REAL-ın Milli Şuranın mitinqində iştirakdan imtinasının ilginc səbəbləri
Tarix: 26-01-2019, 10:17 | Çap et
REAL Partiyasının Milli Şuranın 26 yanvara təyin etdiyi mitinqə qatılmayacağı ilə bağlı qərar verməsi ilə bağlı yaranan müzakirələr səngimək bilmir. Doğrudur, artıq mitinqin olmayacağı dəqiqləşib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb.
Amma bu da REAL-a bağlı müzakirələri səngitmir. Çünki mitinqə icazə veriləcəyi təqdirdə belə bu partiyanın iştirak etməyəcəyi dəqiq idi. Halbuki REAL Milli Şuranın 19 yanvar mitinqində aktiv iştirak etmiş, hətta partiyanın rəhbəri İlqar Məmmədov çıxış belə etmişdi.
Belə iddialar var ki, 19 yanvar mitinqində REAL partiya olaraq Milli Şuranın kölgəsində qaldığı, İ.Məmmədovun çıxışının AXCP sədri Əli Kərimli ilə müqayisədə sönük alınması belə qərarın verilməsinə təsir edib. Həbsdəki gənc blogger Mehman Hüseynova əlavə maddələrlə cinayət işinin açılması və 19 yanvar mitinqindən sonra bu cinayət işinə xitam verilməsinin REAL-ın qərarına etiraz etdiyi istisna edilmir.
REAL tərəfdarlarının və üzvlərinin sosial şəbəkələrdə partiyanın bu qərarına etiraz etdikləri yönündə statuslara da rast gəlirik.
REAL-ın icraçı katibi Natiq Cəfərli gedən müzakirələrə “Yeni Müsavat”da bu cür nöqtə qoydu: “REAL-ın minlərlə tərəfdarı var. Rəsmi şəkildə üzvlərin sayı artıq iki minə yaxınlaşıb. Könüllü olaraq qeydiyyatdan keçənlərin sayı isə bundan dəfələrlə çoxdur. REAL avtoritar partiya deyil ki, insanlar burada eyni cür düşünsünlər. Bir nəfərin, ancaq sədrin ağzına baxsınlar, onun dediyini təkrarlasınlar, digər partiyalardakı kimi. REAL tərəfdarlarının fərqli düşüncələri normaldır. Müxtəlif fikirlərin olması hər zaman doğru qərarların verilməsində mühüm rol oynayır. Mitinqlərə gəldikdə, REAL yarandığı gündən, hətta hərəkat olduğu dövrlərdə belə aksiyalara münasibətimiz eyni cür olub. Partiyaya çevrildikdən sonra da bu münasibət dəyişməyib. Bizim mitinqlərə münasibətimiz bundan ibarətdir ki, mitinq son hədəf olmamalıdır, vasitəyə çevrilməlidir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün müxtəlif vasitələr olmalıdır ki, onlardan biri də mitinq olsun. Təəssüflər olsun ki, Azərbaycanda çox zaman mitinq məqsədin özünə çevrilib. Bu da zaman-zaman effekt verməyib, yaranan dalğa sönüb. Azərbaycanın son 25 illik tarixini götürsək, bunun onlarla nümunəsinə rast gələrik. Açıq mövqeyimiz daim ortadadır. 2013-cü ildən sonra bu mövzuda dəfələrlə çıxışlarımız, bəyanatlarımız olub. Bu baxımdan REAL-ın verdiyi bu qərar yenilik deyil. 19 yanvar mitinqinə AXCP sədri, hörmətli Əli Kərimlinin dəvəti var idi, İlqar Məmmədova çıxışla bağlı.
Partiya olaraq o mitinqin təşkilində iştirak etməmişik, iştirakla bağlı tərəfdarlarımıza çağırışlar da etməmişik. Sadəcə olaraq idarə heyətindəki ciddi müzakirələrdən sonra dəvəti qəbul etdik, partiya adından İlqar Məmmədova çıxış etmək tapşırıldı. İlqar da kifayət qədər uğurlu bir çıxış etdi, siyasi məhbus məsələsində mövqeyimizi tam şəkildə ifadə etdi. Bu məsələdə mövqeyimiz dəyişməyib. Əvvəlcədən böyük ehtimal var idi ki mitinqə icazə verilməyəcək. Biz əgər qeyri-səmimi siyasi qüvvə, təşkilat olsaydıq, gözləyərdik, icazə verilməyəndən sonra hətta siyasi piar gedişi kimi deyə bilərdik ki, İlqar Məmmədovun mitinqdə iştirakı, çıxışı müəyyən ajetaj yaratdı deyə ikinci mitinqə icazə verilmədi. Amma biz hər zaman səmimi olmağa çalışmışıq.
Belə ucuz piar gedişlərdən istifadə etməmişik. Ona görə öncədən qərarımızı açıq şəkildə cəmiyyətə bəyan etdik ki, bizim mitinqlərə olan münasibətimiz dəyişməyib. Siyasi partiyalar insanları ümidləndirən addımlar atmalıdır ki, alətlərdən biri kimi sonunda mitinqlərdən istifadə etsin. Bu baxımdan REAL-la bağlı aşağı-yuxarı deyilən fikirlərlə razılaşmıram. Sanki REAL yarandığı gündən hər gün aksiyalar keçirirdi, guya indi imtina etdiyi üçün qınaq obyektinə çevrildi. Əslində eyni xətt üzrə ana xəttimiz nə idisə, bizim 26 yanvar mitinqindən öncəki qərarımız da həmin ana xəttin tərkib hissəsidir. Burada təəccüblü bir şey yoxdur”.
N.Cəfərli M.Hüseynov məsələsinin çözüldüyü üçün REAL-ın belə bir qərar verdiyi yönündə səslənən fikirlərə də münasibət bildirdi: “Mehman Hüseynov məsələsinin çözülməsi yeni bir situasiya yaratdı. Ümumiyyətlə, biz açıqlamamızda dedik, dəfələrlə bunu təkrar etmişik ki, XXI əsrdə ətraf ölkələrdə, dünyada gedən dəyişikliklər onu deməyə əsas verir ki, Azərbaycan siyasi məhbus problemindən birdəfəlik qurtulmalıdır. Bu hökumətin özünə də əslində sərf edir. Çünki siyasi məhbus məsələsi kifayət qədər təzyiq vasitəsindən birinə çevrilib. Bu təzyiqi hökumətin neytrallaşdırmağının ən əsas yolu birdəfəlik bu məsələnin həllidir. Bir neçə məhbusun azadlığa buraxılması ölkədə nə bir situasiyanı dəyişə bilər, nə də təhlükəli bir vəziyyət yaradar. Ona görə də Mehman Hüseynov məsələsinin həll olunmasını pozitiv qarşıladıq. Qarşıdan mart ayı gəlir. Hökumət bu ayda dəfələrlə əfv sərəncamları ilə siyasi məhbusların bir hissəsini azad edib. İndi ümid edirik ki, martın 3-də Mehman azadlığa çıxacaq və ondan sonra da veriləcək əfvlə digər siyasilər də azad olunacaq. Əslində 19 yanvar mitinqinin möhtəşəm alınmasının əsas səbəblərindən biri də Mehmana qarşı açılan əlavə cinayət işi idi. Bu insanların vicdanını zədələmişdi. Mitinqə gələnlərin çoxu məhz bu vicdan məsələsinə görə gəlmişdilər. Azərbaycan üçün fürsət pəncərəsi açılıb. Mart ayında hökumət birdəfəlik siyasi məhbus məsələsini həll etməlidir. Çünki ölkənin qarşısında çox ciddi çağırışlar var. Problemlər də kifayət qədər çoxdur. Siyasi məhbus məsələsinin daim gündəmdə olması hökumət və cəmiyyətimiz üçün heç də yaxşı hal deyil”.
REAL funksioneri partiyalarının AXCP-nin, liderlərinin isə mitinqdə çıxışının Ə.Kərimlinin kölgəsində qaldığı yönündəki iddialara da toxundu: “Bu məntiqli ehtimal deyil. Ən azından REAL çağırış etməmişdi ki, yüzlərlə, minlərlə tərəfdarı ora gəlsin. Biz 50-60 nəfər civarında adamla İlqarla birlikdə meydana getdik. İlqarın çıxışından sonra da həmən oranı tərk etdik. Çağırışmız olmayıb ki, REAL-çıların az iştirak etməsi ilə bağlı kompleksə düşək. O zaman kompleks yarana bilərdi ki, REAL mitinqin əsas təşkilatçılardan biri olardı, yaxud REAL ayrıca bir mitinq keçirərdi və say etibarı ilə az iştirakçı cəlb edərdi. Bizimlə bağlı indi bu söhbətlərin heç biri yoxdur. İlqarın 6 ilə yaxın həbsxana həyatından sonra ilk publik mitinq çıxışı idi. Düşünürəm ki, kifayət qədər uğurlu çıxış oldu. Mövqeyimizi siyasi məhbus məsələsində kifayət qədər ifadə edə bildi. Onun çıxışı vətəndaşlar tərəfindən çox müsbət qarşılanıb. Təkcə youtubedə çıxışı izləyənlərin sayı 250 minə yaxındır. Deyilən məsələlərin qərarımızda bir faiz belə rolu olmayıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|