“Deputatın etik davranışı kriminal nəticə doğurmursa, mandatdan məhrum edilməsi məntiqsizdir” - deputat
Tarix: 12-11-2018, 09:26 | Çap et
Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa payız sessiyası başlanandan parlamentin plenar və komitə iclaslarında bir sıra maraqlı təkliflərlə çıxış edib. Budəfəki müsahibəmizdə ölkənin gündəmindəki aktual məsələlərlə yanaşı, səsləndirilən təkliflərin taleyinə də aydınlıq gətirmək istədik.
- Fazil bəy, bir müddət öncə məmurların hüquqlarının qorunmasını təklif etmişdiniz. Söhbət işdən çıxarılan kadrlardan gedirdi. Bu təklifinizə hansısa reaksiya oldumu?
- Əlbəttə, oldu. Amma müsbət tərəfdən deyil. Çıxışın ardından daha çox məmurun işdən çıxarılması baş verdi. Mən məmurları qətiyyən ideallaşdırmaq istəmirəm, onların içərisində idarəetmə orqanlarını nüfuzdan salan kadrlar da kifayət qədərdir. Ancaq peşəkarlıq baxımından öz funksiyasını vicdanla yerinə yetirən məmurları öz yaxın adamlarını yerləşdirmək üçün əsassız olaraq işdən çıxarmaq bürokratik aparatın xidmət keyfiyyətini xeyli aşağı salır. Adamdan qanuna deyil, nazirə, müdirə, rəisə xidmət etmək tələb olunubsa və buna etiraz edərsə, hüququnu qoruyacaq məhkəmə mexanizmi yoxdursa, o halda məmurun şəxsiyyətinə və işinə bu qədər maksimalist yanaşma nə dərəcədə doğru sayıla bilər? Öncə qanuna vəzifəli şəxs əməl etməlidir ki, ardınca məmurdan qanunun maddələrinə niyə uyub-uymadığını soruşasan. Həm də bir məmurun yetişməsinə dövlət illərlə böyük maddi xərclər yönəldilir, nəticə əsassız işdən çıxarılma olanda dövlətin bu xərcinin boşuna getdiyi üzə çıxır.
- Yəqin siz də müşahidə edirsiniz, deputatların səsləndirdiyi bəzi fikirlərə cəmiyyətdən olduqca sərt reaksiyalar olur. Məsələn, hansısa deputat əhalinin digər kateqoriyaları ilə yanaşı, deputatların da əmək haqqının artırılmasını təklif edir, yaxud başqası himnə “əl gəzdirməyi” təklif edir, görünməmiş aqressiya ilə üzləşir. Bu, cəmiyyətdəki aqressiyanın əlamətidir, yoxsa parlamentarlara münasibətin əlaməti?
- Bu, yalnız cəmiyyətdə aqressiyanın artımı ilə əlaqələndirilməməlidir, həm də doğru mühakimənin çatışmazlığından doğan durumdur. Himnlə bağlı müzakirələr bunu daha bariz göstərdi ki, bu cəmiyyət hər şeyi müzakirə edərək, ağlın süzgəcindən keçirərək qəbul etmək istəmir, duyğularla nəyi canına hopdurdusa, onu müqəddəsləşdirib toxunulmaz saxlamaq istəyir. İslam dininin Azərbaycan qədər təhrif olunduğu ikinci bir ölkə varmı? Bayraq da, himn də, gerb də, tarixi şəxsiyyətlər də, tarixi sənədlər də müzakirə, təftiş, təhlil oluna bilər, yalnız və yalnız bunları təhqir etmək, sayğısızlıq göstərmək yolverilməzdir. Bu qədər bəsit. Eyni aqressiyanın hədəfi yalnız parlamentarlar deyil ki. Müğənniyə də, iş adamına da, uğurlu insana qarşı da çox vaxt eyni aqressiyanın şahidi olursan. Qonşunun qonşuya, taksi sürücüsünün avtobus sürücüsünə, bir bölgədən olan şəxslərin digər bölgədən olanlara qarşı nifrətini məgər sezmirsiniz? Qlobal problemlərin müzakirəsindən uzaqlaşmış toplumun mühakiməsi olduqca cılız hədəflərə yönəlir, bu da kütləvi aqressivliyin əsas səbəbinə çevrilir.
- 2019-cu ilin yanvarından icbari tibbi sığortanın tətbiqi gözlənilirdi, ancaq hökumət vaxtı daha bir il uzatdı. Siz də çıxışlarınızdan birində demişdiniz ki, onkoloji və QİÇS xəstələrinin sayı üç dəfə artıb. Belə vəziyyət nə vəd edir? İcbari tibbi sığortamın tətbiq olunmasının gecikməsi vəziyyəti daha da ağırlaşdırmayacaqmı?
- Azərbaycanda mövcud səhiyyə infrastrukturu və kadr bazası ilə icbari tibbi sığortanın yükünü qaldırmaq çox çətin olsa da, bir il tez, bir il gec, mütləq bu sistemə keçilməlidir. İmtiyazlı qida və dərman idxalçılarının və istehsalçılarının nəzarətdən kənarda qalması xeyli zərərli qida məhsulunun bazarda üstünlük təşkil etməsinə imkan yaradır. Ardınca da tibbi xidmətin, dərmanların keyfiyyətsiz və baha olması bu xəstəliklərin geniş vüsət almasına səbəb olur. Onkoloji xəstəliklərin 3,7 dəfə artımı o deməkdiir ki, insanların kütləvi şəkildə acınacaqlı xəstəliyə düçar olması baş verir və bizlər bunun səbəblərini araşdırmağa tələsmirik. Əlbəttə, icbari tibbi yardım xilas variantı deyil, lakin aztəminatlı insanlar üçün minimum ömür uzaltma şansı kimi düşünülə bilər. Ancaq narahatçılıq doğuran cəhət budur ki, icbari tibbi sığorta sistemində korrupsiya elementlərinin olması ehtimalı böyükdür.
- Bank kreditləri ilə bağlı problem olduğu kimi qalır. Hökumət nümayəndələrinin son açıqlamaları da ümidverici qənaətə əsas vermir. Sizcə, vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?
- Bu məsələdə vətəndaşın xeyrinə, yaxud da onu ağır vəziyyətdən çıxaracaq hansısa ciddi addım atılmadı. Üstəlik, Konstitusiya Məhkəməsi bankların xeyrinə olan variantları təsdiqlədi. Nəticədə yalnız vətəndaşın bank sektoruna etibarı tamamilə ortadan qalxdı, bankların da vətəndaşa etibarı azaldı. Devalvasiya nəticəsində insanların həyat şərtləri xeyli ağırlaşdı, iflas həddinə çatan iş adamlarının əksəriyyəti yenidən dirçələ bilmədi. İnsanlar üçün vəziyyətini yüngülləşdirəcək “yol xəritəsi” təqdim etmək əvəzinə, ümidsizlik labirinti təklif olundu. Çıxış yolu odur ki, bank kreditləri götürmüş və devalvasiya nəticəsində ziyana düşmüş vətəndaşların kreditlərinin heç olmazsa, müəyyən bir hissəsi dövlət tərəfindən ödənməlidir.
- Deputatları mandatdan məhrum edən dəyişikliklərdən nə xəbər var? Xatırladım ki, birinci vitse-spiker Ziyafət Əsgərov elə sizə cavabında dəyişikliklərin deputatlara ziyan vurmayacağını demişdi. Sizcə, Ziyafət müəllim konkret nələri nəzərdə tuturdu?
- Bu məsələ geniş müzakirə olunsa da, hamını razı salacaq ortaq variant hələ də tapılmayıb. Ziyafət müəllim qanunu müdafiə edən tərəfdir, biz də etiraz edən tərəf. Demək ki, hər birimiz öz arqumentlərimizə görə faydanın və zərərin təyinatını göstərməyə çalışırıq. Son müzakirələr onun üsərindədir ki, bu məhrumetmə faktı ixtisaslaşdırılmış İntizam Komissiyasının rəyi ilə yekunlaşsın, yoxsa Milli Məclisin sessiyasında qəbul olunan qərarla. Əslində mahiyyətcə bunlar bir o qədər də fərqli nəticələr doğurmur, forma baxımından mübahisə yaradır. Burada önəmli olan məhkəmə qərarı olmadan mandatdan məhrumetmənin gerçəkləşdirilməməsi prinsipidir. Diqqəti daha çox buna yönəltmək lazımdır. Ümumilikdə isə, bu cür normanın Konstitusiyada əks olunması əsaslı olmadığından indi bu cür mübahisəli durum yaranıb. Deputatın etik davranışı əgər kriminal nəticə doğurmursa, mandatdan məhrum edilmə məntiqsizdir. Kriminal davranışa görə isə deputatlıq fəaliyyətinə xitam verilməsi müddəası əzəl başdan qanunveriilikdə yer alırdı.
- Bu günlərdə XİN rəhbəri Elmar Məmmədyarovla bağlı tənqidi fikirlərinizi yazmışdınız...
- Əslində bu yazıda Elmar Məmmədyarovdan daha çox Ukraynada səfirliyimizin fəaliyyəti ilə bağlı neqativ məqamlara diqqət yönəltmişəm. Təsəvvür edin ki, səfirliyimizdə keçmiş fəaliyyətlə bağlı müəyyən mənimsəmə iddiaları gündəmə gətirilir, bu məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət olunur ki, gəlin bizim səfirliyi yoxlayın! Bu, çox ciddi nöqsandır, belə bir neqativ hallar varsa, öz ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət etmək əvəzinə, daxili işlər naziri erməni olan bir dövləti səfirliyimizin təftiş olunmasına yönləndirmək nə dərəcədə doğru sayıla bilər? Bir də orada vurğulamağa çalışdım ki, dil məsələsindən də önəmlisi nazirin peşəkar fəaliyyəti ilə bağlı məqamlara münasibət bildirmək daha məqsədəuyğun olardı.
- Bakını ekoloji fəlakətdən xilas etməklə bağlı ziyalılardan çağırışlar eşidilir, nazirliklər hərəkətə keçib. Siz də zaman-zaman bu haqda məsələ qaldırmısınız. Necə bilirsiniz, hardan başlamaq lazımdır?
- Elə Bakının özündən başlamaq lazımdır. Şəhərin hamıya aydın olan Baş Planı yenidən təsdiqlənməlidir. Harada zavod, harada yaşayış, harada əyləncə, harada idman yerləri olmalıdır, bunu hamı aydın bilməlidir. Nə qədər ki, biz köklü islahatlar əvəzinə kosmetik dəyişiklər üzərində israr edəcəyiksə və insanı sağlamlığını, rifahını prioritet olaraq görməyəcəyiksə, ekoloji məsələyə də şüar kimi yanaşmağa davam edəcəyik.
- Yerli TV-lərlə bağlı sərt tənqidi yazılar yazılır, çıxışlar edilir. Maraqlıdır ki, hamı narazıdır, amma vəziyyət dəyişmir. Sizcə, niyə?
- Vəziyyəti dəyişmək üçün doğru alternativlərə imkan tanımaq lazımdır. Bu məsələdə mən televiziyaları qınamıram. Efir məkanını nə iləsə doldurmalıdırlar. İctimai-siyasi məzmunlu verilişlərin sayının artması televiziyaların səviyyəsini daha müsbət yöndə qaldıra bilər. Televiziya tamaşaçı zövqünü oxşamaqla yanaşı, tamaşaçıda zövqü formalaşdırma missiyasını da öz üzərinə götürməlidir. Bir çoxlarının durumdan narazı olması, hələ haqlı olması anlamına gəlməz. Çünki narazılıqda çox vaxt məsuliyyət olmur. Narazılar həm də zövqsüzlüyün aktiv iştirakçılarıdırlar. İnsan narahat olanda daha məsuliyyətli düşünür. Mənim kimi narahat olanlar isə televiziya qarşısında az vaxt keçirməyə üstünlük verirlər.
- Eks-prezident Ayaz Mütəllibov müsahibəsində deyib ki, danışmışdım, Qarabağı qaytaracaqdılar. O zaman siz də AXC-nin fəal üzvü idiniz. Doğrudanmı Cəbhə hakimiyyətə gəlməsə, Ayaz Mütəllibov torpaqları azad edəcəkdi?
- Qarabağla bağlı bir çox ifadələri dinləyəndə düşünürsən, bəzi insanlarda elə təsəvvür var ki, sanki bu məsələdə ssenarinin müəllifi olan beynəlxalq güclər tərəfindən onların iradəsinə əhəmiyyət verən var. Qarabağın Azərbaycandan qoparılması beynəlxalq güclərin razılaşdığı strateji bir layihədir. Sadəcə, legitimliyin tanınmasına mane olan Azərbaycan dövləti və qismən də xalqı hələ ki dirəniş göstərir. Şəxslərlə danışaraq Qarabağ kimi problemi çözmək imkansızdır, burada bir neçə dövlətin bölgəyə baxışında sistemli dəyişikliklər baş verməlidir. Cənab Mütəllibovun haqlı olduğu məqam ondan ibarətdir ki, o zaman bizlər, yəni xalq hərəkatının təmsilçiləri iqtidar qarşısında hədsiz maksimalist tələblər qoyurduq. Bu xüsusilə də Rusiyanın yaratdığı MDB kimi formal quruma münasibətlə bağlı idi. Sonradan özümüz də bu tələbin girovuna çevrildik və həssas məqamlarda realist davranış sərgiləyə bilmədik. Lakin cənab Mütəllibov özü də xalq hərəkatı ilə dialoq imkanlarını axtarmağa maraq göstərmədiyinə görə Azərbaycanın başına bu fəlakətlər gəldi. Əgər belə danışmağı bacarırdısa, Qarabağı qaytarmağı hələ bir yana qoyaq, sadəcə, öz hakimiyyətini danışıb qoruyardı və yaxud qaytaraydı. Məncə, bu cür populist mülahizələrlə belə qlobal problemi sadə məhəllə davası kimi göstərmək doğru deyil. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
|