"Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm" - deputat
Tarix: 17-01-2019, 11:03 | Çap et
Rusiya dünyada aparıcı dövlət olmaqla yanaşı, Cənubi Qafqaz bölgəsində təsirini saxlamağa çalışır. Ermənistanla münasibətlərində soyuqluq açıq şəkildə nəzərə çarpan şimal qonşumuzun Azərbaycanla əlaqələri kifayət qədər normaldır. Amma bu əlaqələrə xələl gətirmək istəyənlər tez-taz ortaya çıxır, “xaric” oxuyurlar. Necə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu günlərdə növbəti dəfə anti-Azərbaycan mövqeyi sərgilədi. Özü də bu ayın sonlarında Azərbaycan və Rusiyanın deputatları arasında Rusiya Dövlət Dumasında parlament konfransı keçirmək nəzərdə tutulur. Tədbir çərçivəsində ikitərəfli yüksək səviyyəli parlamentlərarası komissiya yaratmaq barədə sənədin imzalanacağı da gözlənilir. Xatırladaq ki, belə bir komissiyanı yaratmaq təklifi ötən il iyun ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Dövlət Dumasının sədri Viaçeslav Volodin tərəfindən irəli sürülmüşdü. Maraqlıdır ki, Zaxarovanın ermənipərəstliyi məhz bu dövrdə baş qaldırdı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli ilə söhbətimiz də Rusiya-Azərbaycan münasibətləri, Qarabağ məsələsinin həll perspektivləri ilə bağlıdır.
- Əli bəy, Zaxarovanın son açıqlamasını necə şərh edərdiniz? Bu, onun özfəaliyyətidir, yoxsa Rusiya dövlətinin siyasətini nümayiş etdirir?
- Bu məsələ ilə bağlı Azərbaycan XİN-in mətbuat xidmətinin mövqeyi olub. Həqiqətən də Zaxarovanın çıxışı Rusiyanın dövlət olaraq rəsmi mövqeyi ola bilməz. Çünki bu siyasəti Azərbaycan və Rusiyanın prezidentləri müəyyən edir, Zaxarova yox. Ümumiyyətlə, Dövlət Dumasında hər hansı açıqlamaları, hansısa bir ictimai-siyasi şəxsin fikirləri indiki şəraitdə müəyyən olunmuş siyasətə təsir edə bilməz. Hər iki tərəfdən ara-sıra belə açıqlamalar olur. Azərbaycanda da rusdili, Rusiya ilə bağlı açıqlamalar olub. Parlamentdə də belə fikirlər səslənib, amma bunlar rəsmi mövqe deyil, hətta biz bunları tənqid etmişik. Rusiya dövləti erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlişinə bizim yasaq qoymağımızla bağlı məsələni qaldırarkən ilk baxışdan belə təəssürat yaranır ki, guya Zaxarova Rusiya vətəndaşlarının marağını qoruyur. Ancaq bu məsələdə həm yanılırlar, həm də riyakarlıq edirlər. Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm. Demişəm ki, yaxşı, siz erməni əsilli Rusiya vətəndaşlarının maraqlarını qoruyursunuz, bəs nə üçün Azərbaycan əsilli Rusiya vətəndaşlarının tarixi vətənlərinə, İrəvana, Ermənistana getməyinə ermənilər tərəfindən qoyulan qadağaya münasibət bildirmirsiniz? Gördük ki, onlarda heç bununla bağlı tam təəssürat, məlumat yoxdur. Ermənistandan azərbaycanlıların deportasiyası baş verib, yüz minlərlə insan öz yurdlarını tərk edib. Onların böyük bir hissəsi Azərbaycanda məskunlaşıb, bir hissəsi də Rusiyaya köçüb və Rusiya vətəndaşıdır. Yəni bu yanaşmada ikili yanaşma və riyakarlıq var. İkincisi, əgər onlar Rusiya vətəndaşlarından danışırlarsa, onda Dilqəm Əsgərovla bağlı da bəyanat vermək lazımdır. Yəni ədalətli görünsünlər. Mən nə üçün deyirəm bu məsələdə riyakarlığa yol verirlər? Çünki bu məlumatlar rəsmi şəxslərə məlumdur. Ola bilər ki, Rusiyanın sadə vətəndaşı bunu bilməsin. Amma rəsmilər bilirlər. Ona görə də bu məsələyə bizim XİN-in adekvat reaksiyası olub. Bir daha vurğulamaq istəyirəm, bu, yaranmış situasiyadan dolayısı istifadə etməkdir. Rəsmi münasibətlərə bu kimi hallar heç zaman təsir edə bilməz. Çünki əsas məsələlər üzrə tam aydınlıq mövcuddur və bu siyasəti prezidentlər müəyyənləşdirib. Bütün dövlət orqanları da müəyyən olunmuş siyasəti, sadəcə, icra etməlidir. Bu halda isə biz ikili standart və riyakarlıq görürük.
- Rusiya ilə Ermənistan arasındakı münasibətlərdən fərqli olaraq, Bakı ilə Moskva arasındakı münasibətlər kifayət qədər yaxşı təsir bağışlayır. Bütün bu əlaqələr, münasibətlər bizi əsas hədəfimizə çatdıracaqmı, Qarabağa aparacaqmı? Sizin kifayət qədər informasiyalara malik olduğunuzu demək olar. Bu mənada perspektivlər barədə nə deyə bilərsiniz, 2019-cu ildə Qarabağla bağlı nə gözləyək?
- Mən bu məsələyə Azərbaycan-Rusiya münasibətləri kontekstində cavab verə bilərəm. Çünki çox geniş sualdır. Mən bilirəm ki, Dağlıq Qarabağla bağlı, gözləntilər haqqında bizim xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamaları olmuşdu. Hesab edirəm ki, onlar təsadüfi deyil. Ümumiyyətlə, bizim xarici siyasətimiz də bu məsələ əsas rol oynayır və əminəm ki, orada müəyyən pozitiv ruh mövcuddur, pozitiv proseslər gedir. Amma təbii ki, mən detallardan məlumatsızam. Birincisi, qeyd edim ki, biz cəmiyyət olaraq Azərbaycan-Rusiya münasibətlərinə təkcə Ermənistan-Rusiya tarixi münasibətləri kontekstindən və Dağlıq Qarabağ konflikti kontekstindən yanaşmamalıyıq. Bu, yanlış yanaşma olar və bizi yanlış hədəfə aparıb çıxara bilər. Rusiyada və Rusiyanın tərkib hissəsi olan məsələn, Dağıstanda bizim yüz minlərlə soydaşımız tarixən, yüz illərdir yaşayır. İkinci Dünya müharibəsindən sonra, əsas etibarilə urbanizasiya prosesi başlayandan dövrdən SSRİ-də, xüsusən Sibirdə neft yataqlarının kəşfi prosesində, sonra 60, 70, 80-ci illərdə bizim gənclərimizin də SSRİ-nin, o cümlədən Rusiyanın ali təhsil ocaqlarında təhsil almağa yönəlməsi prosesindən başlayaraq isə yüz minlərlə azərbaycanlı artıq son 30-40 ildə orada yaşamağa başladı. Yəni tarixən orada yaşamış insanlar... Azərbaycan xanlıqlarının ərazisində olmuş torpaqlarda, Dərbənd bölgəsindən, Gürcüstandakı Borçalıda yaşayanlardan söhbət gedir. Bu, bir tarixdir. Bir də var müasir, bizim duyduğumuz, hiss etdiyimiz tarix, son 50 ilin tarixi. Sonrakı mərhələdə, 90-cı illərin əvvəllərində ölkə çox ağır iqtisadi durumda olanda da azərbaycanlıların bir hissəsi yenə də iş axtarmaq üçün Rusiya, Ukrayna və s. ölkələrə üz tutdular. İndi təsəvvür edin ki, Rusiyadakı soydaşlarımızdan danışanda milyon rəqəmindən bəhs edirik. Həm orada vətəndaş olaraq, həm də miqrant olaraq, müvəqqəti çalışanlardan söhbət gedir. O baxımdan belə bir situasiyada, əhali mübadiləsi prosesində təbii ki, bizim Rusiya ilə münasibətlərimiz artıq normal olmalıdır. Çünki axı Rusiya vətəndaşı olan bizim yüz minlərlə soydaşımız var. Deyək ki, Rusiyaya sanksiya tətbiq olunanda oradakı azərbaycanlıya da zərbə dəyir. Bax, bu baxımdan qeyd etmək istəyirəm ki, gərək biz ictimai fikirdə Azərbaycan-Rusiya münasibətlərinə təkcə konflikt kontekstindən baxmayaq.
- Maraqlı, həm də birmənalı qəbul olunmayacaq yanaşmadır...
- Baxmayaraq ki, Dağlıq Qarabağ konflikti, torpaqlarımızın işğalı məsələsi bizim üçün ən vacib məsələdir. Bu, bəlkə yeganə məsələdir ki, həll olunmayıb. Biz müxtəlif misallar çəkə, hansısa sosial problemdən bəhs edə bilərik. Amma ən fundamental məsələ bu münaqişənin həllidir. Ona görə də bir daha qeyd edirəm ki, biz bu münasibətlərə təkcə Dağlıq Qarabağ münaqişəsi konteksindən baxmamalıyıq. Əks təqdirdə, biz öz soydaşlarımıza hörmətsizlik etmiş olarıq. Siz jurnalist olaraq, yaxud əhalimiz gərək bu məsələyə orada yaşayan soydaşlarımızın gözü ilə baxasınız. Konkret misal çəkim. Bir neçə il bundan əvvəl ticarət obyektlərindəki azərbaycanlılara münasibətlər, konfliktlər və s. də baxın, indiyə də. Münasibət xeyli dəyişib. Hesab edirəm ki, indi Rusiyada qanuna riayət edən azərbaycanlıların bu sistemdə çalışmaları, yaşamaları ilə bağlı hər hansı bir ciddi problem mövcud deyil.
- Mövcud durumu Azərbaycanın şansı kimi dəyərləndirənlər də az deyil. Siz necə düşünürsünüz?
- Bax, bu, yeni siyasət ki, yaranıb, burada artıq Ermənistanın rolu əhəmiyyətsiz olmağa başlayıb. Çünki ənənəvi olaraq Rusiya-Ermənistan münasibətindən danışılsa, cəhdlər olacaq ki, pozitivlik davam etsin. Amma bunu həyata keçirmək mümkün deyil. Çünki Ermənistanın iqtisadi olaraq, bir dövlət olaraq bölgədə rolu yoxdur. Bölgədə rolu olan dövlətlər ənənəvi Türkiyədir, İrandır, indi də Azərbaycan. Artıq belə bir situasiya yaranıb. Üstəgəl, Ermənistanın başında indiki yox, başqa rəhbərlik olsa belə, vəziyyət dəyişməyəcək. Çünki bir sıra politoloqlar vəziyyəti belə izah edirlər ki, Ermənistanda qərbyönümlü adamlar hakimiyyətə gəlib, ona görə münasibətlər pozulub və s. Ola bilsin sabah rusiyayönümlü şəxslər bu ölkədə hakimiyyətə gəlsin. Amma bu, artıq vəziyyətə ciddi təsir edə bilməz. Ona görə ki, bölgədə həyata keçirilən layihələr artıq bölgənin aparıcı ölkələrinin - Azərbaycan, Türkiyə, İranın iştirakı ilə həyata keçirilir. Bax, bu baxımdan Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi deyil və yaxın dövrlərdə də olmayacaq. Bəli. Yaranmış bu situasiya şərait yaradır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bir irəliləyiş olsun. Nə üçün? Ənənəvi yanaşma belədir ki, bu konfliktlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Rusiya tərəfindən yaradılıb, bölgəyə nəzarət oluna bilsin, hər halda, belə düşünülür. İstisna deyil ki, zamanında, yəni 1988-93-cü illərdə məsələ belə idi. Bu məsələ ilə bağlı mənim çox açıq yanaşmam var. 1992-ci ildə bizdə də hakimiyyətdəki şəxslərin bölgə, xarici siyasətlə bağlı öz yanaşmaları olub. Ölkəni nə vəziyyətə qoyublar, məlumdur. Azərbaycan-İran münasibətləri... Mənim üçün həmişə bu məsələ suallar yaradıb: nə üçün münasibətlər problemli olmalıdır? İndi görürsünüz, necə yüksək səviyyədədir, cənab prezident o siyasəti həyata keçirdi. - Amma 1990-cı ilin yanvar hadisəsini də unutmayaq...
- Yox, mən demək istəyirəm ki, o dövrdəki adamların, o dövrdəki hakimiyyətin siyasətinin məsuliyyətini biz daşımırıq. Bu baxımdan 90-cı illərin əvvəllərində Rusiya hakimiyyətində olmuş şəxslər, Qorbaçov, Yeltsin və o hərbi maşının da məsuliyyətini bugünkü Rusiya siyasi elitasının üzərinə daşımaq da düzgün deyil. Demək istəyirəm ki, siyasi liderlər dəyişib, onlar tamamilə yeni bir siyasət həyata keçirirlər. Bu siyasətdə vacib bir məqam ondan ibarətdir ki, Cənubi Qafqazda, məhz Ermənistan-Azərbaycan münasibətində bu münaqişənin həlli üçün pozitiv addımlar atılsın. Onda burada ortaya sual çıxır ki, pozitiv addım deyiləndə kim, nəyi başa düşür? Bizim üçün o işğal olunmuş ərazilərin azad olunmasıdır. Ermənilərsə çalışır ki, Dağlıq Qarabağa “müstəqillik” əldə etsinlər və orda ikinci erməni dövləti yaradılsın. Amma son dövrlər səslənən fikirlər, verilən mesajlar birmənalı şəkildə onu göstərir ki, bu konfliktin həlli ancaq Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması prosesi başlayanda pozitivə doğru gedə bilər. O cümlədən Rusiya ilə ittifaqda olan Belarusun prezidenti Aleksandr Lukaşenkonun son dövrdə verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər Ermənistanı çıxmaq şərti ilə, əslində KTMT müqaviləsi üzvü olan ölkələrin də mövqeyidir. Mən bu prosesdə bir pozitivlik görürəm və hesab edirəm ki, indi yaranmış situasiya cənab prezidentin xarici siyasətdə qonşularla həyata keçirdiyi siyasətin, aparılan işlərin çox pozitiv nəticəsidir. İkincisi isə Xəzərin hüquqi statusu ilə bağlı əldə olunmuş razılıq, imzalanmış saziş də bunun göstəricisidir ki, bölgədə türkdilli, müsəlman ölkələri ilə - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycanla Rusiyanın çox səmərəli əməkdaşlığı yaranıb və bu, ancaq Azərbaycanın, eyni zamanda Dağlıq Qarabağ konfliktinin həlli üçün bizim faydamıza yaranmış müsbət bir situasiyadır. Əminəm ki, dövlətimiz də, xalqımız da, cəmiyyətimiz də bu situasiyanı müsbət dəyərləndirir. Biz bunu daha çox politoloqlardan eşidirik. Ümidvaram ki, güclü ordusu olan ölkə qonşularla bu cür xarici siyasətlə mütləq yaxın dövrdə nəticə əldə edəcək. Bu, yaranmış ən uğurlu tarixi şəraitdir.
- Bunu həm də informasiya hesab edəkmi?
- Olsun...(gülür) “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|