Mirmahmud Mirəlioğlu o nəhənglikdə təşkilatı dağıtdığı, rəzil günə saldığı, hakimiyyətə sərf edən dişsiz vəziyyətdə qoyduğuna görə partiya üzvlərindən və xalqdan üzr istəyib istefa vermək əvəzinə təşkilatın sonuna çıxmaq qərarına gəlib. Partiyada olan əxlaqlı, mübariz, əqidəli adamları təşkilatdan uzaqlaşdırmaqla məşğuldur. Bu adam partiyada əməlli-başlı diktatorluq iddiasına və xəstəliyinə tutulub. Amma o, deyəsən, başa düşmür və anlamır ki, xalqımız və bütün demokratik dünya diktatorları sevmir, onları tarixin zibilliyinə yola salırlar.
Mirmahmud Mirəlioğlu istəyir ki, KXCP-dən istefa verim, gedim, bu məsələ bitsin. Mən bu partiyadan heç yerə gedəsi deyiləm. Mübarizəmi də sona qədər aparacam. Bütün demokratik ruhlu insanlardan, xalqımızdan da bu mübarizədə dəstək istəyirəm. Müxalifətin, xalqımızın belə acınacaqlı durumda olmasının bir səbəbi də Mirmahmud Mirəlioğlu kimi sözü ilə əməli uyğun gəlməyən, mübarizədən çəkinən, səriştəsiz adamların 18- 20 il milli təşkilatların rəhbərliyini zəbt edib hakimiyyətə sərf edən, xalqa zidd siyasət aparmalarıdır. Bu siyasətə son verilməlidir!
Mənim sözüm sonda KXCP-nin rəhbərliyində təmsil olunan Ali Məclisin sədri Bəybala Əbilə, sədr tərəfindən müavinlikdən uzaqlaşdırılıb qərargahdakı otağından da çıxarılan Xəzər Teyyubluya, keçmiş müavin Aydın Qasımlı və digər əqidəli, şəxsiyyətinə hörmət etdiyim şəxslərədir. Doğrudanmı siz qos-qoca Elçibəy təşkilatını hakimiyyətin Mirəlioğlu vasitəsilə hansı rəzil, biabırçı duruma saldığını görmürsünüz? Doğrudanmı təşkilatın böhran keçirdiyinin, Azərbaycan ictimai- siyasi həyatından silinmək təhlükəsində olduğunun fərqində deyilsiniz? Elçibəy sizə zülmə, zalıma, haqsızlığa boyun əyib susmağımı öyrədib, yoxsa qarşınızda qardaşınız da olsa mübarizə aparmağı? Niyə susursunuz? Nə zamana qədər susacaqsınız?
Bir daha deyirəm ki, Mirmahmud Mirəlioğlunun bu metodları məni və dostlarımı haqq bildiyimiz mübarizədən çəkindirməyəcək. Milli-demokratik bir təşkilatı xilas etmək, onu hakimiyyətə qarşı mübarizə meydanına gətirmək üçün sona qədər çalışacam. Bu yolda, bu mübarizədə partiya üzvlərindən, cəbhəçi dostlardan və xalqımızdan dəstək istəyirəm. İnanıram ki, biz təşkilatımızda və ölkəmizdə vəziyyəti dəyişməyə qadirik".
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu “Report”a açıqlamasında deyib ki, partiya qurultaya hazırlaşır, bu cür halların baş verməsi normal haldır: “Çünki KXCP demokratik təşkilatdır. Baş verənlər partiyadaxili məsələ olduğu üçün açıqlama vermək düzgün olmaz”.
X.Teyyublu M.Mirəlioğlunun növbəti qurultayda sədrliyə namizəd olacağını açıqlayıb: “O, hazırda partiyanın sədridir. Qurultay günü təyin edildikdən sonra Mirmahmud Mirəliğlu partiya sədrliyinə namizəd sayılacaq. Bütün bu məsələlər qurultayda həll ediləcək”.
O xatırladıb ki, bir müddət öncə M.Mirəlioğlu partiyada Sədr Aparatını buraxıb: “Mirmahmud bəy Sədr Aparatını buraxıb. Ona görə də müavinlik funksiyasını yerinə yetirmirəm”.
Məsələ ilə bağlı KXCP rəhbərliyinin, xüsusilə O.Gülalıyevin statusunda adı keçən şəxslərin mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab vermədilər. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|