““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" - Sabir Rüstəmxanlı
Tarix: 24-09-2020, 09:52 | Çap et
Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə Milli Məclis idi.
Parlamentdə gərgin və qızğın müzakirələr, dartışmalar, fikir ayrı-seçkiliyi, replikalar olurdu. Cəmiyyətin gözü və qulağı həmişə deputatların çıxışlarında, mübahisələrində idi.
Təbii ki, Milli Məclisdə müxalifəti təmsil edən deputatların say etibarı ilə bu günlə müqayisədə daha çox olması bu şəraiti şərtləndirirdi.
Xatırlamaq yerinə düşər ki, o dövrdə AzTV parlamentin iclaslarından reportajlar təqdim edirdi, millət vəkillərinin sərt, maraqlı, ekspromt açıqlamaları həvəslə izlənilirdi. Yəni MM fikir davası, söz savaşı yeri, siyasət poliqonu idi.
Təbii ki, bu polemikalar müxtəlif aspektdən olurdu - Qarabağ məsələsi, iqtidar - müxalifət münasibətləri, əhalinin sosial problemləri, siyasətçilərin qarşılıqlı ittihamları və s.
Bu gün isə parlamentdə nadir hallarda səs-küylü çıxışlara rast gəlinir. Hətta bəzi deputatlar özlərini siyasətdən uzaq hesab edirlər, parlamenti siyasət meydanı saymırlar.
Bir çox hallarda həmin deputatlar yaxasını kənara çəkirlər, nə parlamentin iclaslarında aktiv iştirak edirlər, qanun layihələrinə münasibət bildirirlər, nə mətbuatda gündəmdə olan hadisələrlə bağlı danışırlar.
Bəzən onlara “lal” deputat belə deyilir. Halbuki parlament qanunverici orqan olmaqla yanaşı siyasi meydandır. Çünki ora həm də xalqın səsini çatdırmalı olanların tribunasıdır.
Təkcə Azərbaycan deyil, Avropa Parlamenti, Türkiyə Böyük Millət Məclisi, Ukrayna Radası və digər ölkələrin parlamentləri gərgin müzakirələr yığıncağıdır.
Hətta deputatların əlbəyaxa davaları, bir-birinə ağır ifadələri belə bu tribunadan səsləndirilir.
1995-ci ildə parlament üzvü olmuş Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, o dövrlə bu dönəmi müqayisə etmək çətindir.
Deputatın sözlərinə görə, 1995-2000-ci ilin parlamentində 25 nəfər demokratik düşərgədən idi, 25 nəfər hakimiyyətin adamı idi: “Bu mənada o parlamentdə dartışmaların olması təbii idi. İndi fərq böyükdür. Demokratik düşərgənin təmsil etdiyi adamlar azdır.
Hakimiyyətdən gələn qanun layihələri, qərarlar mübahisə oldu - olmadı qəbul edilir. Eyni zamanda demək lazımdır ki, o dövrdə hər şey təzədən qurulurdu. İndi dövlət qurulub, ölkənin müharibə, iqtisadiyyatla bağlı problemləri var. Bu məsələlərdə isə ciddi fikir ayrılığı yoxdur. Müxalifət də bəyan edib ki, Qarabağ məsələsində hakimiyyətlə fikir ayrı-seçkiliyimiz yoxdur".
S.Rüstəmxanlı qeyd etdi ki, iqtisadiyyatla bağlı fikir fərqləri var və bu da həm parlamentdə, həm mətbuatda müzakirə olunur.
VHP sədri parlamenti siyasət meydanı hesab etməyən bəzi deputatların fikirlərinin yanlış olduğunu söylədi:
“Ola bilsin ki, onların Milli Məclisə qədər siyasətə aidiyyəti olmayıb. Amma parlament başdan-ayağa siyasətdir. Parlamentə daxil olan adam siyasətlə məşğul olur.
Hətta Milli Məclisin Mədəniyyət və yaxud İqtisadiyyat komitələrinin üzvləri də mədəniyyətin, iqtisadiyyatın siyasəti ilə məşğul olmağa, səs verməyə borcludurlar. “Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz".
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd etdi ki, o zaman fərqli dövr idi: “Ölkənin içində və xaricində siyasi proseslər dinamik, ziqzaqlı gedirdi. Milli Məclis yarandığı 1995-ci ildə qanunvericilik bazasının hazırlanması istiqamətində geniş fəaliyyət göstərirdi. Bu zaman cəmiyyətin bütün təbəqələrini əhatə edən qanunların müzakirəsi şübhəsiz ki, ciddi gedirdi.
Təbii ki, parlamentdə fərqli baxışlar var idi, bu da müzakirələrin dinamik, gərgin keçməsinə əsas yaradırdı".
F.Ağamalı bildirdi ki, qanunvericilik bazasının yaradılması üçün böyük işlər görülüb və indi bəzi hallarda qanunlara müəyyən dəyişikliklər edilir, bu da geniş müzakirəyə əsas vermir: “Yeni parlamentin fəaliyyətinə gəlincə, ilk iclaslardan fəallığı müşahidə edirik. Yeni deputatların hamısı olmasa da bir çoxu ayrı-ayrı məsələ ətrafında fikirlərini ortaya qoyurlar. Bu gün də parlament canlı orqan kimi fəaliyyət göstərir. Sadəcə, bəzi deputatlar adaptasiya olmalıdırlar, prosesin içinə girməli və alışmalıdırlar”.
Deputat həmkarı Jalə Əhmədovanın “Siyasətdən uzağam” sözlərinin düzgün anlaşılmadığını vurğuladı:
“Jalə xanım etiraf edir ki, hələ öyrəşməmişəm. Bu, onun daha məsuliyyətli olmasından irəli gəlir. Biz insanları küsdürməli, kompleks yaşatmalı deyilik. Mən uzun illərə söykənən təcrübəmə əsasən deyə bilərəm ki, bu parlament özünü doğruldacaq, deputatlar xalqın etimadını qazanacaqlar. Onlar bəzən mövqe qoymaqda tərəddüd edirlər. Buna son qoyulmalıdır. Xüsusən də Azərbaycana qarşı antimilli qüvvələrin qarşısında durmağı bacarmalı, özlərində o iradəni formalaşdırmalıdırlar”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
|