Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                 

"Nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir" - deputat
Tarix: 12-09-2020, 08:51 | Çap et
"Nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir"
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun əlilliyin təyinatındakı çətinliklərlə bağlı feysbukda yazdığı status müvafiq qurumun reaksiyasına və həmkarlarının müzakirəsinə səbəb olub. Deputatın sözügedən məsələ ilə bağlı iradına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisindən cavab gəlsə də, millət vəkili qurum təmsilçisinin izahatını və arqumentlərini tutarlı hesab etməyib.

İqtisadçı-deputat ilk statusunda bəyan edib ki, əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular ən çox edilən müraciətlər sırasındadır. Parlament üzvünün sözlərinə görə, prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir: “Vətəndaş “forma 88” adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.

Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, digər bütün rayonlarımızda oxşar vəziyyətdir”.

V.Bayramov qeyd edib ki, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır:

“Bizə olan müraciətlər göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşlarımız süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil. O baxımdan, bizə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edirəm”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə sosial şəbəkə üzərindən millət vəkilinə cavabında bildirib ki, deputat əlilliyin təyinatındakı çətinliklər, müraciətlərdən imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib.

Qurum sözçüsünün fikrincə, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş rəsmiləşdirilib. Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir:

“Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir. 160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır.

Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır. Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib”.

Millət vəkili Vüqar Bayramovun nazirlik rəsmisinin açıqlamasına cavabı gecikməyib. Deputat vurğulayıb ki, ƏƏSMN əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb: “Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir.

Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib. Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar.

Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəliliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Rəqəmlərdə deyil, vətəndaşa əlillik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”.

Digər millət vəkili Razi Nurullayev də həmkarına dəstək verib və qeyd edib ki, qaldırılan məsələ ölkəyüklü problemdir. Onun fikrincə, yerlərdə anketləri dolduran zaman qəsdən elə məlumat yazırlar ki, sistem avtomatik imtina göndərsin:

“Yəni kompüterə də ədalətsizliyi öyrədirlər. Ciddi problem həkim-ekspertiza komissiyalarında qalmaqdadır. Məsələn, elə olur ki, şəxs ikinci qrup əlildir və vəziyyəti elə yerə çatıb ki, artıq özü-özünü nə fiziki, nə də əqli cəhətdən idarə edə bilir. Onu belə süründürürlər. İnanıram ki, nazir Sahil Babayev bu sahədə aparılan islahatları daha da intensivləşdirəcək.

Qanunu pozan əməkdaşlara və idarələrə qarşı daha qətiyyətli addımlar atacaq. Hökumət də “DOST” mərkəzlərinin bütün ölkə boyu fəaliyyətinin təşkili üçün lazım olan imkanları ƏƏSMN üçün yaradacaq. Bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq, sistemli iş qurmaq üçün bütün həmkarlarımla əməkdaşlığa və işbirliyinə hazıram”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru