Ölkədə yeni referendum müzakirələri - siyasilərdən fərqli reaksiyalar
Tarix: 23-09-2020, 10:42 | Çap et
Azərbaycanda konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-yə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyi ilə bağlı dəyişikliyi - parlament respublikasına keçid etməyi vacib sayırlar. Deputat Fəzail Ağamalı istər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də rayonların ləğv edilməsi, quberniya və vilayətlərin yaranması təkliflərini istisna etməyib. Həmkarı Sabir Rüstəmxanlı da bu ideyaları mümkün sayıb.
Referendum təklifinin irəli sürülməsi ölkədə həyata keçirilən yeni siyasi-iqtisadi formasiyanın davamı kimi qiymətləndirilir. Müşahidəçilərin fikrincə, hakimiyyət referenduma getməklə yeni bir sistemin, iqtidar-müxalifət münasibətlərində fərqli mərhələnin təməlini qoya bilər. Bəzi mütəxəssislər indiki halda referendum keçirilməsini imkansız hesab edir. Onların sözlərinə görə, pandemiya şəraitində ümumxalq səsverməsinə getmək risklidir. Amma fərqli yanaşanlar da var. Bəzi şərhçilər hesab edir ki, Rusiya referendum keçirdi, Belarus prezident seçkiləri təşkil etdi. O baxımdan onlayn səsvermə belə mümkündür.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, konstitusiyaya dəyişikliyi barədə müzakirənin zamanı deyil. Deputatın sözlərinə görə, Azərbaycana indiki halda əsas təhlükə Ermənistan və böyük ölkələr tərəfindən var. A.Mollazadə hesab edir ki, digər tərəfdən, pandemiya ciddi problemlər yaradıb, iqtisadi vəziyyətə təsir edib və ortaya referendum məsələsini atmaq cəfəng ideyalardır: “Görünür, kimlərsə darıxır və gündəmə belə mövzular gətirirlər. Düşünmürəm ki, yaxın müddətdə referendum olacaq. Təbii ki, sadaladığınız icra hakimiyyətlərinin ləğvi, proporsional seçki sisteminə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması kimi təkliflər müzakirə oluna bilər. Amma bizim üçün hazırda daha ciddi problem var. Bu da Ermənistanın ehtimal olunan yeni təcavüzü və arxasındakı qüvvələrdir. İstisna etmirəm ki, yeni müharibə başlaya bilər. Üstəlik, pandemiya şəraitində nə referendum ola bilər?”
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, seçki sisteminin dəyişdirilməsinə ciddi ehtiyac var. Partiya sədri hesab edir ki, tam mojaritar seçki sisteminə keçid uğurlu alınmadı. Q.Əlibəyli təklif edir ki, qarışıq seçki sisteminin bərpası məqsədəuyğundur. “Yəni parlamentə seçkilərin yarısı proporsional, yarısı majoritar qaydada keçirilə bilər. Düzdür, ölkədə siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb. Amma qarışıq sistemə keçid zamanıdır”, - də müsahibimiz vurğuladı.
Q.Əlibəyli xatırlatdı ki, bir neçə il qabaq icra hakimiyyətlərinin ləğvini təklif etmişdi: “Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi prosesi getməlidir. Yerlərdə bələdiyyələrin səlahiyyəti olduqca azdır. Sadəcə, indi referendum keçirilərsə, yalnız seçki sisteminə dəyişiklik və Milli Məclisə say tərkibinin artırılması ilə bağlı ola bilər”. Partiya sədri hesab edir ki, pandemiya şəraitində referendum keçirilməsi üçün mexanizm müəyyənləşdirilə bilər: “Əvvəla, bu məsələ Prezidentin və Milli Məclisin səlahiyyətindədir. Amma karantin qaydalarına riayət etməklə ya referendumu bir neçə gün keçirmək, ya da seçki komissiyalarının sayını artırmaq olar”.
AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, referendumun keçirilməsinin təşkilatı və texniki tərəflərini pandemiya ilə bağlamaq olmaz. Onun sözlərinə görə, dövlət canlı varlıqdır və müxtəlif funksiyaları var, daim hərəkətdədir: “Pandemiyaya görə hansısa proses axsadılmamalıdır. Necə ki, Gürcüstan oktyabrda seçki keçirəcək, bundan əvvəl Rusiya referendum edib, eləcə də biz həm boş qalan 5 deputat yerinə seçki keçirməliyik, həm də referendum olmalıdır”.
T.Abbaslı konstitusiyaya dəyişikliyi zəruri sayır: “Əvvəl 25 yerə proporsional, 100 yerə majoritar sistemlə seçki keçirilirdi. Sonra 125 yer mojaritar sistemlə oldu və çoxpartiyalılığa böyük zərbə vuruldu. Ona görə yeganə yol proporsional sistemin bərpa edilməsi, deputat sayının 150-yə qaldırılmasıdır”. Partiya sədrinin sözlərinə görə, çoxpartiyalı sistemin inkişafı, siyasətin peşəkarlaşması üçün proporsional seçkiyə keçid əhəmiyyətlidir: “İqtidar bundan ehtiyat edirsə, deputat sayını 150-yə qaldırsın, 100 mojaritar, 50 yer proporsional sistemlə seçilsin. Artıq Cənubi Qafqazda Gürcüstan və Ermənistan proporsional sistemə keçib. Bir bizik ki, dünyanın çoxdan imtina etdiyi mojaritar sistemdə qalmışıq. Ona görə referenduma gedilməlidir. Bu, hakimiyyətin elan etdiyi yeni konfiqurasiya istiqamətində önəmli addım olardı və biz partiya olaraq bu təşəbbüsü dəstəkləyirik”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
|