“Kimin istəyi varsa, ön cəbhədə vuruşmaq istəyirsə...” - Novella Cəfəroğlu
Tarix: 8-10-2020, 09:49 | Çap et
Hazırda Vətən müharibəsi apardığımız bir vaxtda Azərbaycanda milli birlik heç zaman olmadığı qədər yüksək səviyyədədir. Siyasi, dini, milli mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar Ali Baş Komandan ətrafında sıx birləşib, ona dəstəyini ifadə edirlər. Ölkədəki 50 siyasi partiya Ali Baş Komandana, orduya dəstək bəyanatı imzalayıb. Hamının ortaq problemi, ağrısı olan Dağlıq Qarabağ müharibəsi insanımızı bir məqsəd uğrunda sıx birləşdirib. Belə bir məqamda cəmiyyətdə hər zaman siyasi gərginliyə, fikir ayrılığına səbəb olan siyasi məhbus məsələsinin də həlli milli birliyin möhkəmləndirilməsi baxımından faydalı hesab edilir. Çünki hazırda həbsdə olan ictimai fəallar da əfv olunaraq vətənin müdafiəsinə qoşulmaq arzusundadırlar.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bu məqamda siyasi əfvin olmasını vacib hesab edir: “Hazırda müharibə gedir, çox vacib məqamdır. Siyasi məhbuslarla bağlı məsələdə də bu məqamı diqqətə almaq lazımdır. Bu gün həbsdə olan siyasi məhbus gənclər var ki, onlar da cəbhəyə gedib vətən uğrunda savaşmaq istəyirlər. Onlardan bir batalyon düzəldib cəbhəyə yollamaq olar. Onlar da vətən üçün mübarizə aparmaq istəyirlər, onlar da vətənin övladlarıdır. Kimin istəyi varsa, ön cəbhədə vuruşmaq istəyirsə, onları əfv edib göndərmək olar. Əfv də vacibdir. Bu həm də onu göstərər ki, biz hər şeyə necə humanist yanaşırıq. Mən hesab edirəm ki, əfv olmalıdır”.
N.Cəfəroğlu hesab edir ki, 14 iyul mitinqində həbs olunanlar da azadlığa buraxılıb, savaş meydanına göndərilməlidir: “Kiminsə təxribatı ilə nə baş verdiyini anlamadan Milli Məclisə gedib girən uşaqları da buraxmaq lazımdır ki, əllərinə silah alıb Qarabağa getsinlər. Oraya toplaşanda Qarabağa getmək iddiası ilə gəlmişdilər, indi azad etmək lazımdır ki, Vətənin müdafiəsinə qoşulsunlar”.
Milli Məclisin deputatı Fəzail Ağamalı isə indiki məqamda siyasi məhbus məsələsinin gündəmə gəlməsini qəbul etmir: “İndi bütün diqqət işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılması, qovulması, məhv edilməsi üzərində köklənib. Bütün diqqət cəbhədə, Vətən müharibəsindədir. Zəfər savaşındadır. Çox yaxşı haldır ki, bu gün bütün cəmiyyət Ali Baş Komandanla birdir, 50 siyasi partiyanın imzaladığı bəyanat da sübut edir ki, cəmiyyətin siyasi qütbü də Ali Baş Komandanla və ordumuzla birlikdədir. Bu prosesin sonunda biz qələbəni əldə etməliyik. Siyasi məhbus anlayışına isə mən həmişə fərqli yanaşmışam. Düşünmüşəm ki, heç kim siyasi baxışlarına görə, iqtidara fərqli münasibətinə görə heç vaxt həbs olunmur. Hər kəs özünün konkret olaraq törətdiyi cinayət əməlinə görə həbs olunur”.
F.Ağamalının fikrincə, 14 iyul məhbusları da cəzalarını çəkməlidirlər: “İyul ayının 14-də Milli Məclisin qapısı sındırılır, içəri girirlər, Milli Məclisi dağıdırlar, qapıları-pəncərini sındırırlar. Bu insanlar siyasi məhbus deyil, onlar qanunları pozan, zorakılıq edən, dövlət mülkiyyətinə zərər vuran insanlardır. Bu insanlar mütləq məsuliyyət daşımalıdır, qanun öz sözünü deməlidir ki, bu cür hallar bundan sonra davam etməsin. Mənim üçün siyasi məhbus anlayışı qəbul edilən deyil. Ən radikal mövqedə duran partiya sədrlərindən, partiya funksionerlərindən hansı bu gün həbsə salınıb? Kimsə gedib avtomobil qəzası törədibsə və ya kiminləsə dalaşıb, qanunu pozubsa, hansısa müxalifət funksioneridirsə, məsuliyyətdən kənardamı qalmalıdır? Hüquqi dövlətdə hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Ən sərt tənqid olunanlardan biri də Prezidenti Administrasiyasının keçmiş rəhbəri idi ki, onun da qanun qarşısında cavab verməsi ilə bağlı sərt tədbirlər görüldü, kürəkəninə 15 sutka həbs cəzası kəsildi. YAP-ın ən tanınmış funksionerlərindən biri də cərimə verməli oldu. Çünki qanun pozuntusuna yol vermişdi. Hazırkı məqamda biz bütün diqqətimizi müharibəyə yönəltməliyik, bu cür mövzuları kənara qoyumalıyıq”.
Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə Cəbhə.info-ya açıqlamasında amnistiya və əfvlə bağlı gözləntilərin olduğunu dilə gətirib: “Biz qələbəyə doğru gedirik. İnşallah, qələbə qazanan kimi amnistiya və əfv olacaq. Bunu istisna etmirəm. Prezidentin bu və cəmiyyətin bütövləşdirilməsi istiqamətində genişmiqyaslı digər planları var. Vətən savaşına girmişik və bu yolda uğurlar əldə edirik. Çox böyük dəyişikliklər baş verib və daha köklü dəyişiklikləri görəcəyik. Azərbaycan xalqının bu gün bütövlüyü də gedən dəyişikliklərə, aparılan siyasətə dəstəyin nümunəsidir. Bu gün Azərbaycanda böyük bir birlik var. Xalq Ali Baş Komandanın və qərarlarının yanındadır, ona hərtərəfli dəstək verir. Ordumuz və əsgərlərimiz rəşadət nümunəsi göstərirlər. Bu baxımdan, düşünürəm ki, gələcəkdə ölkəmizi yeni bir Azərbaycan kimi görəcəyik. Eyni zamanda münasibətlər sistemində dəyişikliklər olacaq, hansı ki, bunu Prezidentimiz başladıb. Bu açıq siyasi dəstək hər yerdə və hər kəs tərəfindən var. Hər kəsin qəlbi, düşüncəsi, nəbzi Qarabağla, Ordumuzla döyünür. Milli həmrəylik, qarşılıqlı hörmət, siyasi və sivil münasibətlərə tam keçirilməsi istiqamətində daha da dərin addımlar atılacaq”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
|