"Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" - deputat
Tarix: 23-02-2019, 09:44 | Çap et
BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev azpolitika.az saytına müsahibəsində Vasif Talıbovdan da danışıb. O bildirib ki, Ali Məclis sədri Naxçıvanın rəhbəri ola bilməz:
“Kimsənin demokratiya barədə anlayışından asılı olmayaraq, mənim hansısa məsələyə münasibətimdə məqsədim "bəy tərifi" demək və ya tənqid etmək deyil. Həmişə hansısa problemdən, xüsusilə regionlarımızın, o cümlədən Naxçıvanın dərdlərindən danışanda obyektiv olmağa çalışmışam. Yadınızdadırsa, bir dəfə mən parlamentdə məsələ qaldırmışdım ki, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısıyla, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil. Mən bu məsələni qaldıranda Ziyafət Əsgərov cavab verdi ki, guya mən bu çıxışla Naxçıvanda separatizmi stimullaşdırmaq istəyirəm...
Naxçıvan Muxtar Respublikadır. Respublikadırsa, onun başçısı da var. Türkiyədə buna cümhurbaşkanı deyirlər. Mən bu anlaşılmazlığı aradan qaldırmaq üçün parlamentdə məsələ qaldırmışdım. Demişdim ki, gəlin, Rusiya təcrübəsindən biz də yararlanaq. Bilirsiniz ki, Rusiyada da muxtar respublikalar var və başçıları prezident adlanırdı. Sonradan bu milli muxtar respublikaların başçıları qubernator adlandırıldı. Biz də muxtar respublikanın başçısını qubernator adlandıra bilərik. Yaxud sadəcə muxtar respublikanın başçısı deyə bilərik. Necə ki, rayon icra hakimiyyətinin rəhbərlərini başçı adlandırırıq. Adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır".
“Yeni Müsavat”a danışan naxçıvanlı deputat Fazil Mustafa bildirib ki, Naxçıvanın muxtariyyəti məsələsini, siyasi xarakterli muxtariyyət kimi qəbul edir: “Ona görə də burada hüquqi detallara varmağı fərqli şərh edərdim. Düşünürəm ki, siyasi muxtariyyət əslində Naxçıvanın təhlükəsizliyini qorumaq və buna təminat olan dövlətlərin, xüsusilə də Türkiyənin məsələdə həssaslığını saxlaması baxımından vacibdir. Hüquqi detallar isə formal xarakter daşıyır. Hansı formada olması bir o qədər də böyük əhəmiyyət kəsb etmir. Əsas odur ki, blokada şəraitində olan Naxçıvanın müəyyən təhlükəsizliyi təmin edilsin. Naxçıvan əslində eyni etnik birliyə sahib olan Azərbaycanla hansısa fərqli olmayan topluluq yaşayır. Bu baxımdan muxtariyyət də etnik xarakter daşımır ki, orada hansısa formada hüquqi düzənləmənin uyğunlaşdırılmasına daha çox diqqət edilsin. Təbii ki, konstitusiya ilə üst-üstə düşməyən məqamlar ola bilər. Ancaq siyasi muxtariyyət xarakterli, blokada şəraitində olduğuna görə və müəyyən dərəcədə təhlükəsizliklə bağlı problem yaşandığı üçün məsələnin gündəmdə tutulmasını məqsədəuyğun hesab etmirəm”.
F.Mustafa Naxçıvanın hazırkı vəziyyəti barəsində də danışıb: “Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir. Məsələ budur ki, hansı prizmadan yanaşırsan. Mən, təhlükəsizlik prizmasından yanaşmanın daha çox tərəfdarıyam. Sosial prizmadan yanaşan zaman təbii ki, blokada şəraitində olan Naxçıvanda əhalinin ancaq İran və Türkiyə ilə yolları açıqdır. Həmçinin Naxçıvanın yaşam şərtləri Azərbaycanın digər bölgələrindən fərqli olaraq obyektiv çətinliklərlə bağlıdır. Təhlükəsizlik baxımından isə Naxçıvanın ən azından hərbi qüvvələri kifayət qədər hazırlıqlı vəziyyətdədir. Son zamanlar bunun konkret nəticələrini də görürük. Hesab edirəm ki, bütün bunlar yüksək səviyyədədir. Ancaq bütövlükdə düşünürəm ki, hər zaman Naxçıvanı diqqətdə saxlamaq lazımdır. Əhalinin rifahını artırmaq üçün Naxçıvana daha çox vəsait ayrılmalıdır. Çünki başqa bölgələrlə oranı müqayisə etmək olmaz. Blokada şəraitində olduğu üçün bu bölgənin qorunması bizim üçün həyati əhəmiyyət daşıyır. Ona görə də oradakı həyat şəraitinin yaxşılığı, ordumuzun orada güclü olması hamımızın məqsədidir. Bu baxımdan Naxçıvanla bağlı bütövlükdə hökumətin də daha həssas davranmasının tərəfdarıyam. Daha çox orada məqsədyönlü işlərin görülməsi, xüsusilə də iş yerlərinin açılmasını vacib sayıram”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|