“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                 

“Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur” - deputat
Tarix: 19-01-2019, 11:16 | Çap et
“Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur”
Milli Məclisin daxili nizamnaməsinə dəyişiklər prezidentin qanunu imzalamasından sonra qüvvəyə mindi. Azərbaycan Respublikası prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ilə müsahibəmizdə əvvəlcə deputatların bəzilərinin narahatlığına səbəb olan bu qanunla bağlı danışdıq. Həmçinin Əfv Komissiyasının üzvündən son günlərin ən aktual məsələlərindən biri barədə suallara da cavablar aldıq.

- Məlahət xanım, prezidentin imzalamasından sonra artıq parlamentdən kənar fəaliyyətdə də nizam-intizamlı olmaq tələbi qoyulacaq. Parlamentin kənarında yol verilmiş hansısa artıq hərəkət, fəaliyyət də deputatlara məsuliyyət yaradacaq.

Qanun qüvvəyə mindi. Siz parlamenti bundan sonra necə təsəvvür edirsiniz?

- Çox maraqlı, həm də son zamanlar haqqında ən çox danışılan məsələyə toxundunuz. Şəxsən mən belə bir qanunu alqışlayıram və dəstəkləyirəm. Sovet vaxtı “əxlaq kodeksi” ifadəsi var idi. Mənim düşüncəmə görə, vəzifəsindən, yaşından, tutduğu mövqeyindən asılı olmayaraq, heç kəsə icazə verilməməlidir ki, başqasına qarşı “əxlaq kodeksi”, intizam, ədəb qaydalarını pozsun, xalqımızın diliylə desək, milli dəyərlərimizdən kənara çıxsın. Kimsə nazirdirsə, millət vəkilidirsə, yaxud hansısa statusa malik məmurdursa, bu, o demək deyil ki, istədiyi kimi danışa, hərəkət edə bilər. Bu qanun mübahisələrə səbəb oldu, bəziləri dedi ziddiyyətlidir, dünyada bunun analoqu yoxdur və s. Bəzi məsələlərdə biz dünyada analoq axtarmamalıyıq. İstənilən halda burada boşluq var idi. Yəni millət vəkili 5 illik seçilibsə, deməli, toxunulmazdır, o, nə istəsə, edə, nə istəyir danışa bilər? Açığı, mən bunun əleyhinəyəm. Bir də ki, insan öz-özünü deyək ki, ictimaiyyətin qoyduğu əxlaq kodeksi, intizam qaydaları çərçivəsində idarə edə, insan şüurlu olaraq o çərçivədə özünün hər bir fəaliyyətinə, nəfsinə, əməlinə nəzarət edə bilirsə, biz belə qanunlardan niyə qorxuruq? Bu dəyişiklər müzakirə olunanda bir növ qorxu var idi, sanki bu qanun qəbul olunsa, deputat artıq mandatından məhrum ediləcək. Mən belə hesab eləmirəm. Millət vəkili 50 minə yaxın seçicinin səsi ilə o mandatı qazanır. Sözsüz ki, partiya üzvü olan millət vəkili eyni zamanda mənsub olduğu partiyanın da məsuliyyətini daşıyır. Çünki partiyanın səlahiyyətli orqanının etimad qərarı olmasa, onun namizədliyi irəli sürülmür. Təbii ki, onun üzərində həm seçicilərin məsuliyyəti var, həm də mənsub olduğu partiyanın. Bu mənada dairədəki 50 minə yaxın seçicinin səsini qazanmış deputat bunu başa düşməli və çalışmalıdır ki, öz elektoratının, seçki dairəsinin adına xələl gətirməsin.

- Bu günlərdə sizin deputat həmkarınız Araz Əlizadənin bloger Mehman Hüseynovla bağlı təhqiramiz fikirlərinə sərt reaksiyanız olmuşdu. Artıq qanun qüvvəyə minəndən sonra deputatlardan kimsə bu kimi mövqelər səsləndirə bilərmi?

- Hesab edirəm ki, hətta qanun qəbul olunmamışdan əvvəl də belə yanaşmalar olmamalı idi. Çox yaxşı oldu ki, qanun qəbul olundu. Qanunun qəbul olunması artıq normadır. Qanun da alidir, hər kəs qanunun aliliyinə hörmət etməlidir. Hesab edirəm ki, bu, hər kəs üçün bir mesajdır. Qanun qəbul edilib ki, ona əməl olunsun. Parlamentli ölkələrdə parlament daha çox səlahiyyətlərə malikdir. Yəni bir növ parlamentarlar özləri qanunun həyata keçirilməsinin dərəcəsinə nəzarət etməlidir, bir növ qanunun icrasının monitorinqini aparmalıdır. İndiki halda bu qanunun işləməsinə təkcə millət vəkilləri yox, həm də ictimaiyyət nəzarət etməlidir. Biz onu qəbul etmişik, qanunun subyekti bizik, millət vəkilləridir. Lakin ictimaiyyət də nəzarət etməlidir.

- Yəni hansısa deputat kənarda hansısa neqativlərə yox versə, yanlış, etikadan kənar davranışlara yol versə, ictimaiyyət nümayəndələri bu barədə məlumat verməlidir?

- Bir çox ölkələrin parlamentlərində baş verən hadisələri tez-tez müşahidə edirik. Allaha şükür olsun ki, Azərbaycan parlamentində elə vəziyyət yoxdur. Milli Məclisi həmin parlamentlərlə müqayisə edəndə görürük ki, bizim parlamentimizdə elə hadisələr nadir hallarda olur. Hesab edirəm ki, qəbul etdiyimiz bu qanun gələcəkdə dəyərlərimizə daha ciddi sahiblənməyimizə, qeyri-qanuni davranışlardan uzaq olmağımıza imkan verəcək.

- Növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərlər barədə nə deyə bilərsiniz? Sədri olduğunuz YAP Nəsimi təşkilatında seçki hazırlıqlarına başlanılıbmı?

- Mənə elə gəlir ki, bu, əsası olmayan söz-söhbətdir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün birincisi, heç bir zərurət yoxdur. İkincisi də bu yaxınlarda partiyamızın icra katibinin müavini Siyavuş Novruzov çox yaxşı şərh vermişdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əvvəlcə referendumla konstitusiyamızda dəyişiklik olmalıdır. Ona görə də bilmirəm ki, bu məlumat hardan qaynaqlanır. Bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur. Sadəcə olaraq bu il YAP bələdiyyə seçkilərinə hazırlaşacaq.

- Həbsdəki bloger Mehman Hüseynovla bağlı gedən prosesin sonunda Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi. Bu ay AŞ PA-da da bənzər müzakirələrin keçiriləcəyi deyilir. Ən çox səslənən sual budur ki, uzun müddətdir həbsdə olan bu gənci daha artıq müddətdə həbsdə saxlayıb da, ölkəmizə qarşı təzyiqlərə bəhanə yaratmaq nəyə lazımdır? Siz Əfv Komissiyasının üzvü kimi bununla bağlı nə deyə bilərsiniz?

- Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Amma hər kəsin hüququnun sərhədi başqasının hüququnun sərhədinə qədərdir. Yəni kimsə “hüququmdur” deyirsə, bununla başqasının hüququnu pozmamalıdır. Eləcə də kim olur-olsun. Adı, soyadı, vəzifəsinin fərqi yoxdur. Birincisi, düşünürəm ki, hüquq-mühafizə orqanları, məhkəmə həmişəki kimi, bu dəfə də işə obyektiv, ədalətli baxacaq. Hökumətimiz həmişə belə məsələlərdə çox humanist davranır. Artıq 20 ildən artıqdır Azərbaycanda Əfv Komissiyası var. Hələ ulu öndər Heydər Əliyevin vaxtından, bu gün də fəaliyyətini davam etdirir. Parlamentdə dəfələrlə amnistiya haqqında qərarlar qəbul olunub. Elə son illərdə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan qərarlar minlərlə məhkuma şamil olunub. Möhtərəm prezidentimiz Heydər Əliyevə qarşı sui-qəsd hazırlayan şəxsləri, vətən xaini olanları, dövlət çevrilişində əli olan insanları əfv etdi. Düzdür, Ələkrəm Hümbətov kimi bəzi şəxslər vətəndaşlıqdan çıxarılmaqla əfv olundu.

Amma ümumilikdə demək istəyirəm ki, ən ağır cinayətlər törətmiş insanların əfv olunması ilə bağlı dövlətin iradəsi var. Bilirsiniz ki, hər il Əfv Komissiyasının iclasları keçirilir, yüzlərlə məhkumlar prezidentin fərmanı ilə əfv olunur. Bu faktlar demək üçün yetərlidir ki, günahsız insanların tutulması müzakirə mövzusu ola bilməz. Üstəlik, hansısa cinayət törətməmiş, qanunları pozmayan insanların həbsi hüquq mühafizə orqanlarının marağında deyil. Mehman Hüseynovun məsələsini niyə belə şouya çevirirlər, bu da məlum deyil. Ola bilər ki, Azərbaycandan kənar qüvvələr bunu bir şouya, Azərbaycana təzyiq metoduna çeviriblər. Əvvəllər biz buna “ikili standart” deyirdik. Artıq dünyada, beynəlxalq təşkilatlarda özlərini demokratik dəyərlər yaradıcısı, qurucusu hesab edən dövlətlərin “ikili standart”dan riyakarlıq standartlarına keçdiyini görürük. Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı “ikili standart”ın göstəricisidir. Biz neçə aydır Fransada baş verənləri - mitinqçilərə polisin zorakılığını, şiddətini də gördük.

Həmin mitinqçilərdə insan öldü. Avropa ölkəsində törədilən bu zorakılıqların, polisin aksiyaçılara qarşı törətdiyi bu şiddətin yüzdə biri, mində biri Azərbaycanda olsaydı, bütün dünya ölkəmizin üzərinə gələrdi. Amma bu olayları beynəlxalq mətbuatda heç geniş işıqlandırmadılar, hansı ki zorakılıqlar hələ də davam edir. Orta Şərqdəki hadisələr, Avropada miqrantlara qarşı qeyri-insani münasibəti həmin dairələr sanki görmürlər. Amma Azərbaycanda mikroskopla, lupa ilə hansısa proses axtarırlar ki, öz media orqanlarında tirajlasınlar. Yaxud bir çox aparıcı ölkələrin “Washington Post”un jurnalistinin ölümü ilə bağlı münasibətini gördük. Dedilər ki, ölkəmizin marağı insan haqlarından üstündür. Ancaq bütün bunların fonunda Azərbaycanla bağlı məsələlərin böyüdülməsi, hansısa ssenari hazırlanması, ölkəmizə təzyiqlər göstərilməsi üçün istifadə olunmasını heç cür qəbul etmirəm. Bizim iqtidarlı-müxalifətli bütün xalqımızın məqsədi Qarabağ torpaqlarının işğaldan azad olunmasına yönəlməlidir. Amma beynəlxalq təşkilatlar bizim dövlətimizin də, xalqımızın da mövqeyini bilir ki, nə Azərbaycan xalqı, nə dövləti, iqtidarı, dövlətimizin başçısı bir ovuc torpağını da güzəştə getməyəcək. Bunu bildikləri üçün Qarabağ probleminin həllindən xalqın, dövlətin, müvafiq qurumların diqqətini yayındırmaq üçün “sizdə insan haqları, söz azadlığı, demokratiya pozulur” kimi iddialar irəli sürməyə, süni problemlər yaratmağa çalışırlar. Beləliklə, beynəlxalq təşkilatların gündəmini Qarabağ problemi ilə doldurmaq əvəzinə, belə məsələləri müzakirəyə çıxarırlar.

- Onları bu bəhanələrdən, imkanlardan məhrum etmək mümkün deyilmi? Tanınmış məhbusları həbsdən buraxmaq olarmı?

- Mən sizin tanınmış məhbuslar ifadənizlə razılaşmıram. Həmin şəxslər haqqında süni şəkildə elə bizim Avropadakı azərbaycanlıların iştirakı ilə belə rəy yaradılıb, tanınmışa çevriliblər.

- “Siyasi məhbus” adlandırılırlar...

- Beynəlxalq təşkilatlar sonda siyasi məhbusun tərifini verə bilmədilər. Mən 20 ildir Əfv Komissiyasının üzvüyəm. İnanın ki, cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan, qəzadan o qədər gənclər cəza çəkir... Elələri var təsadüfən qəza törədib, kiməsə xəsarət yetirib, həbsdə yatır. Mən bir dənə elə insanları müdafiə edən, “bu adam cinayətkar deyil, qəzavü-qədərdir başına gəlib” deyərək onları müdafiə edən görmədim. Amma təbii ki, müraciət olunarsa, Əfv Komissiyası sizin dediyiniz şəxslərin də müraciətinə baxa bilər. Elə komissiyanın mövcudluğu cinayət törətmiş, qanunu törətmiş hansısa insanın müraciətinə humanistcəsinə yanaşmaqdan ibarətdir.

- Bu yaxınlarda komitə sədri Siyavuş Novruzov da konkret olaraq bloger Mehman Hüseynovdan danışarkən təqribən belə demişdi ki, “İlqar Məmmədov həbsdən çıxdı, nə etdi ki, Mehman çıxıb nə etsin?” Hesab etmirsinizmi ki, həbsdə olanda onların adı daha çox tirajlanır, bu həbslərdən ölkəmizə qarşı sui-istifadə olunur?

- Tam razıyam. Bəli, onlardan sui-istifadə edilir. Açığı, mən Əfv Komissiyasında olduğum üçün ancaq komissiyaya müraciətlərlə maraqlanıram. Biz hüquq mühafizə orqanları, yaxud məhkəmənin işinə müdaxilə edə bilmərik. Bizim komissiyaya məhkum, yaxud ailə üzvləri tərəfindən müraciət də olmayıb. Müraciət olarsa, təbii ki, baxacağıq. Amma məncə, bu, çox sadə məsələdir və işi müşkülə çevirməyə heç kimin əsası yoxdur. Prosedur qaydada yəqin ki, məsələ öz həllini tapacaq.

- Ölkədə islahatlarla bağlı proseslər gedir. Beynəlxalq miqyasda da islahatlar təqdir olunur, hətta Azərbaycan bir sıra hesabatlarda xeyli irəliləyib, məsələn, Dünya Bankının “Duinq biznes” hesabatında 25-ci pilləyə qalxıb. Bir sıra hallarda uğurlu iqtisadi islahatlara məhbus məsələsi hardasa xələl gətirir, erməni lobbisi bu faktdan ölkəmizə qarşı istifadə edir. Bu mənada 2020-ci ilə siyasi motivlərlə həbs edilmiş məhbuslarsız adlaya bilərikmi?

- Mən bir daha qeyd edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Fikrimcə, yuxarıdakı qeydlər məsələyə birtərəfli yanaşmaqdır. Düzdür, bu məsələlərdən bəzi ermənipərəstlər təşkilatlar öz maraqları üçün istifadə etməyə çalışırlar. Amma mən YAP-ın Nəsimi təşkilatının sədriyəm. YAP-ın üzvü olan insanlar var ki, hansısa formada qəzaya görə, yaxud iş xətası, ya rüşvət səbəbindən həbs olunub. Bəs, nədən onları siyasiləşdirmirlər? Bu da partiya üzvüdür, hətta səlahiyyət sahibi olub. Amma Mehman Hüseynovun məsələsini siyasiləşdirirlər. Azərbaycanın güclü iqtidarı, dövlətçiliyi qarşısında Mehman və onun kimi şəxslər nə edə bilər ki? Yuxarıda deputatlardan bəhs etdik. Əgər biz deputatı mühakimə ediriksə, parlamentarlar haqqında sərt qanun qəbul olunursa, jurnalist də, digər peşə sahibləri də qanuna riayət etməlidir. Ona görə də mən bu kimi məsələlərin qanun çərçivəsində, uzadılmadan həllinin tərəfdarıyam. Sübut olunacaqsa ki, bunun heç bir günahı yoxdur, buraxılacaq, yaxud əksinə...Bildiyim qədər Mehman Hüseynov Ombudsmana müraciət edib. Amma o, indiki durumu ilə bağlı hər hansı şikayəti, narahatlığı varsa, özü, yaxın ailə üzvləri Əfv Komissiyasının üzvlərinə, yaxud millət vəkillərinə müraciət edə bilər. Əgər müraciət edərsə, biz komissiyanın səlahiyyətli üzvləri kimi ciddi şəkildə araşdıra bilərik. Bütün məhkumlarla bağlı bunu etmək bizim borcumuzdur və hər kəs üçün edirik.

- Novruz ərəfəsində əfv gözlənilirmi?

- Komissiya üzvləri xeyli müraciətlər alıb. Şəxsən mənə də müraciətlər edilib, onların üzərində işləyirik. Bilirsiniz ki, ərizənin daxil olması ilə iş bitmir, sənədlərin hazırlanması məsələsi var. Məhkumun həbsxanadakı fəaliyyəti, özünü necə aparması, tutduğu əməldən peşman olub-olmaması araşdırılır. Amma əfv fərmanı möhtərəm prezidentimizin səlahiyyətindədir.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru