İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır .....                     İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? .....                     Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı .....                     Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                 

Partiyalar seçkiyə ayrılan 54 milyondan namizədlərə də verilməsini arzulayır
Tarix: 27-10-2018, 09:36 | Çap et
Partiyalar seçkiyə ayrılan 54 milyondan namizədlərə də verilməsini arzulayır
2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə 54 milyon manat vəsait ayrılacaq. Hakimiyyət partiyasının bütün seçkilərə olduğu kimi bu seçkilərə də hazır olduğu məlumdur. Müxalifət təşkilatlarının hazır olub-olmadıqlarını araşdırdıq.

AĞ Partiyanın sədri Tural Abbaslı respublikada keçirilən bütün seçkilərdə iştirakın tərəfdarı olduqlarını bildirdi: “Partiyaların əsas işinin seçkidə iştirak etməklə siyasi resurslar əldə etməklə proqramını həyata keçirmək olduğunu düşünürük. Odur ki, biz partiya kimi gələn keçiriləcək bələdiyyə seçkilərində də iştirak edəcəyik. Düzdür, Azərbaycanda bələdiyyələrin vəziyyətini nəzərə alsaq bu seçkilərə istər partiyalar, istərsə də cəmiyyət tərəfindən marağın aşağı olduğunu etiraf etməliyik. Təəssüf ki, Azərbaycanda bu strukturun effektiv şəkildə fəaliyyətdə olmasının qarşısı alınıb. Müstəqil olmalı olan bələdiyyələr yerlərdə icra hakimiyyəti orqanlarından asılı durumdadırlar. Bələdiyyə seçkilərində 30 mindən artıq yer uğrunda seçkilər keçirilir deyə bu seçkilərdə namizədlərin sayı da həddindən artıq çox olur, yəni əslində bu seçkilər partiyalar üçün ən miqyaslı və əhatəli seçki sayılmalıdır.

Təbii ki, bu miqyasda olan seçkilərə də xüsusi hazırlaşılmalıdır. Yuxarıda da qeyd etdiyim səbəblərə görə isə bu seçkilərə xalqın və siyasilərin marağı çox az olur. Hətta kifayət qədər namizəd belə tapmaq olmur. AĞ Partiya olaraq biz çalışacağıq ki, ən azından iri şəhərlərin bələdiyyə yerlərinə namizədlər irəli sürək. Həmçinin bu seçkilər də əsas məsələ şəxslərin aktivliyindən və təşəbbüskarlığından asılı olduğu üçün partiyaların da üzərinə böyük iş düşmür. Seçkilərin keçirilməsi üçün gələnilki dövlət büdcəsində 54 milyon manat ayrılacaq. Ancaq, bu vəsait əsasən MSK-nın seçkiləri keçirilməsi üçün təşkilati-texniki məsələlərə xərclənməsi nəzərdə tutulur. Yəni namizədlərə və ya seçkilərdə partiya şəkilində iştirak edəcək partiyalara ayrılması üçün heç bir vəsait nəzərdə tutulmur. Əslində isə partiyaları və namizədləri təşviq etmək üçün hansısa vəsaitin ayrılması nəzərdə tutulsaydı daha faydalı olardı”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, bələdiyyə seçkilərində iştirak etmək fikrində deyillər: “Bələdiyyələrin sədri, tərkibi rayon icra hakimiyyəti tərəfindən müəyyənləşir. Seçkinin necə keçirildiyi bəllidir. Seçkiyə ayrılan pullar isə seçki komissiyaları tərəfindən əhəmiyyətsiz işlərə sərf edilir və mənimsənilir. Ona görə də bələdiyyə seçkilərinə qatılmağı mənasız hesab edirik”.

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, indidən seçkilərdə partiyanın iştirak edib-etməyəcəyi barədə konkret danışmaq çətindir. Zaman yetişəndə partiya situasiyanı dəyərləndirib qərar verəcək: “Bələdiyyələrin özünü doğruldub-doğrultmaması və bələdiyyə seçkilərinə ayrılan vəsait məsələsinə gəlincə, hesab edirəm ki, Azərbaycanda bələdiyyə institutu ötən 20 il ərzində özünü doğrulda bilmədi. Bunun da əsas səbəbi odur ki, bizim qüvvədə olan bələdiyyə ilə bağlı qanunvericilik Azərbaycanın da qoşulduğu və 2001-ci ildə Milli Məclisində ratifikasiya edilən, yerli özünüidarəetmə haqqında ”Avropa Yerliözünüidarə Xartiyası"nın tələblərinə ziddir. Həmin xartiyanın tələblərinə görə yerli özünüidarəetmə anlayışı yerliözünüidarə orqanlarının qanun çərçivəsində məsuliyyəti öz üzərinə götürən və yerli mənafelər naminə dövlət işlərinin böyük bir hissəsini nizama salan, onu idarə etmək hüququ və real bacarığı olan bir qurumdur. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir qayda olaraq tam və müstəsna olmalıdır.

Azərbaycan reallığında isə təəssüflər olsun ki, bu belə deyil. Bələdiyyələr faktiki olaraq yerli icra hakimiyyəti orqanlarının bir əlavəsi kimi fəaliyyət göstərir. Bunu zaman-zaman hakimiyyət deputatları da etiraf edirlər. Bu gün bələdiyyələrin etməli olduqları işlərin bir hissəsini icra hakimiyyəti orqanları, bir hissəsini MİS-lər, bir hissəsini digər orqanlar görür. Azərbaycanda bələdiyyə sözü beyinlərdə “torpaqsatan qurum” assosiasiyası yaradır. Bu baxımdan əgər ölkədə bələdiyyə institutunun inkişafına nail olmaq istəyiriksə, “Avropa Yerliözünüidarə Xartiyası”na tərəf olan dövlət kimi üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirməli və bələdiyyələrin statusu haqqında qanunu Xartiyanın tələblərinə uyğunlaşdırmalıyıq. Bələdiyylərin statusunu müəyyənləşdirən qanun yenidən işlənərkən bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir. Bu baş verərsə ölkədə bələdiyyə institutu ciddi bir struktur kimi fomalaşar və bələdiyyə institutu ölkədə əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırımasına və yerli məsələlərin sürəti həllinə öz töhvəsini vermiş olar. Siyasi qüvvələrin də bələdiyyə seçkilərində aktiv iştirakı marağı yaranar".

AMİP katibi Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinin siyasi partiyaların və seçicilərin xüsusi aktivliyi şəraitində keçəcəyinə inanmır: “Siyasi partiyalar bu seçkilərə həvəslə qatılmayacaqlar. Seçkilərdə maliyyə təminatı vacib faktorlardandır. Həm bələdiyyə qurumlarına, həm də ümumilikdə seçkilərə inamın olmaması bu seçkiləri siyasi partiyalar üçün maraqsız edir. Maliyyə xərclənməsində xəsislik göstərilir. Eyni zamanda partiyaların və partiya üzvlərinin maliyyə durumları da yaxşı deyil. Əvvəllər seçkilərdə iştirak edən namizədlərə dövlət büdcəsindən maliyyə vəsaitləri ayrılırdı. Yaxud depozit tələb olunurdu. İndi bu ayırmalar da yoxdur. Büdcədən ayrılan 54 milyon vəsait isə seçkiləri təşkil edəcək seçki komissiyalarının sərəncamında olacaq. Xüsusilə MSK bu vəsaiti öz istədiyi kimi xərcləyəcək. Bələdiyyələrin indiki durumunda bu qədər dövlət vəsaitinin seçkiyə ayrılmasına lüzum yoxdur. Bu israfçılıq və vəsaitin havaya sovrulması deməkdir. Əlbəttə, biz də istərdik ki, normal seçki və rəqabət mühiti olsun, dövlət seçkidə iştirak edən partiyalara və şəxslərə maliyyə ayırsın. Amma təəssüf ki, bu inandırıcı deyil. O ki qaldı bələdiyyə seçkilərində iştirak məsələsinə təkcə AMİP üçün deyil, ölkənin aparıcı müxalifət partiyaları üçün indiki şərtlər daxilində bunun cavabı açıq qalır”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru