Heç bir sosial platformada təmsil olunmayan iki partiya... .....                     “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK .....                     “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB .....                     Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... .....                     Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... .....                     KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                 

Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...
Tarix: 3-12-2019, 09:02 | Çap et
Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...
Milli Şura və AXCP növbədənkənar parlament seçkilərini boykot edəcəyi barədə bəyanat yayıb. Açıqlamada bildirilib ki, seçki islahatları həyata keçirilmədiyi, şəffaf seçki mühiti yaradılmadığı, seçki komissiyaları dəyişdirilməyəcəyi halda seçkidə iştirak etməyi düşünmürlər.

Bəs digər müxalifət partiyaları seçkilərə qatılacaqlarmı?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, müxalifətin bu cür bəyanatı və tələbi ilə Seçki Məcəlləsi dəyişən deyil: “Bu bəyanatı verib seçkiyə getməməkdənsə istədiyin dəyişikliyi əldə etməyin yollarını aramalısan, ən pis situasiyada da qalib gəlməyin yollarını aramalısan. Məgər Gürcüstanda Seçki Məcəlləsi dəyişmişdi müxalifət qüvvələri birləşib mübarizə aparanda? Xeyr. Yaxud Yuşşenkonun mübarizə apardığı dövrdə Seçki Məcəlləsi dəyişmişdi? Yox. Biz ən pis vəziyyətdə belə, demokratiyanın qalib gəlməsi üçün nə edə biləcəyimizi düşünməliyik. Olmazmı bu gün hakimiyyətdən tələb edilsin ki, seçki komissiyaları səsləri düz saysın? Mənim üçün səsləri kimin saymasının, Ümidin, Müsavatın, yaxud da YAP-ın saymasının heç bir fərqi yoxdur.

Əsas məsələ sayanın düz saymasıdır. Mən sayandan tələb etməyi düzgün sayıram. Saymaq üçün hər kəs öz adamını yerləşdirmək istəyirsə, bu, doğru yanaşma deyil. Gücümüz çatırsa, kimin saymağından asılı olmayaraq düzgün saydırmağı bacarmalıyıq. Biz bunu bacarmırıq. Ona görə ki, hakimiyyətdən umuruq ki, amandır beş adam da mənim adamımı saymaq üçün komissiyaya qoy. Ümid Partiyasının Rəyasət Heyətinin seçkidə iştirakla bağlı tövsiyəedici qərarı var. Amma son qərarı Ali Məclis verəcək. Situasiya aydınlaşandan sonra Ali Məclis çağıracağıq”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, əsas məsələ seçkinin demokratik keçirilməsi üçün siyasi iradənin olmasıdır: “Siyasi iradə ortaya qoyulacağı halda indiki seçki komissiyaları ilə də demokratik seçki keçirmək mümkündür. Ən mürtəce qanunlarla belə normal seçki, ən demokratik məcəllə ilə saxta seçki keçirmək olar. Ona görə də siyasi iradəni mühüm sayırıq. Hakimiyyətin irəli sürülən fundamental dəyişikliklər etməsi üçün şərtlər- müxalifətin təzyiqi, beynəlxalq ictimaiyyətin mövqeyi, cəmiyyətin təsirli təpkisi ortada yoxdur. Fikrimizcə, mümkün olan konsensus variantı, siyasi iradə və məsuliyyətdir. Biz hələlik baş verənləri müşahidə edirik. Prezidentin məsələ ilə bağlı sərəncamı çıxdıqdan sonra vəziyyəti dəyərləndirməyə başlayacağıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, seçki islahatları ilə bağlı edilən ümumi çağırışlarla razıdır. Bu mənada ki, hazırkı seçki qanunu və seçki komissiyaları əsasən hakim partiyanın üstünlüyü ilə formalaşıb. Yəni müxalifətin maraqları və təmsilçiliyi nəzərə alınmayıb. Bu cür seçki komissiyalarının keçirdiyi seçkilərə də inamsızlıq olur: “İqtidar bunu nəzərə almalı və nə qədər zaman varsa, bu istiqamətdə bəzi mütərəqqi addımlar atılmalıdır. Əks təqdirdə, boykot çağırışları edənlərin ciddi arqumentləri olacaq.

Seçkidə iştirak məsələsinə gəlincə, AĞ Partiyanın hələlik seçki ilə bağlı konkret qərarı yoxdur, zamanı gəldikdə bununla bağlı müzakirə edərək müvafiq qərar qəbul edəcəyik. Hakimiyyətin atacağı addımları gözləyirik. Partiya olaraq, seçkilərin boykot taktikasının əleyhinəyik. Çünki bu heç bir effekt vermir. Ona görə biz də seçkilərdə iştirakın tərəfdarıyıq. Amma dediyim kimi, hazırkı situasiya ilə bağlı konkret qərarımız yoxdur".

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, təmsil etdiyi partiya xeyli öncədən parlament seçkilərində iştirak edəcəyini bəyan edib və hazırlıqlara başlayıb: “İşimizi elə qurmuşuq ki, növbədənkənar seçki də olsa, prosesə hazır olaq. Ona görə, namizədlərin, müşahidəçilərin müəyyənləşdirilməsinə çoxdan start verilib. Hazırda 80-90 arası partiya üzvümüz namizədlərimiz siyahısındadır. Amma başqa formatlar da ola bilər. Müxtəlif şəxslərə, siyasi partiyalara, seçkidə iştirak etmək istəyən tanınmış insanlara da müraciətlərimiz olub. Seçkidə birgə fəaliyyət göstərmək üçün səylərimizi birləşdirmək haqqında müraciətlərimiz olacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə modern.az-a deyib ki, seçki məsələsini müzakirə etmək üçün partiyada genişləndirilmiş müşavirə, növbədənkənar Divan iclası keçirilib: “Biz ”Əvvəl islahat, sonra seçki" tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təkliflər paketimiz ictimaiyyətə təqdim olunub. Seçkilərdə iştirakımız islahatlar paketinin qəbul olunması ilə bağlı olacaq. Mövcud parlamentin əvəzinə buna oxşar Milli Məclis deyil, mövcud qanunvericiliyi həyata keçirə bilən parlamentin formalaşması üçün islahatlar tələb edirik. Bu halda seçkiyə qatıla bilərik".

VHP sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirakla bağlı partiyanın dəqiq qərarının olmadığını bildirib: “Hələlik heç nə deyə bilmərəm. Qərar yekunlaşsın, dəqiqləşsin, buna baxacağıq. Bəlkə də seçkilərin keçirilməsi məsələsində də dəyişiklik olacaq. Bunlara proseslərin yekununda baxarıq”.

AMİP katibi Əli Oruclu isə seçkini boykot etməyəcəklərini bildirib: “Ümumiyyətlə, partiya heç vaxt seçkilərdən kənar qalmayıb. Təcrübə göstərib ki, boykot qərarı səmərə vermir. Ona görə belə addım atmağımız yanlış olar”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
“Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32
“Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28
Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20
Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru