Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                 

“Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilmərəm”
Tarix: 16-11-2018, 08:56 | Çap et
“Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilmərəm”
2018-ci il noyabrın 17-də Azərbaycanda milli azadlıq hərəkatının başlanmasından 30 il ötür. Hər ilin bu günləri meydan hərəkatı ilə bağlı müxtəlif müzakirələr açılır. Önəmli yubileylə əlaqədar 80-ci illərdə ölkə gəncliyinin öndə gedən isimlərindən olan, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımovla meydan hərəkatının başlandığı Azadlıq Meydanında söhbət etdik.

- Oqtay bəy, 30 il öncənin bu günləri bu meydan aşıb-daşırdı. O zaman siz də meydanda olmusunuz, necə xatırlayırsınız?

- 1988-ci ilin bu günlərində başlayan meydan hərəkatı çox önəmli bir hadisə idi. Bu hadisələrin baş verməsinə gətirən səbəblər müxtəlif idi. Prosesi alovlandıran hadisə isə məlumdur ki, Topxana meşəsində ağacların kəsilməsi oldu. Əslində əsas səbəb Dağlıq Qarabağla bağlı sovet rejiminin tutduğu mövqe idi. Mitinqlər başlayan vaxt tələbə idim. Həmin vaxt Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti - C.A) IV kursunda oxuyurdum. Tələbələrin nümayişi universitetin həyətindən başladı. Həmin gündən bu proseslərin içərisində olduq. Hərəkat başlayan gün tələbələrin bu meydana gəlməsinə müxtəlif maneələr oldu. İlk maneə ilə o vaxt Moskva mehmanxanası adlanan (indiki Alov qüllələrinin yeri - C.A.) yerin qarşısında rastlaşdıq. Polislər bizim qarşımızı kəssə də, nümayişçilərin sayı kifayət qədər çox olduğundan kordonları yarıb keçə bildik. İkinci maneə İran səfirliyini keçəndən sonra İqtisad Universitetinin qarşısında yaradıldı. Amma axın buranı da keçə bildi. Üçüncü polis kordonları ilə indiki Həmkarlar İttifaqları Konfederasiyasının binasının yaxınlığında rastlaşdıq. Bir saatdan sonra bu kordonlara da güc gəldik. Həmin yerdən düz indi dayandığımız bu meydana qaça-qaça gəldik.

- Hərəkatın öncüllərindən kimlər vardı sizinlə o ilk gündə?

- Bizimlə bərabər qaçanlar sırasında rəhmətlik Mənsur Əlisoy, Məhəmməd Hatəmi Tantəkin kimi tanınmışlar da var idi. Biz Azadlıq meydanına günorta saatlarında daxil ola bildik. Mitinqin ilk gecəsində təşəbbüslər oldu ki, aksiyaçılar dağılışsın. Hökumətlə danışıqların aparıldığı və nümayişçilərin tələblərinin nəzərə alınacağı bildirildi. Bu səbəblərdən gecə meydanda o qədər də çox adam qalmadı. Orada qalanlardan biri də mən idim. O zaman gənclərin mövqeyi daha radikal idi. Onlar meydanın dağılmasını istəmirdilər. Nəticədə gənclərin fikirləri üstün gəldi və beləliklə, hərəkat başladı. Bir şeyi xatırladım ki, Dağlıq Qarabağla bağlı bu hərəkat başlayana qədər Bakıda bir neçə dəfə mitinqlər keçirilmişdi. Yadımdadır ki, 1988-ci ilin fevralında Xankəndində Dağlıq Qarabağ Vilayət Deputatları Sovetinin qərarından sonra Bakıda bugünkü Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirildi. Həmin ilin mayında iki böyük mitinq keçirildi. O zaman görünürdü ki, hökumət də bu mitinqlərin keçirilməsinə bir o qədər qarşı çıxmır. Xalq Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə kimilərin fikirlərinə daha çox diqqət edirdi. 17 noyabra qədər Azərbaycanda mitinq və nümayiş vərdişi və ənənəsi formalaşmışdı. Bu meydan özünün möhtəşəmliyini hər zaman qoruyur. Azərbaycan insanının milli şüurunda bu meydan çox ciddi dəyişikliklər edib. Bölgələrdən insanlar bu meydana gəlib, buradan Azərbaycan vətəndaşı kimi çıxırdılar. Meydan hərəkatının rolunu heç zaman danmaq olmaz.

- Meydanda ən yaddaqalan xatirəniz hansıdır?

- Bu meydanda çoxlu xatirələrimiz olub. Amma ən böyük xatirələrimiz 17 noyabrla 5 dekabr arasında keçirilən mitinqlərə təsadüf edir. O zamankı insan seli, insanların bir-birinə münasibəti fərqli idi. Bu meydanda o günlər çadırlar qurulmuşdu. Çadırlarda çox maraqlı söhbətlər gedirdi. Tanıdığımız ziyalılar bizlərlə müzakirələr aparırdılar, müstəqilliyimizlə bağlı söhbətlər gedirdi. Milli şüurumuzun oyanmasında bu söhbətlərin də kifayət qədər təsiri oldu. Meydan hərəkatına Azərbaycan xalqının ən sadə insanları tərəfindən belə yardımlar olunurdu. Xatirimdədir ki, evlərdən peraşkilər, yeməklər hazırlanır, qazanlarla bura gətirirdilər. Əslində fenomenal hadisələr baş verirdi. Azərbaycanın Dövlət Suverenliyi haqqında Bəyannamənin meydanın tələbi ilə qəbulu yaddaşımdan silinməyəcək xatirədir. Xalq Cəbhəsinin ictimai-siyasi təşkilat olaraq elan olunması da xatirələrdən biridir. Bu meydanda Türkiyənin siyasət adamlarından Milliyyətçi Hərəkat Partiyasının sədri Alparslan Türkeşin çıxışı unudulmaz xatirələrim sırasındadır. 1992-ci il 9 oktyabrda bu meydanda ordumuzun ilk paradının keçirilməsini də qeyd edə bilərəm.

- Milli azadlıq hərəkatının liderlərinin kimlər olduğu barədə hər zaman müzakirələr gedir. Sizcə, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Məhəmməd Hatəmi, yoxsa onları qəbul etməyən digər şəxslər bu hərəkatın liderləri idilər?

- Bu daima mübahisələr doğuran fikirlərdir. Unutmayaq ki, o zamankı mitinqlər konkret 1-2 nəfər tərəfindən idarə olunmurdu. Nümayiş Komitəsi yaradılmışdı. Komitənin də üzvləri var idi. Buradakı çıxışların mətni orada hazırlanırdı. Mitinq o komitə tərəfindən idarə olunurdu. Doğrudur, ön planda Nemət Pənahlı, Sabir Rüstəmxanlı və müəyyən etapda Məhəmməd Hatəmi idi. Amma o mitinqdə dəfələrlə Əbülfəz Elçibəy, İsa Qəmbər və digərləri çıxış edib. Milli azadlıq hərəkatının liderini proseslərin başlandığı ilk günlərə bağlamaq doğru deyil. O bir proses idi. Proseslər təbii axarı ilə getdi və sonunda liderini ortaya çıxardı. Burada əlavə müzakirələr açmağın mənası yoxdur. Proseslərin gedişində Əbülfəz Elçibəy özünün haqq etdiyi mövqeyə çıxdı. Adınızı çəkdiyiniz şəxslərdən fərqli olaraq Əbülfəz bəyin siyasi yolu 60-cı illərdən başlamışdı. Araşdırsanız görərsiniz ki, sovet məkanındakı dissidentlərdən Əbülfəz bəyi fərqləndirən o idi ki, təşkilatlar yaratmışdı. Mübarizəsini bu formada həyata keçirib. Çevrəsində insanlar var idi. Onun önə çıxması və xalq hərəkatının liderinə çevrilməsi təbii idi.

- İddialardan biri də hərəkatın liderləri sırasına “KQB” agentlərinin atıldığı barədədir. O sırada agent ola biləcək insanlar mümkün idimi?

- Heç nə istisna deyil. Birmənalı şəkildə hərəkat liderləri sırasında agentlərin olmadığını deyə bilmərəm. Kimlərinsə müəyyən əlaqələri olub. Bunu bilənlər yaxşı bilir. O zaman sovet “KQB”si işləyirdi. Prosesləri görüb onu özlərinin lehinə çevirməyə cəhd edirdilər. Bu baxımdan hərəkat sırasına agentlərini yerləşdirmələri normal qarşılanmalıdır. Sonradan məlum oldu ki, müxtəlif yerlərdə də xalq cəbhələri, yaxud xalq hərəkatlarının önündə gedən təşkilatları sırasına öz adamlarını yerləşdiriblərmiş. İstənilən halda əsas məsələ bu olmalıdır ki, başlanan meydan hərəkatı müstəqilliyimizi tələb edirdi. Buna da sonunda nail oldu, KQB-nin ora kimi yerləşdirib-yerləşdirməməsindən asılı olmayaraq. Məqsədlərimizdən biri də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı idi. Təəssüflər olsun ki, bu günə qədər bunu həll edə bilməmişik. Kimin nə deməsindən asılı olmayaraq, müxtəlif fikirlər ortaya atmaqla xalq hərəkatının gözdən salınmasının əleyhinəyəm. O hərəkatda iştirak edən milyonların niyyəti saf olub. Oraya kimlər yerləşdirilib, niyyətləri başqa olub, başqa qüvvələrə xidmət ediblər kimi mövzular bizdən kənar olmalıdır. Burada hərəkatda iştirak edən milyonların niyyəti əsas götürülməlidir.

- Meydan hərəkatı 17 noyabrdan başladı. Siz lider kimi Elçibəyi önə çəkirsiniz. O zaman bir sual meydana çıxır. 17 noyabrda Elçibəy və komandası harada idi ki, hərəkatı başqaları başlatmışdı...

- Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə 17 noyabrdan başlamayıb. Çünki bu hərəkatın başlanmasının tamam başqa bir səbəbi var. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda milli azadlıq mücadiləsi dayanmayıb, bu və ya digər formada davam edib. Bu bir zəncir halqası idi və heç zaman qırılmayıb. Müstəqilliyimizin bərpasının təməl gününü 17 noyabrdan götürmək olmaz. 17 noyabrda başlayan proseslərin içərisində Əbülfəz bəy və silahdaşları olublar. O zaman bütün dünyada Lex Valensiya fenomeni var idi. Polşada Həmrəylik Hərəkatı var idi və onun başında qaynaqçı işləyən Lex Valensiya dururdu. Onun populyarlığını hər kəs bilir. Elə insanlar xalqın içərisindən çıxan biri kimi qəbul edilirdi və Nümayiş Komitəsi belə birisini önə verdi. Bu da Nemət Pənahlı idi. Proseslərin gedişində hər kəs layiq olduğu yerə çıxdı. Əbülfəz Elçibəy də liderliyi haqq etdiyi üçün haqqı olan yerdə qərarlaşdı.

- Demək istəyirsiniz ki, Nemət Pənahlının özü önə çıxmadı, Nümayiş Komitəsi onu önə verdi?

- Bəli elədir. Nemət Pənahlıya dəstək verilməsəydi, o bu yerə çıxmazdı. Doğrudur, onun müəyyən qabiliyyətləri var idi. Meydana xitab etmək, insanlara təsir edəcək natiqliyi var idi. Amma onun arxasında duranları unutmaq olmaz. Nemət Pənahlı onların fikirlərini nəzərə alırdı. Meydan tək Nemət Pənahlının idarə etdiyi meydan deyildi.

- Xalq hərəkatının lideri saydığınız Əbülfəz Elçibəyin köməkçisi olmusunuz. Onunla ilk tanışlığınız nə zamana təsadüf edir və həmin günü necə xatırlayırsınız?

- Əbülfəz bəylə ilk yaxın tanışlığım 1988-ci ilin oktyabr ayında olub. O zaman Dağlıq Qarabağla bağlı xalq arasında ciddi etirazlar var idi. Çalxalanma açıq müşahidə olunurdu. O zaman Baltikyanı ölkələrdə xalq cəbhələri yaranmağa başlamışdı. Azərbaycan cəmiyyətində də hərəkatın başında dayanan belə bir təşkilatın yaranması barədə fikirlər var idi. Prosesləri həmin hərəkatın idarə etməsi və xalqın istəklərini hakimiyyətə çatdırmasının vacibliyi düşünülürdü. Universitetlərdə və digər yerlərdə belə müzakirələr gedirdi. O vaxt bir müəllimimiz var idi, indi Türkiyədə yaşayır, Qazi Universitetinin professorudur, Becan Fərzəliyev. O da hərəkatın fəal üzvlərindən idi. Xalq Cəbhəsi yarandığı zaman Nəzarət Təftiş Komissiyasının ilk sədri olub. Onun vasitəsilə Əbülfəz bəylə tanış olmuşam. Tez-tez indiki Texniki və İnşaat universitetlərinin otaqlarında toplantılar olurdu. O toplantıların birinə dəvət olunmuşdum. Həmin vaxt Xalq Cəbhəsinin təşəbbüs qrupunun yaradılması barədə müzakirələr gedirdi. O tədbirdə Əbülfəz bəylə tanış oldum. Həmin toplantıda ilk dəfə olaraq yaxından İsa Qəmbəri, Hikmət Hacızadəni, Leyla Yunusu, Zərdüşt Əlizadə və digərlərini gördüm. Həmin vaxt Əbülfəz bəy ara-sıra bizim universitetə də gəlirdi. Universitetin həyətində çayxana var idi. Orada da söhbətlər gedirdi, biz də onu dinləyirdik. Xalq Cəbhəsinin qərargahında işləyəndən sonra onunla daha yaxın tanışlığım, görüşlərimiz oldu. Mən orada İnformasiya Mərkəzində işləyirdim. Gündəlik məlumatlar hazırlanıb, təqdim olunurdu. O vaxtdan sonra Əbülfəz bəy rəhmətə gedənə qədər münasibətlərimiz davam etdi.

- Prezidentin köməkçisi olmaq göstərilən yüksək etimaddan irəli gəlir. Siz Elçibəyin yanında bu qədər etimadı necə qazanmışdınız? Bəyin ətrafında kifayət qədər lider səviyyəsində olan insanlar var idi. Amma o, məhz sizi seçmişdi. Bunun özəl bir səbəbi olmamış deyil...

DAVAMI VAR
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru