"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
Tarix: 21-02-2019, 08:24 | Çap et
2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla yadda qaldı. Ölkə prezidentinin şəhid ailələri ilə görüşü, daha sonra şəhid ailələrinə 11 min manat vəsaitin ödənilməsinə başlanması müsbət bir tendensiyanın başlanğıcı oldu. Şamaxıda baş verən zəlzələnin ardından prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu rayona səfəri, sakinlərlə səmimi görüşlər, zərərçəkənlərə yeni evlərin tikilməsi ilə bağlı göstəriş verilməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Bunun ardından minimum əmək haqqı kəskin artaraq, 180 manata qaldırıldı. Pensiyalarla bağlı da oxşar addım atıldı, martın 1-dən əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılacaq.
Bu ay ərzində dövlət başçısının yaddaqalan addımlarından biri də Beyləqan rayonuna səfəri, orada əhali ilə keçirdiyi səmimi görüşlər, bu rayonla bağlı verilən qərarlar oldu. Bundan başqa, prezidentin Sumqayıta gəlişi də isti görüntülərlə yaddaqalan oldu.
Siyasi təhlilçilər bütün bunları ciddi açılım kimi dəyərləndirirlər. Bu kurs və atılan məlum addımlar hakimiyyət-müxalifət dialoqunu, yeni münasibətlər sisteminə keçidi də aktuallaşdırırmı?
Qeyd edək ki, Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında ard-arda keçirilən görüşləri xatırlamaq kifayətdir. Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı.
VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, həqiqətən də hakimiyyət İlham Əliyevin timsalında siyasi dinamiklik nümayiş etdirir: “Belə davranış mövcud komanda üçün xarakterik deyil. Bir sıra daxili və xarici reallıqlar belə addımları şərtləndirir, fikrimcə. Səbəbin nə olmasından asılı olmayaraq, baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır.
Amma bununla yanaşı, diqqətli olmaq zəruridir. Belə yumşalmalar ictimai diqqəti azdırmaq üçün də ola və müvəqqəti xarakter daşıya bilər. Bütün güzəştlərin mabədi siyasi islahatlar olmalıdır. Çünki digər geriləmələrin daimiliyini siyasi sistem müəyyən edir. Orada dəyişim olmasa, transformasiya aldadıcı ola bilər. Siyasi dəyişikliklər isə bir neçə addımda görünə bilər. Misal üçün, dialoq, Seçki Məcəlləsinin dəyişikliyi, seçkidə siyasi iradəni nümayiş edəcək mövqe və sair. İnanmaq istəyirəm ki, atılan addımların ardınca bu addımlar da olacaq".
AĞ Partiyanın sədri Tural Abbaslı da bildirdi ki, iqtidarın siyasətini nisbətən dəyişmək xətti tutduğu görünür. Bu dəyişim cəhdləri hələlik özünü ancaq əhali ilə birbaşa təmasda və əhalinin sosial problemlərinin həllində göstərir: “Biz bir müxalifət partiyası olaraq təbii ki, bu yöndə olan müsbət addımları təqdirəlayiq hesab edirik. Eyni zamanda bu tədbirlərin qısa bir müddətə hesablanmış kiçik siyasi addımlar deyil, köklü sosial, iqtisadi, siyasi islahatların başlanğıcı olmasını arzulayırıq. Təəssüf ki, sosial, iqtisadi sahədə edilən nisbi açılımlar hələlik siyasi səhnədə özünü göstərmir. İstər siyasi məhbuslar, istər azad mətbuat, istər sərbəst toplaşma azadlığı, istərsə də siyasi partiyaların fəaliyyətlərini stimullaşdıracaq addımlara, islahatlara ehtiyac var. Bütün bu sadaladığım sahələrdə müsbətə doğru açılımlar və islahatlar olmasa, digər sosial, iqtisadi açılımların faydası az olar. Əgər hakimiyyət bu və ya digər səbəbdən islahatlara qərar veribsə, bu, tam və köklü edilməlidir, siyasi sahəni də əhatə etməlidir. Təbii ki, burada hakimiyyətlə müxalifət arasında normal, sivil ölkələrdə olduğu kimi dialoq qurulmalıdır. Siyasi münasibətlər sistemində dəyişikliklər edilməli və partiyaların ölkə həyatındakı rolu artırılmalıdır. Sözün həqiqi mənasında çoxpartiyalı sistemin mövcudluğu təmin olunmalıdır”.
AMİP katibi Əli Orucov da qeyd etdi ki, İlham Əliyev bir sıra sosial-iqtisadi problemlərin çözülməsi ilə bağlı əməli addımlar atmaqdadır. AMİP bunu təqdir etməklə bahəm, prosesin davamlı olmasını, siyasi sferanı da əhatə etməsini istəyir: “Nəzərə almaq lazımdır ki, iqtidarın vəzifəsi xalqa xidmət etmək, ona layiqli həyat şəraiti təmin etmək, dövləti normal idarə etməkdir. Bunu ölkə rəhbəri də açıq bəyan edir. Mən prezidentin son dönəmlərdəki fəaliyyətini kölgəyə salmaq niyyətində olmasam da, hesab edirəm ki, siyasi sistemdə də islahatlar olandan sonra bunları köklü islahatlar kimi qiymətləndirmək daha düzgün olacaq. Çünki ölkədə həm də siyasi və idarəetmədə, siyasi institutlarda ciddi problemlər qalmaqdadır. Bunlar bir-birini tamamlamasa, paralel getməsə, sosial-iqtisadi sahədə də arzu edilən ciddi uğurlar qazanmaq mümkün olmaz. Ölkədə siyasi dialoq, qarşılıqlı hörmət və etimad mühiti yaradılmalıdır. Başladılan islahatları davamlı, daha dərin qatlara aparmaq, eləcə də hakimiyyət daxilindəki bəzi mürtəce qüvvələrin müqavimətini dəf etmək üçün mütərəqqi qüvvələrə, konstruktiv müxalifət düşərgəsinin yardımına ehtiyac duyulacaq. Bu zərurətdir. Ona görə də iqtidar-müxalifət dialoqu qaçılmazdır. Əslinə qalsa, iqtidar-müxalifət dialoqu mütəmadi olmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|