"Niyə bizi dövlətin düşmənləri elan edirdilər?"
Tarix: 19-02-2019, 08:32 | Çap et
Uzun fasilədən sonra Bakıya qısamüddətli səfər edən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov artıq ölkəni tərk edib və Moskvaya qayıdıb. Bu barədə yaxın dostlarına istinadən modern.az saytı məlumat yayıb.
Qeyd edək ki, bazar günü R.İbrahimbəyovun iştirakı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası keçirilib. Daha sonra dostları ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd etmək üçün “Şirvanşahlar” restoranında məclis təşkil ediblər. Sosial şəbəkələrdə R.İbrahimbəyovun iştirak etdiyi məclisdən fotoşəkillər də paylaşılıb.
Şəkillərdən görünür ki, yubiley məclisində Yazıçılar Birliyinin (AYB) sədri Anar, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər yer alıb. R.İbrahimbəyovun fəxri sədri olduğu Milli Şuranın önəmli simalarından isə heç kəs tədbirə dəvət olunmayıb. Fotolarda yalnız rejissor Eldəniz Quliyev görünür. O isə açıqlamasında tədbirə İbrahimbəyovun 40 illik həmkarı, dostu kimi qatıldığını deyib.
Qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülsə də, o, Bakıya gələ bilməmişdi. 2016-cı ilin yazında isə kinorejissor qardaşı, Xalq yazıçısı Maqsud İbrahimbəyovun yas mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi. Sonrakı dönəmdə onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi. Hesab olunurdu ki, kinorejissor qardaşının yas mərasimində iştirak etməkdən ötrü ən yüksək səviyyədə icazə aldıqdan sonra Bakıya gəlib.
Sonuncu gəlişi ilə bağlı “Turan” agentliyinə açıqlamasından da bəlli olur ki, R.İbrahimbəyovun gəlişinə ölkə rəhbərliyi tərəfindən icazə verilib. Sitat: “Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir. Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl”.
Hakimiyyətin ona qarşı dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamları fonunda Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında R.İbrahimbəyov deyib ki, o, öz müraciətlərində vətəndaş mövqeyini dəyişmədiyini qeyd edib. Əlavə edib ki, ancaq buna görə başqaları əziyyət çəkməməlidir: “İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır? İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqıla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır. Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başqaları əziyyət çəkməlidir? ”Qafqaz üçlüyü" filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır".
Bakıda olduğu qısa müddətdə Rüstəm bəy həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib: “Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evini, ittifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var”.
“Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı?” sualının cavabında R.İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək: “Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir”. R.İbrahimbəyov ardınca deyib: “Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?”
YAP Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun Bakıya dönüşünü şərh edib. YAP rəsmisi qeyd edib ki, Azərbaycana hər gün on minlərlə insan gəlib-gedir, Rüstəm İbrahimbəyov da onlardan biridir: “Biz Bakıya gəlib-gedən insanların səfərlərini şərh etməli deyilik”.
A.Mirzəzadə Rüstəm İbrahimbəyovun “bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir...” fikrinə də münasibət bildirib: “Azərbaycan hakimiyyəti 1993-cü ildən ulu öndər Heydər Əliyevin, 2003-cü ildən isə cənab prezident İlham Əliyevin rəhbərliyi və konstitusiyanın onlara verdiyi səlahiyyət çərçivəsində ölkənin problemlərini mütəmadı olaraq həll edir. Məhz dövlətçilik xəttinin düzgün tutulması, daxili və xarici siyasət məsələlərinin operativ və milli maraqlara uyğun olaraq həll edilməsi uğurlarımıza səbəb olur. Bu gün Azərbaycan iqtidarının, cənab prezident İlham Əliyevin uğurlarına həmmüəlliflik etmək istəyənlər çoxdur. Ancaq bizim üçün əsas odur ki, Azərbaycan vətəndaşı təhlükəsiz və yaxşı yaşasın. Bunun üçün də cənab prezident tərəfindən dəstəklənən mütəmadi addımlar atılır”.
Musavat.com bildirir ki, İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubileyini qeyd etməsi sensasiya sayıla bilər. Görünən budur ki, İbrahimbəyov siyasi hakimiyyətlə anlaşaraq, Bakıya dönüb. Bu iddianı restoran fotoları da təsdiq edir. Fəxri sədri olduğu Milli Şuradan onun masasında diqqətə layiq fiqurlardan kiməsə yer verilməyib. Son günlər Azərbaycan prezidentinin atdığı addımlar və böyük dəyişimlər cərgəsinə daha birini də əlavə etmək olar...
Verilən xəbərlər sırasında onun siyasətdən birdəfəlik çəkilməsi də var. Bu səbəbdən o, Bakıda vaxtilə sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib. Yalnız Eldəniz Quliyev istisnadır. Onun da siyasi sima kimi deyil, kinemotoqrafçı həmkar qismində İbrahimbəyovun yanında epizodik rol aldığı iddia edilir.
Siyasi şərhçilərdən biri deyib ki, bu hadisə Milli Şura platforması ilə fəallaşan Əli Kərimli tərəfdarlarına böyük zərbədir. Bu təşkilatın qurucusu və fəxri sədri ən kritik bir anda iqtidarla anlaşmaya gedir və tərəfdarlarını böyük hüsrana uğradır! Əli Kərimli və Milli Şura formatındakı komponentlərin küçədə və sosial şəbəkələrdə iqtidarın üstünə getdiyi bir zamanda, öz-özlərinə qaz verdikləri bir tarixi dönəmdə iqtidar dünya şöhrətli kinossenaristin üzərindən maraqlı bir siyasi gediş edə bilib. Azərbaycan paytaxtında olduğu iki gün müddətində İbrahimbəyov Əli Kərimli, ya da Milli Şura sədri Cəmil Həsənli ilə görüşməyibsə, bunun tək bir anlamı var. İbrahimbəyov Milli Şuranı özünün maraqlarına silib, atıb və bu cığal uşaqlar daha ona lazım deyil...
“Rüstəm İbrahimbəyovun Bakıya gəlişi bir daha Milli Şuranın yaranma prosesinə diqqət çəkməyə imkan yaradır”.
Bu sözləri Axar.az-a yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ötən həftəsonu Bakıya gəlişinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, bu məsələ bir daha sübuta yetirir ki, Rüstəm İbrahimbəyovun siyasətə qoşulmasının arxasında ayrı-ayrı qüvvələr dayanır: “Aydın məsələdir ki, o, bu prosesə təhrik olunub və əslində Azərbaycana qarşı antimilli fəaliyyət göstərən Milli Şuranın formalaşması prosesində, sadəcə, marionet fiqurlardan olub. Əks təqdirdə, bu adam keçdiyi yola, vaxtilə birlikdə olduğu insanlara azacıq da olsa, müəyyən sayğı nümayiş etdirərdi. Digər tərəfdən, Rüstəm İbrahimbəyovun Bakıya gəlişi Milli Şuradakı birliyin zorən birlik olduğunu açıq sübuta yetirir. Yəni bu adamları Milli Şurada kənardan olan qüvvələr bir araya gətirmişdilər, onlar da dağıtdılar. Real görüntü məhz bundan ibarətdir”.
E.Mirzəbəyli bildirib ki, Rüstəm İbrahimbəyovun siyasətdə təsadüfi və qeyri-ciddi bir insan olduğu faktiki olaraq göz qabağındadır: “Onun siyasətə gəlişi necə təsadüfi idisə, faktiki olaraq bu və ya digər məsələlərlə bağlı proseslərdəki iştirakı, o cümlədən ermənilərin xeyrinə çəkdiyi film də şəxsi düşüncə və qənaətlərdən uzaq, kənardan idarə olunan bir məsələ idi. Əslində əsas mənzərə də elə göz qabağındadır”.
Yazıçı Anar: “Bura necə gəldiyini, nə üçün gəldiyini mən haradan bilim?..”
“Rüstəm İbrahimbəyov illərdir ki, mənim dostumdur, görkəmli yazıçıdır. Yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm”. Bu sözləri Bizimyol.info-ya AYB sədri sədri Anar Rzayev deyib. O qeyd edib ki, İbrahimbəyov sözügedən tədbirə onu şəxsən dəvət edib: “Bakıya gəlmişdi, mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm. Getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orada başqa şəxslər də iştirak edirdi”.
R.İbrahimbəyovun yubileyində siyasətdən getdiyini açıqlaması ilə bağlı yayılan iddialara Anar belə cavab verib: “Mən orada olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orada siyasətlə bağlı söhbət olmayıb, sadəcə, sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini mən haradan bilim?..”
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Eldəniz Quliyev “Yeni Müsavat”a bildirdi ki, hakimiyyət müəyyən yumşalmalara gedib: “Güman ki, anlayıblar bu qədər pressinq olmaz. Ötən həftə mən Qobustan həbsxanasında oldum. Bunun özü də göstərir ki, artıq hakimiyyət bəzi addımlar atmağa cəhd edir. Təbii ki, bu, yaxşı haldır. Mən belə başa düşürəm ki, Rüstəm İbrahimbəyovun gəlişi ilə bağlı da yəqin ki, hökumətlə müəyyən danışıqlar olub. Yoxsa 80 yaşında insanın bu boyda risk etməsinə nə hacət? Amma eyni zamanda bunu bilməyən yoxdur ki, onun Kino İttifaqına qarşı vergi ilə əlaqədar açdığı cinayət işi də qurama idi. Buna baxmayaraq, görün neçə vaxtdır... Bir dəfə rəhmətlik Maqsud İbrahimbəyovun yas mərasimində iştirak üçün gəlmişdi, üstündən xeyli keçəndən sonra gəldi. Yəqin hakimiyyətlə müəyyən anlaşma var”.
E.Quliyev dedi ki, yubiley məclisində əsasən Kino İttifaqının üzvləri iştirak edib, həmçinin də 40 illik dostu olaraq özü: “Orada o üzvlər iştirak edirdilər ki, ittifaqın ”kloun"unu, ikincisini yaradanda oradan çıxıb getmədilər, öz ittifaqlarına, öz sədrlərinə hörmət əlaməti olaraq qaldılar. O cümlədən də Anar. Anar Rüstəmin sədri olduğu Kino İttifaqının üzvüdür".
E.Quliyev əlavə etdi ki, R.İbrahimbəyov artıq yaşa dolub, xəstə adamdır: “Siyasətdən də kifayət qədər kənara çəkilib. Onun Milli Şurada fəxri sədr olması onsuz da simvolik xarakter daşıyırdı. O barədə söhbət etmədik. Amma görünən budur ki, o, kifayət qədər kənardadır və yaradıcılıqla, eləcə də öz sağlamlığı ilə məşğul olmağı qərarlaşdırıb”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|