"Aparılan kadr siyasətinin fəlsəfəsi yaşlı kadrları işdən azad etmək deyil"
Tarix: 5-11-2019, 08:30 | Çap et
Prezident İlham Əliyev Xaçmaz və Yevlağa yeni təyin etdiyi gənc icra başçılarını qəbul edərkən Azərbaycanda gəncləşmə siyasəti aparıldığını, eyni zamanda bu prosesin kampaniya xarakterli olmadığını deyib: “Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır”. Qeyd edək ki, bir sıra yaşlı məmurların işdən gedişini bəzi adamlar Azərbaycanda guya yaşlılara qarşı diskriminasiya hökm sürdüyü kimi şərh etməyə başlamışdılar. Prezidentin icra başçılarını qəbul edərkən səsləndirdiyi bu fikirlər belə rəyləri və təbliğatı alt-üst etdimi?
İqtisadçı professor, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanda bəzən bir sözü, bir çağırışı həmən kampaniyaya çevirə bilənlər tapılır. Bu gün prezident ölkədə artıq illərdir yüksək vəzifələr tutmuş bəzi kadrları təqaüdə göndərir və ya onların yerini təqaüdə yaxın işçilərlə əvəzləyir. Dəyişən, müasirləşən dünyada bu proseslər hər yerdə gedir. Azərbaycan da burada istisna təşkil edə bilməz. Məsələyə bir qədər də dərindən baxsaq, aparılan kadr siyasətinin fəlsəfəsi yaşlı kadrları işdən azad etmək deyil: “Əsas məqsəd yaşı kifayət qədər olan və özünü yeni tələblərə uyğun dəyişməyi bacarmayan, bununla da gedən inkişaf proseslərinin qarşısında bir əngələ çevrilən kadrların işdən kənarlaşdırılmasıdır. Və bu da baş verir. Mən son zamanlar vəzifədən kənarlaşdırılmış adamları konkret olaraq xarakterizə etmək istəyində deyiləm. Ancaq onların arasında korrupsiyaya bulaşmışlar da az deyildir. Fikrimcə, xalqına, dövlətinə sədaqətlə xidmət etməyi bacaran və işə baxışlarını müasir çağırışlar səviyyəsində qura bilən peşəkarlar sağlamlıqları imkan verənə qədər dövlətinə, xalqına xidmət edə bilərlər. İdarəetmədə gəncləşdirmə bütün yaşlıların cavan kadrlarla əvəz edilməsi anlamına gələ bilməz. Belə olarsa, bir neçə ildən sonra bunun çox acı nəticələri eybəcər bir formada ortaya çıxar. Bəs bu gənclər harada öyrənməli, harada təcrübə yığmalıdırlar? Təbii ki, təcrübəli, böyük yol keçmiş kadrların yanında. Elə buna görə də ölkə prezidenti çox haqlı olaraq onun çağırışını kampaniyaya çevirmək istəyənlərə sərt olaraq ”biz kampaniyaya yol verməyəcəyik" dedi. Onun bu sözləri tam yerində və vaxtında edilmiş bir çağırışdır. Yəqin ki, bundan sonra kampaniyaçılar özlərini yığışdırarlar".
Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyev kadr islahatlarını davam etdirir. Yaşlı məmurların yerinə gənclər təyin olunur. Baxmayaraq ki, prezident kadr islahatlarının yaşlılara qarşı istifadə olunmasının əleyhinədir, hamıya aydındır ki, illərdir eyni vəzifədə olanlar yerlərini gənclərə dövr etməlidirlər. Bu artıq geri dönüşü mümkün olmayan siyasətdir: “Bundan başqa, kadr islahatının əsas mənası həm də odur ki, bəziləri vəzifənin müvəqqəti olduğunu anlasınlar. Azərbaycanda rüşvətin və korrupsiyanın kökünü kəsmək lazımdır. Bunun alternativi olmadığını prezident də bilir və kadr islahatlarının əsas qayələrindən biri də budur.
Prezidentin siyasətində başqa bir yenilik də var. Prezidentin öz otağından ayrı-ayrı məmurlarla görüşü və açıqlamaları televiziyalarda yayınlanır. Prezident bunu ona görə edir ki, cəmiyyəti narahat edən məsələlərdən xəbərdar olduğunu göstərsin. Televiziya yayınları zamanı prezident elə vacib tənqidləri səsləndirdi ki, ən kiçik detallardan belə məlumatlı olduğunu büruzə verdi. Prezidenti konkret icra başçısının və hansısa məmurun doğru və ya yalan danışdığından da xəbərdardır. Çünki prezident alternativ məlumatlar əldə etdiyini də həmin məmurlara anlatmağa çalışır. Fikrimcə, prezident parlamentin də tərkibinin dəyişdirilməsini istəyir. Deputatların bir çoxu passivdir, çıxış etmirlər, dövlət başçısının siyasətini xalqa izah edə bilmirlər. Buna görə də həmin deputatların daha gənc və fəal şəxslərlə əvəz olunmasına ehtiyac yaranıb.
Prezidentin kadr islahatları həm də onu göstərir ki, İlham Əliyev cəmiyyətin nədən narazı qaldığını bilir. Məsələn, prezident bilir ki, ölkədə inhisarçılıq var, nazirlərin şirkətləri var və onlar rəqib şirkətləri bazardan sıxışdırırlar. Prezident bu məsələlərin həll olunmasını istəyir. Yeni iqtisadiyyat naziri Mikayıl Cəbrayılov bu problemlərin həlli ilə məşğul olmalıdır. Mikayıl Cabbarov oliqarx deyil, adı korrupsiya qalmaqallarında hallanmayıb. Mikayıl Cabbarov təhsil və sonra vergilər nazir olduqdan sonra çalışdığı sahədə islahatları dərinləşdirdi. Mikayıl Cabbarov vergilər sistemini şəffaflaşdırmaqla büdcəyə əlavə 400 milyon manatın daxil olmasını təmin etdi. Mikayıl Cabbarovun bu uğurları prezidentin diqqətini çəkdi və buna görə prezident onu iqtisadiyyat naziri təyin etdi və səlahiyyətlərini artırdı".
Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, prezident kadr siyasətinə münasibətdə mühafizəkar stereotipləri sındırdı və gənc kadrlara şans verdi, eyni zamanda qeyd etdi ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizminin vəhdətini yaratmaq lazımdır: “Təcrübə ilə dinamizmin sintezi nəinki mümkündür, bu amil bütövlükdə müasir idarəçiliyin əsasını təşkil edir.
Prezident İlham Əliyev Azərbaycanda kadr islahatlarının ana xəttini təşkil edən və gələcəkdə də edəcək bu mühüm tezisi dilə gətirəndə, ilk növbədə öz təcrübəsindən çıxış edib və təbii ki, inkişaf etmiş ölkələrin mərkəzi dövlət idarəetmə, yerli özünüidarəetmə və qeyri-dövlət idarəetmə sistemlərinin təcrübəsini də nəzərə alıb. Bu baxımdan, dövlət başçısının yanaşmasını idarəçiliyin bütün mərhələ və istiqamətlərində prioritet kimi qəbul etmək lazımdır.
İstənilən yenilik prosesə dinamika gətirir. Bununla yanaşı, biz ilk növbədə “gənc” deyəndə hansı yaş kateqoriyalarını nəzərdə tutduğumuzu müəyyənləşdirməliyik. Belə məsələlərdə subyektiv və fərdi maraqlardan çıxış etmək qətiyyən yolverilməzdir. Məsələn, 20-40 yaş arasında olan bir insan bu yaş kateqoriyasından yuxarı olan hər kəsi “yaşlı” hesab edir. Halbuki 40-60, bəzən isə 40-65 yaş arasındakı insanların idarəçiliyi daha effektiv nəticələrə gətirib çıxarır. Çünki hətta kollegial idarəçilikdə belə çoxsaylı ideya və fikirlər arasından ən doğru olanını seçmək, kadrlardan yerində istifadə etmək üçün mütləq müəyyən həyat və iş təcrübəsi lazımdır. Digər tərəfdən, cənab prezidentin də qeyd etdiyi kimi, əsas təfəkkür və yanaşmadır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51 |
|
|
|
• Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49 |
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
|