“Fars rejimi Azərbaycan dövlətinin qüdrətini gələcəkdə etiraf etməli olacaq...” - deputat
Tarix: 25-02-2019, 08:28 | Çap et
İran prezidenti Həsən Ruhani fevralın 11-də Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan tərəfin etirazı davam edir. Ruhani açıq şəkildə qədim Azərbaycan torpaqlarının İranın olduğunu bildirib. Eyni zamanda, o, türk kökənli Qacar şahlarını xain adlandırıb.
Sitat: “Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar”.
191 il əvvələ gedəndə Türkmənçay, ondan 15 il əvvələ getdikdə isə, Gülüstan müqaviləsi göz önünə gəlir. Bu müqavilələrlə Rusiya və İran Azərbaycan ərazilərini iki hissəyə bölüblər. Torpaqlarımıza həmin müqavilə ilə təcavüz edib, indi də Cənubi Azərbaycan kimi ərazilərimizin ölkəsinin tərkibində qaldığını qulaqardına vuran Ruhani iki müqavilə ilə Rusiyanın tərkibinə keçən Şimali Azərbaycanı “İran torpağı” adlandırır.
Ana Vətən Partiyasının sədri, deputat, tarix elmləri doktoru, professor Fəzail Ağamalı Ruhanin fikirlərinə tutarlı arqumentlərlə sərt cavab verdi: “İranın prezidenti səviyyəsində tarixin bu dərəcədə saxtalaşdırılması, qədim Azərbaycan torpaqlarının indiki fars rejiminin rəhbəri səviyyəsində İran torpağı kimi təqdim edilməsi çox böyük təəssüf doğurur. Deputatlar səviyyəsində zaman-zaman bu tipli açıqlamalara mövqelər sərgiləmişik. Bu gün Həsən Ruhaninin oturmuş olduğu dövlətin kökləri və təməli məhz Azərbaycan türklərinin yaratmış olduğu dövlət olub. IX əsrdən bu tərəfə Azərbaycanın arealında, tarixi ərazisində Azərbaycan dövləti yaranıb. Həmin dövlətlərə Azərbaycan türkləri rəhbərlik edib. Digər xalqlar da, o cümlədən, farslar da həmin Azərbaycan dövlətinin daxilində etnik bir qrup kimi dövlətlərimizin himayəsində yaşayıblar və bu günə qədər gəlib çatıblar. IX əsrdən bu tərəfə, XX əsrin 20-ci illərinə qədər cənublu-şimallı Azərbaycan torpaqlarına Azərbaycan türkləri rəhbərlik ediblər. Bunu Həsən Ruhani tarixdən bilməmiş deyil. Əgər bilmirsə, o zaman tarixi vərəqləsəydi, tarixi bilərək həqiqəti özündə ifadə etsəydi, bu cür fikirlər söyləyə bilməzdi. 191 il bundan əvvəl Türkmənçay sülh müqaviləsi, ondan əvvəl də Gülüstan müqaviləsi ilə Azərbaycan torpaqları ikiyə bölündü. Cənubi Azərbaycan türkəsilli dövlətin tərkibində qaldı. Orada indiki farslar hakimiyyətdə deyildilər. Azərbaycan türklərinin yaratmış olduğu dövlətin tərkibində yaşayırdılar. Şimali Azərbaycan xanlıqları da bildiyimiz kimi, Rusiyanın əsarətinə düşdülər. Əslində XVIII əsrin ikinci yarısında Nadir Şahın öldürülməsindən, yəni 1747-ci ildən sonra Azərbaycan torpaqlarında xanlıqlar yarandı. Bu xanlıqları birləşdirmək üçün Ağa Məhəmməd Şah Qacar Cənubi Azərbaycan torpaqlarını vahid dövlət ətrafında birləşdirdi. Şimali Azərbaycan torpaqlarını da həmin dövlətə birləşdirmək üçün müharibəni indiki Quzey Azərbaycan ərazisində aparırdı. Həmin vaxt Rusiyanın da böyük maraqları var idi.
Digər tərəfdən, Şimali Azərbaycan xanlıqlarından Fətəli xanın da torpaqlarımızı birləşdirmək üçün etdiyi cəhdlər baş tutmadı. Bundan istifadə edərək ruslar zəifləmiş Azərbaycanı öz əllərinə keçirməyə çalışdılar. Bununla da ruslar əslində Azərbaycanın şimalini işğal etdilər. Cənub isə Qacarların hakimiyyəti altında uzun müddət qaldı. Həmin ərazidə, indiki İran ərazisi deyilən yerdə Azərbaycan ən müxtəlif əyalətlərə bölünüb. Orada Azərbaycan dili sıxışdırılır, Azərbaycan türklərinin hüququ tapdalanır, Azərbaycan türkcəsində məktəblər yoxdur, kitabların, qəzetlərin dərc olunması xeyli dərəcədə məhduddur. Belə bir vəziyyətdə təəssüf edirəm ki, Həsən Ruhani həqiqəti əks etdirməyən fikirləri bu gün gündəliyə gətirməklə tarixi həqiqətləri inkar edir. Məsələyə bugünkü fars rejiminin düşüncələri səviyyəsində yanaşır. Bu, bizdə çox böyük təəssüf doğurur. Kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan torpaqları zaman gələcək vahid dövlət halında bir daha birləşəcək. Azərbaycan dilini zaman-zaman aşağılamağa çalışan, dilimizi güneydə sıxışdıran fars rejimi Azərbaycan dövlətinin gələcəkdə qüdrətini etiraf etmiş olacaq”.
Deputat Ağa Məhəmməd Şah Qacar haqqında ayrıca danışdı: “Ağa Məhəmməd Şah Qacar tarixi şəxsiyyətdir. O cənub xanlıqlarını birləşdirən, eyni zamanda, şimalı da vahid dövlət altında birləşdirmək uğrunda mübarizə aparan və buna nail olmayan tarixi şəxsiyyətlərdən biridir. O, vahid Azərbaycan uğrunda döyüşən və qətlə yetirilən sərkərdədir. Qacar da, ondan əvvəlki Nadir Şah da Azərbaycan tarixinin ən dəyərli şəxsiyyətləri sırasındadırlar”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|