Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                 

Leyla Yunusun Elçibəyə ittihamları və... - Çox gecikmiş “ifşa”
Tarix: 20-07-2019, 09:30 | Çap et
 Leyla Yunusun Elçibəyə ittihamları və...
Hüquq müdafiəçisi Leyla Yunusun son videoçıxışına səbrlə qulaq asdım.

Çıxışın rusca olmasına heç bir iradım yoxdur. Zatən, L.Yunus özünü bu dildə daha yaxşı ifadə edir.

Onun səsləndirdiyi bir çox fikirlərin, xüsusilə də klan hakimiyyətinə dair dediklərinin cavabını da başqaları verməlidir.

Ancaq Leyla Yunusun milli-azadlıq hərəkatının lideri Əblüfəz Elçibəy barədə dedikləri, onu Naxçıvan-Ermənistan klanının gizli və köhnə üzvü sayması xeyli dərəcədə mübahisəlidir.

Xüsusilə də, köhnə hərəkatçılar, 1989-93-cü illər arasında AXC üzvü olmuş şəxslər bu ittihamların üstündən sakitcə keçə bilməzlər.

Bu, onsuz da gələcəyi mübhəm olan insanların öz şanlı keçmişləri ilə öyünmək, qürur duymaq imkanını belə əllərindən alır.

Elçibəy təxminən 50 il öncə bağrından qopduğu millətin təməl haqları, azadlığı, suverenliyi uğrunda mübarizəyə, antisovet fəaliyyətə başlayanda nə DTK əməkdaşı, nə də klan üzvü ola bilməzdi.

DTK o dövrdə, eləcə də ondan əvvəl və sonra antisovet ovqatlı heç kəsə təhəmmül etməz, cəzasını dərhal kəsər, ya da bəzi məşhur dissidentlərlə davrandığı kimi davranar, aparıb ölkənin sərhəd qapısından o tərəfə keçirərdi.

Elçibəy ölkə xaricində diplomatik fəaliyyətdə olduğu zaman, söz yox ki, DTK-nın əməkdaşları ilə təmasda olub, ancaq bu, bu idarənin qarşısında hər hansı bir daimi öhdəlik götürmək anlamına gəlmir.

Yəni SSRİ dönəmində Xarici İşlər Nazirliyinin strukturlarında çalışanların, eləcə də ölkə xaricində işləməyə gedənlərin hamısı ucdantutma DTK agenti ola bilməzdi. Bu, absurd olardı. O işə adamları həmişə seçərək cəlb ediblər.

Təəssüf ki, tək bizim ölkəmizdə deyil, keçmiş sosialistdüşərgəsinə daxil olan ölkələrdə, eləcə də SSRİ respublikalarında DTK ilə, XİN-lə uzaqdan-yaxından təması olan hər kəsə “agent” damğası vurulur və onda bir (lap olsun, iki, üç) halda hədəf düz vurulmuş olur, qalanında yanlış ittiham və şər-böhtan səciyyəsi daşıyır.

İkincisi, ötən əsrin 60-cı illərində ölkəmizdə klan hakimiyyəti bərqərar olunmamışdı. Bu iş sonradan 70-ci illərin axırında, səksəninci illərin əvvəlində təşəkkül tapmağa başladı.

Hətta onun rüşeymləri 70-ci illərdə qoyulsa belə, heç kəs antisovet fəaliyyətilə məşğul olan “etibarsız şəxs”i öz sıralarına daxil etməzdi. Çünki sözügedən klan “sovet-kommunist ideyaları uğrunda çarpışan əqidəli kommunistlər”in nomenklaturası üzrə formalaşdırılırdı. Sovet dövlətinə qarşı olan şəxs kimə lazım idi?

Elçibəyin dissident olduğu halda az cəza almasına və sonradan Əlyazmalar İnstitutunda işə düzəlməsinə gəlincə, 60-cı illər yumşalmasından sonra bizim ölkəmizdə də bir xeyli milli düşüncəli kadrlar vardı və onlar xalqı düşünən, Azərbaycan davası aparan şəxsləri bu və ya digər şəkildə qoruyurdular.

Elə olmasaydı, təkcə “Gülüstan” poemasındakı fikirlərə görə Bəxtiyar Vahabzadə, eləcə də Azərbaycan dilinin dövlət dili sttausu qazanması uğrunda çalışan, bu yolda öz yüksək dövlət vəzifəsindən götürülən yazıçı Mirzə İbrahimov, antosovet baxışlarına görə bir müddət həbsdə yatan yazıçı Gülhüseyn Hüseynoğlu kimi ziyalıları da məhv edərdilər.

L.Yunusun indi açıqladığı bəzi məqamlara gəlincə, kaş o, bunu Elçibəyin iqtidar komandasında təmsil olunanda (Müdafiə Nazirliyinin önəmli isimlərindən biri olduğu vaxt), yaxud da mərhum prezidentin sağlığında açıqlayaydı və onun bu ittihamlara cavab vermək imkanı olaydı.

Rəhmətə getmiş, özünü müdafiə etmək iqtidarında olmayan tarixi personaların ünvanına ittihamlar səsləndirmək çox asandır.
Üstəlik, başqaları nə qədər müdafiə etsələr də, bu, ittiham olunan şəxsin cavabları qədər effekt verməyəcək.

Elçibəy Azərbaycanın tarixində mühüm rol oynamış və bütün yanlışlıqları, doğruları ilə birlikdə xalqın yaddaşında parlaq iz qoymuş şəxsiyyətdir.

O, hakimiyyətdə cəmi bir il olub, amma devrildiyi gündən keçən 26 ildə elə bir gün olmayıb ki, mediada, ictimaiyyət arasında adı çəkilməsin. Vəfatından keçən bu 19 ildə də o, bir gün olsun unudulmayıb.

Bəlkə də biz Elçibəy haqqında bir çox həqiqətləri bilmirik, amma əminəm ki, onun ən yaxın silahdaşları mərhum prezidentin barəsində çox şeyləri bilirlər. Onların içində geniş ictimaiyyətin bilməli olmadığı şeylər də var, şübhəsiz.

Ancaq tarixi şəxsiyyətləri “ifşa etmək”, ölkənin indiki durumuna görə onları baiskar elan etmək ənənəsinə də son qoyulmalıdır.

Unutmaq olmaz ki, hər bir siyasi xadim bu xalqın içindən çıxıb, bizdən biri olub. Onun yerində ölkənin ən kristal, ən təmiz, ən ideal şəxsi olsaydı da, mütləq səhvlər buraxacaqdı və mütləq həmin ideal şəxsiyyəti də ifşa etmək istəyənlər tapılacaqdı.
Xalid KAZIMLI
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36
Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru