Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                 

“Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur” - deputat
Tarix: 11-01-2019, 08:33 | Çap et
“Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur”
Qardaş Türkiyə Azərbaycanın FETÖ qruplaşmasını terror təşkilatı kimi tanıyacağına ümid edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ayın sonlarında bununla bağlı dediyi fikirlər məsələni daha da aktuallaşdırıb.

Xatırlatma üçün bildirək ki, Ərdoğan həmin açıqlamaları Pakistanın FETÖ-nü terror təşkilatı kimi rəsmən tanıma qərarından sonra vermişdi.

Həmin fikirlərdən sitat: “FETÖ-nün bir terror təşkilatı olduğunu Pakistan da bildirdi. Bundan sonrakı prosesdə Pakistanda bağlanan FETÖ məktəbləri vəqfimizə təhvil veriləcək. İndi bu proses başlayır. Eyni zamanda Azərbaycanda da bəzi müsbət irəliləyişlər var. Ola bilsin ki, onların da bu məsələ ilə bağlı müjdələrini bu axşam, ya da sabah sizlərə verə bilərik”.

Qeyd edək ki, indiyə qədər Azərbaycanın hansı təşkilatları terror təşkilatı kimi tanıdığı yönündə müxtəlif fikirlər səslənir. Zaman-zaman PKK-nın terror təşkilatı kimi ölkəmizdə tanınmaması ciddi qınaq, tənqid obyekti olub. Hazırda da bu belədir. Sanki rəsmi Bakı təşkilatları terror təşkilatı kimi tanımağa risk etmir. FETÖ ilə bağlı yaranan buna bənzər situasiyanın davam edəcəyi ehtimal edilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a bunları dedi: “Azərbaycan hər zaman Türkiyənin yanında olub. Bu ölkənin düşməni düşmənimiz, dostu da dostumuzdur. Xatırlayırsınızsa, prezidentimiz toplantıların birində bildirmişdi ki, Türkiyə tərəfi yoxdur, mən buradayam. Taleyimiz, düşmənlərimiz eynidir. O mənada Türkiyəyə qarşı hər hansı bir formada mübarizə aparılırsa, bu bütün türk dünyasına, o cümlədən Azərbaycana qarşı aparılan mübarizə sayılmalıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti tərəfindən bu məsələ müzakirə edilib, o çağırışa müsbət cavab verilə bilər. Hesab etmirəm ki, bu, qanunvericilik baxımından təsbit olunmalıdır. Amma təşəbbüs olaraq parlamentdə səsləndirilə bilər. Ehtiyac olarsa, təbii ki, bu məsələni qaldırarıq. Terror bir regiona, ölkəyə qarşı sərgilənən davranış deyil. Onun milləti, dövləti olmur.

Dünyanın harasında olursa-olsun, terror təşkilatı varsa, onun törətdiyi hadisələr istənilən dövlətdə görünə bilər, o cümlədən də Azərbaycanda. Başqa bir məsələ var ki, əgər Azərbaycan dost bir ölkənin müqəddəratı ilə bağlı bir addım atırsa, bununla əlaqədar ortada müəyyən risklər varsa, Azərbaycan heç bir tərəddüd etmədən belə riskləri göz önünə ala bilər. Azərbaycanın hüquq-mühafizə orqanları o gücdədir ki, belə təşkilatlar ölkəmizə zərər edə bilməyiblər. Azərbaycanın konkret olaraq hansı təşkilatları terror təşkilatı kimi tanıması ilə bağlı siyahının olmasının şahidi deyiləm. Amma hesab edirəm ki, Azərbaycan tərəfin o iradəsi var ki, dünyanın harasında olursa-olsun, terror törədən istənilən qrupa qarşı mübarizədə əməkdaşlıq edir, istər İnterpol, istərsə də digər başqa qurumlar daxilində olsun. Açığı, deyə bilmərəm ki, rəsmən tanıma düsturu lazımdır ya yox. Amma əgər bir təşkilat terror fəaliyyəti ilə məşğul olursa, Azərbaycan o təşkilata qarşı lazımi mübarizəsini aparır. Ölkəmizin terror təşkilatlarını rəsmən terror təşkilatı kimi tanımağa risk etmədiyi yönündə düşüncələr tamamilə yanlışdır. Əgər bir terror təşkilatı varsa, Azərbaycan və ya başqa bir dövlət bu təşkilatı qanuni qurum kimi tanıyırsa, bu qəbahət sayıla bilər. Amma terror təşkilatı varsa, mütləq bu terror təşkilatını tanıma haqqında qanun qəbul olunması və rəsmən tanınması bir zərurətdir kimi beynəlxalq hüquqda belə bir tələb yoxdur. Azərbaycan qanunçuluğunda terrora, hətta onu maliyyələşdirənlərə qarşı qanunlar var. Rusiyada indiyə qədər kürd terror təşkilatlarının ofisləri bağlanmayıb, bu təşkilatın rəhbərləri ilə Bəşər Əsəd rejiminin rəhbərliyi arasında vasitəçilik olub. Belə şeylər qəbahət sayıla bilər”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: “PKK ilə bağlı da təqribi mövqeyimiz bu şəkildədir. Amma Xarici İşlər Nazirliyi onun giriş-çıxışı ilə əlaqədar terror təşkilatı ilə bağlı bəyanat verə və mövqeyini bildirə bilər. Bizdə daha çox bununla bağlı xüsusi qərarlar qəbul olunmur. Çünki xatırlayırsınızsa, vaxtilə PKK ilə bağlı ciddi tələb var idi. Amma bu tələb xüsusi bir parlament qərarı ilə həyata keçirilmədi. Lakin Xarici İşlər Nazirliyi terror təşkilatı kimi tanıya bilər. Həmçinin onun ölkədəki fəaliyyətinin qadağan olunması istiqamətində addımların atılması mümkündür. Əgər Türkiyə maraqlarına uyğun fəaliyyət göstərmirlərsə, hansısa bir problem varsa, bunu qaldırmaq olar. Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Çalışmalıyıq ki, Türkiyəyə qarşı hər hansı bir mübarizə varsa və qardaş ölkə bununla bağlı hər hansı bir addımlar atırsa, onun yanında olaq. Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur. Əgər beynəlxalq qurumlar tərəfindən terror təşkilatı kimi tanınırsa, Azərbaycan da müvafiq konvensiyaya uyğun şəkildə onlara münasibət sərgiləyə bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru