Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                 

“Məhkəmədən qayıdan sonra sudan zəhərləndim, az qalırdı ölüm...” - Sərdar Cəlaloğlu
Tarix: 26-08-2020, 08:44 | Çap et
“Məhkəmədən qayıdan sonra sudan zəhərləndim, az qalırdı ölüm...”
Rusiyalı siyasətçi Aleksey Navalnının həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb. Bu barədə Berlində yerləşən “Şarite” klinikasından bildirilib. Klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Həmçinin bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyəti ağır olsa da, həyatı üçün ciddi təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Xatırladaq ki, Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Şarite” klinikasına aparılıb.

Bəs, Azərbaycanda tanınan siyasətçilər yeməyi harada yeyir, suyu harada içirlər? Ümumiyyətlə, zəhərlənmək qorxusu yaşayıblarmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, siyasətçilərin zəhərlənməsi halları antik dövrlərdən var: “Həbsdə olduğum dövrdə zəhərlənmişdim. Məhkəmədən həbsxanaya qaytarılandan sonra soyuducuda olan suyu götürüb içdim. Çox ağır şəkildə zəhərləndim, az qalırdı ki, ölüm. Deyə bilmərəm ki, suya nə isə qatmışdılar. Amma həddindən artıq çox ağır şəkildə zəhərlənmişdim”.

Partiya sədri deyir ki, növbəti dəfə dostları ilə restoranda çörək yeyəndən sonra çox ağır şəkildə zəhərlənib: “Dostlarla bir yerdə oturub çörək yedik. 1 saat sonra çox qeyri-adi formada zəhərlənmə əlamətləri baş verdi. Qusma, tərləmə, öyümə oldu. 4-5 saat çox ağır duruma düşdüm. Çoxlu su, dərmanlar içdim, vəziyyətdən çıxdım. 2 dəfə çox ağır şəkildə zəhərlənmişəm. Bu zəhərlənmələrin qəsd olub-olmadığını deyə bilmərəm. Yemək keyfiyyətsiz olub, su soyuducuda qalıb deyə belə zəhərlənmişəm və ya bu kənardan olub, bunu bilmirəm”.

Sərdar Cəlaloğlu ixtisasca həkim olduğundan zəhərlənmə halları zamanı atılacaq addımları da bilir. Deyir ki, müxtəlif növ zəhərlənmələr var və hər birinə qarşı da atılacaq addımlar fərqlidir: “Həkim kimi deyirəm ki, dəm qazından zəhərlənmə zamanı ancaq təmiz hava lazımdır ki, insan vəziyyətdən çıxsın. Ağır metan duzları var, ondan zəhərlənəndə təsirini ötüşdürmək çətindir. Çünki metan duzundan zəhərlənmə zamanı böyrəklər sıradan çıxır. Qida toksiki infeksiyaları var, bu zaman öyümə baş verir. Bu zaman zəhərlənən çoxlu maye qəbul edib qusmalı, mədə yuyulmalıdır. Bəzi zəhərlənmələrdə şirin yeməklər çox yaxşı təsir göstərir. Zəhərlənmələr müxtəlifdir. Qan zəhərlənməsi, tənəffüs zəhərlənməsi, dərmanların özündən də zəhərlənmək mümkündür. Zəhərlənmə bərk maddə udandan sonra baş veribsə, həmin maddə mütləq şəkildə bədəndən çıxarılmalıdır. Maye zəhərlənməsidirsə, bu halda maye bədəndən çıxarılmalıdır. Zəhərlənən şəxsin vəziyyətdən çıxarılması zəhərin xarakterindən asılıdır”.

Partiya sədri deyir ki, söhbət hansısa siyasətçini ortadan götürməkdən gedirsə, ən yaxşı vasitə zəhərləməklə neytrallaşdırmaqdır: “Putin KQB-nin İngiltərəyə qaçan əməkdaşı Litvinenkonu orada radioaktiv maddələrlə zəhərlətdirdi. Haaqa Məhkəməsi də bu haqda qərar çıxarıb. Navalnının da zəhərlənməsində Kremlin izlərinin olması haqda söhbətlər gəzir. Antik dövrlərdən siyasətçilərin, ictimai xadimlərin zəhərlə öldürülməsi halları var. İmam Kazım, imam Həsən, başqa imamlarımız zəhərlənərək öldürülüb. Zəhərlənmə siyasi terrorlarda, siyasi qisas almalarda ən geniş yayılmış üsullardan biridir. Zəhərlənmələrdə adətən bunun kim tərəfindən törədildiyinə birbaşa sübutlar olmur, bunu təyin etmək çox çətin olur. Bir qayda olaraq məişət zəhərlənməsi baş verir. Qida ilə, su ilə zəhəri verirlər. Müəyyən etmək olmur ki, zəhər suda, qidada olub yoxsa zəhəri suya, qidaya sonradan əlavə ediblər”.

Partiya sədri deyir ki, zəhərlənəcəklərini düşünənlər tədbirli olmalıdırlar: “Əlbəttə, kimsə düşünürsə ki, hakimiyyət onu zəhərləyə bilər, zəhərlənməklə aradan götürüləcəyini hesab edirsə, harada nə yediyinə, nə içdiyinə diqqət etməlidir. Siyasi opponentlərin zəhərlənmədən başqa yolları da var. Məsələn, gecə vaxtı hücum edib döyüb öldürmə, oğurlama. Bütün dünyada ən geniş yayılmış üsul, əlbəttə ki, zəhərlənmədir. Rus çarı vaxtında Raxmanini öldürmək istəyirdilər. Çünki o, Anna Pavlovnanı o qədər öz təsirinə salmışdı ki, Nikolay onun məsləhəti olmadan heç bir addım atmırdı. Hətta deyirdilər ki, Birinci Dünya müharibəsində də Nikolayın bütün addımlarını Raxmanin müəyyənləşdirirdi. Həmin vaxt knyazlar bir yerə toplaşıb Raxmanini zəhərləməklə aradan götürməyə qərar veriblər. Raxmanini zəhərləməklə aradan götürmüşdülər. General Potyomkin vardı, II Yekatirinanın sevgilisi idi. Saraydakılar onun hərəkətlərini təhqir hesab edirdilər. Yığışıb onu zəhərləməklə aradan götürmək qərarını vermişdilər. İntəhası zəhəri - mışyakı ona şirin yeməklərin içində veriblər. Zəhər, yəni mışyak şirin yeməkdə təsirsiz olur. Potyomkinə şirin yeməklərin içində mışyakdan nə qədər veriblərsə, ölmədiyini görüblər. Düşünüblər ki, Potyomkin ölümsüzdür. Əslində isə mışyak şirin yeməkdə təsirini itirib. Belə siyasi zəhərlənmələr tarix boyu çox olub. Mülkiyyət məsələlərində də varisin zəhərlənməsi halları çox rast gəlinən qəsdlərdəndir”.

Partiya sədri deyir ki, zəhərlənmə ən müxtəlif dövrlərdə, ən müxtəlif motivlərlə törədilən qəsd olub və bu gün də var. Ona görə də zəhərlənəcəyini düşünən kəs bu cür ölümdən yaxa qurtarmaq üçün tədbirini görməlidir. “Zəhərlənmə qorxusu olan siyasətçi suyu da üfürə-üfürə içməlidir”, deyə S.Cəlaloğlu bildirib.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru