“Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!” - YAP-çı deputat
Tarix: 21-02-2019, 08:29 | Çap et
Kinodramaturq Rüstəm İbrahimbəyov “Exo Moskvı” radiosuna müsahibə verib. Müsahibəsində o, mərhum prezident Heydər Əliyevlə münasibətlərindən başlamış, son hadisələrədək, həmçinin prezident İlham Əliyevin sayəsində Azərbaycana qayıtmaq imkanı yaradılmasına qədər bir sıra məsələlərdən danışıb.
“Heydər Əliyevə nisbətən İlham Əliyevlə münasibətlərim daha yaxşı alındı. Heydər Əliyevlə münasibətlərim çox mürəkkəb idi. Çünki Heydər Əliyeviç DTK-nın sədri idi. Həyatım boyunca qarşılaşdığım ən ağıllı adamlardan biri idi. İncəsənətdən o qədər də yaxşı baş çıxarmırdı. Onunla görüşəndə söhbət başlayırdı. Söhbət isə əsasən incəsənətlə bağlı olurdu. Onunla ünsiyyətdə olduğum vaxt ərzində - bu isə bəzən bir saat, saat yarım olurdu - o öyrənirdi və söhbətin sonunda mənim arqumentlərimi asanlıqla vurmağa başlayırdı. Bu, çox güclü analitik ağıl idi”, İbrahimbəyov bildirib. (Virtualaz.org)
Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov isə “Yeni Müsavat”a müsahibəsində R.İbrahimbəyovun dedikləri ilə qəti şəkildə razılaşmadı:
- Hamısı cəfəngiyyatdır. Bilirsiniz ki, ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinə həmişə diqqət göstərib. Əgər tarixə nəzər salsanız, görərsiniz ki, o dövrdə sənət adamlarına fəxri adların verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil alması ümummilli liderin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Köhnə nəsil xatırlayır ki, həftənin bir günü, yaxud ayda iki dəfə hər bir rəhbər vəzifəli şəxslərin musiqi təfəkkürünün formalaşdırılması, mədəni səviyyəsinin yüksəldilməsi üçün filarmoniyaya, digər ünvanlara getməsini məcbur edirdi. Həmçinin incəsənət adamlarına da həmişə diqqət göstərib. Tikinti ilə məşğul olan şəxs ümummilli lideri görəndə deyib o, tikinti üzrə mütəxəssisdir, musiqiçi görəndə deyib musiqi mütəxəssisidir, kinorejissor görəndə deyib kinorejissordur. Elə bir sahə yox idi ki, Heydər Əliyev o sahəni əzbər bilməsin. Heydər Əliyevin heç bir müəllimə ehtiyacı yox idi. Mən çox adamlarla söhbət etmişəm. Səhiyyə haqqında akademiklərlə danışaraq onları təəccübləndirirdi. Hamı deyirdi bu, həkimdir. Çünki ümummilli lider Moskvada işləyəndə səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrə rəhbərlik edirdi. Həm də o, öz üzərində daim işləyirdi, oxuyurdu, məlumatlar toplayırdı, analiz edəndən sonra hər hansı tədbirə gedirdi. Məsələn, bir dəfə gözəl söz dedi ki, mən bağça uşaqlarının qarşısına çıxanda da hazırlaşıram, akademiklərin qarşısına çıxanda da. Yəni bir tərbiyəvi dərs keçirdi. Həmçinin hələ məktəbli olanda tamaşalarda oynayıb, həmişə bu sahəyə meylli olub. Eyni zamanda daim incəsənət adamları ilə ünsiyyətdə olub. Müslüm Maqomayevi daim himayə edib. Yaxud SSRİ Mədəniyyət Nazirliyi Niyaziyə ad vermək istəmirdi ki, dirijorlara yüksək ad nəzərdə tutulmur. Heydər Əliyev Brejnevlə olan münasibətindən istifadə edib Niyaziyə adlar verdirdi. Dedi, yoxdursa, qoy olsun! İndi çox aşağı səviyyədə düşünülmüş məsələdir ki, məndən öyrənirdi. Sən kim idin ki? O vaxt səndən qat-qat üstün olan kinematoqrafiya bilənlər, kino mütəxəssisləri, rejissorlar var idi.
- Rüstəm İbrahimbəyov “Mənimlə haqq-hesab çəkənlər düşmənlərimdir” deyib, ad çəkməsə də, prezidentin əhatəsini ittiham edib. Bu iddialar barədə nə deyə bilərsiniz?
- Prezidentin ətrafında olanlar məgər ona demişdi ki, sən tamamilə başqa bir sahənin adamı, bir sutka belə, siyasətlə məşğul olmayan, bu işlərdə heç bir təcrübəsi olmayan, müəyyən qrupların, dairələrin təhriki ilə... Azərbaycanda milli-azadlıq hərəkatı olub, sən milli-azadlıq hərəkatında olmusanmı? Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı törədilib, Azərbaycanın əraziləri işğal edilib, bunlarla bağlı sən bir veriliş çəkib, bir çıxış edibsənmi, bir qəzetdə, çox demirəm, yarım səhifəlik yazını göstərə bilərsən? Amma Milli Şura yaradıb prezidentliyə namizəd kimi çıxış edirsən. Təbii ki, hər bir vətəndaşın hüququdur. Amma o vətəndaşın hüququdur ki, başqa dövlət qarşısında öhdəliyi olmasın. Üstəlik də bir vətəndaşlığı olan, Azərbaycan vətəndaşı...10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan. Bu adam son 10 il müddətində Azərbaycan ərazisində daimi yaşamayıb, həmçinin başqa dövlət qarşısında öhdəliyi var. Gördüyünüz kimi, Rusiya Konstitusiya Məhkəməsinə müraciət etdi, həmin sənədi buna təqdim etdilər. Hələ mən vergidən yayınma, digər məsələləri kənara qoyuram, onlara qarışmıram. Amma bununla yanaşı, Azərbaycanı ədalətsiz şəkildə tənqid edən, tənqiddən də o tərəfə keçən, Azərbaycan xalqına yuxarıdan-aşağı baxan... Elə son filmi... Erməni haqqında çəkdiyi. Guya Azərbaycanda erməninin başına oyunlar açıblar. Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!
- Ümumiyyətlə, İbrahimbəyovun uzun fasilədən sonra Bakıya gəlişini necə qarşıladınız?
- Azərbaycanda ümummilli liderin dövründən humanizm siyasəti ən əsas, aparıcı siyasi xətdir. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda 70-dən artıq əfv, 13-ə qədər amnistiya aktı olub. Prezidentimiz də bu xəttə sadiqdir. Heydər Əliyevin ölüm hökmünü ləğv etməsi, dəfələrlə günahlarını başa düşüb müraciət edən şəxslərin bağışlanılması hamısı göz qarşısında olub. Elə Mehriban xanım tərəfindən irəli sürülən son amnistiya aktı minlərlə insana tətbiq olundu. Yadımdadır, AXC-Müsavat hakimiyyəti bir il çəkmədi, 7 nəfəri elə o dəqiqə güllələdilər. Amma humanizm siyasəti bu dövlətin, prezidentin əsas apardığı xətlərdən biridir. Günahını başa düşən, etiraf edən hər bir şəxs bağışlanması ilə bağlı müraciət edir və uyğun qərarlar verilir. Bağışlamaq da böyük Allaha və konstitusiya ilə prezidentə aiddir. O baxımdan da mən fürsətdən istifadə edib sizin qəzet vasitəsilə həm xaricdə oturub bu gün erməni lobbisinin, ayrı-ayrı dairələrin verdiyi maliyyə hesabına Azərbaycan xalqına, dövlətinə böhtan yağdıran, şər deyən, söyüş söyən, o cümlədən Azərbaycanın daxilində dövlətimizin nailiyyətlərinə sevinməyən, üstəlik, olan şeyləri öz adlarına çıxmaq istəyən, bunu keçirilən mitinqlərlə əlaqələndirənlərə, dövlətinə qarşı düşmənçilik siyasəti aparan insanlara üzümü tutub demək istəyirəm: hələ ki gec deyil, tövbə qapıları açıqdır.
- Rüstəm İbrahimbəyovun siyasətdən birdəfəlik getdiyi barədə məlumatlar var...
- Yenə deyirəm, bu adam siyasətlə məşğul olmayıb. Rusiyada “Milyarderlər ittifaqı” var idi, salmışdılar ortaya, 5-10 manat da pul vermişdi. Özünə hörmət edən, siyasətlə heç vaxt məşğul olmayan adam 80 yaşında gəlib deməz ki, mən siyasi fəaliyyətlə məşğul olmaq istəyirəm. Siyasəti ya əvvəldən başlamalısan, ya da heç başlamamalısan. Hərə öz peşəsi ilə məşğul olsa, yaxşı olar.
- Rüstəm İbrahimbəyov sizi yubiley məclisinə dəvət etsə, gedərdiniz?
- Yox.
- Niyə?
- (Gülür) Hərənin öz əqidəsi var, mənim də əqidəm belədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|