"Biz nə ABŞ, nə də Rusiyadan torpaqların işğalı ilə bağlı qarantiya ala bilmirik" - Eldar Namazov
Tarix: 4-01-2019, 09:57 | Çap et
“Ermənilər daim iki qüvvə, ABŞ və Rusiya arasında manevrlər edib, vaxtaşırı ya bu, ya da o tərəfə öz maraqları naminə meyllənirlər. Vaxtilə ABŞ-ın təşəbbüsü ilə ”mərhələli plan" irəli sürüləndə ermənilər buna razılıq verən Petrosyan hakimiyyətini devirdilər və Qərblə münasibətlərini çox aşağı səviyyəyə saldılar, Rusiya ilə tam hərbi-siyasi inteqrasiya yolunu seçib “mərhələli plan” vasitəsilə işğal olunmuş ərazilərin azad olunmasından imtina etdilər. Ancaq vaxt gəldi, həmin planı Rusiya təklif etdi. “Lavrov planı” və sair deyilənlər hamısı “mərhələli plan”ın variantlarıdır".
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında bu fikirləri söylədi. Ermənistanın qərbmeylli rəhbərliyinin Rusiya ilə körpüləri bərpa etmək istiqamətində atdığı addımları şərh edən ekspert Qarabağ məsələsi ilə bağlı yaranmış durumu dəyərləndirərkən çox maraqlı detallara diqqət çəkdi: “Rusiya bunu təklif edəndə artıq ermənilər ABŞ-a meyllənməyə, pərdə arxasında Amerika ilə oynamağa başladılar. Elə bil bir tərəfdən rusları şantaj edirdilər, həm də yoxlayırdılar ki, bunlar işğal siyasətini davam etdirmək üçün ABŞ-dan dəstək ala bilərlərmi? Bu mənada Con Boltonun regiona səfəri və onun Ermənistanda verdiyi bəyanatlar çox mühüm bir rol oynayır. ABŞ bu məqamda çox düzgün və ağıllı bir yol seçdi. ABŞ-ın təhlükəsizlik məsələləri üzrə prezidentin köməkçisi bəyan etdi ki, Ermənistanın gələcəyi qonşularla münasibətləri düzəltməkdə, konfliktləri həll etməkdə, sərhədlərin açılmasında, iqtisadi əməkdaşlığın başlanmasındadır. Yəni ABŞ açıq şəkildə Paşinyan hakimiyyətinə dedi ki, bizi aldatmağa çalışmayın. Siz ya Rusiyanın, ya bizim yanımıza qaçırsınız, ancaq sizin məqsədiniz torpaqları işğal altında saxlamaqdır, bu da sizə gələcək üçün müsbət heç bir şey vəd etmir. ABŞ bununla bəyan etdi ki, sizin gələcəyiniz daha çox bizdən yox, Azərbaycanla barışıqdan, konfliktin həllindən asılıdır. Ermənilər yenə də ənənəvi oyunu oynamaq istəyirdilər ki, biz indi Rusiyadan uzaqlaşıb ABŞ-a yaxınlaşırıq, bunun əvəzində “Bu torpaqların işğalında siz bizə dəstək verə biləcəksinizmi" sualını qoyurdular. ABŞ dedi: “Yox, siz o torpaqların işğalında nə dəstək ala biləsəksiniz, nə də sizin ümidverici gələcəyiniz olacaq. Qonşularla barışın, konflikti həll edin, sizin inkişafınız üçün əsas məsələ budur!”
E.Namazov dedi ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan “iki daşın arasında” qalıb: “Nə Rusiya ona qarant durur ki, sən torpaqları işğal altında saxlaya biləcəksən, nə də ABŞ bu qarantiyanı verir. Söhbət ondan gedir ki, Ermənistanın daxilində bir çox məsələlərlə bağlı çox ciddi qarşıdurmalar, çox ağrılı proseslər hələ qabaqdadır. Mən əminəm, gec-tez artıq rəsmi mövqe açıqlanacaq ki, biz nə ABŞ, nə Rusiyadan torpaqların işğalı ilə bağlı qarantiya ala bilmirik. Hər kəs deyir ki, siz Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmalısınız. Fərq yalnız ondan ibarətdir ki, ABŞ deyir bu, beynəlxalq vasitəçilik prinsipi əsasında qurulsun və konfliktin həlli, sülh prosesi ilə bağlı bölgəyə gətirilən sülhməramlı qüvvələr çoxmilli qüvvələr olsun. Rusiya isə istəyir ki, münaqişəni öz təsiri altında saxlamaq üçün həmin o qüvvələrin formalaşması prosesində əsas rol oynasın və bütün əsas moderatorluğu öz boynuna götürsün, burada nüfuzunu artırsın. Fərq yalnız bundadır: kim bu prosesə moderatorluq edəcək və öz təsirini artıracaq, ABŞ, yoxsa Rusiya. Ancaq prosesin özünün məzmunu eynidir: işğal olunmuş torpaqlar azad olunmalıdır”.
Ermənistanın hərbi eksperti Van Ambarsumyan yerli mətbuata müsahibəsində bu ilin yaz və ya yay aylarında, yəni hava şərtlərinin yol verdiyi şəraitdə Azərbaycanın Dağlıq Qarabağda tammiqyaslı hərbi əməliyyatlara başlayacağını iddia edib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri artıq Dağlıq Qarabağ istiqamətində mövqelərini daha da önə çəkib. “Bütün il ərzində Azərbaycan Silahlı Qüvvələrinin daşınan artilleriyadan tutmuş, yaylım atəşli reaktiv sistem, piyadaların döyüş maşınları, zirehli transportyorlar və əsas döyüş tanklarına qədər quru hərbi texnikasını təmas xəttinə gətirdiyi barədə xəbərlər gəlib. Cəbhə xəttinə olduqca böyük qüvvələr cəmlənib. Bu qoşunlar hələ də mövqelərdən çəkilməyib. Daha doğrusu, onlar daimi dislokasiya yerlərinə geri qayıtmaq yerinə ön sədlərdə qalmaqda davam ediblər”, - deyə erməni ekspert söyləyib. Van Ambarsumyan Azərbaycanın Ermənistanın Tavuş rayonu ilə sərhəddə N saylı hərbi briqadasını döyüş mövqelərindən çəkdiyinə və həmin mövqelərin bundan sonra Dövlət Sərhəd Xidmətinin qoşunları tərəfindən qorunacağı barədə xəbərlərə diqqət çəkib. Onun fikrincə, Azərbaycan Milli Ordusunun həmin hissəsi Qarabağ istiqamətinə göndərilib. “Öz gücünə və silahlanma qabiliyyətinə görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti kiçik Müdafiə Nazirliyini, ordu içində ordunu xatırladır”, - deyə Van Ambarsumyan bildirib. “Fikirləşirəm ki, hər şey yayın sonlarında başlanacaq. Qışda döyüşmək asan deyil. Həmin fəsildə dizel yanacağını gündə ən azı 2 dəfə işə salmaq lazımdır. Lakin qış aylarında da diverisya-kəşfiyyat növündə xırda toqquşmalar ola bilər”, - deyə Ambarsumyan sonda qeyd edib.
E.Namazov Qazax və Ağstafa istiqamətində Müdafiə Nazirliyinin şəxsi heyətinin əvəzinə Dövlət Sərhəd Xidmətinin qüvvələrinin yerləşdirilməsini də təsadüfi saymadı: “Bu, Qarabağda çox ciddi, çox güclü hərbi əməliyyat keçirmək üçün Azərbaycan ordusunun imkanlarını tam səfərbər etməyə imkan yaradır. Aprel döyüşləri zamanı hansı mənzərə yarandı? Azərbaycan çox məhdud qoşun hissələri, çox məhdud hərbi imkanları ilə hər iki istiqamətdə çox asanlıqla ”Ohanyan müdafiə səddi"ni yardı. Təmas xətti yarılandan sonra yüksəkliklər əldə olundu. Ondan sonra isə açılan dəhlizlərə bir neçə korpus daxil olsaydı, bu, artıq kəşfiyyat döyüşü olmayacaqdı, Qarabağın azad edilməsinə yönəlik böyük bir hərbi əməliyyat olacaqdı. Ancaq mən belə güman edirəm ki, o vaxt bu, sadəcə, kəşfiyyat xarakterli döyüşlər idi. Həmin o böyük hərbi planı isə adətən kəşfiyyat döyüşləri əsasında hazırlayırlar. Rəqibin gücünü, imkanlarını daha dəqiq müəyyənləşdirmək üçün kəşfiyyat döyüşünü aparırlar və onun nəticələri əsasında daha böyük hərbi əməliyyat planını tuturlar. Artıq orda təkcə cəbhəni yarmaq yox, açılan dəhlizlərə ən azı korpusların daxil olmasını təmin etmək lazım gəlir. O zaman hərbi əməliyyatlar son nəticəyə kimi aparılmalıdır".
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri əlavə etdi ki, bütün bunların fonunda erməni tərəfinin narahatlığı anlaşılandır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
|