İsa Qəmbərlə Əli Kərimli susur, digərləri...
Tarix: 1-12-2018, 10:23 | Çap et
Gürcüstanda 28 noyabrda keçirilən prezident seçkilərindən 3 gün keçir. Seçkiyə və nəticələrinə Azərbaycanın müxalifət liderlərindən kimin necə reaksiya verdiyini araşdıran zaman bəlli oldu ki, İsa Qəmbər və Əli Kərimli heç bir münasibət bildirməyib. Hətta sosial şəbəkədə qısa bir statusla da olsa qonşu ölkədəki seçki haqda mövqe bildirməyiblər.
Müsavat başqanı Arif Hacılı da özünün sosial şəbəkədəki səhifəsində bu mövzu haqda yazmayıb. A.Hacılı Gürcüstanda seçkilərin rəsmi nəticələri açıqlanmamış, ilkin nəticələr bəlli olduqdan sonra Sevinc Osmanqızına internet üzərindən müsahibə verib. Müsahibədə A.Hacılının seçkinin nəticəsindən heç də məmnun qalmadığı hiss edilir: “Gürcüstanda hüquqi dövlətin bir çox atributları var. Seçki sistemi mövcuddur. Seçkilər əsasən demokratik, azad, ədalətli keçirilir. Müəyyən pozuntular olduğu bəzi məlumatlar var. Təəssüf ki, bu məlumatlar xüsusilə azərbaycanlıların yaşadığı ərazilərdən gəlir. Ancaq ümumən seçkilər yəqin ki, Gürcüstan əhalisinin gürcü xalqının iradəsini ifadə edən seçkilər olacaq. Bizim üçün əsas məsələ orada qadın və ya kişinin seçilməsi deyil. Biz bütün məsələlərdə olduğu kimi burada da Azərbaycanın mənafeyini düşünürük. İstər Qarabağ məsələsi, istər Gürcüstan-Azərbaycan münasibətləri barədə açıqlamalarda Qriqol Vaşadze daha çox Azərbaycanın mənafelərinə uyğun olan mövqe sərgiləyirdi. Qarabağ məsələsinə birmənalı münasibət bildirmişdi. Ümumiyyətlə, münasibətlərin dəyişməsi baxımından da bu namizəd daha uyğun görünürdü. Eyni zamanda Mixail Saakaşvilinin dəstəklədiyi namizəd idi. Belə bir namizədin seçilməsi orada siyasi qüvvələr arasında balans sistemi yaradardı. Bu da demokratiyanın qarantına çevrilərdi. Salome Zurabişvilini isə hakimiyyət müdafiə edirdi. Onun qələbə çalması üçün bir sıra dövlət resursları onun müdafiəsinə yönəlmişdi. İstənilən halda gürcü xalqı öz iradəsini ifadə etdi. Hesab etmirəm ki, bu seçkinin nəicəsindən asılı olaraq Gürcüstanda vəziyyət əsaslı şəkildə dəyişəcək. Çünki Gürcüstanda prezidentin xüsusi səlahiyyətləri yoxdur. Yəqin ki, əsas siyasi qüvvələr nisbətini müəyyənləşdirəcək seçkilər yaxın zamanlarda keçirilməsi planlaşdırılan parlament seçkiləri olacaq. Bu parlament seçkilərində əsl siyasi qüvvələr nisbəti müəyyənləşəcək”.
Bəs digər müxalifət təşkilatlarında Gürcüstan seçkiləri izləyibmi və nəticələrə münasibət necədir?
AĞ Partiyanın sədri Tural Abbaslı Gürcüstanda prezident seçkilərini diqqətlə izlədiklərini bildirdi: “Gürcülər normal seçki keçirdi. Düzdür, Azərbaycanda bir çoxları seçkilərdə kütləvi saxtakarlıq edildiyini iddia edir. Lakin mən qətiyyən bu fikirdə deyiləm. İkinci turda hakimiyyətin namizədini müxalifət namizədinə haradasa 20 faizə yaxın səs çoxluğu ilə qalib gəlməsi də saxtakarlıq ehtimalını azaldır. Bu yerdə iqtidar komandasının son anda iqtisadi sahədə etdiyi gedişi də dəyərləndirmək önəmlidir. Belə ki, iqtidar xalqın baklara olan borcunu öz öhdəsinə götürməklə bir anda 600 mindən çox seçicinin rəğbətini və səsini qazandı. İnsanlar artıq utopik şüarlara deyil, real addımlara və rifahlarına birbaşa təsir edən gedişlərə səs verirlər. Odur ki, gürcü xalqının seçiminə hörmətlə yanaşaraq qalib gəlmiş namizədi təbrik etmək lazımdır. Azərbaycanda bəzi dostlarımız və siyasilərin başqa bir iddiası da ondan ibarətdir ki, guya, Gürcüstanda İvanaşvillinin deyil, Saakaşvillinin namizədi qalib gəlsəydi bu bizdə də demokratik proseslərə təkan verəcəkdi. Mən bu fikirlə də razı deyiləm. Çünki elə bu Saakaşvilli bundan öncə də iki dönəm hakimiyyətdə olub, o zaman onun iqtidarda olması bizim demokratiyaya nə qazandırmışdı ki, indi də nə qazandıracaqdı?”
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu bildirdi ki, gələn məlumatlardan, verilən bəyanatlardan belə məlum olur ki, hakimiyyət resurslarından Salome Zurabişvilinin xeyrinə istifadə edilib. Bu da demokratik seçkiyə kölgə salıb: “Hesab edirəm ki, Gürcüstan Avropaya inteqrasiya yolunda yavaşıyacaq. Əgər parlament seçkilərini tezləşdirsələr və müxalifət yenə də uduzdurulacaqsa onda vəziyyət lap kritik ola bilər. Dünya demokratik dairələri Cənubi Qafqazın bu ölkəsində az-çox demokratik sistemə doğru gedən prosesə gərək dəstək dursun. Məncə, Saakaşvili tərəfdarları qarşıdan gələn parlament seçkisini udacaq. Ölkə ciddi mübarizə meydanına çevriləcək”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, Gürcüstanda baş verən hadisələr və seçkilər bizim üçün önəmlidir. Eyni zamanda həmin proseslərin təsiri Azərbaycanda özünü bu və ya digər şəkildə büruzə verir. “Postsovet məkanına xas olan hakimiyyətin inzibatı resurslarından istifadə burada da nəticələrə ciddi təsirini göstərdi. Vətəndaşların kredit borclarının silinməsi haqqında verilən vədlər, icra hakimiyyəti orqanlarının səsverməyə təsiri, seçicilərin pulla ələ alınması kimi qanun pozuntuları iqtidarın namizədinə böyük imkanlar yaratdı. Ola bilsin, xarici amillərin də təsiri oldu. Amma bütün bunlara baxmayaraq bir siyasi partiya olaraq Gürcüstanda hər hanı bir gərginliyin, qarşudurmanın baş verəcəyini qətiyyən arzulamırıq və rəsmi nəticələrə hörmətlə yanaşmalıyıq. Hesab edirəm ki, demokratiya yolunda müəyyən problemlər, maneələr yaransa da Gürcüstan tutduğu bu yoldan çətin ki dönə. Digər tərəfdən Gürcüstan parlamentli respublikaya keçib və prezidentin elə də geniş səlahiyyətləri yoxdur” deyə o bildirib. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|