"Onlar yalnız xaricə getdikdən sonra söyüşləri, ortaya qoyduqları “əxlaqları” ilə tanınıblar" - Aynur Camalqızı
Tarix: 26-10-2018, 09:18 | Çap et
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında gündəmin aktual mövzuları ilə bağlı suallarımızı cavablandırıb.
Öncə bu günlərdə 5 yaşı tamam olan axar.az saytı barədə danışan Aynur Camalqızının müsahibəsinin birinci hissəsini təqdim edirik:
- Aynur xanım, öncə sizi media strukturunuza daxil olan axar.az saytının 5 illiyi münasibətilə təbrik edirik. Nə deyə bilərsiz, axar.az Azərbaycan mediasına, xüsusilə yeni mediaya nə verdi?
- Təbriklər üçün çox təşəkkür edirəm. Axar.az-ı komandamızın uğuru sayıram. Bu, mənim çox dəyər verdiyim media quruluşlarından biridir. Düşünürəm ki, axar.az-ın Azərbaycan onlayn mediasında özünəməxsus yeri və auditoriyası var. Bu auditoriya kifayət qədər sanballı və intellektualdır. Siz təsəvvür edin ki, onlayn və tiraj üçün bütün medianın şouya, açıq-saçıq materiallara qaçdığı bir məqamda axar.az-da bu tip materiallar, hətta versək belə, demək olar, oxunmur. İlk gündən axar.az açıq-saçıqlıqdan, 18+ xəbərlərindən tam imtina etdi və oxucusu da bu cür formalaşdı. axar.az-ın kifayət qədər böyük oxucu auditoriyası ciddi ictimai, siyasi və sosial mövzular, təhlillər tələb edir, komandamız da gün ərzində bunları istehsal etməyə çalışır. Sizi inandırıram ki, ən tirajlı şou saytının ən çox oxunan “sarı” materialından qat-qat daha artıq tirajla axar.az-da siyasi təhlillər, siyasi yükü olan xəbərlər oxunur.
Adi bir misal deyim: Prezidentin hərgünkü - bunu xüsusi vurğulayıram - sərəncam və fərmanlarına axar.az-da baxış sayı adətən günün trendinə çevrilir. Bu, əlbəttə ki, bizim oxucu auditoriyamızın kimliyi və maraq dairəsini izah etmək baxımından, məncə, kifayət edir. Yəni axar.az ilk gündən bu kursu götürdü və sevinirəm ki, heç vaxt açıq-saçıq foto-video dərc etməyən, maqazin xəbərlərinə qaçmayan ciddi ictimai-siyasi bir saytın sarı mediadan daha tirajlı olacağına inamımız, başqa sözlə desək, Azərbaycan oxucusunun intellektinə, dünyagörüşünə, səviyyəsinə güvəncimiz nəticə verdi.
Mən yerli medianı da ciddi izləyirəm və təmsil elədiyim digər saytlarda da bu göstəricilərin fərqli olduğunu bilirəm. Bu, bir daha təsdiqləyir ki, axar.az öz ətrafına ciddi və intellektual oxucu auditoriyası toplaya bilib, özünü təsdiqləyib, Azərbaycan mediasına öz üslubunu təqdim edib. Qərbdə və Avropada, yaxın qonşularımız olan Rusiya və Türkiyə mediasındakı yeni tendensiyalara daha tez reaksiya verir. Düşünürəm ki, bu, Azərbaycan mediasında da yenilikdir, nümunədir: qısa xəbərlər, lakonik şərhlər, region və dünyadakı prosesləri izləmək imkanı verən yığcam informasiyalar... Müasir oxucu, bilirsiz, səbirsiz oxucudur və sosial şəbəkələr həyatımıza elə daxil olub ki, media az qala hər gün “möcüzə” yaratmaqla, böyük çətinliklə onların diqqətini özünə çəkir...
- Auditoriya qazanmısız, bəs para da qazana bilirsizmi?
- Azərbaycan mediasında - “Alexa”nın göstəricilərinə əsasən deyirəm - xəbər saytları siyahısında ilk onluqdayıq. Bu, məncə, çox yaxşı göstəricidir. Amma baxmayaraq ki, axar.az güclü və nüfuzlu saytdır, buna adekvat pul qazana bilmirik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Devalvasiyadan sonra artıq şirkətlər reklama çox pul ayırmaq istəmirlər. Ona görə də biz istədiyimiz nəticəni əldə edə bilmirik.
- Dünyada jurnalistika yenə də qorxulu və riskli peşəyə çevrilməkdədir. Son bir ildə təkcə Avropa İttifaqı ərazisində üç jurnalist amansız şəkildə qətlə yetirilib. Sonucu bolqar jurnalist Viktoriya Marinova çox qəddarlıqla öldürüldü. Sonra “Vaşinqton Post”un ərəb əsilli əməkdaşı Camal Qaşıqçı öz ölkəsinin Türkiyədəki konsulluğunda doğrandı. Belə bir situasiyada Aynur Camalqızı media qrupuna daxil olan jurnalistləri qoruya bilirmi, onlar haqqında düşünürmü və Azərbaycandakı mühiti necə qiymətləndirir? Azərbaycan mühiti də jurnalistika üçün təhlükəlimi sayılır?
- Müasir dünya məgər təkcə jurnalistlər üçünmü təhlükəlidir? Dünya təəssüf ki, artıq çox amansız, çox qəddar bir mərhələyə daxil olub. Dünyanın bir çox bölgələrində müharibələr gedir, terror dalğası hökm sürür. Məsələn, Suriyada hər gün insanlar müharibə və terrorların qurbanına çevrilməkdədir. İnsan ölümü faciədən çox, statistikaya dönüb. İnsanlar humanitar fəlakət yaşayır. Yaxud Əfqanıstandakı terror hadisələri, Ukraynada gedən proseslər, Krımda ötən həftə təhsil müəssisəsində həyata keçirilən terakt... Dediyim odur ki, bəşəriyyət bu gün bəlkə də tarixinin ən təhlükəli dövrünü yaşayır. Xalqlar ədalət axtarışındadır. O isə yoxdur. Əgər terror, müharibə varsa, o yerdə jurnalistlərin ölməsi də təəssüf ki, adi haldır. Bunun qarşısını almaq mümkündürmü? Ədalət olmadan təbii ki, yox. Bütün dünyada sülh bərqərar olmalıdır. Amma gəlin görək, fövqəldövlətlər müharibələrin qarşısını almaq istəyirmi? Çox təəssüf ki, böyük dövlətlərin liderlərinin bu yöndəki çıxışları populizmdən o tərəfə keçmir. Son olaya - Türkiyədə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülən Camal Qaşıqcı olayına gəlincə, təbii ki, barbarlıqdır, anti-humanizm aktıdır. Qaşıqcı bir müxalif mövqeli jurnalist idi və öz ölkəsini tərk etmişdi. Amma müxalif düşüncəyə görə bir jurnalisti o qədər qəddarcasına qətlə yetirmək və beynəlxalq skandal lazım idimi? Ən müxtəlif versiyalar var. Açığı, mən daha çox bu qətli Səudiyyə Ərəbistanındakı hakimiyyətdaxili qruplardan hansınınsa həyata keçirməsinə inanıram. Digər versiya isə budur ki, bu qətlin məhz Türkiyədə törədilməsi Türkiyə ilə Səudiyyə Ərəbistanının münasibətlərini korlamaq məqsədi daşıyır. Səudiyyə Ərəbistanının küçələrində Türkiyə əleyhinə çıxışların artması haqda xəbərləri də nəzərə alın. Sualınızın Azərbaycanla bağlı hissəsinə gəlincə, ölkəmizdə nəinki jurnalistlər, bütövlükdə hamı və hər kəs üçün təhlükəsiz, sabit, sakit mühit var. Faktiki müharibə şəraitində yaşamağımıza rəğmən, nəinki paytaxt Bakıda, hətta rayonlarımızda, işğal altında olan ərazilərimizlə sərhəd bölgələrimizdə belə insanlarımıza heç bir təhlükə yoxdur. Azərbaycanda hər bir sahədə çalışan insanlar üçün kifayət qədər normal şərait mövcuddur. İnsanlar rahat şəkildə işləyə, yaşaya bilirlər. Eynilə jurnalistlərin də öz peşə fəaliyyətlərini həyata keçirməsi üçün heç bir təhlükə mövcud deyil. Ümumiyyətlə, hansısa təhlükədən söhbət gedə bilməz və buna görə dövlətimizə minnətdarıq.
- Konsulluqda Səudiyyənin indiki vəliəhd şahzadəsinin ən yaxın adamlarının iştirakı ilə bir jurnalist doğranıb. Bu hadisənin məhz Türkiyədə həyata keçirilməsi Türkiyəni etibarsızlaşdırma prosesidir. Lakin burada diqqəti çəkən bir məsələ Amerika kimi demokratiya qarovulçusunun Qaşıqçı qətliamına soyuq münasibətidir. Amerikanın bütün media quruluşları prezident Donald Trampı hədəf götürüb ki, prezident adekvat reaksiya vermədi. Prezidenti Səudiyyə Ərəbistanının üzərinə sərt getməməkdə, sanksiyalar tətbiq etməməkdə ittiham edirlər və bəyan edirlər ki, qətllə nəticələnməyən Skripal hadisəsinə görə Rusiyaya böyük sanksiyalar tətbiq etmisənsə, nədən jurnalistin doğranması kimi daha qəddar əməli təşkil edənlərə loyal reaksiya verirsən? Prezident Trampın timsalında Amerikanın Qaşıqçının qətlinə münasibəti bir jurnalist kimi sizə necə təsir edir?
- Açığı, mən o versiyaya daha çox inananlardanam ki, Qaşıqçının o cür qətlə yetirilməsi planında Amerikanın hər hansı bir formada rolu var. Xatırlayırsızsa, Tramp ABŞ-ın qoruması olmayacağı təqdirdə Səudiyyə Ərəbistanının heç iki həftə də dözə bilməyəcəyini və təhlükəsizliyini təmin edən ABŞ-a təzminat ödəməli olduğunu bildirmişdi. Bunun ardınca isə Ərəbistanın “daha qədim” bir dövlətçilik ənənəsinə malik olduğunu vurğulayan Məhəmməd ibn Salman təhlükəsizlik problemi yaşamadıqlarını, Amerikaya da hər hansı ödəniş niyyətlərinin olmadığını bildirdi. Digər bir məlumat da o idi ki, Amerika Səudiyyə Ərəbistanından Suriyadakı PKK terrorçularına 50 milyon dollar yardım edilməsini tapşırmışdı. Onlar isə maliyyəni ödəməkdən imtina etmişdilər. Bu baxımdan dolayısı ilə artıq sözə baxmayan Səudiyyə Ərəbistanına ağır dərs vermək planının işlənib həyata keçirilməsi versiyası da diqqətdən yayınmamalıdır.
- Demokratik prinsiplərin keşikçisi olduğunu iddia eləyən bir dövlət bu dərəcədə dəhşətli qətl hadisəsinə görə tamam başqa münasibət göstərdi. Türkiyə bunu açıqlaya bilmir, amma biz açıqlaya bilərik. Məlumdur ki, hər bir dövlət öz ərazisindəki səfirlikləri, konsulluqları dinlədir. Yəni bu baxımdan yanaşsaq, Qaşıqçının qətlə yetirilməsi prosesinin səs yazısı Türkiyə kəşfiyyatında mütləq var. Bizim fikrimizcə, məhz ilk gündən Qaşıqçının doğranaraq, işgəncə ilə öldürülməsi xəbərini dünyadakı ayrı-ayrı media quruluşlarının vasitəsilə Türkiyə xüsusi xidmət orqanları ortaya çıxardılar. Yəni mənim düşüncəm bundan ibarətdir ki, Qaşıqçının qətli Amerikanın planı deyil. Bu, Səudiyyənin indiyəqədərki fəaliyyətinin və Səud ailəsinin onları tənqid edənlərə münasibətinin davamıdır. Sadəcə, əvvəlkiləri ört-basdır eləyə biliblər, bunu ört-basdır eləyə bilmədilər...
- Bu da daha bir məntiqli versiyadır və əlbəttə, hansının doğru olması təbii ki, istintaq prosesində bəlli olacaq. Və şübhəsiz ki, Türkiyə baş verən qətlin detalları ilə bağlı yetərincə məlumatlıdır. Prezident Ərdoğanın açıqlamalarından da bu, aydın görünür. Yəqin ki, Türkiyə hamını narahat edən bir çox məsələlərə aydınlıq gətirəcək. Amma bütün hallarda bu, çox biabırçı və bir müsəlman dövlətinin - həm də İslam dünyasının liderliyinə iddia edən dövlətin - adına yaraşmayan hərəkətdir. Təəssüf ki, ərəb ölkələri ən azı Türkiyə qədər İslam adına hörmət gətirə bilmirlər. Dünyada onsuz da islamafobiya güclənir, müsəlman dövlətlərinə mənfi münasibət mövcuddur. Bu hadisə müsəlmanlara olan münasibəti bir qədər də tündləşdirəcək. Zənnimcə, təkcə Amerika yox, bütün dövlətlər Qaşıqçı hadisəsinə indikindən daha kəskin münasibət bildirməlidir.
- Keçək ölkəmizlə bağlı proseslərə. Bizim də “qaşıqçılarımız”, “şalasılarımız” var. (Gülüşmə) Son dövrlərdə Azərbaycanda və ölkə xaricində bir sıra müxalifət mövqeli insanlar sosial şəbəkələrdə söyüş kampaniyası həyata keçirirlər. Və bu kampaniya dayanmaq bilmir. Sizcə, bu prosesin qarşısını almaq üçün hansı mexanizmlər tətbiq olunmalıdır? Söyüşə söyüşlə cavab, yoxsa hansısa bir ideoloji xətt, təbliğat yürütməklə o kampaniyanı aparanları neytrallaşdırmaq lazımdır?
- Qeyd etdiyiniz proses həddən artıq ikrah doğuran və utancvericidir. Sosial şəbəkələrdə, xüsusən Yutubda dövlət rəhbərliyində təmsil olunan insanlara yönəlik o cür sözlər səsləndirənlərin əksəriyyətinin heç müxalifətə dəxli yoxdur. Uzun illər müxalifətdə olmuş insanlar da təsdiq eləyə bilər ki, onların çoxunun Azərbaycanda olarkən heç bir müxalif fəaliyyəti olmayıb. Onlar yalnız xaricə getdikdən sonra söyüşləri, ortaya qoyduqları “əxlaqları” ilə tanınıblar. Onların kampaniyasına qarşı ən yaxşı variantlardan biri “iqnor” etməkdir. Əlbəttə, burada bir psixoloji faktı da nəzərə almaq lazımdır: insanlar qadağan olunmuşa - bura söyüşdən tutmuş bütün əxlaq çərçivəsini aşan addımlar daxildir - daha çox maraq göstərir. Ona görə yox ki, onu dəstəkləyir və yaxud təqdir edir, ona görə ki, belə deyək, “ayıbın ölçüsünü” bilmək istəyir. Ona görə bu tərz videoların baxış sayı yüksək olur və şikayətlər də adekvat olmalıdır. Yəni baxışdan daha artıq şikayət tələb olunur. Bu isə mütləq təşkil olunmuş kampaniya tələb edir, çünki “abırsızdan abrını gözləmək” deyilən bir anlayış var bizim xalqın təsəvvüründə. Heç kəs əlinin çatmadığı, “ününün” yetmədiyi bir psixoloji problemi olan şəxsin diqqətini özünə çəkmək istəmir. Ancaq təşkilatlanmış formada ciddi kampaniya aparılarsa, bu, tam başqa mənzərə ortaya çıxarar.
Düşünürəm ki, ziyalılar, müxalifət liderləri də mütləq bu məsələdə mövqe və iş ortaya qoymalıdırlar. Söyüş ilk növbədə acizlik əlamətidir. Digər tərəfdən, ikrah yaradır və etiraf edək ki, söyənlər Azərbaycan müxalifətini həddən artıq hörmətdən salır. İlk növbədə müxalifət liderləri onların qarşısına çıxmalı və onların siyasi nüfuzunu zədələyən bu şəxsləri durdurmağa qalxmalıdır. Amma təəssüf ki, bəzən bunun əksini müşahidə edirik, onları bəzi müxalifət liderlərinin təlimatlandırdığı haqda da bilgilər var. Hesab edirəm ki, bu da acizliyin açıq etirafından başqa bir şey deyil.
- Belə fikirlər də var ki, hətta müxalifətin liderləri belə, onların mənəvi terrorundan qorxaraq onlara hər hansı bir çağırış və ya etiraz etməyə ehtiyatlanırlar...
- Bilirsinizmi, bu, ehtimaldır. Birincisi, baxır sən hansı formada reaksiya verəcəksən. İkincisi, burada müxaliflərin kiminsə müdafiəsinə qalxmasından söhbət getmir, məsələ dəyərlər, xalqın əxlaq ölçüləri, Azərbaycan dövlətinin simvollarına münasibət məsələsidir. Cəmiyyətə heç bir halda qəbul edə bilmədiyi söyüş, nifrət püskürülür, min illərdir formalaşan əxlaqi dəyərlərə hücum edilir. Buna necə səssiz qalmaq olar? Həzrət Əli deyirdi ki, əxlaqsızlıq səndən 5 ev o tərəfdə olanda etiraz et, yoxsa 5 günə evinə girəcək. Bu, bir, ya beş nəfərə qarşı deyil, dəyərlərimizə, milli heysiyyətimizə qarşı aparılan mənəvi terrordur və bunun siyasi deyilən heç bir çaları yoxdur. Bu mənəvi terrora qarşı isə hamı reaksiya verməlidir.
- Bir sıra hallarda da belə fikirlər irəli sürülür ki, Avropadakı söyüş müxalifətinin fəaliyyəti heç də özfəaliyyət deyil, onlar başqa qüvvələrin sifarişini yerinə yetirirlər. Bu deyilənlərdə həqiqət payı varmı? O adamlar hansısa ciddi planlar qurulacaq qədər əhəmiyyətli adamlardır?
(davamı var) “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
|