Seçkilərə gedən partiyaların sayı artır - İsa Qəmbər də qatılacaq
Tarix: 12-12-2019, 08:53 | Çap et
Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna və Avropa Şurasına dəvət göndərib. APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Milli Məclis sədrinin imzaladığı məktub Avropa Şurasının prezidentinə təqdim edilib.
Növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar verən partiyaların sayı isə artır. Dekabrın 11-də Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Rəyasət Heyətinin iclasını keçirib. Partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərə görə, iclasda 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın iştirakı məsələsi müzakirə edilib. Müzakirələrin yekunu olaraq Rəyasət Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakını məqsədəuyğun hesab edərək bununla bağlı qərar verib.
Öz növbəsində Müsavat Partiyası seçki dairələrinin əksəriyyətindən namizəd irəli sürəcək. Partiya başqanı Arif Hacılı bildirib ki, əksər dairələrdən namizədlərini müəyyən ediblər: “Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”.
A.Hacılı həftə sonunadək dairələr üzrə namizədlərin tam siyahısının elan ediləcəyini bildirib.
A.Hacılının “bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var” sözlərini bəzi saytlar eks-prezident Ayaz Mütəllibovun nəzərdə tutulduğu kimi qələmə verib. Belə əsaslandırıblar ki, Azərbaycanın 3 sabiq prezidenti var, onlardan yalnız Ayaz Mütəllibov həyatdadır. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə modern.az-a bildirib ki, Arif Hacılının açıqlamasında qətiyyən Ayaz Mütəllibovdan söhbət getmir: “Azərbaycanın prezidenti olmuş və prezidenti olacaq şəxs” dedikdə Arif bəy İsa Qəmbəri nəzərdə tutur. Biz bu həftənin sonuna qədər parlament seçkilərində iştirak edəcək namizədlərimizi tam olaraq açıqlayacağıq".
Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildə Milli Məclisin sədri olarkən, bir müddət Azərbaycan prezidentinin səlahiyyətlərini icra edib. İsa Qəmbərin 9 fevral seçkilərində hansı dairədən namizədliyinin irəli sürüldüyünü isə Gülağa Aslanlı açıqlamayıb.
Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə gəlincə, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Milli Məclisin Mətbəəsində Mərkəzi Seçki Komissiyasının üzvləri, katibliyin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə şəffaf şəkildə keçirilən prosesi beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və müxtəlif seçki subyektlərinin yaxından izləmələrinə hərtərəfli imkan yaradılıb. Tədbirdə seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın təmin olunması üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Seçki bülletenləri dekabrın 11-də Naxçıvan Muxtar Respublikası və digər bölgələrdə yerləşən ümumilikdə 24 seçki dairəsinin seçki komissiyalarına verilib. Dekabrın 16-dək isə respublikanın bütün seçki dairələrinin dairə seçki komissiyalarına verilməsi nəzərdə tutulur. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir.
Qeyd edək ki, 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinin tələbinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
|