Paşinyan nazir namizədini açıqladı .....                     Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub .....                     Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? .....                     Ukrayna müharibəsində yeni faza... .....                     "Bunların heç birinə kişilər dözməzdi" .....                     Şəmkirdə yolların təmiri 1,3 milyona .....                     Ərdoğan BƏYAN ETDİ: .....                     Öcalan Baxçalının çağırışına cavab verdi: .....                     "Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” .....                     Bakıda erməni başqasının əmlakını taladı .....                     “Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib .....                     Deputatdan Avropa Parlamentinə .....                     "Yağışdan çıxıb, yağmura düşdük": .....                     Dollar bu tarixdə bahalaşacaq .....                     Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar .....                     Generalın iddiası rədd edildi .....                     Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? .....                     Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU .....                     Yumurtanın qiyməti niyə bahalaşdı? .....                     Qonşumuzda kütləvi qiymət artımı gözlənilir .....                     Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? .....                     Lala Şövkət ürək əməliyyatı keçirib? .....                     Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... .....                     Həkimin burnuna yumurq vurdu... .....                     Ermənistan Prezidenti COP16-da iştirak edəcək .....                     Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi .....                     Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında .....                     Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb .....                     Qərbin gürcülərə sırımaq istədiyi GÖZƏLLİK də deyil... .....                     “Zəhər”ə çevrilən HƏYAT MƏNBƏYİ: 20 litrlik suları Kürdən doldururlar? .....                     “3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq? .....                     Ailəsinin 5 üzvünü öldürən Əhməd azadlığa buraxıla bilər .....                     “Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” .....                     "İran peçləri"ndəki təhlükə: .....                     Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? .....                     Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil .....                     Qərb Cənubi Qafqazda ilk “savaş”ına başlayır .....                     Əməkdar artist Nanənin prodüserini hədələdi: .....                     Talıbovlara bağlı daha bir şirkət ləğv olunur .....                     Xalq artistinə ağır itki .....                 

“Mən demirəm ki, 45 milyardın hamısını gətirib Azərbaycan banklarında saxlayaq” - deputat
Tarix: 19-11-2018, 09:06 | Çap et
“Mən demirəm ki, 45 milyardın hamısını gətirib Azərbaycan banklarında saxlayaq”
Parlamentdə hökumətin iştiratkı ilə keçirilən 2019-cu ilin büdcə müzakirələri ilk oxunuşda başa çatdı. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu müzakirələrində fəal iştirak edən millət vəkillərindən oldu, bir çox vacib təkliflərlə çıxış etdi. Amma maraqlıdır ki, sosial şəbəkələrdə ən çox hədəfə alınan deputatlardan biri də elə Q.Həsənquliyev oldi.

Sonuncu plenar iclasdan öncə isə o, Milli Məclisin binası qarşısına toplaşmış şəhid ailələri ilə görüşdü, daha sonra onları narahat edən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırdı. Budəfəki müsahibəmizdə əvvəlcə bu mövzudan bəhs etdik.

- Qüdrət bəy, necə bilirsiniz, nəhayət, şəhid ailələri ilə bağlı narahatlığa nöqtə qoytə qoyulacaqmı? Sizin bu çıxışınızdan sonra hökumətdən fərdi qaydada reaksiya oldumu?

- Mən həm komitə, həm parlamentin plenar iclasında çıxış edərək söylədim ki, bu tipli məsələlərə dövlətin və cəmiyyətin yanaşması həmin ölkənin nə dərəcədə sağlam əsaslara söykənməsini və onun mədəni səviyyəsini nümayiş etdirir. Elə ali dəyərlər var ki, o dəyərlərə hər kəs hörmətlə, diqqətlə yanaşmalıdır. Bu, həm də ölkəmizin imicini müəyyənləşdirir. Azərbaycanda baş verən prosesləri burdakı səfirliklər, dost və düşmən dövlətlər də izləyir, həm də düşmənlər bundan sui-istifadə edirlər. Bu da gənclərə sirayət edir. Prezidentin fərmanında da qeyd olunur ki, Fərman həm də ölkədə mənəvi- psixoloji vəziyyətin daha da yüksəldilməsi məqsədilə verilir. Ona görə də mən Maliyyə Nazirliyindən xahiş etdim ki, hökumət əvvəllər sığorta pulu alıb-almamasından asılı olmayaraq, bütün şəhid ailələrinə 11 min manatlıq birdəfəlik yardımı ödəsin. Mən əminəm, Fərman hazırlanarkən prezidentə deyilsəydi ki, 1997-ci ilə qədər şəhid ailələrinə verilən sığorta pulunun o zaman əmtəə qarşılığı olduqca az idi, o zaman Fərman bütün şəhid ailələrinə şamil olunardı. Vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi pozulmazdı. Həm də Dövlət Sığorta Kommersiya Sirkəti sənədlərlə sığorta pulu verildiyi iddia olunan şəhid ailələrinə vəsaitin verildiyini sübut edə bilmir.

Ona görə də mən Milli Məclisin binası qarşısına yığışan şəhid ailələrinə dedim ki, biz də siyasətçi, deputat kimi dəstək veririk, məsələnin həlli ilə bağlı hökumətə müraciət edirik, ümid edirik ki, prezident bu məsələni ədalətli şəkildə həll edəcək. Əgər həll edilməsə, sonda bunun yolu məhkəmədir. Siz məhkəmələrə üz tutun və o prosesdə də biz sizə dəstək verəcəyik. Məhkəmə sizin hüquqlarınızı müdafiə etməklə sosial ədaləti bərpa edəcək.

- Bu və digər sosial məsələləri birdəfəlik necə həll etmək olar? Hər halda müəyyən qədər vəsait tələb olunur...

- 2019-cu ilin dövlət büdcəsindən 6 milyard 827 milyondan çox vəsait təmir-tikinti işlərinənə ayrılır. İclasda da dedim ki, ordan 3 milyarda qədər ixtisar etmək və təmir-tikintiyə 4 milyard ayırmaq olar. 4 milyardın özü də böyük rəqəmdir. 23 milyard 939 milyon xərci olan - orda hələ 1 milyard 322 milyondan artıq büdcə kəsiri və 2 milyard 334 milyondan çox xarici borcların ödənilməsi xərcləri var – büdcə üçün 4 milyardın özü də çoxdur. Amma qalan 3 milyardla pensiyaları da əhəmiyyətli şəkildə artırmaq, orta məktəb müəllimlərinin də əmək haqlarını artırmaqla və orta məktəbin buraxılış imtahanlarının nəticələrinə görə ali məktəblərə qəbul aparmaqla ailə büdcəsinə ciddi zərər vuran repititorluğun qarşısını almaq olar, elmə, səhiyyəyə ayrılan vəsaitləri də artırmaq, qaçqınlar, Qarabağ əlilləri, şəhid ailələri üçün mənzil tikintisinin həcmini iki, hətta üç dəfə artırmaq, onların sosial müdafiəsini gücləndirmək olar. Bizim bunları etməyə imkanlarımız var. Artıq şəhid ailələrinə 11000 manatlıq müavinətlərin ödənməsi üçün 50 milyon manat vəsait ayrılıb. Əgər çatmayacaqsa, bir az da artırmaq və məsələni həll etmək olar.

- Vitse-spiker Valeh Ələsgərov əlavə vəsait ayrılmasını təklif edən deputatlara “mənbəyini göstərin” deyə, reaksiya verdi...

- Mən də həmin məqamda çıxışa yazılmışdım. Əli Məsimli bu barədə danışdı deyə, mən çıxışdan imtina etdim. Amma əvvəlki çıxışlarıma diqqətlə qulaq asılsaydı, mən orda bu barədə danışmışdım. Demişdim ki, tikinti xərclərini azaltmaq lazımdır.Gələn il büdcə vəsaiti hesabına 60-ı yeni olmaqla 114 obyekt tikilib istifadəyə veriləcək. Bundan başqa “Azərkosmoz”, “Azərişıq”, “Azərenerji”, “Azəristilik”, “Azəriqaz”, “Azərsu”nu, səhmləri dövətə məxsus Səhmdar Cəmiyyətləri özəlləşdirmək, yaxud uzun müddətə əməli-idarəetməyə vermək lazımdır. Yadınızdadır, o vaxt “Barmek” həm vergi verirdi, həm Azərbaycana investisiya yatırırdı, o sistemi yenidən qururdu. Həm də dövlət büdcəsindən bir manat almırdı. Mən axırıncı çıxışımda da dedim ki, energetika və sənaye sektoruna büdcədən 783 milyona qədər vəsait ayrılır. Soruşdum ki, bunlar ildə nə qədər vergi verirlər, bunu bir hesablayan olubmu? Bəzən ödədikləri vergidən də çox vəsaiti biz müxtəlif adlar altında onların özlərinə qaytarırıq. İqtisadiyyatın əsas sahələrini dövlətin öz nəzarətində saxlamasının sadəcə olaraq, məntiqi izahı yoxdur. Dövlət bu yükdən xilas olmalıdır. Səhiyyə obyektlərinin çoxu özəlləşdirilməlidir. İkincisi, dövlət idarəetmə xərcləri azaldılmalıdır. Mən çıxışımda da söylədim ki, Ermənistanda 150 min büdcədən maliyyələşən işçinin ixtisarı nəzərdə tutulur. Bizdə 19 min 300 büdcədən maliyyələşən işçilərin sayının artırılması proqnozlaşdırılır. Bilirsiniz, bu, nə qədər böyük insan kütləsi və əlavə xərc deməkdir? O xərclər əslində həmin sektorda çalışan insanların əmək haqqının artırılmasına yönəldilməli idi. İşçinin sayını artırmaq lazım deyil. Az işçi ilə çox iş görürsən, ona daha yaxşı əmək haqqı verirsən. Dövlət idarəetmə xərcləri azaldılmalıdır. Bunların hamısı böyük mənbədir. Həm də özəlləşdirmədən büdcəyə böyük pullar gələcək. Gələn pullar da iqtisadiyyatın inkişafına yönəldilməlidir. Deputat həmkarlarımızın hər biri seçildiyi bölgənin problemlərini qaldırır və onun həlli üçün vəsait istəyir. Mən hər dəfə deyirəm ki, büdcə azdır. Bu problemləri həll etmək üçün ilk növbədə büdcənin gəlirlərinin necə artırılması barədə düşünməliyik.

- Sahibkarlara vergi güzəştinin edilməsi xeyli ümidlər yaradıb. Siz bu barədə nə düşünürsünüz?

- Mən vergi sistemində aparılacaq son islahatları yüksək qiymətləndirirəm. Bu, doğrudan da “kölgə iqtisadiyyatı”nın leqallaşdırılması üçün böyük stimul olacaq. Amma tək Vergilər Nazirliyində aparılan islahatla sürətli iqtisadi inkişaf tempinə nail olmaq mümkün olmayacaq. Mən istəyirəm bizim bu müsahibənin ana xəttini o təşkil eləsin ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi işləməlidir. Bank sistemi iqtisadiyyatın qan-damar sistemidir. Dünyanın hər yerində sahibkarlar, şirkətlər bankla, kreditlə işləyirlər. Onlar öz pulları ilə iş görmürlər. İnkişaf etmiş ölkələrdə şirkətlər iqtisadi layihələrə az miqdarda öz vəsaitini qoyur, qalan məbləğ bankdan kreditləşmə yolu ilə həll olunur.

- Qüdrət bəy, siz bir neçə dəfə xaricdəki vəsaitlərimizin ölkəyə gətirilməsini, iqtisadiyyata yatırılmasını təklif etmisiniz. Bu məsələnin reallaşması mümkündürmü?

- Çox sağ olun ki, o məsələ diqqətinizdə qalıb. Mən demirəm ki, 45 milyardın hamısını gətirib Azərbaycan banklarında saxlayaq. Bizim iqtisadiyyat heç onu həzm edə bilməz. Neft Fondundakı vəsaitin 5 milyardını Azərbaycan iqtisadiyyatı həzm edə bilər. Mən bunu tam əminliklə deyirəm. Bu 5 milyardı gətirib bizim yerli banklarda,bir hissəsini Naxçıvandakı banklada, yerləşdirmək lazımdır. Naxçıvanda iqtisadiyyatın inkişaf etdirilməsi hökumətin ən vacib vəzifələrindən biri olmalıdır. Naxçıvan MR tam dotasiyadan asılıdır və çalışacağam ki, büdcə zərfinin ikinci oxunuşu zamanı bu barədə danışım. Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli banklarda saxlanılması bank sisteminin də inkişafına öz tövhəsini verəcək. Özü də bizə verilən məlumata görə, xaricdəkli pullarımızın illik gəliri 3,7 faiz olub. Hətta onu gətirib bizim banklarda 4 faizlə yerləşdirmək, ölkə sahibkarına 6 faizlə vermək olar. Amma bizdə indi sahibkarlar heç 20 faizə kredit tapa bilmir. O faizlə götürülən krediti də geri qaytarmaq, yaxud əlavə qazanc götürmək mümkün deyil. Odur ki, mütləq və mütləq iqtisadiyyat kreditləşməlidir. Xaricdə daşınmaz əmlak almağa nə ehtiyac var? Bunun əvəzində yeni bir neftayırma zavodunun tikintisinə investisiya yatırılsa, Neft Fondu daha çox qazanc götürər. Neftayırma Zavorunun şəhərin mərkəzində yenidən qurulmasına nə ehtiyac var? İndi orda bir texnogen qəza olsa, şəhərin yarısı böyük problemlə üz-üzə qalacaq. Bir dəfə orda bir çən deşilmişdi, yerə sulfat turşusu axmışdı, Bakıda iki gün iydən dayanmaq mümkün olmadı. Bu zavod Səngəçalın kənarında, gill, kənd təsərrüfatı üçün yarasız ərazilərdə tikilməlidir. Biz neft ixrac edirik, amma yüksək oktanlı benzini, sürtgü yağlarını xaricdən idxal edirik. Bizdən neft alırlar, ondan istehsal etdikləri mühərrik yağlarını bizə beşqat baha satırlar. Yaxud xarici ölkələrdən mütəxəssislər dəvət edib bir şin zavodu tikmək olar.

Deməyim odur ki, bir çox məhsulları ölkəmizdə istehsal edə bilərik. Amma bunu dövlət etməməlidir. Bizdə hər şeyi dövlət edir. Dövlətin qoyduğu investisiya ilə iqtisadiyyatı inkişaf etdirmək olmaz. Ümumiyyətlə, iqtisadi sferada islahatlar aparılmalıdır. İndi özəl sahibkarlığa imkan verilsə də, sanki köhnə sosialist təsərrüfat sistemini qoruyub-saxlayırıq. Yəni iqtisadiyyatın aparıcı sahələrinin dövlətin nəzarətində qalması və dövlət tərəfindən idarə olunmasını nəzərdə tuturam. Bu da sovet dövründə özünü doğrultmadı. Odur ki, bu müəssisələri dövlət mülkiyyətində saxlamağın adı və yeri yoxdur. İkinci tərəfdən paralel olaraq məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır ki, sahibkar qorxmadan investisiya qoysun, ölkədən yerli kapital qaçmasın, əksinə, ölkəyə xarici kapital gəlsin. İndiki mərhələdə Azərbaycan dünyanın nüfuzlu banklarını ölkəyə gətirməyə çalışmalıdır. İqtisadiyyatımızı dirçəltməyimizin yolu ölkə iqtisadiyyatına investisiya qoyuluşundan keçir. Dünya Bankının Duinq-Biznes hesabatı var, biz 190 ölkə sırasında 57-ci yerdən 25-ci yerə çıxmışıq. Bu, çox müsbət haldır. Bundan da faydalanıb ölkəyə investisiya cəlb etmək lazımdır. Britaniyanın, Almaniyanın, İsveçrənin, Çinin, ABŞ-ın və s. ölkələrin yüksək reytinqli bankları bura dəyəri milyardlarla ölçülən investisiya yatıra bilərlər. O banklarla işləmək lazımdır.

- Qüdrət bəy, necə bilirsiniz, hökumət deputatların büdcə ilə bağlı təkliflərini nəzərə alacaqmı?

- Çox istərdik ki, nəzərə alsın. Yeri gəlmişkən, Novruz Məmmədov baş nazir təyin olunandan sonra Nazirlə Kabinetində bir müsbət tendensiya hiss olundu. Əvvəllər Nazirlər Kabinetinin iclası yalnız prezidentin sədrliyi ilə keçirilirdi. Amma indi ən azı baş nazir özü də Nazirlər Kabinetini toplayır. İkincisi, mənim öz müraciətlərim də daxil olmaqla, ətrafdan da eşidirəm, edilən müraciətlərə, ərizə-şikayətlərə, təkliflərə vaxtında cavab verilir, araşdırmaların aparılması müvafiq qurumlara tapşırılır. Bu, müsbət haldır. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər də təqdir olunmalıdır. Hər halda ümid etmək istərdim ki, büdcədə də deputatların təklifləri ciddi öyrəniləcək və mümkün qədər nəzərə alınacaq. Dövlət idarəetməsində qarşılıqlı nəzarət və balans`prinsipi var. ABŞ Konqresində demokratlar son seçkidə Nümayəndələr Palatasında üstünlük qazananda onların lideri xanım Pelosi dedi ki, son seçkilərə qədər həm Konqresdəki çoxluq, həm də prezident eyni partiyadan olduğundan bu prinsip yaxşi işləmirdi. Ona görə də prezident hansı qanunları göndərirdisə, Konqres onu qəbul edirdi. Amma son seçkilərdən sonra bu prinsip daha yaxşı işləyəcəkdir.İndi bizdə də o problem var. Həm parlamentdə çoxluq hakim partiyadadır, həm də prezident eyni partiyanın həmsilçisidir. Ona görə də yuxarıdan gələn layihələrə, o cümlədən də büdcə layihəsinə parlamentin ciddi təsiri olmur. Parlamentdə də müxalifətin zəif olması ona gətirib çıxarır ki, bəzilərinə büdcə müzakirələri fomal və əhəmiyyətsiz müzakirə kimi görsənir. Mən çox istərdim ki, hökumət partiyaçılıq prinsipindən çıxış edib bu vəziyyətdən sui-istifadə etməsin. Parlamentdə YAP üzvləri tərəfindən də çox mütərəqqi təkliflər, fikirlər irəli sürülür. Bizim fikirlərimizi nəzərə almasa da, heç olmasa YAP-çıların təkliflərini nəzərə alsın. Şəhid ailələri ilə bağlı nə qədər YAP üzvü o fikri dəstəklədi ki, 11 min manatlıq yardım bütün şəhid ailələrinə verilməlidir. Heç olmasa, bu problemi həll etsinlər.

- Qüdrət bəy, parlamentdə fikirlərinizi təhrif edən media nümayəndələri ilə bağlı sərt mövqedən çıxış edib hətta sədarəti məsələyə müdaxilə etməyə çağırdınız. Düzü, siz tərəfdən belə fikirlərin səslənməsi gözlənilməz oldu, çünki adətən, mətbuata dözümlü münasibət göstərənlərdən olmusunuz. Nə baş verib?

- İstənilən siyasətçini bəyənən və bəyənməyən insanlar var. Onlar dedikləri sözə, fəaliyyətlərinə görə etik çərçivədə tənqid oluna bilərlər. Mən doğrudan da həmişə jurnalistlərə çox böyük hörmətlə yanaşmışam. Amma görəndə ki, jurnalist mənim fikrimi təhrif edir – özü də bilməməzlikdən yox, məqsədyönlü şəkildə - bunun da nəticəsində adamı namussuz və əxlaqsız insanlar təhqir edirlər, əlbəttə, bu, istənilən şəxsə təsir edər. Mən siyasətçiyəm, bilirəm ki, ölkəmizdə siyasi mədəniyyətin səviyyəsi hansı həddədir. Yəni bu peşəni seçmisənsə, bəzi məsələləri də gərək gözə önünə alasan və dözümlü olasan. Amma kiminsə təxribatları nəticəsində səni söyürlərsə, birinci xəbərdarlıq edirsən ki, bunu eləmə. Amma baxırsan ki, yenə edir. O zaman məcbur olursan ona deyəsən ki, sən peşənə xəyanət edən böhtançı və təxribatçısan! Mən büdcə müzakirələri zamanı əsas aztəminatlı insanların problemlərinin həlli üzərində dayandım, amma Mili Məclisin büdcəsi müzakirə olunarkən Milli Məclis Aparatının işçilərinin əmək haqlarının artırılması və onlar üçün mənzil tikilməsi zərurətindən, onların aldıqları maaşla ev ala bilmələrinin mümkünsüzlüyündən danışmışam.

Amma götürüb yazıblar ki, mən demişəm deputatlar aldığı maaşla ev ala bilməzlər, ona görə onlara ev tikilsin. Millət vəkilinin fikrini açıqdan-açığa qəsdən təhrif edən jurnalist parlamentdə otura bilməməlidir! Mən bununla bağlı parlament rəhbərliyinə də müraciət etdim. Hər şey hardan başladı? Xatırlayırsınızsa, xeyli müddət öncə parlamentin iclasında demişdim ki, biz istəyiriksə ki, korrupsiyaya qarşı effektli mübarizə aparaq, ilk növbədə hər şey dövlət hakimiyyət orqanlarında çalışan işçilərin maaşının əhəmiyyətli dərəcədə artırılmasından başlamalıdır. Sinqapuru misal çəkdim ki, orda nazir ayda 100 min dollardan artıq maaş alır. Məşhur Sinqapur möcüzəsinin banisi Li Kuan islahatlara məhz əmək haqlarının artırılmasından başlamışdı. Ona görə ki, məmur öz layiqli həyatını təmin edəcək qədər maaş almasa, o, oğurlayacaq. Li Kuan deyirdi ki, əgər biz nazirə 100 min verməsək, 100 milyon oğurlayacaq. Mən də dedim ki, orda nazirə 100 min verirlərsə, biz heç olmasa nazirə 10 min, millət vəkilinə 8 min manat verək ki, orta aylıq əmək haqqı 5 min olsun. Yəni öz ayrılıqda deputatın maaşının artırılmasını deməmişəm. Demişəm ki, Sinqapurda orta aylıq əmək haqqı nazirin maaşının 50 faizi qədərdir. Bizdə də nazirə 10 min versək, ən azı orta əmək haqqı 5 min manat olar. Mən bunu həm də o söyüş söyən əxlaqsızların maaşının artırılması üçün də demişəm. Amma bu gerizəkalılar düşünürlər ki, nazirə 2000-2500 manat pul versək, düz işləyəcək, bunları da “ağ gün”ə çıxaracaq.

O söyüş söyən vicdansızlar hətta hazırkı nazirin maaşının yarısı qədər maaş alsalar belə,həmin vəsaitin yenə də, onların normal həyatını təmin etməyəcəyini anlamırlar. İnsanın xeyrinə bir söz deyirsən – özü də çıxışımın tam mətni dərc olunub – amma gecə-gündüz nə yaşından utanmayan, nə hüquqşünas kimi peşəsinə hörmət etməyən yaramaz, ləyaqətsiz bir heyvərə çıxır, mənim çıxışımın Sinqapur nümunəsi ilə bağlı hissəsini kəsib qoyur kənara, başlayır ki, “Qüdrət Həsənquliyev deyir ki, deputata 8 min manat maaş verilməlidir”... Bu cür ləyaqətini itirmiş adamlar bilirlər ki, söydüyü adamın tərəfdarları yüz qat artığını onlara qaytarır. Demək, həmin adamlar namussuzdurlar ki, o söyüşlərin öz ünvanlarına qaytarılacağından qorxmurlar. Mən heç vaxt deputatın ayrılıqda maaşının qaldırılmasını təklif etməmişəm. Növbəti dəfə yenə fikrimi təhrif etdilər ki, guya demişəm bizim torpaqlarımızı Rusiya işğal edib, mən demişdim ki, işğalçı dövlətin arxasında Rusiya dayanıb, onda da əleyhimə kampaniya başlatdılar.

Ardınca dedilər - Qüdrət Həsənquliyev deyib ki, deputatlara mənzil verilməlidir, deputatların əmək haqqı qaldırılmalıdır. Halbuki mən nə büdcə müzakirələrində nə də əvvəl, nə deputatlara mənzil verilməsi, nə də ayrılıqda deputatların əmək haqqlarının artırılması məsələsini qaldırmamışam. Mən Milli Məclis Aparatın işçilərindən bəhs etmişəm. Hakimiyyət bölgüsü prinsipi var, müqayisə edirəm hakimiyyətin digər qanadlarında əmək haqqı nə qədərdir, görürəm bizdə aşağıdır. İstər-istəməz buna münasibət bildirirəm, deyirəm, onların da maaşı artırılmalı, problemləri həll olunmalıdır. Bəzi adamlar düşünürlərsə ki, bu cür böhtanlarla mənim fəaliyyətimə təsir edə bilərlər, yaxud məni ictimai rəydə gözdən sala bilərlər, yanılırlar. Bir-iki vicdanını itirmiş jurnalist olsa da, bizim jurnalistlərin böyük əksəriyyəti ləyaqətli insanlardır, öz peşələrinə hörmətlə yanaşırlar. Mənim bütün fəaliyyətimi işıqlandırırlar. Fəaliyyətim jurnalistlərin gözü qarşısındadır. Bəzi üzdəniraq ünsürlər xalqdan dəstək ala bilməyəndə, hətta xalqı belə təhqir edirlər. Anlamırlar ki, axı, saxta informasiya yayıb, sonra da məni ətrafındakı özun kimi gədələrə söydürə bilərsən, amma az bir zamandan sonra hər şey aşkar olacaq və millət sənin murdar sifətinə tüpürəcək.Sənin kimiləri xalq necə dəstəkləyə bilər? Mən hər zaman çalışmışam ki, Azərbaycan reallığı çərçivəsində xalqımızın, dövlətimizin marağı üçün nə etmək mümkünsə, onu edim. Sadəcə hər şey proqnozlaşdırılır. Bölgədə, dünyada vəziyyət, Azərbaycan reallıqları... Heç vaxt utopik təkliflər, ideyalarla çıxış etməmişəm, gerçəkləşməsi mümkün olmayan fikirləri populizm naminə səsləndirməmişəm.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan nazir namizədini açıqladı
Bu gün, 01:48
Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
Bu gün, 01:45
Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? - İNCƏLƏMƏ
Bu gün, 00:43
Ukrayna müharibəsində yeni faza... - Şimali Koreya əsgərləri savaşı dərinləşdirir
Bu gün, 00:40
"Bunların heç birinə kişilər dözməzdi"
Bu gün, 00:37
Şəmkirdə yolların təmiri 1,3 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Ərdoğan BƏYAN ETDİ: - Türkiyə Bakını qoruyan sistemin bənzərini yaradır
Bu gün, 00:00
Öcalan Baxçalının çağırışına cavab verdi: - İki şərt irəli sürdü...
Dünən, 23:58
"Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” - Keçmiş icraçı direktor detalları açıqladı...
Dünən, 23:56
Bakıda erməni başqasının əmlakını taladı - TƏFƏRRÜAT
Dünən, 23:54
“Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib - ƏMR
Dünən, 23:51
Deputatdan Avropa Parlamentinə ETİRAZ
Dünən, 19:02
"Yağışdan çıxıb, yağmura düşdük": - Bunun adı məmur özbaşınalığı...
Dünən, 19:00
Dollar bu tarixdə bahalaşacaq - AÇIQLAMA
Dünən, 18:56
Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar - "Keçən yay nə etdiyinizi bilirəm"...
Dünən, 18:18
Generalın iddiası rədd edildi - DETALLAR
Dünən, 18:16
Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? - Ən dəqiq iqtisadçının PROQNOZU
Dünən, 18:15
Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU - Türkanda BİABIRÇILIQ
Dünən, 18:11
Yumurtanın qiyməti niyə bahalaşdı? - SƏBƏB
Dünən, 18:10
Qonşumuzda kütləvi qiymət artımı gözlənilir
Dünən, 18:04
Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA
Dünən, 18:00
Lala Şövkət ürək əməliyyatı keçirib? - Oğlu açıqladı
Dünən, 17:59
Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... - Milyonlar belə XIRID EDİLİR...
Dünən, 17:54
Həkimin burnuna yumurq vurdu... - Məhkəmə qərar verdi
Dünən, 17:49
Ermənistan Prezidenti COP16-da iştirak edəcək
Dünən, 17:47
Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Dünən, 17:39
Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:37
Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb - FOTO
Dünən, 17:36
Qərbin gürcülərə sırımaq istədiyi GÖZƏLLİK də deyil... - ZORƏN... NƏ?
Dünən, 17:33
“Zəhər”ə çevrilən HƏYAT MƏNBƏYİ: 20 litrlik suları Kürdən doldururlar? - AXI NİYƏ?..
Dünən, 17:30
“3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq? - İNCƏLƏMƏ
Dünən, 17:29
Ailəsinin 5 üzvünü öldürən Əhməd azadlığa buraxıla bilər - ŞOK AÇIQLAMA
Dünən, 17:24
“Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” - Aktrisadan illər sonra ETİRAF
Dünən, 17:22
"İran peçləri"ndəki təhlükə: - “Küləkli havalarda...”
Dünən, 17:16
Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA
Dünən, 17:14
Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil - AÇIQLAMA
Dünən, 17:11
Qərb Cənubi Qafqazda ilk “savaş”ına başlayır – Onu lider seçdilər
Dünən, 17:08
Əməkdar artist Nanənin prodüserini hədələdi: - "And içmişəm ki..."
Dünən, 17:07
Talıbovlara bağlı daha bir şirkət ləğv olunur - DETALLAR
Dünən, 17:05
Xalq artistinə ağır itki
Dünən, 17:00
Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA
Dünən, 16:59
ARDNF Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdıracaq
Dünən, 16:49
Zurabişvili saxtakarlığı ermənilərlə müqayisə etdi - “Bizdə buna belə deyirlər”
Dünən, 15:57
Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və ifadə vermək istəməyib - TƏFƏRRÜAT
Dünən, 15:55
Yumurtanın qiymətinin artmasının bir neçə səbəbi var - İqtisadçı
Dünən, 15:52
Zurabişvili: Seçkidə “erməni karuseli” işləyib - “Asoşeyted Press”
Dünən, 15:49
Gürcüstan bu gün: şərtlər, tələblər, gözləntilər - BİZƏ NƏ?
Dünən, 15:47
Bu universitet üçün daha bir korpusun inşasına başlanılır
Dünən, 15:45
Bakıda 100 min manat sərmayə ilə daha bir şirkət - TƏSİS EDİLİB
Dünən, 15:35
“MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb” – Allahverdi Aydın
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru