“...Erməniləri yığıb Bakıya gətirmək düzgün deyil” - deputat
Tarix: 16-02-2019, 09:24 | Çap et
Son vaxtlar Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan müzakirələrdən biri də xalqların sülhə hazırlanması və dialoqun qurulmasıdır. Lakin bu məsələyə yanaşma da birmənalı deyil. Hər iki ölkənin vətəndaşları tərəfindən dialoq məsələsinə iradlar var. Azərbaycan vətəndaşları torpaqlarının azad olunması xəbərini eşitmədən dialoqa getməyi qəbul etmədiyi kimi, ermənilər də böyük itki verərək işğal etdikləri və haqsız da olsa sahibləndikləri torpaqlardan əl çəkmək istəmirlər. Belə olduğu halda, cəmiyyətin sülhə və dialoqa nə qədər hazır olduğu sual doğurur?
Bəs görəsən, Qarabağda torpağını, yurdunu itirən ictimai fikir adamlarının bu məsələyə münasibəti necədir?
“Yeni Müsavat”ın sualını cavablandıran deputat Aqil Abbas da indiki halda dialoqun mümkün olmadığını dilə gətirdi: “Ermənilər torpaqları işğal edib, orada məktəb tikib yol çəkiblər. Rayonlarda xeyli iş aparıblar. Ermənistan prezidenti bu yaxınlarda Fransaya rəsmi səfər etdi, daha sonra oradan Amerikaya getdi, oradan Moskvaya döndü və ona dedilər ki, get işinlə məşğul ol, nə istəyirsənsə onu et. Daha sonra gəldi və işğal olunmuş torpaqlarımızda yeni işlər görməyə başladı. Dialoq bir nağıldır. Təbii ki, mən də sülh istəyirəm. Mən də istəmərəm ki, bir azərbaycanlının övladı şəhid olsun. Ancaq bu yolla sülh əldə etmək olmur. Öncə erməni işğalçıları torpaqlarımızı tərk etməlidir. Daha sonra oturub danışıqlar aparmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə müəyyən hüquqlar vermək olar. Onların da bizim kimi seçib-seçilmək hüququ olmalıdır, sosial təminatı olmalıdır. Əgər vətəndaşlığı qəbul etsə, bunlardan faydalana bilər. Hətta onun müharibədə həlak olmuş yaxınına görə də, Azərbaycan pul verə bilər. Ancaq onlar bizim torpaqlarımızı qaytarmadıqca, dialoq bir nağıldır. Biz sülh istəyirik, ancaq dediyim şərtlərlə. Əks halda, biz erməniləri öz torpaqlarımızdan çıxaracağıq, Qarabağı azad edəcəyik. Ermənilər əgər qalıb vətəndaşlığımızı qəbul etsə, onların hüquqlarına hörmətlə yanaşacağıq. Ancaq torpaqlar azad edilməmiş, erməniləri yığıb Bakıya gətirmək, onlarla gəzib çay içmək düzgün deyil”.
Musavat.com saytının redaktoru Xalid Kazımlı da vurğuladı ki, indiki şərtlərlə ermənilərlə heç bir barışıqdan söhbət gedə bilməz: “Ortada Azərbaycana vurulmuş milyardlarla dollar həcmində maddi ziyan, 30 minə yaxın qətlə yetirilmiş insanın, 70 minə yaxın xəsarət almış insanın özlərinin və ailələrinin faciəsi, işğal olunmuş rayonlar var. Bunların üstünə ermənilərin öz dədə-baba yurdlarından deportasiya etdiyi, başqa sözlə, genosid siyasətinə məruz qoyduğu bir milyona yaxın insanın da yaşadığı maddi-mənəvi, psixoloji sarsıntısını da gəlsək, hansı dialoqdan, barışıqdan, yaxınlaşmadan söhbət gedə bilər? Heç cür mümkün deyil. Fiksiyadır və özünü aldatmaqdır. Bu, ermənilərin xeyrinə olan bir təşəbbüsdür. Zərərlidir. Bu iki dövlət və millət arasında dialoq o zaman baş tuta bilər ki, ermənilər olub-keçənlərə görə öz günahlarını etiraf etsinlər, vurduqları zərəri ödəsinlər, üzr istəsinlər, əfv diləsinlər, öz hərbi canilərini lənətləsinlər, bir daha belə etməyəcəklərinə dair təminat versinlər. O zaman dialoq predmeti tapıla bilər, tədricən yaxınlaşma ola bilər. Yoxsa bu münaqişə min il də davam etsə, biz öz mövqeyimizdən geri çəkilə, duruşumuzu poza bilmərik. Prinsipial olmaq, bu avantüranın son nəticədə erməniləri necə yazıq günə qoyduğu günü gözləmək, o günün tez yetişməsi üçün məqsədyönlü fəaliyyət göstərmək lazımdır”.
Tanınmış telejurnalist Qulu Məhərrəmli isə hesab edir ki, xalqları sülhə hazırlamaq məsələsinin arxasında heç bir mexanizm dayanmır: “Xalqları sülhə hazırlamaq məsələsi bir şüar kimi ortaya atılsa da, onun arxasında heç bir plan, mexanizm və ideya dayanmır, sadəcə söz var. Ona görə də, xalqları sülhə hazırlamaq məsələsi havadan asılı bir şeydir. Xalqı sülhə hazırlamaq anlayışı və güzəşt yalnız o halda ola bilər ki, Azərbaycanın torpağı azad olunsun, ondan sonra separatçı ermənilərin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlı güzəşt haqqında danışmaq olar. Azərbaycan heç bir torpaq güzəştinə gedə bilməz. Sülh məsələsində isə ermənilər bizdən daha çox maraqlı olmalıdır. Çünki Qafqazda gedən çox ciddi layihələrdən , o cümlədən kommunikasiya və enerji layihələrindən kənarda qalırlar. Hazırda Ermənistanda sosial problemlər önə çıxıb. Yeni hökumətin əsas məqsədlərindən biri əhalinin sosial problemlərini həll etməkdir. Ona görə də, müəyyən güzəşt edilə bilər, Xankəndində yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə müəyyən güzəştlər edilə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|