“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                 

"Cənab İlham Əliyev də məhz bu fikri dəfələrlə bəyan edib"
Tarix: 12-02-2019, 08:34 | Çap et
"Cənab İlham Əliyev də məhz bu fikri dəfələrlə bəyan edib"
Azərbaycan prezidenti İlham Əliyevin son bir neçə həftədə şəhid ailələri ilə görüşməsi, bu kateqoriyadan olan ailələrə birdəfəlik ödəmələrin verilməsi barədə qərarı, minimum əmək haqqını artırması, pensiyaların artımı barədə qərarları, Şamaxıda zəlzələ bölgəsinə getməsi və sadə insanlarla hətta yaşlı qadının əlini öpməyə qədər cəmiyyətdə müsbət qarşılanan addımları müxalifət düşərgəsində də müsbət qarşılanıb. Araşdırmamız nəticəsində bu qənaətə gəldik.

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, müxalif partiya olaraq ölkə başçısının son addımlarını diqqətlə izləyirlər: Əslində bu addımlar siyasi səhnəyə də xeyli təsir edir. Prezidentin son zamanlar atdığı addımlar daha çox xalqın səsinə qulaq vermək, ictimai fikri nəzərə almaq xətti kimi görünür. Buraya istər şəhid ailələrinin kompensasiya məsələsi, istər minimum əmək haqlarının qaldırılması, istər Nazirlər Kabinetinin meşələrdə yetişən giləmeyvələr barədəki absurd qərarının ləğvi, istərsə də zəlzələ bölgəsinə şəxsən gedib zərərçəkənlərlə səmimi ünsiyyəti daxildir. Biz bu addımları müxalifət olaraq siyasi münasibətlər səhnəsində də görmək istərdik.

Məsələn, ilk növbədə prezident böyük əfv fərmanı imzalayaraq bütün siyasi məhbusları azad etsə, ardınca mətbuat, sərbəst toplaşmaq azadlıqlarının təmin olunması üçün sərəncamlar versə, müxalif düşüncəli partiya və təşkilatların fəaliyyətlərini məhdudlaşdıran obyektiv və subyektiv səbəblərin aradan qaldırılmasına start verilsə, bu, sözün həqiqi mənasında köklü islahatların başlanğıcı ola bilər. Əgər iqtidar həqiqətən də dövlətin güclənməsini, əhalinin rifah səviyyəsinin yüksəldilməsini, Qarabağ probleminin Azərbaycan maraqları çərçivəsində həllini istəyirsə, bu islahatlar edilməlidir. Biz AĞ Partiya olaraq ağa ağ, qaraya qara deməyin tərəfdarıyıq. Odur ki, son addımları təqdirəlayiq addımlar hesab edir və bunların dediyimiz istiqamətdə də davamını gözləyirik".

Ümid Partiyasının sədr müavini Tamilla Qulami qeyd etdi ki, prezidentin atdığı son addımlar həm ictimai rəydə, həm vətəndaşlar, o cümlədən də ictimai-siyasi təşkilatlar tərəfindən də maraqla izlənilir: “Əsas diqqəti çəkən məqam nədən ibarətdir? Digər məmurlar, hətta deputatlar belə, daha sərt ritorika ilə, daha sərt mövqedən çıxış etdiyi zamanda prezidentin bu tipli addımları daha çox insanları düşündürür və insanlar daha maraqla bu məsələlərə reaksiya verməyə başlayır. Cəmiyyətdə aktivlik yüksəlib, proseslərə münasibət daha yaxından izlənilir. Demək olar ki, çoxluq baş verən hadisələrə bu və ya digər şəkildə münasibət bildirir, reaksiya verir. Ölkə prezidenti problemi olan vətəndaşın yanında olmalıdır və olması təbiidir, istər zəlzələdə, istər şəhid ailələrinə münasibətdə. İstərsə də bundan əvvəl Mehman Hüseynov məsələsində biz bunu gördük. Biz əslində cəmiyyətdə münasibətlər sisteminin belə olmasını arzulayırdıq, münasibətlərin bu zəmində getməsini deyirdik. Ümid Partiyası olaraq da hər zaman barışın, sülhün, vətəndaş birliyinin, vətəndaş həmrəyliyinin, dialoqun tərəfdarı kimi çıxış etmişik. Güman edirəm ki, belə addımlar cəmiyyətdə münasibətlər sistemini yumşaltmağa gətirə, münasibətlər sistemində məmur-vətəndaş, dövlət-prezident-vətəndaş münasibətləri yeni bir mərhələyə daxil ola bilər. Amma arzularımız da var ki, Azərbaycan prezidentinin vətəndaşlara bu addımı siyasi institutlara, siyasi partiyalara münasibətdə də fərqli müstəviyə keçə, siyasi partiyalarla da münasibət dialoq, barış səviyyəsində davam edə. Çünki o zaman ölkəmizdə olan sosial-iqtisadi problemləri daha rahat, daha asan və daha sürətli həll etmək olar. Hər halda, hesab edirəm ki, bunun da zamanı gələcək”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, bəzilərinə prezidentin son dönəmlər addımları, verdiyi qərarlar qeyri-adi gəlsə də sivil cəmiyyətlərdə bütün bunlar dövlət başçısı üçün adi qaydadır: “Prezident xalq tərəfindən seçilir və xalqa xidmət etməlidir. Cənab İlham Əliyev də məhz bu fikri dəfələrlə bəyan edib və açıq şəkildə deyib ki, ölkənin başçısından sıravi məmura qədər hər kəs xalqa xidmət etməlidir. Ümid edirəm ki, digər məmurlar və yüksək vəzifəli şəxslər də bundan nümunə götürməli, davranışlarına və hərəkətlərinə düzəlişlər etməlidir. Bir sıra özünü apara bilməyən, danışığı, hərəkətləri və fəaliyyəti ilə xalqda qıcıq yaradan, nifrət oyadan rəsmi yetkililər ya düzələcəklər, ya da tutduqları postlarından kənarlaşdırılacaqlar. Çünki ölkədə qarşıdurma və gərginlik yarada biləcək hər nə varsa aradan qaldırılmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru